Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§  3.  Mülki  hüquqda  şəxsi  qeyri-əmlak



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə4/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   54
§  3.  Mülki  hüquqda  şəxsi  qeyri-əmlak 

hüquqlarının  növləri

Səxsi  aevri-əmlak 

Şəxsi  qeyri-əmlak  hüquqlarının  vahid  sistemini  müəy- 

9  hüquqlarının 

yənləşdirməyin həm  praktiki,  həm də nəzəri əhəmiyyə- 

təsnifinin əsasları 

*'  vard|r-  Vahid  sistem  şəxsi  qeyri-əmlak  hüquqlarının 

mülki-hüquqi  tənzimlənməsi  və  müdafiə  edilməsi  üçün 

vacib  rol  oynayır.  Digər  tərəfdən  həmin  sistem  imkan  verir  ki,  kənar şəxslərin 

müdaxiləsindən  vətəndaşların  şəxsi  (fərdi)  sferasını  təmin  etməklə  və  qoru­

maqla  bağlı olan  münasibətlərin dairəsi müəyyənləşdirilsin.

'  Konstitusiyanın 52-ci maddəsinin 4-cü hissəsi.

2  Гражланскос  право.  Учебник.  Часп.  I  /   Под  рсл.  А.П.Сергееса.  Ю.К.Томтого.  M..  I99S, с  

315; Гражланскос право.  Учебник. Том  I  / Пол рсд. ЕА.Суханоеа.  М.,  1998, с. 730.

3 Konstitusiyanın 31-ci m addəsinin 2-ci hissəsi.

4 Konstitusiyanın 32-ci maddəsinin  2-ci hissəsi.

5 Konstitusiyanın  32-ci maddəsinin 3-cü hissəsi.

41


Amma  indiyə  kimi  qanunvericilikdə  şəxsi  qeyri-əmlak  hüquqlarının  vahid 

sistemi  müəyyən  olunmur.  Düzdür,  bəzi  xarici  ölkələrin,  məsələn,  Rusiya  Fe­

derasiyasının  MM-nin  150-ci maddəsində şəxsi qeyri-əmlak hüquqlarının (qey­

ri-maddi  nemətlərin)  təxmini  və  qəti  olmayan  siyahısı  verilmişdir.  Lakin  bu 

maddə şəxsi qeyri-əmlak  hüquqlarının vahid sistemini  əks etdirmir.

Mülki  hüquq  elmində  (doktrinasında)  də  indiyə  kimi  şəxsi  qeyri-əmlak  hü­

quqlarının  vahid  sistemi  müəyyən  edilməmişdir.  Bu  barədə  sivilist  alimlər yek­

dil  fikir  söyləmirlər.  Məsələn,  alimlərdən  T.A.Faddayeva',  M.N.Maleina5  və 

D.I.Şerstobitov3  şəxsi  qeyri-əmlak  hüquqlarını  üç,  L.O.Krasavçikova4  iki  qrupa 

bölür.  Özü  də  onların  verdikləri  təsniflər  iki  meyara  əsaslanır:  birincisi,  şəxsi- 

qeyri  əmlak  hüquqlarının  güddüyü  və  yönəldiyi  məqsəd:  ikincisi,  şəxsi  qeyri- 

əmlak hüquqlarının obyekti (predmeti).

Biz,  alimlərin  verdikləri  təsniflərdən  hansının  üstün  cəhətə  malik olması  ba­

rədə fikir söyləmək  niyyətində  deyilik.  Qeyd etmək  lazımdır ki,  onlardan  hər bi­

rinin özünün  həm  üstün,  həm də çatışmayan cəhətləri vardır.  Şübhə yoxdur ki, 

verilən təsniflərin  mahiyyəti eynidir.  Onlara  əsaslanaraq  biz,  şəxsi  qeyri-əmlak 

hüquqlarını  üç qrupa  bölürük:

•   şəxsiyyəti fərdiləşdirməyə yönələn şəxsi qeyri-əmlak  hüquqları;

•   şəxsiyyətin  fiziki  mövcudluğunu  və  əmin-amanlığını  təmin  etməyə  yönə­

lən şəxsi qeyri-əmlak hüquqları;

•   şəxsiyyətin  mənəvi-sosial  əmin-amanlığını  təmin  etməyə  yönələn  şəxsi 

qeyri-əmlak hüquqları.



Şəxsiyyəti  fərdiləşdirməyə  yönələn  şəxsi  qeyri-əmlak  hüquqları  həmin 

hüquqların  daşıyıcısı olan  səlahiyyətli şəxsin cəmiyyətdəki  sosial-hüquqi vəziy­

yətini  xarakterizə  edir,  onu  fərdiləşdirərək  təkrarolunmaz  sosial  varlığa  çevirir. 

Bu  qrup  şəxsi  hüquqlar vətəndaşın  şəxsiyyətinə  təkraredilməz  çalar,  müstəs­

na  rəng və kolorit verir.  Onlara  aiddir:

•   ad  hüququ;

•   şərəf hüququ;

•   ləyaqət hüququ:

•   işgüzar nüfuz hüququ və s.

Şəxsiyyətin  fiziki  mövcudluğunu  və  əmin-amanlığını  təmin  etməyə yö­

nələn  şəxsi  qeyri-əmlak  hüquqları  elə  hüquqlardır  ki,  onların  vasitəsilə  və­

təndaşın şəxsi fiziki toxunulmazlığı təmin  edilir.  Bu  qrup  hüquqlara aiddir:

•   yaşamaq  hüququ;

•   sağlamlığın qorunması hüququ;

•   sağlam ətraf mühitdə yaşamaq  hüququ;

•   azadlıq  hüququ; * 1

1  Гражданское право. Учебник.  Часть I  / Под рсд. А.П.Сергеева. Ю.К.Толстого.  М.,  1998, с. 316.



Гражданское право.  Учебник.  Часть  I  /  Под рсд. А.ГКаяпииа; А.И.Мас-чяеса М .,  1998. с.  134; 



Малешш Л/.Я. Зашита личных неимущественных прав советских  граждан.  М .,  1991, с. 20-78.

^ Гражданскос право.  Учебник. Том  1  /  Под ред. Е.А.Сухачова.  M.,  1998,729.

Красавчикова Л.О.  Понятие  и  система  личных  неимущественных  прав  граждан  в  граждан­

ском  праве.  Екатеринбург.  1994,  с.  53-76;  Гражданское  право.  Учебник.  Часть  I  /   Под  рсд. 



Т. Илларионовой и др. М.,  1998, с.  14.

42


•   şəxsi toxunulmazlıq hüququ;

•   sərbəst hərəkət etmək hüququ;

•   yaşayış yeri  seçmək hüququ və s.

Şəxsiyyətin  mənəvi-sosial  əmin-amanlığını  təmin  etməyə  yönələn 

şəxsi  qeyri-əmlak  hüquqları  vətəndaşın  daxili  dünyasının və  aləminin, onun 

şəxsi  həyat  sirrinin  toxunulmazlığını  təmin  etmək  məqsədi  güdür.  Bu  qrupa 

daxil olan  hüquqlar şəxsiyyətin cəmiyyətdəki sərbəstliyini təmin edir;

•   şəxsi  həyat sirrini  saxlamaq hüququ;

•   rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququ;

•   şəxsi  həyatın toxunulmazlığı hüququ;

•   şəxsi  sənədlərin toxunulmazlığı hüququ və s.

İndi  də  gəlin,  göstərilən  hüquqların  əsas  və  başlıca  cəhətləri  ilə  tanış olaq 

və onlara  qısaca  mülki-hüquqi xarakteristika verək.

Şəxsiyyəti 

Ad  hüququ  vətəndaşın  şəxsiyyətini  fərdiləşdirməyə  im-

fərdiləşdirməyə 

kan  veran  əsas  və  başlıca  hüquqdur.  Bu  hüquq  şəxsiy-



yönələn  şəxsi 

yətin  mülki-hüquqi vəziyyətini fərdiləşdirir. 



qeyri-əmlak 

Ad  hüququ  fiziki  şəxsin  mülki  hüquq  qabiliyyətinin



hüquqları 

məzmununa  daxil  olan  hüquqlardan  biridir1.  Belə  ki, 

şəxslər mülki-hüquq  qabiliyyətinin tərkibinə aid edilən bir 

sıra  əmlak və  şəxsi qeyri-əmlak  hüquqlarına  malik ola  bilərlər.  Bu hüquqlardan 

biri ad  hüququ adlanır.

Ad  hüququ  bir sıra  beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuşdur.  Məsə­

lən,  «Mülki  və  siyasi  hüquqlar  barədə  beynəlxalq  pakt»da  göstərilir  ki,  hər bir 

uşaq  dərhal qeydiyyata alınmalı  və ada  malik olmalıdır.

Ad  hüququ  subyektiv  mülki  hüquqlardan  biridir.  O,  cəmiyyətdə fiziki  şəx­

si  fərdiləşdirən  mütləq,  ayrılmaz  şəxsi  qeyri-əmlak  hüququdur.  Bu  hüququn 

əsas təyinatı  fiziki şəxsi  hüquqi cəhətdən fərdiləşdirməkdən  ibarətdir.

Ad  hüququnun  obyekti  addan  ibarətdir.  Ad  şəxsi  qeyri-maddi  nemətdir. 

Inqilabaqədərki  Rusiya  alimi  I.A.Pokrovski  yazırdı  ki,  ad  şəxsiyyətin  nişanəsi 

olub,  insanı  başqalarından  fərqləndirir;  şəxsin  bütün  xarici  və  daxili  keyfiyyət­

ləri  məhz  onun  adı  ilə  bağlıdır.  Nə  qədər  şəxsiyyətin  daxili  aləmi  və  mənəvi 

dünyası  zəngindir,  onun  adı  bir  o  qədər  yüksəkdə  durub,  qiymətlidir.  İnsanı 

addan  məhrum  etmək olmaz.  O,  insanın özündən ayrılmazdır.

Mülki  qanunvericilikdə  ad  hüququnun  tənzimlənməsinə  ayrıca  norma  həsr 

olunmuşdur  (MM-in  26-cı  maddəsi).  1964-cü  il  MM-də  ad  hüququnu  xüsusi 

olaraq  nizama  salan  hüquq  normasına  rast  gəlmirik.  MM-in  ad  hüququnu  xü­

susi olaraq tənzimlənməsini  nə ilə izah etmək olar?

Bildiyimiz  kimi,  fiziki  şəxslər  mülki  (əmlak)  dövriyyənin  iştirakçısıdırlar.  İşti­

rakçı  kimi  fiziki  şəxsin  mülki-hüquqi  statusunun  müəyyən  edilməsində 

onun  adı  mühüm  rol  oynayır.  Axı,  ad  şəxsiyyəti  fərdiləşdirməyə  imkan  verən 

vasitədir.  Ayrıca  götürülmüş  hər  bir şəxsin  fərdiləşdirilməsi,  hər şeydən  əvvəl, 

məhz onun adı  ilə həyata  keçirilir. 1

 2

1  Гражданское право России. 



Курс 

лекций. Общая часть/Ото. рсд. О.Н.Содиков. М-, 2001,с. 115.

Покровский И. А.  Проблемы гражданского права. М ,   1998, с.  12.

43


Fiziki  şəxsin  adı  ilə  onun  əmlak  mənafeyi  bağlıdır.  O,  öz  adı  ilə  mülki  (əm­

lak)  dövriyyənin  iştirakçısı  olur,  yəni  mülki  hüquq  və  vəzifələri  öz  adı  ilə  əldə 

edir və həyata  keçirir (MM-in 26-cı maddəsinin  2-ci  bəndi).

Ad iki mənada  işlədilir:  məhdud  mənada:  geniş mənada.

Məhdud  mənada  ad dedikdə,  fiziki şəxsin  öz xüsusi adı  başa  düşülür.  Mə­

sələn,  Əli,  Cəfər,  Sona,  Nadir  və  s.  məhdud  mənada  adı  ifadə  edir.  Məhdud 

mənada ad mülki  hüquq  baxımından əhəmiyyət kəsb etmir.

Geniş mənada ad dedikdə  isə fiziki şəxsin adı,  atasının adı  və soyadı  başa 

düşülür.  Bu  mənada  fiziki  şəxsin  adı  addan,  ata  adından  və  soyaddan  iba­

rətdir (MM-in  26-cı  maddəsinin  1-ci  bəndi).  Məsələn,  Əliyev  Əli  Əli  oğlu,  Cəfə­

rov  Məhəmməd  Qafar oğlu  və  s.  Mülki  hüquqda  ad  məhz  geniş  mənada  işlə­

dilməli və  başa  düşülməlidir.  Məhz geniş  mənada  ad  mülki  hüquq  baxımından 

əhəmiyyətə  malikdir,  yəni  fiziki  şəxs  geniş  mənada  adı  ilə  mülki  hüquq  və  və­

zifələr əldə edir və həyata  keçirir,  mülki  (əmlak) dövriyyədə iştirak edir.



Fiziki  şəxsin  imzası  da  geniş  mənada  ad  anlayışına  daxildir.  İmza  adın 

komponentidir’.  O,  fiziki  şəxsi  eyniləşdirməyə  və  fərdiləşdirməyə  imkan  verən 

vasitədir.  İmza  seçməkdə şəxs müstəqil və sərbəstdir.

Beləliklə,  «geniş  mənada  fiziki  şəxsin  adı»  anlayışı  dörd  komponentdən 

(elementdən)  ibarətdir:  fiziki şəxsin  adından;  fiziki şəxsin  atasının adından: fizi­

ki şəxsin  soyadından;  fiziki şəxsin imzasından2.

Fiziki  şəxsin  ad  hüququ  müəyyən  məzmuna  malikdir.  Ad  hüququnun 

məzmunu  dedikdə,  onun  ibarət olduğu üç səlahiyyət  (hüquqi  imkan)  başa  dü­

şülür.  Onlara  aiddir:  sahiblik  səlahiyyəti;  istifadə  səlahiyyəti;  sərəncam  səla­

hiyyəti.  Bunlar ad  hüququnun  məzmununu təşkil  edən  elementlərdir.

Sahiblik  səlahiyyəti onu  ifadə edir ki, fiziki şəxsin  rəsmi  sənədlərdə nəzər­

də tutulan  ada  malik olmaq  hüququ vardır.  Rəsmi  sənədlər dedikdə,  şəxsiyyət 

vəsiqəsi,  pasport,  hərbi  bilet,  yaş  kağızı,  doğum  haqqında  şəhadətnamə  və  s. 

başa  düşülür.  Fiziki  şəxsin  adı Vətəndaşlıq Vəziyyəti  Aktlarının  Dövlət  Qeydiy­

yatı (W AD Q ) orqanlarında qeyd olunur.

İstifadə səlahiyyəti  onu ifadə edir ki, fiziki şəxs başqa  şəxslərdən öz adına 

uyğun  olaraq  ona  müraciət  etmələrini  tələb  etmək  hüququna  malikdir.  Fiziki 

şəxsin  adı  həm  onu  daşıyan  şəxsin  özü  üçün,  həm  də  bütün  digər  şəxslər 

üçün  məcburidir.

İstifadə  səlahiyyəti  fiziki  şəxsə  imkan  verir ki,  o,  qanunda  nəzərdə  tutulmuş 

hallarda  və  qaydada  təxəllüsdən  (uydurma  addan)  istifadə  etsin  (MM-in  26-cı 

maddəsinin  3-cü  bəndi).  Bəzi  yaradıcı  sənət adamları  (yazıçılar,  artistlər)  özlə­

rinin  peşəkar fəaliyyətinin  spesifikliyinə  görə təxəllüsə əl  ata  bilərlər.  Məsələn, 

qanunda  göstərilir ki,  müəllifin  ad  hüququna  görə,  o,  əsərdən  təxəllüslə  istifa­

də  edə  bilər1

 2

 3.  Müəllifin  ad  hüququ  həm  də  imkan  verir  ki,  o,  əsərdən  adsız 



(anonim) istifadə etsin.

Bunlardan əlavə, fiziki şəxsin öz adından  başqa  şəxslərin  istifadəsinə  icazə

1  Гражданское право. Учебник.  Часть  I  /  Под рсд. А. Г. Кая пина. А.И.Масляева.  М.,  1997, с.  138.

2  Bəzi  xarici  ölkələrdə  alasının  adı  və  ya  soyad  kim i  elem entlər  fiziki  şəxsin  ad  anlayışına 

daxil edilmir.  Məsələn,  İslandiyada soyad kimi elementdən istifadə olunm ur.

3 «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında»  qanunun  14-cü m addəsi.

44


vermək  imkanı  da  istifadə  səlahiyyətini  ifadə  edir.  Məsələn,  məşhur futbolçu, 

XX əsrin futbol  kralı  Pele öz adından istifadə olunmasına razılıq vermişdi («Pe- 

le kofesi»).

Sərəncam   sə la h iyyə ti  onu  ifadə  edir ki, fiziki  şəxs qanunla  müəyyənləşdi­

rilmiş  qaydada  öz  adını  dəyişdirə  bilər  (MM-in  26-cı  maddəsinin  4-cü  bəndi). 

Adın  d ə y iş d irilm ə s i  dedikdə,  «ad»  anlayışına  daxil  olan  üç  elementi  (adın, 

ata  adının və soyadın) ya  bir dəfədə bütün hamısının ya da onlardan birinin və 

ya  ikisinin  dəyişdirilməsi başa düşülür'.  Məsələn,  doğulan zaman şəxsə qoyu­

lan  ad  yetkinlik  yaşına  çatdıqda  onun xoşuna  gəlmir.  O,  adını dəyişdirmək qə­

rarına  gəlir.  Başqa  bir misalda qız nikah bağlanan zaman öz soyadını saxlayır, 

ərinin  soyadını  qəbul  etmir.  Nikah  bağlandıqdan  müəyyən  müddət  keçdikdən 

sonra  o,  soyadını  dəyişib,  ərinin  soyadını  götürür.  Belə  halda  ad  anlayışının 

soyad  kimi  elementi  dəyişdirilir.  Başqa  bir misalda  vətəndaş onu tərbiyə  edən 

ögey  atasının  soyadını  götürür.  Belə  halda  da  soyad  kimi  element  dəyişdirilir. 

Digər bir misalda  isə vətəndaş onu  böyüdüb başa çatdıran ögey atasının adını 

qəbul  edir.  Bu  zaman  vətəndaşın  ata  adı dəyişdirilir.  Başqa  bir misalda ata  öz 

adını dəyişdirir.  Buna  uyğun olaraq övladı da ata adını dəyişdirir.

Beləliklə,  fiziki şəxsin öz adının dəyişdirilməsi ifadə edir:

•   ya fiziki şəxsin  adının dəyişdirilməsini;

•   ya fiziki şəxsin  ata adının dəyişdirilməsini;

•   ya fiziki şəxsin soyadının dəyişdirilməsini;

•   ya  da  bir dəfədə onların  hamısının və ya  ikisinin birlikdə dəyişdirilməsini.

F iziki  şəxsin  adını  dəyişdirm əsi  onun  əvvəlki  adı  ilə  daşıdığı  vəzifələ­

rin  (ö h d ə lik lə rin )  xitam   edilm əsinə  səbəb  olmur.  Məsələn,  vətəndaş  öz 

qonşusundan  borc alır.  O, öz adını  dəyişdirir.  Bu, vətəndaşın  borcu qaytarmaq 

öhdəliyinin  (vəzifəsinin) xitam edilməsinə əsas ola  bilməz.

Fiziki  şəxsin  adını  dəyişdirməsi  həm  də  onun  əvvəlki  adı  ilə  əldə  etdiyi 

h ü q uqların  xitam   edilm əsinə  səbəb  olm ur.  O,  həmin  hüquqları  itirmir.  Mə­

sələn,  sifarişçi  vətəndaşın  podrat  müqaviləsi  üzrə  podratçıdan  (tikinti firmasın­

dan)  yaşayış  evinin  verilməsini  tələb  etmək  hüququ vardır.  Vətəndaşın  öz adı­

nı  dəyişdirməsi  həmin  hüququn  xitam  olunmasına  əsas ola  bilməz.  Başqa  mi­

salda  vətəndaşın  yaşayış  evinə,  torpaq  sahəsinə,  qaraja,  minik  avtomobilinə 

mülkiyyət  hüququ  vardır.  O,  adını dəyişdirir.  Əlbəttə,  bu zaman vətəndaşın  hə­

min əmlak  növlərinə olan  mülkiyyət hüququna xitam verilməyəcəkdir.

Mülki qanunvericilik öz adını dəyişdirmiş fiziki şəxsin üzərinə vəzifə qoyur. Be­

lə ki, öz adını dəyişdirmiş şəxs bu barədə öz borclularına (və ya  kreditorlarına) 

onların  m ənafeyi  üçün  məlumat verməlidir. O, adının dəyişməsi barədə həmin 

şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır.

Göstərdiyimiz  üç  hüquqi  imkan  -   səlahiyyət  (müəyyən  ada  malik  olmaq, 

yəni  sahiblik səlahiyyəti,  başqa  şəxslərdən öz adına uyğun olaraq ona müraci­

ət  etmələrini  tələb  etmək,  yəni  istifadə  səlahiyyəti,  öz  adını  dəyişdirmək,  yəni 

sərəncam səlahiyyəti) fiziki şəxsin ad  hüququnun mahiyyətini təşkil edir1

 2 3

.

1  ryva  AM .  Гражданское  право.  Учебник.  Том  I.  M.,  2003,  с.  60;  /рее  AM.  ПостотсПныЛ



комментарий к масти первой  Гражданского кодекса РФ. М ,  2000.44.

Советское гражданское право. Том  1 /  Под рсл. О.А.Красавчикова. M..  I9S5, с.  192-193.

45


Mülki  qanunvericilik  özgə  (başqa)  şəxsin  adı  ilə  hüquq  və  vəzifələr  əldə 

edilməsini qadağan  edir (MM-in  26-cı  maddəsinin  6-cı  bəndi).  Uydurma  addan 

(təxəllüsdən)  fərqli  olaraq,  özgə  adından,  ümumiyyətlə,  istifadə  olunmasına 

yol verilmir.  Buna  görə də  özgə  ad  altında  bağlanan  əqd  (m üqavilə)  etib a r­

sızdır'.  Əgər şəxs özgə  ad altında əmlak əldə edərsə,  onda  əsassız varlanma 

öhdəliyi yaranır1

 2.  Bu  öhdəliyə görə əmlakı əsassız  (özgə ad altında) əldə  edən 

şəxs onu qaytarmalıdır.

Özgə  adından  icazəsiz  istifadə  qanunsuz  istifadədir.  Adı  qanunsuz  istifadə 

olunan  şəxs başqa  şəxslərdən  onun  adından  qanunsuz is tifa d ə n in   dayandı­

rılmasını  tələb  edə  bilər.  Məsələn,  firma  tanınmış şəxsin  adından  istehsal  et­

diyi  (hazırladığı)  məhsulun  əmtəə  nişanında  icazəsiz  istifadə  edir.  Belə  halda 

şəxs əmtəə  nişanının  hazırlanmış təsvirinin  məhv edilməsini  və  ya  məhsuldan 

(maldan) adının silinməsini tələb edə  bilər.

Şəxsin  adından  qanunsuz  (icazəsiz)  istifadə,  özgə  adına  yiyələnmə  və  onu 

mənimsəmə,  özgə  adından  təhrif  edilməklə  istifadə  nəticəsində  həmin  şəxsə 

həm əmlak zərəri,  həm də  mənəvi zərər vurula  bilər3.  Belə  halda  mülki-hüquqi 

müdafiə  üsulları  tətbiq  olunur.  Söhbət  zərərin  əvəzinin  ödənilməsi  və  mənəvi 

zərərin  kompensasiyası  kimi  üsullardan  istifadə  olunmasından  gedir,  yəni  əm­

lak zərərinin əvəzi ödənilir,  mənəvi zərər isə kompensasiya  edilir4.

Şərəf hüququ,  ləyaqət  hüququ  və  işgüzar nüfuz hüququ  şəxsiyyəti  fərdiləş- 

dirməyə  yönələn  şəxsi  qeyri-əmlak  hüququ  kateqoriyasına  daxildir.  Bu  hüquq­

lar barədə sonrakı  fəsildə söhbət açılmışdır.

§ 4.  Şəxsiyyətin  fiziki  cəhətdən 

mövcudluğunu  və əmin-amanlığım təmin  etməyə 

yönələn  şəxsi  qeyri-əmlak  hüquqları

Yaşamaq  hüququ  konstitusion  hüquqdur.  Azərbaycan  Respub 

Yaşamaq 

likası  Konstitusiyasının 27-ci  maddəsində göstərilir ki,  hər kəsin 

hüququ 

yaşamaq  hüququ  vardır.  Analoji  göstərişə  demək  olar  ki,  bü­



tün dünya dövlətlərinin  konstitusiyalarında da  rast gəlmək olar5. 

Yaşamaq hüququ  bir sıra vacib beynəlxalq sənədlərlə öz əksini tapmışdır.  Be­

lə ki,  «İnsan hüquqlannın  ümumi bəyannaməsi»nin  3-cü  maddəsinə  görə,  hər bir 

insan yaşamaq  hüququna  malikdir6.  «Mülki və siyasi hüquqlar barədə  beynəlxalq 

pakt» yaşamaq hüququna hər bir insanın aynlmaz hüququ kimi baxır.

1 Гусв A.H. Гражданское право. Учебник. Том  I. M., 2003, с. 61.

2  Гусв  А.Н.  Постатейный  комментарий  к  части  первой  Граждансого  Кодекса  Российской 

Федерации.  М., 2000, с. 46.

3  Гражданское  право.  Учебник.  Часть  I  /   Под  рсд.  А.П.Ссргеева,  10.К.Толстого.  М.,  1998,  с. 

322-323.


Гражданское  право.  Учебник.  Часть  1  /  Под  рел.  Т.И.  Илларионовой.  Б.М.Гон.'аю. 

В А.Плетневой.  М ,   1998, с.  180;  Гражданское прапо России.  Курс  лекций.  Часть общая / Под рсд. 

О Н.Собинова.  М.,  2001,  с.  115;  Комментарий  к  Гражданскому  Кодексу  Российской  Федерации. 

Часть  1  / Под рсд. О.Н.Садикова.  М.,  1999, с. 66.

5  Cəfərov I.M. Azərbaycan Respublikası Konstitusiyasının şəhri.  Bakı.  2004, s. 83.

6 Права человека. Сборник международных документов.  М..  1986.

46


Yaşamaq  hüququ  vətəndaş  hüquqları yox,  insan  hüquqları  kateqoriyası­

na  a iddir.  Ona  görə  ki,  bu  hüququ  fiziki  şəxslərə  qanun  vasitəsi  ilə  dövlət 

«bəxş etmir».  Bütün  insanlar yaşadığı  dövlətə mənsubiyyətindən asılı olmaya­

raq,  doğulduğu  andan  yaşamaq  hüququna  malik olurlar.  Buna  görə də həmin 

hüquq  insanın  təbii  (anadangəlmə)  və  ayrılmaz  hüququ  hesab  edilir.  Özü  də 

yaşamaq  hüququ  insan  hüquqları  arasında  üstün  və  birinci  yer  tutur.  Bu, 

onunla  bağlıdır ki,  yaşamaq  hüququnun  obyektini  həyat kimi ali və ən  qiymətli 

nemət təşkil edir.  Konstitusiya  hüququ baxımından yaşamaq  hüququna verilən 

qısaca xarakteristika  bunlardan ibarətdir.

Yaşamaq  hüququ  həm  də  mülki  hüquq  baxımından  əhəmiyyət  kəsb  edir. 

O,  mülki  hüquq  dili  ilə  desək,  şəxsi  qeyri-əm lak  hüququdur  ki,  bu  hüququn 

obyekti  rolunda  insan  həyatı  kimi  şəxsi  qeyri-m addi  nemət  çıxış  edir.  Lakin 

mülki  hüquq  baxımından  «yaşamaq  hüququ»  anlayışından  istifadə  edilməsi 

dəbdə  deyildir.  Mülki  hüquqda  hələlik  bu  anlayışa  adət  edilməmişdir.  Bildiyi­

miz  kimi,  sovet  dövrünün  mülki  məcəllələrində  «yaşamaq  huququ»  kimi anla­

yış  işlədilmirdi.  Bu  anlayış  Azərbaycan  Respublikasının  hal-hazırda  qüvvədə 

olan  Mülki  Məcəlləsinə  də  məlum  deyildir.  Düzdür,  bəzi  xarici ölkələrin,  məsə­

lən,  RF-in  qanunvericiliyində  yaşamaq  hüququnun  obyekti  olan  həyat  əsas 

şəxsi  qeyri-maddi  nemətlərdən  biri  kimi  nəzərdə  tutulur  (RF  MM-in  250-ci 

maddəsi).

Doğrudan  da  həyat  (insan  həyatı)  şəxsi  qeyri-m addi  nemətlərdən  biri 

olub,  yaşam aq  h ü ququnun  obyektini  təşkil  edir.  Bu  obyekt  barəsində  mül­

ki  xarakterli  ictimai  münasibətlər əmələ gəlir.  Həmin  münasibətlərin bir tərəfin­

də  səlahiyyətli şəxs rolunda çıxış edən hüquq sahibi  (yaşamaq hüququnun sa­

hibi),  digər  tərəfində  isə  səlahiyyətli  şəxsə  qarşı  duran  borclu  şəxs  («hamı  və 

hər kəs») çıxış edir.  Borclu  şəxsin  («hamı və  hər kəs»in) əsas vəzifəsi səlahiy­

yətli  şəxsin  yaşamaq  hüququnu  pozan  hərəkətlərdən  çəkinməkdən  ibarətdir. 

Bu,  şəxsi  xarakterli  qeyri-əmlak  münasibətidir.  Özü  də o, əmlak  münasibəti ilə 

bağlı  deyildir,  yəni  həyat barəsində yaranan şəxsi qeyri-əmlak  münasibəti əm­

lak  münasibəti  yaratmaq  qabiliyyətinə  malik  deyildir.  Əmlak  münasibəti  ilə 

bağlı  olmayan  (əmlak  münasibəti  yaratmayan)  şəxsi  qeyri-əmlak  münasibəti 

isə  mülki  hüququn  nizamasalma  predmetinə aiddir.

Fiziki şəxsin  yaşamaq  hüququ onun  m ülki  hüquq  qabiliyyətinin  tərkibinə 

(m əzm ununa)  d a xil  olan  qeyri-əm lak  hüququdur.  Mülki hüquq qabiliyyəti fi­

ziki  şəxsin  doğulduğu  an  əmələ  gəlir  (MM-in  25-ci  maddəsinin  2-ci  bəndi). 

Tibb  elminə  görə  fiziki  şəxsin  müstəqil  olaraq  tənəffüs  etməyə  başladığı  an 

onun  doğum  anı  hesab  olunur.  Deməli, fiziki  şəxs müstəqil  olaraq  tənəffüs et­

məyə  başladığı  andan  onun  mülki  hüquq  qabiliyyətinin  tərkibinə  daxil  olan ya­

şamaq  hüququ  yaranır'.  Bununla  belə,  bəzi  ölkələrin  mülki  və  ailə  hüququ el­

mində  mayası  bağlanmış uşağın şərti hüquq qabiliyyəti konsepsiyası irəli sürü­

lür.  Belə ki,  Macarıstan  MM-nin  9-cu  paraqrafına görə,  əgər uşaq sağ doğular­

sa.  o,  mayası  bağlandığı  andan  hüquq  qabiliyyətli olur.  Çexoslovakiya  MM-nin

'   Эннскцсрус Л.  Курс  германского  гражданского  права.  М.,  1949.  Том  I.  Полутом  I,  с.  2SS: 

Allahverdiyev S.S. Azərbaycan  Respublikasının mülki hüququ.  Dərslik.  I cild, I kilab. Bakı.  2003, 

s.  355.


47

də  7-ci  paraqrafında  göstərilir  ki,  əgər sağ  doğularsa,  mayası  bağlanmış  uşaq 

da  hüquq  qabiliyyəti  əldə  edir'.  İsveçrə  MM-in  31-ci  paraqrafında  müəyyən 

edilir ki,  əgər sağ doğularsa,  doğuma  kimi uşaq  hüquq qabiliyyətlidir* 2.

Bizim  fikrimizcə,  mayası  bağlanmış  uşağı  doğulana  kimi  mülki  hüquq  qabi­

liyyətli  hesab  etmək  olmaz.  Bu,  məsələyə  real  yanaşmanı  ifadə  etmir.  Yalnız 

mövcud  olan  hüquq  subyekti  subyektiv  hüquqa,  o  cümlədən  şəxsi  xarakterli 

subyektiv  hüquqa  (ən  əsası  isə  yaşamaq  hüququna)  malik  ola  bilər.  Mayası 

bağlanmış  uşaq  isə  mövcud  hüquq  subyekti  yox,  gələcək  mümkün  hüquq 

subyektidir,  yəni  onun  gələcəkdə  hüquq  subyekti  olması  güman  və  ehtimal 

edilir.  Məhz  bu  səbəbdən  bəzi  xarici  ölkələrin  mülki  hüquq  elmində  irəli  sürü­

lən şərti hüquq qabiliyyəti  konsepsiyasının  heç bir əsası yoxdur.

Yaşamaq  hüququnun  məzmunu  səlahiyyətli şəxsə  (hüquq sahibinə) verilən 

hüquqi  imkanlardan  (səlahiyyətlərdən)  ibarətdir.  Tələb  etmək  səlahiyyəti  hü­

quqi imkanlardan  biridir.  Bu  səlahiyyətə görə səlahiyyətli şəxsin  belə  bir hüqu­

qi  imkanı  vardır  ki,  o,  əhatə  dairəsi  bilinməyən  borclu  şəxslərdən  («hamıdan 

və hər kəs»dən) öz yaşamaq  hüququnu  pozmaqdan çəkinmələrini tələb etsin.

Müdafiə  səlahiyyəti  səlahiyyətli  şəxsə  verilən  digər  hüquqi  imkandır.  Bu 

səlahiyyətə  görə  səlahiyyətli  şəxs  onun  yaşamaq  hüququ  pozulduğu  halda 

qanunla  müəyyən edilmiş mülki-hüquqi  sanksiyalara (tədbirlərə) əl ata  bilər.

İstifadə  səlahiyyəti  yaşamaq  hüququnun  məzmununa  daxil  olan  hüquqi 

imkanlardan  biridir.  Bu  səlahiyyətə  görə  səlahiyyətli  şəxs  yaşamaq  hüququ­

nun  obyekti  olan  həyat  kimi  şəxsi  nemətdən  öz  istəyinə  görə,  lakin  qanunla 

müəyyən edilən  həddə  istifadə edə  bilər.

İstifadə  səlahiyyəti  şəxsə  hüquq  verir ki,  o,  transplantasiyanın  həyata  keçi­

rilməsinə  razılıq  (icazə)  versin.  Söhbət  insan  orqanlarının  (toxumalarının) 

transplantasiyasından  (köçürülməsindən) gedir.  İnsan  orqanlarının  (toxuma­

larının)  transplantasiyası  dedikdə  isə  insan  həyatının  xilas  edilməsi  və  sağ­

lamlığının  bərpası  üçün  cərrahiyyə  əməliyyatı  aparmaqla  xəstədə  olmayan  və 

ya zədələnən orqanların  (toxumaların) donorun və ya  insan  meyitinin orqanları 

(toxumaları) ilə əvəz edilməsi  başa  düşülür3.  Donor o şəxsdir ki,  xəstə  şəxslə­

rə  köçürmək  üçün  o,  öz orqanlarını  (toxumalarını)  könüllü  olaraq  verir.  Orqan­

lar (toxumalar)  köçürülən  şəxs resipiyent adlanır.  Transplantasiya  yalnız  resi- 

piyentin yazılı razılığı əsasında həyata  keçirilir.

Bəzən  şəxs sağlığında öz orqanlarının  (toxumalarının) xəstə  şəxslərə  köçü­

rülməsinə  yazılı  razılıq  verir.  Belə  halda  həmin  şəxsin  ölümündən  sonra 

transplantasiya  məqsədi  ilə  onun  orqanlarından  (toxumalarından)  istifadə  olu­

na  bilər.

Evtanaziya  qadağandır.  Evtanaziya  dedikdə,  xəstənin  xahişi  ilə  onun  ölü­

münü  hər hansı  vasitə  ilə,  yaxud  hərəkətlə tezləşdirmək və  ya  həyatın  davam 

etməsinə  kömək  edən  süni  vasitələri  dayandırmaq  başa  düşülür4.  Xəstəni  ev-



'  Малсина M.H. Защита личных неимущественных прав советских граждан.  М..  1991, с. 21.

Гражданское  и  торговое  право  зарубежных  государств.  Учебник.  Том  1  /   Отв.  рсд. 



Е.А.Васильев. А.С.Комаров.  М., 2004, с.  118.

3 «İnsan orqan və ya toxumalarının transplantasiyası»  haqqında»  qanunun  1-ci maddəsi.

«Əhalinin  sağlamlığının qorunması  haqqında» qanunun 38-ci m addəsi.

48


tanaziya edən şəxs cinayət məsuliyyəti daşıyır’ .

Bununla  belə,  evtanaziya  tərəfdarı  olan  müəlliflərə  də  rast  gəlmək  müm­

kündür.  Həmin  müəlliflərin  fikrincə,  müstəsna  hallarda  müəyyən  şərtlər  əsa­

sında evtanaziyaya yol verilə bilər.  Həmin şərtlərə aiddir1

 2: xəstənin anlaqlı, şü­

urlu  və  möhkəm  surətdə  xahiş etməsi;  xəstənin çəkdiyi əzab-əziyyəti  (iztirabı) 

yüngülləşdirməyin  məlum  vasitələrlə  mümkün  olmaması;  şəxsin  həyatını xilas 

etməyin  mümkün  olmamasının  dəqiq,  şübhə  olmadan  sübuta  yetirilməsi  (bu 

həkim  kollegiyasının  hökmən  yekdil  qərarı  ilə  müəyyən edilməlidir);  bu  barədə 

qabaqcadan  prokurorluq orqanına  məlumat verilməsi.

Hesab  edirik  ki,  göstərilən  şərtlər  əsasında  evtanaziyaya  yol  verilməsi 

mümkündür,  hətta  belə  lazımdır.  Doğrudan  da  əgər  insana  son  dərəcə  ağır 

əzab-əziyyət  verən  xəstəliyi  yüngülləşdirməyin  çarəsi və əlacı yoxdursa, onda 

bəs,  nə  etməli?  Digər  tərəfdən  bəzi  xarici  ölkələrdə,  məsələn  ABŞ-ın  bir  sıra 

ştatlarında  qəbul  edilmiş  qanuna  görə  hər  bir  şəxsin  «ölüm  hüququ»  vardır. 

Ölüm  hüququ  şəxsin öz iradəsi  ilə ölmək imkanı deməkdir.  Bunun üçün xəstə­

nin  üç həkim tərəfindən təsdiqlənmiş imzası tələb olunur.

Sağlam lığın  qorunm ası  hüququ  vətəndaşlann  Konstitusi­

yada  təsbit  olunan  əsas  və  başlıca  sosial  hüquqlardan  biri­

dir.  Konstitusiyanın 41-ci  maddəsində göstərilir ki,  hər kəsin 

sağlam lığını  qorum aq  hüququ  vardır.  Bu  hüquq  beynəl­

xalq  sənədlərdə də ifadə olunmuşdur2 4

.

Sağlamlığın  qorunması  hüququ  mülki  hüquq dili ilə  desək,  şəxsi  qeyri-əm- 



lak  h ü q u q u d u r.  Onun  iqtisadi  məzmunu  yoxdur.  Buna  görə  də  həmin  hüquq 

hər hansı əmlak  hüququ yaratmır və onunla  bağlı olmur.

Bununla  belə,  sağlamlığın  qorunması  hüququ  həyata  keçirilən  zaman  əm­

lak  xarakterli  münasibətlər yaranır.  Belə  ki,  vətəndaş  poliklinikaya,  xəstəxana­

ya,  dispanserə  müraciət  etmək  və  bu  müəssisələrlə  tibbi  yardım  göstərilməsi 

barədə  müaavilə  bağlamaq yolu ilə öz sağlamlığını qorumaq  hüququnu həyata 

keçirə  b ilə r.  Tibbi  yardım,  yəni  tibbi  xidmət  göstərilən  zaman  (pasiyent  tərə­

findən  dava-dərman  alınması,  sanatoriyaya  putyovka  əldə  edilməsi  və  əmlak 

xarakterli  digər xidmətlər göstərilməsi) əmlak  münasibətləri ilə bağlı olan şəxsi 

qeyri-əmlak  münasibətləri  yaranır.  Bu  isə onu  ifadə edir ki,  sağlamlığın qorun­

ması  hüququ  həm də  əm lak  hüququ  ilə bağlı olan  qeyri-əmlak  hüququdur.

Sağlamlığın  qorunması  hüququnun  obyekti  sağlamlıq  kim i  qeyri-maddi 

nem ətdən  ibarətdir.  Sağlamlıq  şəxsin  həyatda  normal fəaliyyət göstərməsi və 

yaşaması  üçün ən vacib şərtlərdən biridir.  Hər bir vətəndaşın  əmək  qabiliyyətli 

olması onun  sağlamlığından  birbaşa  asılıdır5.

Sağlamlığın

qorunması

hüququ

1  C inayət M əcəlləsinin  135-ci maddəsi.

Малсин H.C. О врачебной тайне // Советское государство и право.  19SI . Лс S, с. 36.

3  İnsan  hüquqlannın  ümumi  bayannamasinin  25-ci  maddəsi;  İqtisadi,  sosial və  mədəni  hü­

quqlar haqqında  beynəlxalq paktın  12-ci maddəsi.

4  Малсина  M.H.  Гражданско-правовой  договор  на  оказание  мслниинской  помошк  А 

Прововсдснис.  I989. Кс 2, с. 29.

s  Allahverdiyev  Sabir.  Azərbaycan  Respublikası  Konstitusiyasının  və  hüququnun  əsaslan 

Dəsrlik.  Bakı.  2004, s. 74.

49


Sağlamlıq  yalnız  xəstəliyin  və  cismani  (fiziki)  qüsurun  olmaması  yox.  həm 

də tam fiziki, ruhi və sosial əmin-amanlıq  vəziyyəti deməkdir'.

Sağlamlıq  kimi  şəxsi  qeyri-əmlak  (qeyri-maddi)  neməti  barəsində  qeyri-əm- 

lak  hüquq  münasibəti  əmələ  gəlir.  Bu  münasibət  əmlak  hüquq  münasibəti  ya­

ratmır və onunla  bağlı deyildir.  Həmin münasibətin  bir tərəfində səlahiyyətli şəxs 

(hüquq sahibi),  digər tərəfində isə əhatə dairəsi bilinməyən qeyri-məhdud sayda 

borclu şəxslər («hamı  və  hər kəs») çıxış edirlər.  Borclu  şəxslər səlahiyyətli  şəx­

sin sağlamlığın qorunması hüququnu pozmamaq,  bu  hüququn  həyata  keçirilmə­

sinə  mane  olan  hərəkətlərdən  çəkinmək  kimi  vəzifələr  daşıyırlar.  Deməli,  sağ­

lamlıq barədə yaranan  hüquq münasibəti m ütləq xarakterə malikdir.

Sağlamlığın  qorunması  hüququ  məzmunca  geniş olub,  özündə  bir sıra  ele­

mentləri  birləşdirir,  ilkin   tib b i  sanitariya  yardım ı  alm aq  bu  elementlərdən  bi­

ridir.  Bu  cür  yardım  hər  bir  vətəndaşa  əvəzsiz  (pulsuz)  göstərilir.  Həmin  tibbi 

xidmət  növü  geniş  yayılmış  xəstəliklərin,  eləcə  də  travmaların,  zəhərlənmələ­

rin  və  digər  təxirəsalınmaz  yardım  tələb  edən  xəstəliklərin  müalicəsi  zamanı 

və digər hallarda  göstərilir.

Təcili  və  təxirə  salınm az tib b i  yardım   alm aq  h ü q uq u   sağlamlığın  qorun­

ması  hüququnun  məzmununa  daxil  olan  elementlərdən  biridir.  Belə  ki,  təcili 

tibbi  müdaxilə  tələb  edən  hallar  yaranarsa  (məsələn,  zəhərlənmələr  və  digər 

xəstəliklər),  onda vətəndaşlar təcili və təxirəsalınmaz tibbi yardım ala  bilərlər.

İxtisaslaşdırılm ış tib b i  yardım   alm aq  hüququ  qeyd  etdiyimiz elementlər­

dən  biridir.  Bu  xidmət  növü  ixtisaslı  həkimlər  tərəfindən  göstərilir.  Vətəndaşın 

xəstəliyi  xüsusi  müayinə,  müalicə  və  mürəkkəb tibb texnologiyalarının  tətbiqini 

tələb etdiyi  hallarda  ixtisaslaşdırılmış tibbi yardıma  ehtiyac yaranır.

Vətəndaşlar  obyekt  kimi  b io tib b i  tədqiqata  cəlb  e d ilə   bilərlər.  Bu  zaman 

onların  razılığı  tələb  olunur.  Yalnız  vətəndaşın  razılığı  ilə  o,  obyekt  kimi  hər 

hansı biotibbi tədqiqata cəlb oluna  bilər* 2.

Biotibbi  tədqiqata  cəlb  olunmaq  dedikdə,  vətəndaşın  tibbi  eksperimentdə 

(elmi  təcrübədə)  iştirak  etməsi  başa  düşülür.  Onun  belə  bir  hüququ  vardır. 

T ibbi  eksperim entdə  iş tira k   etm ək  hüququ  isə  sağlamlığın  qorunması  hü­

ququnun  məzmununa  daxil  olan  elementlərdən  biridir3.  T ib b i  e ksp e rim e n t 

dedikdə,  nəzəriyyə və ya  profilaktika,  diaqnostika,  terapiya və  reabilitasiya  sa­

həsində  yeni  biotibbi  məlumatlar almaq  üçün  canlı  insan  orqanizmində  həyata 

keçirilən  məqsədyönlü  fəaliyyət  başa  düşülür.  Bu  zaman  hamılıqla  qəbul  edi­

lən metodlara  uyğun  gəlməyən yeni  metodlardan  istifadə  olunur4.

Qanun  süni  mayalanma  və  embrionun  implantasiyasına  yol  verir.  Belə  ki, 

yetkinlik yaşına  çatan  hər bir qadının  süni  mayalanma  və  ona  embrionun  imp- 

lantasiyası  hüququ vardır.  Bu  hüquq yalnız ər və  arvadın  (tənha  qadının)  rəsmi 

razılığı olduqda  həyata  keçirilir.

Qanun  hamiləliyin  süni  surətdə  pozulmasına  da  yol  verir.  Hamiləlik  yalnız 

qadının  arzusu  ilə  hamiləliyin  12  həftəlik  müddətinədək  pozula  bilər  (sosial

'  Устав Всемирной Орган mamın Здравоохранения.

2  «Əhalinin  sağlamlığının qorunması haqqında» qanunun  37-ci m addəsi.

3 Гражданское право. Учебник.  Часть  I  /  Под рсд.  Т.И.Илларионовой и лр.  М.,  1998, с.  177.



ДргонсцЯ.. Холлендер П.  Современная медицина и право.  М.,  1991, с. 20.

50


göstərişlərə görə  22 həftəliyədək)1.

Sağlamlığın  qorunması  hüququ  mütləq  hüquq  növünə  aiddir.  Buna  görə 

də  o,  istənilən  borclu  şəxs  («hamı  və  hər kəs»)  tərəfindən  pozula  bilər.  Sağ­

lamlığın  pozulması  isə  mülki-hüquqi  məsuliyyətə  səbəb  olur.  Belə  halda 

mülki  qanunvericiliyin  sağlamlığın  pozulmasına görə  delikt  məsuliyyəti  barə­

də  normaları  tətbiq  edilir (MM-in  60-cı  fəsli).  Bu  zaman zərərin  əvəzini  ödə­

mə  kimi  müdafiə  üsulundan  (məsuliyyət tədbirindən)  istifadə olunur.  Məsələn, 

fiziki  şəxsə  xəsarət yetirilir (məsələn,  ayağı sınır) və bunun  nəticəsində o. beş 

ay  işə  çıxmır,  qazancdan  (gəlirdən)  məhrum  olur,  habelə  sağlamlığının  pozul­

ması  ilə  bağlı  əlavə  xərclər  çəkir  (müalicəyə,  dava-dərman  alınmasına və  s.). 

Zərərvuran  şəxs itirilmiş qazancın  (gəlirin),  habelə əlavə xərclərin əvəzini ödə­

məlidir  (MM-in  1118-ci  maddəsi).  Bundan  əlavə,  şəxsə  həm  də  mənəvi zərər 

vurulur. Zərərvuran zərərin bu  növünün də əvəzini ödəməlidir* 2.

Müəlliflərdən  M.N.Maleina  «sağlamlıq  hüququ»  kimi  anlayışdan  istifadə 

olunmasını  daha  məqsədəuyğun  hesab  edir.  Alim  öz  fikrinin  əsaslı  olmasını 

bununla  izah  edir ki,  «sağlamlığın  qorunması hüququ»  yalnız ona  qəsd edildiyi 

halları  əhatə edir,  onun üçüncü  şəxslər tərəfindən pozulmasınadək vətəndaşın 

öz  hüququnu  həyata  keçirməsi  hallarını  (məsələn,  sağlam  vətəndaşın  məslə­

hət  üçün,  profilaktik  tədbirlərin  həyata  keçirilməsi  üçün tibb  müəssisəsinə mü­

raciət  etməsini)  nəzərə  almır3 4

.  Müəllifin  dediklərindən  belə  çıxır ki,  hüquq  po- 

zulmadıqda  və  həyata  keçirildikdə  «sağlamlıq  hüququ»  haqqında,  hüquq  po­

zulduqda  və  ona  qəsd  edildikdə  isə  «sağlamlığın  qorunması  hüququ»  barədə 

danışmaq olar.

Güman  edirik  ki,  alimin  bu cür fikir söyləməsinin  heç bir əsası yoxdur.  Belə 

ki,  sağlamlığın  qorunması  hüququ  həm  məhdud mənada,  həm də geniş məna­

da  başa  düşülür.  Məhdud  mənada  sağlamlığın  qorunması  hüququ  dedik­

də,  şəxsin  sağlamlığı  pozulduğu  və  sağlamlığa  qəsd  edildiyi  halda  onun  mü­

dafiə  edilməsi  hüququ  başa  düşülür.  Belə  halda  sağlamlığın  müdafiə  hüqu­

qundan  danışmaq olar.



Geniş  mənada  sağlamlığın  qorunması  hüququ  dedikdə,  şəxsin  sağlam­

lığının  həm  tənzimlənməsi  və  həyata  keçirilməsi,  həm  də müdafiə edilməsi hü­

ququ  başa  düşülür.  Buna  görə  də  müəlliflərdən  A.N.Savitskaya  «sağlamlığın 

qorunması  hüququ»  termininə  üstünlük verir'1.  Axı,  hüququn  qorunması dedik­

də,  ümumiyyətlə,  hüququn  tənzimlənməsi  başa  düşülməlidir  ki,  buraya  həm 

də  hüququn  müdafiəsi  daxildir5.

Sağlamlığın  qorunması  hüququ  heç  də  həmişə  sağlamlığın  pozulması  ilə 

bağlı  olmur.  Sağlamlıq  pozulmadığı  hallarda  da  onun  qorunması  hüququndan 

danışmaq olar.

'  «Əhalinin sağlamlığının qorunması haqqında»  qanunun 29-cu və 30-cu maddələri.



2 Гражданское право. Учебник. Часть I  /  Под рсд. А.Г.Калпима. АММасляева.  М., 1997, с.  136.

Максина М.Н. Зашита личных неимущественных прав советских грпажлан, М „   1991, с. 27.

Савицкая А.И.  Право по охрану здоровья и его гражданско-правовая защита Ч Вопросы госу­

дарства и право в свете новой Конституции СССР. Вестник Львов, ун-га. Вып.  IS, 1979, с. 40.

Мезрин Б.Н.  Состав механизма охраны  прав граждан // Гражданско-правовая охрана интере­

сов личности а СССР, Свердловск.  1977, с. 47-59.

51


Sağlam ətraf mühitdə yaşamaq hüququ  vətəndaşların 

Sağlam ətraf 

Konstitusiyada  nəzərdə  tutulan  hüquqlarından  biridir.

mühitdə yaşamaq 

Be|ə  kj  Konstitusiyanın  39-cu  maddəsinə  görə  hər 

'uququ 


|Dünyanın  əksəriyyət  ölkələrində  bu  hüquq  Konstitusiya  qaydasında  təsbit 

olunmuşdur.  Konstitusiya  hüququnun  dili  ilə  desək,  sağlam  ətraf  mühitdə  ya­

şamaq  hüququ  sosial  hüquqlar sırasına daxildir.

Sağlam  ətraf  mühitdə  yaşamaq  hüququ  müstəqil  hüquq  sahələrindən  biri 

olan  ekologiya  hüququ  ilə  də  tənzimlənir.  Ekologiya  hüququnun  dili  ilə  desək, 

o. vətəndaşların əsas eko lo ji  hüquqlarından  biri sayılır.

Sağlam  ətraf  mühitdə  yaşamaq  hüququ  həm  də  mülki-hüquqi  əhəmiyyətə 

malikdir.  Belə  ki,  o,  mülki-hüquqi  mənada  vətəndaşların  fiziki  mövcudluğunu 

və  əmin-amanlığını  təmin  etməyə  yönələn  şəxsi  qe yri-ə m la k  hüququdur. 

Onun  obyektini  sağlam  ətraf  mühit  kimi  vacib  və  zəruri  nemət  təşkil  edir.  Bu 

nemət  vətəndaşların  fiziki-mənəvi  sağlamlığına,  onların  uzun  ömürlü  olmaları­

na  sözün  həqiqi  mənasında  böyük  təsir  göstərir.  Məhz  həmin  nemət  barəsin­

də  əmlak  m ünasibətləri  ilə  bağlı  olm ayan  şəxsi  q e yri-əm lak  m ü n a sib ə tlə ­

ri  yaranır.  Bu  münasibətlər  mülki  hüquqla  tənzimlənərək  mütləq  xarakterli  hü­

quq  münasibətləri  kimi  forma  alır.  Onların  bir tərəfində  səlahiyyətli  şəxs  (sağ­

lam  ətraf mühitdə  yaşamaq  hüququnun  daşıyıcısı  və  sahibi),  digər tərəfdə  isə 

əhatə  dairəsi  bilinməyən  borclu  şəxslər  («hamı  və  hər  kəs»)  durur.  Borclu 

şəxslərin  üzərinə  səlahiyyətli  şəxsin  sağlam  ətraf mühitdə  yaşamaq  kimi  sub­

yektiv mülki hüququnu  pozmaqdan çəkinmək vəzifəsi  düşür.

Sağlam  ə tra f m ühitdə  yaşam aq  hüququ  dedikdə,  səlahiyyətli  şəxsə veri­

lən  və  qanunla  təmin  olunan  elə  bir  imkan  başa  düşülür  ki,  bu  imkan  həyat 

üçün sağlam və  əlverişli olan  ətraf mühitdən  istifadəni  mümkün  edir.  Buna  gö­

rə  də  istifadə  səlahiyyəti  (im kanı)  bu  hüququn  məzmununa  daxil  olan  əsas 

elementdir.  Söhbət  ətraf  mühitdən  istifadə  səlahiyyətindən  gedir.  Bu  səlahiy­

yət  isə  təmiz  hava  ilə  nəfəs  almaq,  təbii  bəhərlərdən  və  nemətlərdən  istifadə 

etmək,  təmiz su  içmək,  çirklənməmiş torpaqda  gəzmək,  təmiz su  nohurlarında 

(hovuzlarında)  çimmək,  habelə  həyat  və  sağlamlıq  üçün  əlverişli  yerlərdə  ol­

maq  (məsələn,  yaşayış  yerində,  istirahət  yerində,  təlim-tərbiyə  yerində  və  s., 

əhali yaşayan  digər yerlərdə olmaq) imkanlarını özündə  birləşdirir.

Ətraf  m ü h iti  d ə yişd irm ə k  sə lahiyyəti  sağlam  ətraf mühitdə  yaşamaq  hü­

ququnun  məzmununa  daxil  olan  elementlərdən  biridir.  Bu  səlahiyyət  əlverişli 

insan  məskənləri (əhalinin olduğu yerlər) yaratmağa yönələn  hərəkətlər etmək 

imkanını  ifadə edir.  Məsələn,  mülkiyyətçi  mənzili təm ir etmək  üçün tikinti təşki­

latı  ilə  podrat  müqaviləsi  bağlayır.  Bunun  nəticəsində  mənzil  daha  rahat  və 

sağlam yaşayış məskəninə çevrilir.

Hüququ  pozan  hərəkətlərin  qarşısının  alınması  (dayandırılm ası)  sağlam 

ətraf  mühitdə  yaşamaq  hüququnun  mülki-hüquqi  müdafiəsində  istifadə  olunan 

əsas  üsullardan  biridir.  Məsələn,  yaşayış  mənzilinin  yaxınlığında  yerləşən  mü­

əssisədən  mənzilə  intensiv  səs  gəlir.  Müəssisə  həm  də  havanı  çirkləndirir.  Bu­

nun  nəticəsində  mənzil  sahibinin  sağlam  ətraf mühitdə  yaşamaq  hüququ  pozu­

lur.  O,  pozulmuş  hüququnu  müdafiə  etmək  üçün  müəssisədən  tələb  edir  ki,

52


Azadlıq

hüququ


səs-küyün, havanı çirkləndirmənin qarşısını alsın, onlan dayandırsın.

Zərərin  əvəzinin  ödənilm əsi  (alınması)  sağlam  ətraf  mühitdə  yaşamaq 

hüququnun  müdafiəsində tətbiq  edilən  əsas mülki-hüquqi  üsuldur.  Belə ki, ət­

raf mühitin  çirklənməsi  və  digər ziyanlı  (mənfi) təsirlər,  o cümlədən qəzalar və 

bədbəxt  hadisələr  nəticəsində  vətəndaşların  sağlamlığına  zərər  vurula  bilər. 

Vətəndaş  belə  halda  ona  dəymiş  zərərin  əvəzinin  ödənilməsini  tələb  edə  bi­

lər’ .  Bundan  əlavə,  ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericiliyin  pozul­

ması  nəticəsində  vətəndaşların  həyatına  və  əmlakına  vurulmuş  zərərin  də 

əvəzi ödənilməlidir* 2.

Elə  müəssisələr vardır  ki,  onların  fəaliyyəti  ətraf təbii  mühitə  və  insan  sağ­

lamlığına  mənfi  təsir  göstərir  (məsələn,  kimyəvi  zavodun  mineral  gübrə  isteh­

sal  etməsi  və  s.).  Belə  halda  vətəndaş  məhkəmə  qaydasında  həmin  müəssi­

sələrin  fəaliyyətinin  məhdudlaşdırılmasını,  dayandırılmasını və  ləğv olunmasını 

tələb edə  bilər.

Azərbaycan  Respublikasının  Konstitusiyasında  göstərilir  ki,  hər 

kəsin  azadlıq  hüququ  vardır  (28-ci  maddə).  Azadlıq  hüququ 

«İnsan  hüquqlarının  ümumi  bəyannaməsbndə  də  ifadə  olun­

muşdur (Bəyannamənin  1-ci  maddəsi).

Azadlıq  hüququ  konstitusiya  (dövlət)  hüququ  baxımından  əsas  insan  hü­

quqlarından  biridir.  Bütün  insanlar,  yaşadığı  dövlətə  mənsubiyyətindən  asılı 

olmayaraq,  doğulduğu  andan azadlıq hüququna  malik olurlar.  Buna görə də o. 

tə b ii  h ü q u q la r sırasına aid  edilən hüquqdur3.

Azadlıq  hüququ  həm də  mülki  hüquqi  əhəmiyyətə  malikdir.  Belə ki, o, mülki 

hüquq  baxımından  vətəndaşların  fiziki  cəhətdən  mövcudluğunu  təmin  edən 

şəxsi  qeyri-əm lak  hüquqlarından  biridir4.  Bu hüququn obyektini azadlıq  kimi 

vacib,  son  dərəcə  əhəmiyyəti  olan  şəxsi  qeyri-maddi  nemət təşkil  edir.  Həmin 

nemət  barəsində  səlahiyyətli  şəxslə (hüquq  sahibi) əhatə dairəsi  məlum olma­

yan  qeyri-məhdud  sayda  şəxslər («hamı və  hər kəs») arasında  mütləq xarak­

te rli  şəxsi  qeyri-əm lak  hüquq  m ünasibəti  əmələ gəlir. Bu, əmlak münasibə­

ti yaratmır.

Azadlıq  hüq uq u   dedikdə,  şəxsin qanunla  qadağan  edilməyən istənilən hə­

rəkəti  etmək  imkanı  başa  düşülür.  Bu  imkan  yalnız  qanunla,  özü  də  qanunda 

nəzərdə tutulan  qaydada  məhdudlaşdırıla  bilər.

Şəxsi  toxunulmazlıq  hüququ  Konstitusiyada  nəzərdə tu- 

Şəxsi 

tulən  insan  (təbii)  hüquqlarından  biridir.  Konstitusiyanın



toxunulm azlıq 

32-ci  maddəsində  göstərilir  ki,  hər  kəsin  şəxsi  toxu- 

huququ 

nulm azlıq  hüququ vardır.



Şəxsi  toxunulmazlıq  hüququ  mülki  hüquq  baxımından  şəxsi  qeyri-əmlak

'  «Təbiəti  m ühafizə və təbiətdən  istifadə haqqında»  qanunun 9-cu maddəsi.

2 Права человека  Сборник международных документов. М.,  1986.

3  A llahverdiyev  S.S.  Azərbaycan  Respublikası  Konstitusiyasının  və  hüququnun  əsasları 

Dəsrlik.  Bakı.  2004, s. 45.

4  Красавчикова Л.О.  Понятие и система личных  неимущественных прав граждан (физических 

лиц) в  гражданском  праве Российское Федерации.  Екатеринбург.  1994, с. 53; Гражданское право 

Учебник.  Часть  I  /  Под рсл.  Т.И. Илларионовой и др. М-,  1998, с.  178.

53


hüquqlarından  b iridir.  Onun  vasitəsi  ilə  vətəndaşlar  öz  fiziki  (cismani)  möv­

cudluğunu və əmin-amanlığını təmin edir.

Şəxsi  toxunulm azlıq  hüququ  dedikdə,  şəxsin  özü  ilə  öz  istək  və  mülahi­

zəsinə  görə  rəftar etmək  və  onun  şəxsi  azadlığına  toxunan  istənilən  hüquqa­

zidd hərəkətin qarşısını almaq  imkanı  başa düşülür1.  Bu  hüquq  şəxsiyyətə  hər 

hansı şəxs tərəfindən istənilən  qəsd edilməsinə yol verilməməsini  ifadə  edir.

Dövlət  orqanları,  vəzifəli  şəxslər və  ya  ayrı-ayrı  fiziki  şəxslər vətəndaşların 

şəxsi toxunulmazlığını  məhdudlaşdıra  bilməzlər.  Əgər onlar vətəndaşların  şəx­

si  toxunulmazlığını  məhdudlaşdıran  hüquqazidd  (qanunsuz)  hər hansı  hərəkət 

edərlərsə,  onda  bu,  hüquqi  nəticəyə,  o cümlədən  m ü lk i-h ü q u q i  nəticəyə  sə­

bəb olur.  Belə  ki, hüquqazidd  hərəkətlər edən  şəxsə digər növ məsuliyyət təd­

birləri  ilə  bərabər,  həm  də  m ülki-h ü q u q i  m əsu liyyət  tə d b irlə ri  tətbiq  edilir. 

Məsələn,  qanunsuz  həbs  şəxsi  toxunulmazlığı  pozan  hərəkətdir.  Bu  hərəkəti 

edən şəxsə həm də mülki-hüquqi  məsuliyyət tədbirləri tətbiq  olunur.

Şəxsi  toxunulmazlıq  mühüm  əhəmiyyəti  olan  qe yri-m a dd i  nem ətdir.  Bu 

nemət  hüquqla  qorunur,  mühafizə  edilir.  Çox  vaxt  onun  pozulması,  ona  qəsd 

edilməsi  fiziki  şəxsin  həyat  və  ya  sağlamlığına  zərər  vurulması  ilə  müşayiət 

olunur.  Fiziki şəxsin  həyat və ya  sağlamlığına  vurulmuş zərərin  əvəzi  isə  ödə­

nilməlidir.  Belə  halda  d e likt  hüququnun  norm aları  tətbiq  edilir  (MM-in  60-cı 

fəsli).  Belə  halda  şəxsi toxunulmazlıq hüquqi mühafizənin  (müdafiənin) müstə­

qil obyekti  kimi çıxış etmir.

Amma  əgər  şəxsi  toxunulmazlığın  pozulması  fiziki  şəxsin  həyatına  və  ya 

sağlamlığına  zərər  vurulması  ilə  müşayiət  edilməzsə,  onda  şəxsi  toxunulmaz­

lıq  hüquqi  mühafizənin  (müdafiənin)  müstəqil  obyekti  olur.  Məsələn,  qanunsuz 

axtarış  aparılanda  vətəndaşın  şəxsi  toxunulmazlığı  pozulur,  amma  onun  sağ­

lamlığına  və  ya  həyatına  hər hansı  zərər vurulmur.  Belə  halda  vətəndaşa  m ə­

nəvi zərər vurulur və  buna  görə  m ənəvi  zərərin  ko m p e n sa siya sı  kimi  mülki- 

hüquqi  müdafiə  üsulundan  istifadə  olunur,  şəxsi  toxunulmazlıq  isə  müstəqil 

surətdə müdafiə olunur.

Sərbəst  hərəkət  etmək  hüququ  vətəndaşların  əsas 

k o n s titu s io n   h ü q uqlarından  b irid ir.  Konstitusiyanın 

28-ci  maddəsinin  3-cü  hissəsində  göstərilir  ki,  qanuni 

surətdə  Azərbaycan  Respublikasının  ərazisində  olan 

hər  kəs  sərbəst  hərəkət  etmək  hüququna  malikdir.  Bu 

hüquq  beynəlxalq  sənədlərdə  də  ifadə  olunmuşdur.  «İnsan  hüquqlarının  ümu­

mi  bəyannaməsi»nin  13-cü  maddəsinə  görə,  hər bir  insanın  istənilən  dövlətin 

hüdudlarında  sərbəst hərəkət etmək  hüququ vardır.

Sərbəst  hərəkət  etmək  hüququ  həm  də  mülki  hüquq  dili  ilə  desək,  şəxsi 

qeyri-əm lak  hüquqlarından  biridir.  Mülki-hüquqi  mənada  o,  m ütlə q   xa ra k­

terli  hüquqdur.  Belə  ki,  əhatə  dairəsi  məlum  olmayan  qeyri-məhdud  saylı 

şəxslər  («hamı  və  hər  kəs»)  səlahiyyətli  şəxsin  həmin  hüququnu  pozmamalı, 

onun həyata  keçirilməsinə  mane olan  hərəkətlərdən çəkinməlidirlər.

Sərbəst  hərəkət etmək  hüququ  subyektiv  mülki  hüquq  kimi  müəyyən  məz-

Yaşayış yeri 

seçmək hüququ. 

Sərbəst hərəkət 

etmək  hüququ

54

Советское гражданское право.  Учебник. Том  I  /  Пол рсл. О.А.Красавчикова.  М .,  1985, с.  102.



т и п а   malikdir.  Onun  məzmunu  isə bir neçə əsas elementlərdən -  hüquqi im­

kanlardan  (səlahiyyətlərdən) ibarətdir. Onlara aiddir':

•   öz  dövlətinin hüdudlarında  sərbəst hərəkət etmək səlahiyyəti (hüquqi im­

kanı);


•   olduğu yeri, yəni vətəndaşın yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı 

mehmanxananı,  sanatoriyanı,  istirahət evini,  pansionatı və s. seçmək sə­

lahiyyəti  (hüquqi  imkanı);

•   yaşayış yeri və ya  daha  çox yaşadığı yeri  seçmək səlahiyyəti (hüquqi im­

kanı);

•   Azərbaycan  Respublikasının  ərazisindən  kənara  (xarici  dövlətə)  getmək 



səlahiyyəti (hüquqi imkanı);

•   hər zaman maneəsiz ölkəsinə qayıtmaq səlahiyyəti (hüquqi imkanı).

Sərbəst  hərəkət  etmək  hüququnun  məzmununa  digər  elementlər  (hüquqi

imkanlar)  də  daxil  edilə  bilər.  Biz  yalnız  həmin  hüququn  həyata  keçirilməsini 

təmin  edən  əsas  elementləri göstərdik.  Xüsusən də yaşayış yeri  seçmək hü­

ququ  sərbəst  hərəkət  etmək  hüququnun  realizə  formalarından  biridir.  Bu  isə 

onu  göstərir  ki,  sərbəst  hərəkət  etmək  hüququ  yaşayış yeri  seçmək hüququn­

dan  daha  genişdir1

 2.

Yaşayış  yeri  seçmək  hüququnun  obyektini  yaşayış  yeri  kimi  qeyri-maddi 



nem ət təşkil  edir.  Bu  nemət fiziki  şəxsi fərdiləşdirir.  Adla  bərabər yaşayış yeri 

mülki  hüquq  subyektini  daha  dəqiq  konkretləşdirməyə  imkan  verir3.  Belə  ki, 

həyatda  adları  eyni  olan  iki  və  daha  çox  müxtəlif  şəxslərə  rast  gəldiyimiz  hal­

da,  yaşayış yerləri eyni olan  ayrı-ayn şəxslərə təsadüf etmirik.

Mülki  dövriyyəyə  iştirakçısı  kimi  vətəndaşın  statusu  üçün  yaşayış  yeri  seç­

mək  hüququn  həyata  keçirilməsi olduqca vacibdir4.




Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin