Oğlanlar və qızların ali təhsil sisteminə gəlməsinin gender tədqiqatı



Yüklə 1,71 Mb.
səhifə26/28
tarix14.04.2017
ölçüsü1,71 Mb.
#13979
1   ...   20   21   22   23   24   25   26   27   28

Cədvəl 1.

Fokus-qrup iştirakçıların keyfiyyət tərkibi







Ali məktəb



Cins

Yaş qrupları

Peşə

Elmi dərəcə

kişi

qadın

50 yaşa qədər

50 yaşdan yuxarıqədər

müəllim

inzibatçı

elmlər namizədi, doktoru

elmi dərəcəsi yoxdur

1

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

6

7

6

7

7

6

8

5

2

Naxçıvan Dövlət Universiteti

7

7

13

1

8

6

4

10

3

Qərb Universiteti

3

7

5

5

9

1

5

5



Cəmi


16

21

24

13

24

13

17

20



2. Təhlilin məqsədi və metodologiyası: imkanlar və məhdudiyyətlər
Bu təhlilin keçirilməsinin məqsədi-ölkəmizin üç ali məktəbində fokus-qrupların disku4ssiyaları zamanı əldə edilmiş keyfiyyətli qiymətvermələr və rəylərin ətraflı tədqiqatıdır. Nəzərdə tutulmuşuq ki, fokus-qrup diskussiyaların mətnlərinin məzmununun keyfiyyətli təhlili nəticəsində ali məktəb işçilərinin, ali təhsil sahəsində gender bərabərliyi problematikasına münasibətinin səciyyəvi xüsusiyyətlərini müəyyən etmək olacaqdır. Bundan başqa, tələbələrin sorğuda verdiyi cavablarla fokus-qrup iştirakçılarının cavablarını uzlaşdırmaqla, təhsil sistemində ümumi, genderlə bağlı dəyərlər və istiqamətlərin mövcudluğu müəyyən edilməli idi.

Diskussiyanın keçirilməsi ssenarisi aşağıdakı süjetin üzərində qurulurdu:


1. Diskussiyanın iştirakçıları, müasir şəraitdə cinslərin bərabərliyi konsepsiyasının ümumi durumunun müzakirəsinə dəvət olunmuşdur. Nəzərdə tutulmuşdu ki, mövqelər müxtəlifliyi müəyyən edilsin, sonra isə bu mövqelər, milli adət-ənənələrdə cinslərin fərqliliyi dərəcəsi ilə müqayisə olunsun;
2. Bütün iştirakçıları, rəy müxtəlifliyinə uyğun, 2-3 qrupa bölməklə, ali təhsil sistemində cinslərin bərabərliyi məsələsinə onların münasibətini öyrənməyə cəhd edilmişdi. Təhlil iki mövqe baxımından aparılmalı idi: tədris edənlərə (müəllimlər), oxuyanlar (tələbələr); bu yolla təhsil sistemində kişilər və qadınların statusları müəyyən edilməli idi;
3. Diskussiyanı istiqamətləndirmək məqsədilə təhsildə genden fərqlərinin status ifadələrinin aşağıdakı fərziyələr üzərində qurulmuşdu: birinci, qadınlar təhsilin idarə olunmasında necə təmsil olunurlar; ikinci, ali təhsil işçilərinin peşə artımına təsir edən amillər (gender baxımından); üçüncü, müəllimlərin elmi araşdırmalarında gender problemlərinin təhlili səviyyəsi; dördüncü, tədris prosesinə gender nəzəriyyəsinin tətbiqi;
4. Müzakirə sahəsi yuxarıda qeyd edilən ölçülərlə müəyyən ediləndən sonra, diskussiya başlanmalı idi; bu zaman qarşılıqlı fikir mübadiləsi aparılır, müxaliflik, müxtəliflik müəyyən edilməklə, yeni qənaətlərin axtarışı üçün yeni imkanlar əldə edilir, yarışma abı-havassı şəraitində tərəfləri barışdıra biləcək kompromis xarakterli təkliflər irəli sürülür;
5. Qeyd edilən tənqidə və qarşıdurmaya əsaslanan vəziyyətlərdən çıxmaq məqsədilə ikinci altmövzuyakeçid əldə edilməli idi: oxuyanların gender fərqliliyi, tələbə-qızlar və tələbə-oğlanlara münasibəti bildirən məlumatın üzərində işin aparılması təşkil olunmalı idi.
6. Şərti olaraq neytral hesab edilən mövzununu müzakirəsi mərhələsində (müzakirə obyekti-oxuyanlardır) qrupların mövqelərin yaxınlaşması təmin olunmalı, qarşılıqlı tənqid atəşi yatızdırılmalı, ümumi təkliflər və tövsiyələr (siyasətlər) qəbul olunmalı idi;
7. Nəhayət, son mərhələdə moderator (fasilitator) hər bir müzakirə obyekti olan məsələni ardıcıl şəkildə yekunlaşdırır, son qənaətləri elan edir, diskussiyanı bağlı elan edərək, iştirakçılara öz minnətdarlığını bildirir.
Qeydlər

1. Moderator diskussiyaya fəal şəkildə üç halda qoşulur: fokus-qrup diskusiyanın aparılması qaydalara görə, işin lap əvvəllərində «açılışma» mərhələsində, birinci diskusiyanın yekunlaşdırılması zamanı (qruplara bölünmə, onları qeydəalma), ikinci mərhələ bitiriləndə, nəhayət, nəticələrun yekunlaşdırılması zamanı. Qalan müddətdə onun vəzifəsi – diskussiya iştirakçılarına informasiya «kanalı»ndan bərabər istifadəolunma imkanının yaradılmasıdır. Diskussiyanın qeydləri onu sübut edir ki, bütün seanslarda diskusiya iştirakçılarının çıxışları tam könüllü əsaslarında olunmuşdur, lakin bu imkanlardan həm bir iştirakçı istifadə etmədi, hər halda sonrakı təhlil üçün bu o qədər də əhəmiyyətli olmamışdır.



Fokus-qrup materiallarının müzakirələrinin təhlili metodikası

1. Mətnlərin vizual və kompüter vasitəsilə aparılan köçürmə yolu ilə təhlil vahidləri olan sözlər və söz birləşmələrinin axtarışı aparılır; bu sözlər bəzi anlayışları, hadisələri, qanunauyğunluqları və yaxud prosesləri ifadə edir. Bu cür təhlil vahidlərinin (anlayışlar, altanlayışlar) tezlikli-interpretasiyalı cədvəli quraşdırılır.


2. Quraşdırılmış cədvəlin köməyi ilə aparıcı sözə (anlayışa) subyektiv münasibətin təhlili və qiymətləndirilməsi aparılır (bu zaman diskusiya iştirakçılarının ifadələri təsnifləşdirilir, qruplaşdırılır, burada kateqoriyaların mənaları müəyyən edilir, konkret problemin görünüşü, onun həlli yolları müəyyən olunur).
3. Təhlilin növbəti mərhələsində, təhsildə gender vəziyyətinə dair çıxış edənlərin fikirlərində aşkarlanmış aparıcı elementlər müəyyən edilir. Nəticədə aşağıdakı məsələlərin xüsusiyyətləri aşkarlanır: gender bərabərliyinin ictimai əhəmiyyəti, onun aktuallığı, burada irəliləyiş və yaxud geriləmə səbəbləri və meylləri, yaranan problemlərin vacibliyi və reallığı.
4. eyni zamanda təhsildə gender problemlərinə təsir edən müxtəlif amillərin (amilənin təsirinin, adət-ənənələrin, iqtisadi amillərin, ərə getməyin, ictimai rəydəki stereotiplərin) rolu da qiymətləndirilir. Müxtəlif ölçülər arasında əhəmiyyətli əlaqələr və asılılılıqların subyektiv mənalarının yuxarıda qeyd edilən amillərlə bağlı təhlili, assosiativ təhlili ilə tamamlanır.
5. Qrupun növünün, adının müəyyən edilməsi və təsvirindən sonra, müəlliflərin öz fikirlərinin, ifadələrininin doğruluğunda əminliyinin yoxlanılması üçün diskurs-təhlil aparılır. Burada müəlliflərin ifadələrinin, onların əqidəsinə, «ideoloji» əminliyinə uyğunluğu təhlil olunur. Qiymətvermə və rəylərdə əsaslandırma tərzinə də fikir verilir.
6. Təhlil prosesi müqayisəli şəkildə aşağıdakı məqamlara verilən ümumi qiymətlərin müqayisəsini təmin etməlidir:

  • konseptual qruplar arasında oxşarlıq və fərqlər;

  • universitetlər arasında oxşarlıq və fərqlər;

  • qadınların və kişilərin sosial davranışında oxşarlıq və fərqlər;

  • kontrastlı (fərqli) yaş qrupları arasında oxşar və fərqli cəhətlər (sosial yaş mənasında).


Mövzunun məzmunu baxımından müzakirəyə çıxarılan problemlər aşağıdakı ardıcıllıqla ifadə olunmuşdu:

    1. Ali təhsil sistemində müəllim arasında cinsi əlamət arasında diskriminasiya varmı?

    2. Ali təhsilin idarəolunması sahəsində qadınların təmsil olunması haqqında fikriniz nədir?

    3. Peşə və elmi artım mənasında kişilər və qadınların imkanlarında fərqlər varmı?

    4. Ali məktəblərdə genderlə bağlı fənnlər tədris olunmalıdırmı?

    5. Müəllimlər və tələbələr tərəfindən cinslərin qarşılıqlı münasibətləri elmi tədqiqat obyekti kimi götürülüb öyrənilirmi?

    6. Oğlanlar və qızlar tərəfindən gender mövzusunda xüsusi kursların tədris materiallarının qavranılması və mənimsənilməsi dərəcəsində fərqlər varmı?

    7. Tələbələrin bilikləri və davranışı qiymətləndirilən zaman, müəllimlər, ali məktəb müdiriyyəti onların cinsi mənsubiyyətinə müəyyən əhəmiyyət verirlərmi?

    8. Oğlanlar və qızlar üçün təhsil almaq halının əhəmiyyəti nə dərəcədə fərqlidir?

    9. Ölkənin təhsil sistemində, ali məktəblərdə cinslərin ictimai bərabərliyinin gələcəkdə inkişafı üçün nə təklif edə biləcəksiniz?



Təhlil üç əsas problemlər sahəsi ilə bağlıdır:


  • ali təhsil sistemində gender balansı və onun məzmunu;

  • ali məktəblərdə genderin elm və təhsil sahələrində tətbiqi;

  • tədqiqatın nəticələri və yeni təkliflər.



3. Nəticələrin icmalı
3.1. Ali təhsil sistemində gender balansı və onun məzmunu


  • Ali məktəb müəllimləri arasında gender diskriminasiyası

Naxçıvanda – bir, Bakıda isə – iki ali məktəbdə keçirilmiş fokus-qrupların üç sessiyasının iştirakçıları, ali məktəb müəllimləri arasında gender baxımından diskriminasiya hallarının qiymətləndirilməsində həmrəy idilər. Dövlət İdarəçilik Akademiyasında keçirilmiş sessiyada səslənən fikir daha inandırıcı səslənir: burada diskriminasiya yox, ali məktəblərin fəaliyyətinin müxtəlif növlərində qadınlar və kişilərin rolların və statuslarının fərqləndirilməsindən danışmağa dəyər.

Bu sessiyanın iştirakçılarının fikrincə, ənənəvi olaraq, keçmişdə qadınlar orta təhsil sistemində aparıcı rol oynayırdılar; ümumiyyətlə, pedaqoji sənət qadınlar arasında kütləvi hal almışdır. Bununla belə, müasir elmin, texnologiyaların peşəkarlığın yüksəldilməsi ilə bağlı olan tələblərə kişilər daha yaxşı uyğunlaşır.

Özümüzə belə bir sual versək ki, ali məktəbdə tədris edilən fənnlərin müəllimlik sahəsində cinslə bağlı fərqlərə təsiri varmı? - onda razılaşaq ki, şqərti olaqa bu fənnləri üç sahəyə bölmək lazımdır: xalis «kişi» fənnləri; xalis «qadın» fənnləri; müəllimin cinsinə biganəliyi bildirən fənnlər.

Əvvəllər qadınların, xalis «qadın» ixtisaslarda çalışmaqları adi bir hal sayılırdı. İndi isə indifferent (laqeyd) fənnlər və ixtisasların sayı artır. Deməli, obyektiv tələbatlar, şərait yetişdikcə, qadınların müxtəlif fənnlərdə təmsil olunması dairəsi getdikcə genişlənəcəkdir.

Qərb universitetində qrup diskusiyası zamanı, fokus-qrupun iştirakçılarından biri belə bir xarakter daşıyan məşğuliyyət sahələri diversifikasiya (dəyişdirmə) edilməlidir.

Bu fikirlə razılaşmayanlar da olmuşdur. Diskusiya səbəbkarı qeyd etdi ki, əgər kişilər ailədə uşaqların tərbiyəsi ilə məşğul olacaqlarsa, onda onlarda pedaqogikaya meyl və həvəs artacaq. Məlumdur ki, orta təhsil sistemində müəllimlik sənətinin nüfuzu kişilər arasında xüsusilə aşağı səviyyədədir. Naxçıvanda keçirilən sessiyada bu problemə toxunulması onu göstərir ki, müxtəlif ixtisasların nüfuzu haqqında təsəvvürlər dəyişilməli, ali məktəb hazırlığına yeni münasibət formalaşmalıdır.

Naxçıvan Dövlət Universitetində keçirilən diskusiyada belə bir vacibliyi heç də az olmayan fakta diqqət yetiriblər ki, qabaqlar xaricə getmək işində kişilər qadınlardan daha fəal və təşəbbüskar olmuşdularsa, indi rəsmi ezamiyyətə, stajartırmalara, beynəlxalq konfranslara qadınlar kişilərlə bərabər miqdarda gedirlər.

Qadınlar və kişilərin müəyyən eyni rollarda təmsil olunması, çıxış etməsinin milli-mədəni xüsusiyyətlərinə dair disput iştirakçılarından biri qeyd etmişdir ki, islam dinində qadın hüquqları öz əksini tam tapmışdır. «Həmin hüquq və imkanlardan qadın istifadə etməklə gərək həm də mentalitetimizə ziyan vurmasın», deyə öz fikrini o yekunlaşdırmışdır. Bundan belə nəticə çıxarmaq olar ki, Azərbaycanda da, digər inkişaf etməkdə olan ölkələrdəki kimi, ali təhsil sistemində cins üzrə diskriminasiya halları yoxdur. Əgər ali məktəbləri (o cümlədən, ixtisaslaşdırılmış) xüsusi prestijlik (nüfuzluq) şkalası üzrə düzsək, onda müəyyən etmək olar ki, qadınlar və kişilər üçün eyni dərəcədə gəlirli, prestijli olan peşə fəaliyyəti ilə hansılar fərqlənir.

Bundan əlavə olaraq, məlumdur ki, pedaqoji fəaliyyət bazarında ümumi vəziyyətə uyğun ixtisaslar təsnifatı var: burada məşğulluğun birinci, ikinci, əlavə məşğuliyyət növləri var. Bazarda rəqabətə, mobilliyə uyğun ali təhsil sistemində prestijli mövqeləri kişilər tutur: onların üstünlüyü məhz bu bacarıqdadır.

Beləliklə, üç sessiyanın hər bir müzakirəyə çıxarılan belə bir mühakiməni təsdiqlədi: ali təhsil sistemində qadınların diskriminasiyası (istər oxumaq prosesində, istərsə də müəllimlərin peşəkarlıq fəaliyyətində) yoxdur; nə kişilər, nə də qadınlar üçün hüquqi məhdudiyyət, yaxud, əksinə, imtiyaz yoxdur; peşəyə milli-mədəni qadağa da yoxdur. Bununla belə son 12-15 ildə ictimai sistemin inkişafının, onun bazar iqtisadiyyatı tələblərinə uyğun dəyişilməsinin nəticəsi olan ali təhsil sistemində gözə çarpacaq dərəcədə fərqlər və dəyişikliklər var; dəyişikliklərə təsir edən ilk növbədə, sistemin elementləri olan mobillik, sosial status və nüfuzluluqdur.




  • Ali təhsilin idarə olunmasında qadınlar

Diskusiya iştirakçıları, idarəetmə sistemində qadınların kişilərlə bərabər iştirakı məsələsinə münasibətin bildirərkən, bunun çoxcəhətliliyini, kəmiyyət və keyfiyyət tərəflərini qeyd etmişdilər: söhbət idarəetmə aparatında qadınların və kişilərin həm bərabər təmsil olunmasından, həm də onların tutduqları vəzifələrindən gedir. Faktlara müraciət etməklə göstərilmişdir ki, qadınlar rəhbər vəzifələrdə kifayət qədər təmsil olunmuşdur; onlar kafedra müdiri, şöbə müdiri,dekan müavini vəzifələrində çalışır; professor-müəllim heyətində də kifayət qədər təmsil olunmuşdular.

Dövlət İdarəçilik Akademiyasında keçirilən sessiya iştirakçısı belə bir fakta qeyd etmişdir ki, qadınlar orta və aşağı idarəetmə strukturlarında kifayət qədər geniş təmsil olunmuşdular, bəlkə də bəzi hallarda onların sayı kişilərin sayını həm də ötür; lakin idarəetmənin daha yüksək pillələrində onların sayı birdən-birə çox azalır. Görünür ki, burada əsas səbəb – kadrların işə götürülməsi və sosial təkrar istehsalı işində ənənəvi mexanizm hələ ki, çox güclüdür: işdən məhrum olanlar birinci növbədə qadınlar olur. Şübhəsiz, subyektiv amillərin, yəni şəxsi keyfiyyətlər, peşəkarlıq, idarəçilik təcrübəsinin də rolu var. Lakin diskusiya iştirakçıların əksəriyyəti belə bir fikirlə razılaşmışdılar ki, bu proseslərdə əsas rolu ictimai sistemin xüsusiyyətləri və əsasında ənənəçiliyi daşıyan kadr siyasətidir. Belə bir fikrin də nəzərə alınması vacibdir: ali məktəblərdə kadr siyasəti (digər yerlərdə olduğu kimi) korrupsiya hadisələri ilə uzlaşır. Məlumdur ki, belə işlərə kişilərin daha çox aidiyyatı var.

Beləliklə, Naxçıvanda keçirilən fokus-qrupun sessiyasında çıxış edən istər qadınlar, istərsə də kişilər, yerli şəraitdə idarəetmə sistemində qadınların vəzifə tutmaq hallarının yüksək olmasını qeyd etmişdilər. İrəli sürülən əsas tələb – peşə hazırlığı və rəhbər işində təcrübədir; irəli sürülən şəxsin cinsinin heç bir əhəmiyyəti yoxdur.

Bununla belə daha bir, bütün sessiyalarda müşahidə olunan bir hala diqqət yetirmək lazımdır: kişilər rəhbər işdə çalışan qadınlara biganə, bəzən yabançı münasibət bəsləyir. Bunun müxtəlif səbəbləri göstərilir, əsası isə odur ki, hakimiyyətin açıq və qapalı formaları ilə idarəetmənin bağlılığıdır; qadınlar burada nisbətən zəif mövqu tuturlar. Digər səbəb - kişilər mülkiyyətə və kapitala daha yaxın olmasıdır (bu fikri, təəssüflər ki, müzakirə etmək imkanımız olmamışdır; gələcək tədqiqatlarda buna fikir vermək lazımdır).

Qərb Universitetində diskusiya zamanı (digər sessiyalardan fərqli olaraq) vəzifəyə təyinolunma mexanizminə daha çox fikir vermişdilər. Burada belə bir fikir irəli sürülmüşdür ki, idarəetmənin demokratik mexanizmləri olan seçicilik, seçim imkanı, rəhbər işinə nəzarətin mümkünlüyü, hər bir vəzifəni burada həm maddi rifahın mənbəyinə, həm də şəxsi özünüifadəetmə və özünütəsdiq imkanına çevirə bilər.

Dövlət İdarəetmə Akademiyasında, Qərb Universitetində təhsil sistemində qadınların rəhbər vəzifələrdə təmsil olunmasını belə bir fal ilə uzlaşdırmaq cəhdi göstərilmişdir: ölkə qadınlarının ümumi savadlılığı kişilərin ümumi savadsılığından aşağıdır. Bu məsələnin müzakirəsi zamanı məlum oldu ki, ölkədə insan kapitalının potensialı yarıbayarı (yəni qadınlar) istfiadə olunmur. Savadı kifayət qədər olmayan adam vəzifəyə gəlirsə, onda, Dövlət İdarəçilik Akademiyasının diskusiya iştirakçısının sərrast ifadəsinə görə, «ya itki, ya da bəla baş verər».

Beləliklə, diskusiya zamanı məlum oldu ki, idarəetməyə qadınların daha geniş şəkildə cəlb edilməsi çoxtərəfli ictimai fayda gətirə bilər; bu fikrin müzakirəsi zamanı rəy müxtəlifliyi gözə çarpırdı. Kişilər qadınları özünə burada bərabər tuta bilmir, özü də müxtəlif səbəbləri əsas tuturdular.

3.2. Ali məktəblərdə genderin elm və təhsil sahələrində tətbiqi


  • Peşə və elmi artım sahələrində imkanların müqayisəli təhlili

Ali təhsildə gender problemlərinin müzakirəsi zamanı, müzakirə iştirakçılarına ali məktəbdə dərs deyən zaman peşə və elmi artım imkanlarına həsr olunmuş süjet təqdim olunmuşdur. Bu mövzu əvvəlkinin məntiqi davamıdır; aydındır ki, qadınlarla bağlı imkanlarda istər əlçatanlılıq, istərsə də istifadəolunmanın səmərəliliyi baxımından fərqlər çox ola bilər.

Qərb Universiteti, eləcə də Naxçıvan Dövlət Universitetində həmin süjetlə bağlı diskusiya kifayət qədər səmərəli keçmişdir: belə bir qənaətə gəldilər ki, imkanlar bərabərliyi baxımından qadınlar da, kişilərlə bərabər, elmlər namizədi və elmlər doktoru, rektor, prorektor ola bilər, lakin bu imkanlardan tam istifadə olunması yolunda bir sıra maneələr, məs., ailə, məişət vəzifələri, reproduktiv funksiya və s. vardır.

Digər məsələlərdə bütün diskusiya iştirakçıların fikri üst-üstə düşür. Bir baxışı qeyd etməyi lazım bilirik: qadınlar və kişilərin rol gözləmələrinin fərqindən irəli gələn xüsusiyyət ondan ibarətdir ki, təhsil sahəsində, onların əldə etdikləri elmi və peşə yüksəlişində şəxsi və ictimai tərəflərinin rolu müxtəlif olur.


  • Ali məktəblərin tədris planlarında gender fənnlərinə olan tələbat

Diskusiya iştirakçılarına gender mövzuları və problemlərinə aid fənnlərin tədrisi ilə bağlı təkliflərin səmərəliliyi və məqsədyönlülyünün qiymətləndirilməsi təklif olunmuşdur. Belə bir qənaətə gəldik ki, tədris planlarına gender problemlərinə aid xüsusi kurslar salınmalı, ixtisaslaşma aparılmalıdır.

Aşağıdakı təkliflər irəli sürülmüşdür: 1) mövzuların müvafq fənnlərə salınması; 2) xüsusi kursların tədrisi; 3) fakultativ fənlərin sayının artırılması; 4) elmi-tədqiqat və buraxılış işlərinin yazılması.




Cinslərin qarşılıqlı münasibətləri problemi istər müəllimlər, istərsə də tələbələrin elmi tədqiqat obyekti olmalıdır. Bütün fokus-qrupların sessiyalarında bu barədə çıxışlar olmuşdur. Bu problem tarix nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir: Azərbaycan qadını son yüz ildə olduqca böyük yol keçmişdir. Qadınlar ictimai həyatda böyük nailiyyətlər əldə etmişdilər.

Müasir Azərbaycan cəmiyyətində qadınların hüquqları və statusun sosial-iqtisadi əsaslarının tədqiqatı xüsusi olaraq vacibdir. Bütün sessiyalarda az və ya çox dərəcədə bu məsələlərə toxunulmuşdu, onların mürəkkəbliyi qeyd edilmişdi. Doğrudan da, kapitalın və gəlirin gender əlamətinə görə paylanılması çox hallarda mürəkkəb mübahisə yarada biləcək məsələ olaraq qalır. Azərbaycan üçün öz aktuallığını itirməyən məsələnin, qadın sağlamlığı, analığın mühafizəsinin olması, bütün qadınlar tərəfindən qeyd edilmişdir.




  • Tələbələr tərəfindən gender məsələləri ilə bağlı xüsusi kursların mənimsənilməsi

Diskusiya iştirakçıları tərəfindən gender təmayüllü fənlərin tədrisinin ilk təcrübəsi müsbət qiymətləndirilmişdir. Qeyd edilmişdir ki, bu təşəbbüs inkişaf etdirilməli və yayılmalıdır Belə bir təklif irəli sürülmüşdür ki, xüsusi kurslar əvzəinə gender nəzəriyyəsinin tədrisi daha faydalı olardı.

Qeyd edilmişdir ki, oğlanlar və qızlar tərəfindən istər ümumi material, istərsə də tədris kursların xüsusi bölmələrinin qavranılmasında əhəmiyyətli fərq olmasa da, burada müəyyən psixoloji səddlər və qavramada emosional-hissi xüsusiyyətlər yaranır. Məs., seksual sahədə cinslərin qarşılıqlımünasibətlər problemin qavranılmasında ehtiyat olunur, lakin tam rədd edilmir. Eyni münasibət qadınlara qarşı zorakılıq və cinayətkarlıq halları ilə bağlı müşahidə edilir.

Bütövlükdə kursların məzmunu və proqramı konkret məqsədli auditoriyanın mövcud maraqlarını nəzərə almaqla tərtib etmək lazımdır.



  • Tələbələrin bilikləri və davranışının qiymətləndirilməsində gender yönümləri

Tələbə-qızlar və tələbə-oğlanların bilikləri və davranışına münasibətinin xüsusi əhəmiyyəti var: gələcək mütəxəssisin hazırldıq səviyyəsi, peşəkar əmək bazarında onun rəqabətə dözümlülüyü perspektivləri məhz bununla müəyyən edilir.

Qeyd etməliyik ki, hər üç sessiyada belə bir fikir vurğulanırdı ki, cavabların qiymətləndirilməsində tələbənin cinsi mənsubiyyətinin heç bir əhəmiyyəti gərək olmasın. Bununla belə diskusiya iştirakçıları bəzən şüurlu şəkildə təsdiqləyirlər ki, qız tələbələrin bilik səviyyəsinə güzəştli, yumşaq münasibət bəslənilir; bunu müxtəlif səbəblərlə izah edirlər, o cümlədən qeyd edirlər ki, qızların imtahanlara hazırlaşmaq imkanları oğlanlara nisbətdə daha məhduddur.





  • Oğlanlar və qızlar üçün təhsilin dəyərliliyi.

Diskussiya iştirakçıları qeyd edirlər ki, ali təhsilə ənənəvi rəğbət hər iki cinsin nümayəndələrində müşahidə olunur. Bununla belə, qadınların müəyyən hissəsində, qızların, xüsusilə bəzi kənd ərazilərində, natamam orta təhsil səviyyəsində qalma halları, haqlı narazılıq və nigarançılıq doğurur. Orta ixtisas təhsilin alınması ilə (əsasən tibbi və pedaqoji ixtisaslar üzrə) məhdudlaşma hallarının sayı getdikcə artır.

Diskusiya zamanı qızlarda və oğlanlarda təhsilin dəyərliliyi haqqında təsəvvürlərin dəyişilməsi haqqında məsələ qaldırılmışdı. Hər iki halda iqtisadi sahənin populyarlığı müşahidə edilir. Buna baxmayaraq, təhsil səviyyəsinin qənaətbəxş olmasına hələ çox qalmışdır. Məhz buna görə bir çox cavanlar öz təhsilini xaricdə davam etdirmək niyyətindədirlər.

Fərq burada ondan ibarətdir ki, orta səviyyəli bilikləri və qabiliyyətləri daha çox qızlar nümayiş etdirir, oğlanlar isə ayrıca götürülmüş hallarda böyük qabiliyyətləri və nailiyyətləri nümayiş etdirirlər.

3.3. Tədqiqatın nəticələr və yeni təkliflər təhsil sistemində


1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin