Oğlanlar və qızların ali təhsil sisteminə gəlməsinin gender tədqiqatı


Ali məktəblərdə cinslərin bərabərliyinin təmin edilməsinə aid təkliflər



Yüklə 1,71 Mb.
səhifə27/28
tarix14.04.2017
ölçüsü1,71 Mb.
#13979
1   ...   20   21   22   23   24   25   26   27   28

Ali məktəblərdə cinslərin bərabərliyinin təmin edilməsinə aid təkliflər

1. Fokus-qrupların eyni ssenari üzrə keçirilmiş uç sessiyanın keçirilməsi və problemli vəziyyətin metodoloji və faktoloji tədqiqi nəticəsində iştirakçılar, yeni hazırlanan siyasətlər və proqramlarda iki vacib sferanı: ailə və ibtidai (orta) təhsilə diqqətin artırılmasına tövsiyə etmişdilər. İştirakçılar qeyd etmişdilər ki, bu institutlar, bazar iqtisadiyyatı şəraitində sosial transformasiya prosesində xeyli dəyişikliklərə məruz qalırlar. Ona görə də dövlət, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməklə, ailələrə (xüsusilə cavan ailələrə) yardımetmə sahəsində ardıcıl siyasəti həyata keçirməlidir.

Bu təşəbbüs digər problem ilə – Azərbaycanda gənclərlə bağlı siyasətin canlandırılması problemi ilə birbaşa əlaqələndirilmişdir. Gənc oğlanlara və qızlara hökumət gərək təhsil, mənzil, iş, gənc ailələrə yardım, analığın və uşaqlığın mühafizəsi kimi məsələlərdə yardım etsin ki, nəticədə onlar əsil vətəndaş kimi dövlətə qulluq etsinlər.


2. Elm və təhsildə gender problemlərinin tədrisi və təhlilinin zərurəti vurğulanmışdır: xüsusi kurslar oxunmalı, treninqlər, seminarlar və konfranslar keçirilməlidir. Bir sıra ali məktəblərin eksperimental tədrisinin təcrübəsi bəyənilməli və yayılmalıdır (Qərb Universiteti, Dövlət İdarəçilik Akademiyası)

Keyfiyyətli gender tədrisi proqramlarının yaradılması, ölkədə gender problemlərinin xüsusiyyətləri və mahiyyətinin daha dərindən öyrənilməsi məqsədilə gender tədqiqatlarına aşağıdakı istiqamətlər üzrə genişləndirmək lazımdır: 1) iqtisadiyyat-mülkiyyət, istehsalda və idarəetmədə iştiraketmə, məşğulluq, vəzifə üzrə yüksəlmə və s.; 2) siyasət – seçkili vəzifələrə irəli sürülməsi, yüksək rütbəli hökumət vəzifələrinin tutulması, qadın təşkilatlarının fəallığı, qadın problemlərində lobbi fəaliyyəti, qadın hüquqlarının müdafiəsi və s.; 3) mədəniyyət və məişət sahələrində (ev əməyinin yüngülləşdirilməsi, qadınların asudə vaxtı, sağlamlığı, nəsilartırma qabiliyyəti və s.); 4) elm və təhsil.


3. Təhsil sahəsində gender vəziyyətinə təsir edən əsaslı amillərin təhlili üçün bir sıra gender məsələlərin (iqtisadiyyat, siyasət, sosial sahə və demoqrafiya, mədəniyyət və s.) əhatəli analitik-diskriptiv tədqiqatını aparmaq lazımdır. Müxtəlif qruplarda ifadə olunan rəy müxtəlifliyi bizi belə bir qənətə gətirib çıxartdı ki, bir çox gender məsələlərin tədqiqində daha dəqiq və dürüst yanaşılması vacibdir. Fokus-qrup iştirakçılarının rəy və qiymətvermələrinə əsasən müəyyən olundu ki, burada kişi və qadınlar, cavanlar və yaşlı iştirakçılar, professor-müəllim həyəti və inzibati işçilər arasında bəzi müxtəliflik var:

- ali məktəblərin cavan işçiləri (cinsindən, vəzifəsindən, elmi dərəcəsindən asılı olmayaraq) bütövlükdə yeni ictimai abı-havaya daha həssasdırlar (o cümlədən, qadınların və qızların istər ali məktəbdəki, istər ali məktəbdən kənardakı vəziyyətilə əlaqədar olan məsələlərə dair); bununla belə çoxu hesab edir ki, gənclərin hamısı (xüsusilə qızlar) heç də həyati məsələlərin öhdəsindən gələ bilmirlər - burada daha yaşlı olanarın, yaxınların və qohumların köməyi lazımdır;

- böyük yaş qrupunun təmsilçiləri daha çox kişilər və qadınların təbii fərqlərinə istina etməklə, qadınlara, ictimai həyatda, o cümlədən ali təhsil sahəsində daha kiçik yer ayırmış, nəticədə onların seçim imkanlarını məhdudlaşdırmışdılar;

- qadınların mövqeyi (qadınların mənafelərinin ifadə olunmasına geniş imkanların yaradılması baxımından, gender problemlərin həlli mənasında) prinsip etibarilə kişilərin mövqeyindən fərqlənmir; ümumiyyətlə, belə bir təəvvür yaranır ki, qadınların əksəriyyətini gender bərabərsizliyi məsələləri heç də kişilərdən çox düşündürmür.



Qrup müzakirələri prosesində əldə edilmiş yeni ünsürlər

Qısaca əldə edilmiş nəticələri aşağıdakı şəkildə səciyyələndirmək olar:

1. Ali təhsil sahəsində diskriminasiya bir sosial hadisə olaraq, mövcud deyil. Elmi və inzibati mənalarda kişilər bəzi mövqelədə üstünlük təşkil edir, lakin burada gender problemləri ilə bağlılıq yoxdur.

2. Qadınlar təhsil almaq yolunda bir sıra ailə və şəxsi xarakterli problemlərlə, bir də ali təhsil, ümumiyyətlə təhsil sisteminin bütün pillərində özlərinə qarşı diskriminasiyalı münasibət «qalıqları» ilə rastlaşa bilərlər.

3. Gender problemlərinin (o cmlədən, təhsil sahəsində) təhlilində cəmiyyət tərəfindən böyük ehtiyac duyulur, bu təhlilin konsepsiyasını, ölkədə indiyə qədər görülən işini nəzərə alaraq yaratmaq lazımdır ki, nəticədə üstünlük təşkil edən tədqiqat istiqamətləri müəyyən edilsin. Bu istiqamətlər sırasında ailə, analıq və uşaqlığın mühafizəsi, işdə bərabərlik, təhsilin bütün pillələrində səmərəlilik kimi sahələri qeyd etmək lazımdır.

4. Qadınların təhsil təsisatlarında tammiqyaslı iştirakının mümkün formalarını dəqiqləşdirərək, qeyd edək ki, diskusiyalar zamanı ifadə olunan belə bir rəyə biz də tərəf çıxırıq: bu cür vəzifələri bir sıra dövlət proqramlarının («Ailə», «Sağlam təhsil», «İnsan hüquqları») üzərinə qoymaq lazımdır.

5. Bu tədqiqatı yuxarıda qeyd etdiyimiz istiqamətlər üzrə davam etdirmək lazımdır, çünki həyat davam edir, hər hansı bir fasilə məlumatların təşkilinə və beləliklə, vəziyyətin ağırlaşmasına gətirib çıxara bilər.


4. Nəticələr və təkliflər
1. Fokus-qrup tədqiqatı, keyfiyyəti təmin edən səmərəli bir alət olaraq, qadınların ali təhsil sisteminə daxil olunması səbəblərini kəmiyyət baxımından təhlilini təsdiqlədi: oğlanlar və qızların ali təhsili almaq arzusu əsasən terminal dəyərlər üzərində qurulmuşdur, qadın qrupunda isə əlavə olaraq instrumental dəyərlərin təsiri də (qismən) duyulur.
2. Ali təhsil sahəsində gender statusununun inkişafı bakalavr və magistr pillələrində seçim ilə zəif şəkildə müəyyən edilmişdir: əslində heç kəs ali məktəbdə oxuduğu müddətdə müəllimlik sənətini seçib qeyd etmir (bu faktı həm anket sorğusu, həm də fokus-qrupun sessiyası zamanı müəyyən etmişik). Deməli, adətən istər kişilər, istərsə də qadınlar düşünülmüş planlaşdırma şəkildə yox, şəraitin üzündən ali məktəb müəllimliyinə gəlib çıxırlar. Buradan da belə bir nəticə çıxarmaq olar ki, qadınların və kişilərin ali təhsil sahəsində rolları və sosial mövqeləri adi həyat baxımından eyni olsa da, liderlik etmək və nüfuz qazanmaq baxımından fərqlidir: burada kişilər qadınlarla yox, öz aralarında rəqabətə girirlər.

3. Növbəti layihələrdə bu tədqiqatda istifadə edilmiş keyfiyyət metodu digər genderlə bağlı metodlar ilə tamamlansın. Məs.: «Problemli çarx», dərinləşdirilmiş intervyü, sosial kartirlaşdırma və s. Fikrimizcə, belə təqdirdə kəmiyyət və keyfiyyət xarakterli nəticələri daha əsaslı şəkildə «trianqulyasiya» tədqiqatçı proseduruna məruz qoymaq olardı.


4. Qadın-müəllimlər və kişi-müəllimlərin maraqların nisbəti məsələsinə verilən cavablar bütövlükdə tələbələrlə sorğunun nəticəli ilə uzlaşır: respondentlər peşənin seçilməsinin səbəbləri sırasında nüfuzunu, sonra isə faydasını yerləşdirmişdirlər. Fokus-qrupun iştirakçıları da belə bir qənaətə gəldilər ki, ixtisaslara bölgünün səbəbləri daha çox təbii xarakter daşıyır, nəticədə sırf qadın, sırf kişi və qarışıq ixtisaslar qrupları əmələ gəlir.
5. Ali təhsil sistemində ixtisasın prestijliyinin aşkarlanmasında gender xüsusiyyətləri Qərb Universiteti və Dövlət İdarəçilik Akademiyalarında fokus qrupların sessiyaları zamanı müəyyən edilmişdir. Naxçıvanda prestijlik, həm tələbələr, həm də müəllimlər arasında faydalılıq amili ilə uzlaşdırılmışdı. Qeyd edək ki, bütün hallarda ali təhsil almaq, peşəkar iş tapmaq arzusunda ictimai, vətəndaş vəzifə, borc yox, fayda daha çox qabardılır.

İnzibati işçilər və müəllimlərin ifadələri və rəyləri göstərir ki, həm fədakarlıq, özünüifadəetmə və şəxsi məmnunluq meyarı, qadın-müəllimlər və kişi-müəllimlərin əksəriyyəti üçün xas deyildir.


6. Diskusiya iştirakçılarının əksəriyyəti belə bir fikirlə razıdırlar ki, qadınlar mümkün qədər yüksək keyfiyyətli ali təhsil almaq imkanını əldə etməli və bu hüquqdan istifadə etməyi bacarmalıdırlar. Bu hüquqlar o zaman pozulmuş hesab edilə bilər ki, bunlar əvvəldən qeyri-bərabər nəzərdə tutulmuş olsun, bir də kimsə bunları bilərəkdən pozsun. Təhsil sahəsində real vəziyyət göstərir ki, burada hələ ki, qeyri-bərabərlik xeyli dərəcədə var (bunu anket-sorğu nəticələrindən və fokus-qrupun müzakirə materiallarından görmək olar).

Sonuncu hal nə kişiləri, nə də qadınları narahat etmir, çünki istənilən sosial vəziyyətdə (ailə qurmaq, işləmək, birgə layihədə iştirak etmək) kişilər daha savadlı qadınların işə cəlb olunmasına üstünlük verirlər.


7. Kəmiyyət və keyfiyyət tədqiqatlarının iştirakçıları tədrisdə oğlanlar və qızların mənimsənilməsinə dair bir qədər müxtəlif mövqeləri tuturlar: bakalavr və magistr pillələrində qızların oxumaqlarına daha çox xarici şərait təsir göstərir, oğlanların yaxşı oxuması isə daha çox təhsil sisteminin özü ilə bağlıdır. Müəllimlər, ali məktəbin digər işçiləri hesab edirlər ki, qızlara, ailə vəziyyətinə görə güzəşt edilir ki, ali məktəbi normal halda bitirsinlər. Onlar həm də hesab edirlər ki, oğlanlarla qarşı daha çox tələbkar olmaq lazımdır, çünki gələcək həyatında yaxşı nəticələr əldə etmək, fayda örmək üçün onlar yaxşı oxumalıdırlar.
8. Anket sorğusunun iştirakçıları, ali təhsil sistemində təhsil almağı gender bərabərliyinin şərti kimi qeyd edərək, göstərmişlər ki, ali məktəb müəllimi olmaq yolunda həm ərazi, həm gender baxımından üç pillədən (bakalavriat-magistratura – aspirantura) keçmək imkanı hamı üçün eyni deyildir. Bununla belə təsdiqlənmişdir ki, bu pillələrin heç birində diskriminasiya faktları və meylləri olmamışdır. Fokus-qrupun iştirakçıları bunu, müəllimlərin peşə özünüifadəetmə prosesində şəxsi bacarıq və istəklərin ifadə olunması kimi

Nəticə


Təhsil sistemində əsas meyllərinin, eləcə də müəyyən fəaliyyət istiqamətinin işləyib hazırlanması və aşkarlanması prosesi özünə həm aparıcı meyllərinin, həm də bu ideyaların reallaşdırılması strategiyasının düşünülməsini daxil edir.

Təhsilin köməkliyi ilə yer üzündə yaşayan hər bir insanda dünya mədəniyyəti, insan hüquqları görüşünü özünəməxsus şəkildə formalaşır, bunun realizə edilməsi arzusu yaranır. Dinc gələcəyinin pozitiv görüşünü, həmin bu gələcəyin vəd etdiyi yeniliklərin səmərəli təkanverici alətinə çevrilə bilər. Bununla əlaqədar olaraq, ali təhsil qarşısında möhtəşəm, öz həcmində əsaslı dəyişilikləri və yeniləşmələri tələb edən vəzifələr durur.

Nəzərə almalıyıq ki, yeni minillikdə ali təhsil, dünya mədəniyyətinin dəyərlərini və ideallarını müdafiə etməlidir. Bununla bağlı olaraq, intellektual qüvvələrin, işgüzar dairələr və sənayə iqtisadiyyatın dövlət və özəl sektorların, parlamentlərin, kütləvi informasiya vasitələri və ictimaiyyətin nümayəndələrinin imkanları birləşdirilməlidir.

«Təhsildə gender bərabərliyi» tədqiqat layihəsi həm dövlətin gender siyasətində, həm də təhsil sahəsində islahatların keçirilməsi dövrünə təsadüf edir. Son bir neçə il ərzində ölkənin parlamenti, ictimaiyyəti «Təhsil haqqında», «Gender bərabərliyi haqqında» qanun layihələrini müzakirə edir.

Azərbaycan Respublikası Konstitusiyası bu qanunlar təhsildə gender bərabərliyinin inkişafı və təkmilləşdirilməsi işində mühüm əhəmiyyət kəsb edir. Qeyd edilən layihələr tədqiqatda tələbələr, müəllimlər və ali təhsil sisteminin inzibati işçilərinin iştirakını daha fəal etmişdi.

Qeyd edildiyi kimi, bu qanunlar hələ ki, layihə mərhələsindədir, ona görə də tədqiqatda biz Azərbaycan Respublikasının Konstitusiyasından, mövcud Təhsil haqqında qanundan, digər normativ-hüquqi aktlardan irəli gəlirdi. Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində qeyd olunur ki, hər bir vətəndaş təhsil almaq hüququna malikdir. Təhsil haqqında qanunun üçüncü maddəsində qeyd olunur ki, bütün vətəndaşlar, cinsindən asılı olmayaraq, təhsil almaq hüququna malikdirlər.

Bundan əlavə, biz tədqiqatda Təhsil sahəsində diskriminasiya əleyhinə mübarizə haqqında Beynəlxalq Konvensiyanın başlıca prinsiplərinə də (1960-cı il) istinad etmişik; burada, dördüncü maddədə dövlətlərə həvalə olunur ki, ali təhsil, hamı üçün əlçatan olmalıdır, burada tam bərabərlik gözlənilməli və hər kəsin qabiliyyəti nəzərə alınmalıdır.

Tədqiqatın nəticələrinə təsir edən amillər sırasında ölkə rəhbərliyi, bir sıra ali məktəb rektorları tərəfindən gender və qadın siyasətində həyata keçirilən xüsusi proqramlar olmuşdur. Tələbələrin tədris proqramlarına gender fənlərin, xüsusi kursların salınması, buraxılış işlərində, magistr dissertasiyalarında, namizədlik və doktorluq işlərində genderlə bağlı mövzuların işlənməsini qeyd etmək lazımdır.

Gender sahəsində maarifləndirmə işlərini genişləndirmək məqsədilə treninqlər, seminarlar, elmi-tədqiqat konfransları keçirilmişdir, xüsusi ədəbiyyat nəşr edilmiş, gender problemlərin həllində xarici təcrübə təhlil edilmişdir.

Bütövlükdə, tədqiqatın əsas məqsədi - ali məktəblərin tələbələri, müəllimləri və inzibati işçilərinin aşkar və gizli mövqe və yönümlərində təhsildə gender bərabərliyinə miünasibətinin öyrənilməsi – əldə edilmişdir.

Keçirilmiş tədqiqatın nəticələri respublikanın ali təhsil sistemində gender bərabərliyinin formalaşması şəraiti haqqında müəyyən qənaətə qəlməyə imkan vermişdir.

Keçirilmiş tədqiqatın nəticələrindən belə bir qənaətə gəlmək olar ki, son illər Azərbaycan cəmiyyəti müxtəlif həyat fəaliyyəti sahələrində baş verən əsaslı dəyişikliklərə baxmayaraq, bəzi hallarda ənənəvi və patriarxal olaraq qalır. Bu özünü həm, cəmiyyətdə gender rollarının paylanılmasına aid yönümlərin möhkəm və sabit olmasında, həm də bunların, əhalinin ən demokratik yeniliklərə ən həssas olan gənclər demoqrafik qrupunda fəal şəkildə yayılmasında göstərir.

Yuxarıda qeyd olunandan irəli gələrək ali məktəblər elə bir tədris prosesini təmin etməlidirlər ki, nəticədə tənqidi düşüncəyə, ictimai problemlərin təhlilinə, cəmiyyət qarşısında duran problemlərin axtarışı və həllindən istifadə etməsinə qadir, bilikli və dəyərlər sisteminə malik olan vətəndaşlar tərbiyələndirilsin.

Bununla əlaqədar, ali təhsil sistemində gender problemlərinin həlli işini təkmilləşdirmək məqsədilə aşağıdakılar tövsiyyə edilir:




  • ali məktəb müəllimləri və inzibati işçilərinin tədqiqat və praktiki fəaliyyət nəticələrini geniş şəkildə istifadə olunmalıdır;




  • ali təhsil işçiləri (xüsusilə respublika regionlarında) üçün treninqlərin təşkili fəallaşdırılmalı və təkmilləşdirilməlidir;




  • oğlanlar və qızların arasında faktiki bərabərliyə nail olmaq məqsədilə liderlik qabiliyyətlərinin inkişafı üzrə xüsusi kursların təşkil edilməlidir;




  • gender üzrə müxtəlif elmi-populyar ədəbiyyat kütləvi tirajla nəşr olunmalı və yayılmalıdır;




  • dünyanın müxtəlif ölkələrin təhsil sistemlərində gender problemlərin pozitiv həlli təcrübəsinin öyrənilməsi fəallaşmalıdır;




  • müxtəlif informasiya mərkəzlərinin məlumat bazasından geniş istifadəolunması işinə imkan yaradılmalıdır.


nesmotrela

səh21

tədris intizamının pozulması yox, ailə qurmaq (46,3%), ailə həyatında asılı vəziyyətə düşmək (39,3%), təhsil haqqının ödənilməməsi (13,0%) kimi səbəblər olmuşdur.




S. 14

Cavabların sayı %

14.1. ərə getdi, uşağı öldü, dərsləri çatdıra bilmədi




2. ailəni dolandırmaq üçün işə girdi




3. ərə getdi, əri qoymur




4. ali məktəb rəhbərliyi və yaxud müəllimləri ilə münaqişə




5. ixtisası bəyənmir, dəyişmək istəyir




6. xəstəlik




7. təhsil haqqını ödəyə bilmədi




8. başqa səbəblər




VI. Təhsili davam etmək arzuları

S.15

Cavabların sayı %

1. bakalavar ixtisası üzrə




2. magistr ixtisası üzrə




3. dana nə



Sorğu iştirakçılarının çoxu təhsili davam etmək fikrindədirlər. Yalnız 13,4% respondent işləmək, özünü və ailəsini dolandırmaq məcburiyyətində olduğunu əsas götürərək, öz təhsilini davam etdirmək istəmirlər. Ailə qurmaq səbəbi də göstərilmişdir. Gələcəkdə magistraturada başqa ixtisasda oxumaq istəyənlər bunun səbəbini bu ixtisasın əlçatarlı və perspektivli olduğunuda görürlər.

Gələcək təhsilin ixtisasla bağlılığı baxımından seçilməsində qızlar və oğlanların rəy müxtəlifliyi bir o qədər böyük deyil.


S.15

Cins

kişi

Qadın

1. bakalavar ixtisası üzrə




2. magistr ixtisası üzrə




3. dana nə



Regionlar üzrə də fərq bir o qədər də çox olmamışdır:



S.15

Ali məktəbin yerləşdiyi ərazi

B.

H.

M.

1. bakalavar ixtisasına görə




2. başqa ixtisasa görə




3. dana nə



Naxçıvanlı tələbələr daha çox təhsilini bakalavr ixtisası ilə bağlamaq istəyirlər (63,8%). Mingəçevir tələbələri niisə başqa ixtisaslar daha çox maraqlandırır.



S.16

61,5% respondent magistratura pilləsində oxumaq arzusunu bildirdi:

S.16

Bunun səbəbini 132 nəfər (cavab verənlərin – 366 nəfərdən, və yaxud 22%) belə göstərdi:

S.16




tam ali təhsil almaq arzusu

daha yaxşı iş tapmaq

yaxşı mütəxəssis, peşəkar olmaq

ixtisası dəyişmək

ixtisas üzrə iş tapmaq, öz karyerasını qurmaq

cəmiyyətdə özünə layiq yer tutmaq

total

daha nə nə



sistem

total






oxumaq istəməyənlərin 43,2%-i səbəbini imkansızlıqda ( o cümlədən, maddi imkansızlıqda) görürlər. Daha 24,3% respondent ailə vəziyyətini əsas götürür. Nəhayət, 21,6% respondentlər bunu işləmək məcburiyyəti (və yaxud əsgərdiklə) izah edirlər.

S.16.1




maddi imkan yoxdur

ailə vəziyyəti

faydası yoxdur

işləməliyəm (əsgər getməliyəm)

total

səbəb göstərilməyib



sistem

total




Əksəriyyəti hesab edir ki, magistraturaya qəbul zamanı nə oğlanlara, nə də ki, qızlara üstünlük verilmir.



S.17




1. qızlara




2. oğlanlara




3. eynidir




4. bilmirəm



Oğlanların və qızların fikrində magistraturaya qəbul zamanı cinsi mənsubiyyəti nəzərə alınıb-alınmamasına münasibət əslində eynidir:



S.17

cins

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin