Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§ 2.  Müəlliflik  hüququnun  mənbələri



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə14/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   54
§ 2.  Müəlliflik  hüququnun  mənbələri

..  ....... 

Hüquq  subinstitutu  kimi  müəlliflik  hüququ  müxtəlif,  çox-

uə 


.  ...  . 

saylı  hüquq  normalarından  təşkil  olunmuşdur.  Həmin 



normalar  xaricən  ayrı-ayrı,  cürbəcür  normativ  hüquqi



aktlarda  (qanunlarda,  prezident  fərmanlarında,  hökumət  qərarlarında  və  s.) 

ifadə olunur ki, onların  sistemi  müəlliflik qanunvericiliyi  adlanır.  Müəlliflik qa­

nunvericiliyi  dedikdə,  müəlliflik  münasibətlərinin  tənzimlənməsinə  həsr  edilən 

normativ aktların  sistemi  başa  düşülür.

Müəlliflik  qanunvericiliyi  müəlliflik  hüququnun  əsas  mənbəyidir.  Onun  əsa- 1

1 «M üəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 29-cu maddəsinin 2-ci bəndi.



1  Rusiya  Federasiyasında  yazılan  dərsliklərdə  ünıumiyyəllə,  m üəlliflik  hüququnun  prinsiplərinə 

toxunulmur  və  bu  məsələnin  üstündən  sükutla  keçilir  (məsələn,  bax:  Гражданское  право.  Учебник. 

Том  I/Под рсл. ЕЛ.Суханова  М..  1998; Гуев А Н.  Гражданское право. Учебник. Том 3. 2003). Prof 

A.P.Scrgcycvin isə bu məsələ barədə yazdıqlarını natamam hesab elmək  lazımdır (Сергеев А.П.  Право 

интеллектуальной  собственности  в  Российской  Фслсраиии.  Учебник.  М-,  1999,  с.  22-25; 

Гражданское право. Учебник. Часть З/Под рсл. /1 [1.Сергеева, Ю  К  Толстого  М..  1998. с.  10-13).

139


sını  isə  Azərbaycan  Respublikasının  Konstitusiyası  təşkil  edir.  Konstitusi­

yada  ifadə  olunan  belə  bir  göstərişin  müəlliflik  hüququ  baxımından  xüsusilə 

əhəmiyyəti  daha  böyükdür:  müəlliflik  hüququ  qanunla  qorunur  (30-cu  maddə­

nin  2-ci  hissəsi).  Konstitusiyanın  51-ci  maddəsində  isə  yaradıcılıq  azadlığı 

prinsipi ifadə olunmuşdur:  hər kəsin yaradıcılıq azadlığı vardır.

Müəlliflik  qanunvericiliyi  sistemində  Azərbaycan  R espublikasının  qanun­

vericilik  aktları  (qanunları)  başlıca  rol  oynayır.  Söhbət  hər  şeydən  əvvəl. 

Azərbaycan  Respublikasının  Mülki  M əcəlləsindən  gedir.  Qanunda  Mülki 

Məcəllənin  müəlliflik  qanunvericiliyinə  daxil  olması  və  aid  edilməsi  barədə 

göstəriş  vardır'.  Lakin  Mülki  Məcəllə  müəlliflik  qanunvericiliyinə  şamil  edilsə 

də.  m üəlliflik  hüququnun  bilavasitə  m ənbəyi  kim i  tanınm ır.  Ona  görə  ki, 

müəlliflik  hüquq  normaları  Mülki  Məcəllədən  kənarda  yerləşir  və  orada  təmsil 

olunmur.  Başqa  sözlə  desək.  Mülki  Məcəllədə  müəlliflik  münasibətlərini  tən­

zimləyən  hüquq  normalarına  rast  gəlmirik  və  belə  normalar  (müəlliflik  hüquq 

normaları)  nəzərdə  tutulmur.  Bundan  fərqli  olaraq  müəlliflik  hüquq  normalan 

müstəqil  bölmə  halında  (4-cü  bölmədə)  birləşərək köhnə  1964-cü  il  Mülki  Mə­

cəlləsinə  daxil  edilmişdi.  Həmin  normalar  müfəssəl  şəkildə  müəlliflik  münasi­

bətlərini tənzimləyirdi.

Lakin  Mülki  Məcəllə  müəlliflik  hüququnun  bilavasitə  mənbəyi  olmasa  da 

onun  müəyyən  etdiyi  ümumi  qaydalar  müəlliflik  münasibətlərinə  tətbiq  edilir. 

Belə  ki,  əmlak  münasibətləri  ilə  bağlı  olan  şəxsi  qeyri-əmlak  münasibətləri 

mülki  hüququn  nizamasalma  predmetinə  aiddir.  Müəlliflik  münasibətləri  isə 

həmin  münasibətlərin  ayrıca  qrupunu təşkil  edir.  Buna  görə  də  Mülki  Məcəllə­

nin  normalarından  müəlliflik  münasibətlərinin tənzimlənməsində  geniş  surətdə 

istifadə olunur.

Müəlliflik  qanunvericiliyinə  daxil  olan  qanunlar  (qanunvericilik  aktları)  ara­

sında  müəlliflik  münasibətlərini  tənzimləmək  baxımından  « M ü ə lliflik  hüququ 

və əlaqəli  hüquqlar haqqında»  qanun  (1996) xüsusi  rola  malik  olub,  mərkə­

zi yer tutur.  Müəlliflik  münasibətləri,  yəni  elm,  ədəbiyyat və  incəsənət  əsərləri­

nin  yaradılması  və  istifadəsi  ilə  bağlı  yaranan  münasibətlər  məhz  bu  qanunla 

nizama salınır. O,  m üə lliflik  m ünasibətlərinin tənzim lənm əsinə  hə sr edilən 

xüsusi  qanundur.

Azərbaycan  Respublikasında  müəlliflik  münasibətlərinin  xüsusi  qanunla 

tənzimlənməsi dünya  təcrübəsinə və  beynəlxalq ənənəyə  uyğun  gəlir.  Belə  ki, 

dünyanın  əksəriyyət  dövlətlərində  elm,  ədəbiyyat  və  incəsənət  əsərlərinin  ya­

radılması və  istifadəsi  ilə  bağlı  yaranan  münasibətlər,  adətən,  müəlliflik  hüqu­

qu  barədə  qanunla  tənzimlənir.  Almaniyada  müəlliflik  hüququ  məsələləri  iki 

əsas qanunvericilik aktı ilə  tənzimlənir:  «Müəlliflik və  əlaqəli  hüquqlar barədə» 

qanunla  (1965);  «Müəlliflik  və  əlaqəli  hüquqların  istifadəsi  barədə»  qanunla 

(1965)г.


İsveçrədə müəlliflik münasibətlərinin tənzimlənməsində iki akt böyük  rol oy­

nayır: «Müəlliflik hüququ və əlaqəli hüquqlar barədə»  qanun  (1992),  «Müəlliflik 1

1 «M üəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 2-ci maddəsi. 

’ Bundcsgcscız Blalt,  1965,1. S.  1273: S.  1294.

140


hüququ və əlaqəli  hüquqlar barədə»  ordonans (1993)’ .

Fransada  əsərlərin  mühafizəsi  və  istifadəsi  ilə  bağlı  münasibətlər  «Ədəbi- 

bədii mülkiyyətin qorunması  barədə»  qanunla (1957) qaydaya salınır* 2.

«Müəlliflik  hüququ və əlaqəli  hüquqlar haqqında»  qanun  Polşa  Respublika­

sında  da  qəbul  edilmişdir (1994)3 4

 5

.  Bu  qanun  müəlliflik  münasibətlərini tənzim­



ləyən əsas aktdır.

Çexiyada  ədəbiyyat,  elm  və  bədii  əsərlər  haqqında  qanun  (müəlliflik qanu­

nu)  qəbul  edilmişdir  (1990)'’ .  Bu  qanun  müəlliflik  münasibətlərini  hüquqi tənzi- 

metmənin  əsas mənbəyi  sayılır.

ABŞ-da  müəlliflik münasibətləri  Konstitusiyaya görə federal qanunvericiliklə 

tənzimlənir.  1976-cı ildə müəlliflik hüququ haqqında  qanun qəbul edilmişdir6.

Bəzi  ölkələrdə,  məsələn,  İspaniyada  müəlliflik  münasibətləri  müəlliflik  hü­

ququ  haqqında  qanunla  yox,  əqli  mülkiyyət  barədə  qanunla  (1987)  tənzimlə­

nir6.  Bu  qanun  müəlliflik hüququnun əsas hüquqi tənzimetmə mənbəyidir.

Azərbaycan  Respublikasının  müəlliflik hüququ  barədə qanunu əsərlərin ya­

radılması və qorunması ilə bağlı yaranan  münasibətləri sivil qaydada tənzimlə­

yir.  Ona  görə  ki,  bu  qanun  beynəlxalq standartlara  uyğundur.  Məsələ burasın­

dadır  ki,  həmin  qanun  Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatının  (ÜƏMT-nin) 

müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar barədə  birtipli qanunu  ilə üst-üstə  düşür. 

Birtipli  qanun  isə  hazırlanarkən  Avropa  və  Amerika  ölkələrində  müəlliflik  mü­

nasibətlərini  hüquqi tənzimetmə təcrübəsi  nəzərə alınmışdır.

Azərbaycan  Respublikasının  müəlliflik  hüququ barədə qanununda ÜƏMT-in 

birtipli  qanununda  ifadə  olunan  normaların əksəriyyəti  təkrarlanır.  Onlar özləri­

nin  strukturuna  və konkret formullarına görə  üst-üstə düşür.

Müəlliflik  hüququ  barədə  qanundan  başqa,  bir sıra  qanunvericilik  aktları  da 

müəlliflik  münasibətlərinin  tənzimlənməsində  böyük  rol  oynayır.  Buna  görə  də 

onlar  müəlliflik  qanunvericiliyinə  daxildir.  Söhbət  reklam,  mədəniyyət,  memar­

lıq fəaliyyəti,  kinematoqrafıya  və KİV haqqında qanunlardan  gedir.

«Reklam  haqqında»  qanun  (1997)  reklama  müəlliflik  hüququnun  olması 

barədə  qayda  nəzərdə  tutur.  Reklam  müəlliflik  hüququnun  obyektləri  sırasına 

aid  edilir.  Buna  görə də reklama  müəllif hüququ  qorunur.

«Mədəniyyət  haqqında»  qanunda  (1998)  müəlliflik  münasibətlərinə  toxu­

nan  bir  sıra  normalar  nəzərdə  tutulmuşdur.  Qanunda  yaradıcılıq  azadlığı,  əqli 

əmək  məhsullarına  əqli  mülkiyyət  hüququ  və  digər  məsələlər  barədə  vacib 

göstərişlər ifadə olunur.



«Memarlıq  fəaliyyəti  barədə»  qanunda  bir  sıra  elə  normalar  nəzərdə  tu­

tulmuşdur ki,  bu  normalar hüquqi xarakterli  müəlliflik münasibətlərini tənzimlə­

yir.  Həmin  qanuna  görə  memarlıq  fəaliyyəti  sahəsində  müəlliflik  hüququ  yara-

| R S  23ıt.

:   Гражданское,  торговое  и  семейное  право  капиталистических  стран.  Сборник  нормативных 

актов.  Авторское право.  M.,  I988. с.  28-I00.

1  Dricnnic Usraw.  1994, № 24, nor.  83.

4 Sbirka zakonu.  1990, Ks 247, c.4l.

5 US Code, liclc  17.

6 Основные институты гражданского права зарубежных стран. М..  1999, с. 434.

141


rur.  Burada  memarlıq  layihəsi  müəllifinin  həm  əmlak  xarakterli,  həm  də  şəxsi 

qeyri-əmlak xarakterli hüquqları nəzərdə tutulur.

«Kinematoqrafiya  haqqında»  qanun  (1998) müəlliflik münasibətlərini tən­

zimləyən  bir sıra  normalar nəzərdə  tutur.  Qanuna  görə  kinematoqrafiya  sahə­

sində  müəlliflik hüququ  yaranır və  bu  hüquq  müəlliflik  qanunvericiliyinə  uyğun 

olaraq həyata keçirilir.

«Kütləvi  inform asiya  vasitələri  haqqında»  qanunu  (1999)  müəlliflik  qa­

nunvericiliyinə  aid  etmək  üçün  tam  əsas  vardır.  Belə  ki,  bu  qanunda  hüquqi 

xarakterli  müəlliflik  məsələlərinə  həsr  edilən  bir  sıra  normalar  nəzərdə  tutul­

muşdur.


Müəlliflik  qanunvericiliyi  sisteminə  həm  də  Azərbaycan  Respublikasının 

qanun  qüvvəli  aktları  da  daxildir.  Söhbət  ilk  növbədə,  prezident  fərm anla­

rından,  habelə  Nazirlər  Kabinetinin  qərarlarından  gedir.  Bunlardan  əlavə, 

müəlliflik  qanunvericiliyinə  Azərbaycan  Respublikası  M üə lliflik   Hüquqları 

Agentliyinin  norm ativ  aktları  da aiddir.  Mərkəzi  icra  hakimiyyəti orqanı olan, 

habelə  müəlliflik  hüququ  sahəsində  dövlət  siyasətini  həyata  keçirən  Müəllif 

Hüquqları  Agentliyi  öz  səlahiyyəti  daxilində  əlaqədar  təşkilatlar  və  idarələr 

üçün  yerinə  yetirilməsi  məcburi  olan  qərar,  təlimat  və  izahatlar vermək  hüqu­

quna malikdir'.

Məhkəmə  praktikası,  presedent  hüququ  və  m ülki  h ü quq  elm i  (d o k tri­

nası)  normativ  əhəmiyyət  kəsb  etmir,  ümumməcburi  qaydalar  (normalar)  mü­

əyyənləşdirmir.  Buna  görə də onlar müəlliflik hüququnun  mənbəyi  hesab olun­

mur.  Ali  Məhkəmənin  rəhbər  izahatlarına  və  qərarlarına  (plenum   qərarla­

rına)  gəldikdə  qeyd  edə  bilərik  ki,  onlar  məhkəmələr,  proses  iştirakçıları  və 

ümumiyyətlə, qanun tətbiq edən  istənilən subyekt üçün məcburidir.  Lakin bun­

lara  baxmayaraq,  Ali  Məhkəmə  hüquq  norması  yaratmaq  səlahiyyətinə  malik 

deyildir.  Buna  görə  də  onun  rəhbər  izahat  və  qərarları  müəlliflik  hüququnun 

mənbəyi sayıla  bilməz2.

Lakin  buna  baxmayaraq,  Ali  Məhkəmənin  rəhbər  qərarlarının  müəlliflik  qa­

nunvericiliyinin  praktikada  tətbiqi  zamanı  böyük  əhəmiyyəti  vardır.  Məsələn, 

SSRİ  Ali  Məhkəməsi  Plenumu  məhkəmələr tərəfindən  müəlliflik  qanunvericili­

yinin tətbiqi barədə qərar qəbul etmişdir3.  Bu qərar indi  də  əhəmiyyətini itirmə­

yərək  öz aktuallığını  saxlayır.  Belə  ki,  məhkəmələr  öz  praktiki  fəaliyyətlərində 

həmin qərara əsaslanır, onu əldə rəhbər tuturlar.

Təəssüfləndirici  haldır ki,  indiyə  kimi Azərbaycan  Respublikasının  Ali  Məh­

kəməsi müəlliflik qanunvericiliyinin tətbiqi praktikası barədə xüsusi qərar qəbul 

etməmişdir. * 1

1 Azərbaycan Respublikası M üəlliflik Hüquqları Agcnltiyi haqqında Əsasnamənin  3-cü hissəsinin  I- 

Cİ 

bəndi.


1  Prof.  A.P.Scrgcycv  iso  A li  Məhkəmənin  rəhbər  qərar  vo  izahatlarını  m üəlliflik  hüququnun 

mənbəyi  hesab edir (Гражданское право.  Учебник.  Часть З/Под рсд.  А.П.Сергеева.  Ю.К.Толстого. 

М..  1998.  с.  31;  Сергеев  А П.  Право  интеллектуальной  собственности  в  Российской  Федерации. 

Учебник.  М..  1999. с. 79).

’  Постановление  Пленума  Верховного  Суда  СССР  от  18  апреля  1986  г.  и  «О  применении 

судами  законодательства  при  рассмотрении  споров,  возникающих  из  авторских  правоотношс- 

ний»//Бюллстснь Верховного Суда СССР.  1986 г., №1, с.  19.

142


Beynəlxalq müqavilələr 

m üəlliflik hüququnun 

mənbəyi  kimi

Beynəlxalq  müqavilələr  (konvensiyalar)  müəllif­

lik  hüququnun  əsas  mənbə  növlərindən  biri  sa­

yılır.  Söhbət Azərbaycan  Respublikasının iştirak­

çısı olduğu  beynəlxalq hüquqi aktlardan gedir.

B eynəlxalq  m üqavilələrin  (konvensiyaların)  müəlliflik  münasibətlərinin 

tənzimlənməsində  əhəmiyyəti və rolu son dərəcə böyükdür. Ona görə ki, onla­

rın  hüquqi  qüvvəsi  Azərbaycan  Respublikasının  daxili  (milli)  müəlliflik  qanun­

vericiliyinin  hüquqi  qüvvəsindən  üstündür.  Məhz  bu  səbəbdən  Azərbaycan 

Respublikasının  iştirakçısı  olduğu  beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulan 

qaydalar  müəlliflik  qanunvericiliyində  müəyyən  edilmiş  normalardan  fərqli  ol­

duqda,  beynəlxalq  müqavilələrin  qaydaları tətbiq edilir'.

Ədəbi  və  bədii  əsərlərin  qorunması  barədə  Bern  konvensiyası  müəlliflik 

hüququ  sahəsində  əsas  çoxtərəfli  beynəlxalq  müqavilələrdən  biridir.  Konvensi­

ya 9 sentyabr  1886-cı il tarixdə qəbul edilmişdir.  Hal-hazırda onda  148 dövlət iş­

tirak edir. Azərbaycan  Respublikası da həmin konvensiyanın iştirakçısıdır.

Bern  konvensiyasının  əsas  məqsədi  müəllifin  ədəbi  və  bədii əsərləri  ba­

rəsində olan  hüquqlarını səmərəli və  vahid  şəkildə  qorumaqdan  ibarətdir.  Onu 

imzalayan  ölkələr  müəllifin  hüquqlarını  qorumaq  üçün  Bern  İttifaqı  yaratdılar. 

Bern  konvensiyası  bu ittifaqın  hüquqi əsasıdır.

Bern  konvensiyası  üç prinsipə  əsaslanır.  Bunlardan  biri  m illi  rejim  prinsipi 

adlanır.  Bu  prinsipə  görə  Bern  İttifaqının  üzvü  olan  ölkədə  yaradılan  əsər bü­

tün  başqa  üzv ölkələrində eyni  qaydada  qorunur.  İkinci prinsip avtomatik  mü­

hafizə  p rin s ip id ir.  Bu  prinsipə  görə  milli  rejim  hər  hansı  formal  şəridən  asılı 

deyildir,  yəni  əsər avtomatik  surətdə  qorunur və  formal  qeydiyyat  şərtlərindən 

və  s.  asılı  deyildir.  Üçüncü  prinsip  isə  m ühafizənin  asılı  olmaması  prinsipi 

adlanır.  Bu  prinsipə  görə  iştirakçı  dövlətlərdə  əsər  yarandığı  ölkədə  mühafizə 

edilməsindən asılı olmayaraq qorunur.

Bern  konvensiyasının  bir sıra  müddəaları (müəlliflik  hüququnun qüvvədə ol­

ma  müddəti,  müəllifin  müstəsna  hüquqları  və  s.)  Azərbaycan  Respublikasının 

müəlliflik hüququ  barədə qanununda  təkrarlanır.

M ü ə lliflik   hüququ  barədə  Ümumdünya  (Cenevrə)  konvensiyası  müəllif­

lik  münasibətlərini  tənzimləyən  ikinci  əsas  çoxtərəfli  beynəlxalq  sazişdir.  Kon­

vensiya  1952-ci  ildə Cenevrədə imzalanmışdır.  Onda  indiyə  kimi 97 dövlət işti­

rak edir.  Azərbaycan  Respublikası  da  konvensiya iştirakçısıdır.

Ümumdünya  konvensiyası  tənzimetmə  predmetinə  görə  Bern  konvensiya 

sını təkrarlayır.  Ümumdünya  konvensiyası da  milli  rejim  prinsipindən çıxış edir 

Milli  rejim  haqqında  qayda  Ümumdünya  konvensiyasının  əsas  qaydasıdır.  La 

kin göstərilən  konvensiyalar arasında  müəyyən fərqli cəhətlər də vardır.  Məsə 

lən,  Bern  konvensiyasında  müəllifin  bir  neçə  səlahiyyəti  nəzərdə  tutulduğu 

halda,  Ümumdünya  konvensiyası onun yalnız xüsusi olaraq  bircə səlahiyyətini 

-   əsəri  tərcümə  etdirmək  səlahiyyətini  tənzimləyir.  Müəllifin  ölümündən  sonra 

müəlliflik  hüquqlarının  qüvvədə  olma  (qorunma)  müddəti  əgər  Bern  konvensi­

yası  üzrə 50 ildirsə,  Ümumdünya  konvensiya  üzrə 25 il müəyyənləşdirilir.

гМуоллифлик lıyryry по олаголи hyryraap Ьлгшпда» ганунун  2-чи мадлоси

143


Ümumdünya  konvensiyanın  bəzi  normaları,  məsələn,  müəlliflik  hüququnu 

qoruma  nişanı  barədə  norması  Azərbaycan  Respublikasının  müəlliflik  hüququ 

barədə qanunu tərəfindən  qəbul edilmişdir'.

Əqli mülkiyyət hüququnun ticarət aspektləri  barədə saziş (15 aprel  1994) 

müəlliflik  hüququna  toxunan  beynəlxalq  müqavilələrdən  biridir.  Onun  qısaldılmış 

adı  TRİPS-dir* 2.  TRİPS  sazişi  1  yanvar  1995-ci  il  tarixindən  qüvvəyə  minmişdir. 

O.  tariflər və  ticarət  haqqında  Baş  Sazişin  (GATT  -   the  General  Agreement  of 

Tariffs and Trade) Uruqvay danışıq raundu çərçivəsində bağlanmışdır.

TRIPS sazişi  Ümumdünya Ticarət Təşkilatının (ÜTT-nin)  bütün  üzvləri  üçün 

məcburidir (onun  141  üzvü vardır.  Gürcüstan,  Qırğızıstan,  Estoniya  və  Latviya 

onun üzvüdür).

TRIPS  sazişi  ÜTT-yə  daxil  olmaq  istəyən  dövlətlərin  əqli  mülkiyyət  qanun­

vericiliyinə  aid  tələblər  müəyyənləşdirir.  Bu  dövlətlər  sırasına  Azərbaycan 

Respublikası  da  aiddir.  36 dövlət  (Litva,  RF,  Belorusiya,  Özbəkistan,  Qazaxıs­

tan  və  digərləri)  o  cümlədən  Azərbaycan  Respublikası  ÜTT-yə  daxil  olmaq 

üçün danışıqlar aparır.

Müəlliflik  hüququ  TRIPS  sazişinin  predmet  tərkibinə  daxil  olan  məsələlər­

dən  biridir.  O,  adətən,  əqli  mülkiyyət  hüququna  aid  olan  geniş  spektrli  hüquq­

lar  tənzimləyir  ki,  müəlliflik  hüququ  onun  tərkibinə  daxildir.  Bu  baxımdan 

TRIPS sazişini  müəlliflik hüququnun  mənbəyi  hesab etmək olar.  Saziş  ilk dəfə 

çoxtərəfli  beynəlxalq  praktikada  iştirakçı  dövlətlərin  üzərinə  belə  bir  öhdəlik 

qoyur  ki,  onlar əqli  mülkiyyət  hüquqlarını  istənilən  pozuntudan  müdafiə  etmə­

yin  və  qorunmağın  beynəlxalq  standartlarına,  habelə  mübahisələrin  həll  olun­

ma qaydalarına əməl etsinlər.

Ümumdünya  Əqli  M ülkiyyət  Təşkilatının  (ÜƏMT-in)  m ü ə lliflik   hüququ 

üzrə  m üqaviləsi  də  müəlliflik  hüququna  həsr  edilən  beynəlxalq  sazişlərdən 

biridir.  Bu  müqavilə  20  dekabr  1996-cı  ildə  Cenevrədə  bağlanmış,  6  mart 

2002-ci  il  tarixində  qüvvəyə  minmişdir.  Müqavilənin  indiyə  kimi  35  dövlət  işti­

rakçısıdır.  Azərbaycan  Respublikası  hələlik  müqavilədə  iştirak  etmir.  Müqavilə 

xüsusi  olaraq  müasir  dövrdə  müəlliflərin  hüquqlarının  qorunmasının  ayrı-ayrı 

cəhətlərinə,  o  cümlədən  İnternet  şəbəkəsində  müəlliflik  hüquqlarının  mühafi­

zəsinə  həsr edilmişdir.  Buna  görə də Azərbaycan  Respublikasının  müqaviləyə 

qoşulması vacib və əhəmiyyətli olan  məsələdir.

Bunlardan  əlavə,  Azərbaycan  Respublikası  ÜƏMT-i  tə s is   edən  ko n ve nsi­

yanın  iştirakçısıdır.  Bu  konvensiya  müəlliflik  hüququnun  obyektlərini  (elm, 

ədəbiyyat  və  incəsənət  əsərlərini)  əqli  mülkiyyət  hüququnun  obyektləri  sırası­

na  aid  edir.  Konvensiyaya  görə  elm,  ədəbiyyat  və  incəsənət  əsərlərinə  aid 

olan  hüquq  əqli  mülkiyyət  hüquqlarından  biridir.  Söz  yox  ki.  müəlliflik  hüququ 

məsələlərini tənzimləmək baxımından onun rolu və əhəmiyyəti  böyükdür.

Azərbaycan  Respublikası  üçün  12  MDB  dövləti  arasında  bağlanmış  regio­

nal  xarakterli  m ü ə lliflik  hüququ  və  əlaqəli  hüquqların  qorunm ası  sahəsin­

də  əməkdaşlıq  barədə  sazişin  (1995)  xüsusi  əhəmiyyəti  vardır.  Azərbaycan

^ «Müəllıllık hüququ vo əlaqəli hüquqlar haqqında» qanunun 8-ci maddəsinin 2-ci bəndi.

2 İngiliscə: Agreement on Trade -  Related Aspects o f Intellectual  Property Rights.

144


Respublikası  həmin sazişin iştirakçısıdır. Saziş MDB dövlətlərinin Ümumdünya 

(Cenevrə)  konvensiyasına  münasibətini  müəyyən  edərək  göstərir  ki,  həmin 

konvensiya onlar (MDB dövlətləri) üçün qüvvədədir.

İşgüzar  dövriyyə  adətlərini  müəlliflik  hüququnun  mənbə  növlərindən  biri 

hesab etmək  olar.  Belə  ki,  əgər elm,  ədəbiyyat və  incəsənət əsərlərinin istifa­

dəsi  ilə bağlı  sahibkarlıq fəaliyyəti həyata  keçirilərsə, onda  həmin fəaliyyətə iş­

güzar dövriyyə adətlərinin tətbiqi mümkündür.



§ 3.  Müəlliflik hüquq  münasibətinin obyekti

Əsər müəlliflik 

hüquq münasibətinin 

obyekti kimi

Bildiyimiz  kimi,  hüquq  subinstitutu  kimi  müəlliflik 

hüququnun  əsas  «işi»  əsərlərin  yaradılması  və  is­

tifadəsi  ilə  bağlı  əmələ  gələn  münasibətləri  (müəl­

liflik münasibətlərini) tənzimləməkdən  ibarətdir.  Bu 

münasibətlər  hüquq  normaları  ilə  tənzimlənərək  hüquqi  forma  alır  ki,  həmin 

forma  müəlliflik  hüquq  münasibətləri adlanır.

Əlbəttə,  obyektsiz  nə  mülki  hüquq  münasibəti,  nə  də onun  bir  növü  sayılan 

müəlliflik  hüquq  münasibəti  yarana  və  mövcud  ola  bilər.  Bəs.  müəlliflik  hüquq 

münasibətinin obyekti  nədən  ibarətdir? Qeyd etmək  lazımdır ki,  müəlliflik  hü­



quq  münasibəti  müəllifin  əsər  yaratma  faktı  ilə  əmələ  gəlir.  Məlum  məsə­

lədir  ki,  əgər  əsər  yaradılmazsa,  müəlliflik  hüquq  münasibəti  də  əmələ  gələ 

bilməz.  Müəlliflik  hüquq  münasibəti  məhz əsər barəsində yaranır.  Məhz əsərin 

yaradılması  nəticəsində  onun  müəllifi  həm  şəxsi  qeyri-əmlak  xarakterli,  həm 

də əmlak  (iqtisadi) xarakterli  bir sıra  subyektiv hüquqlar əldə edir.

Dediklərimizdən  belə  nəticəyə  gələ  bilərik  ki.  müəlliflik  hüquq  münasibə­



tinin  obyektini  əsər  təşkil  edir.  Əsər  daha  dəqiq  söyləsək,  müəlliflik  hüquq 

münasibətinin  elementlərindən  biri  sayılan  subyektiv  hüququn  (əsərin  müəllifi­

nin  həm  əmlak  xarakterli,  həm  də  şəxsi  qeyri-əmlak  xarakterli  hüquqlarının) 

obyekti  hesab  olunur.  Buna  görə ona çox vaxt hüquq ədəbiyyatında  müəlliflik 



hüququnun  obyekti  deyilir1.  Müəlliflik hüququnun obyekti əsər hesab edilir2.

Əsərin  müəlliflik  hüququnun  obyekti  olması  onu  bildirir  ki.  o,  hüquq  su­

binstitutu  kimi  müəlliflik  hüququ  (müəlliflik  hüquq  normaları)  ilə  qorunur  (söh­

bət  hüquqi  cəhətdən  mühafizədən  gedir).  Əsərin  müəlliflik  hüququ  ilə  qo­

runması  isə o  deməkdir ki,  əsərdən  müəllifin  razılığı (icazəsi) olmadan və ona 

qonorar (haqq)  vermədən  sərbəst şəkildə istifadə etmək olmaz.  Əsər müəlliflik 

hüququ  (müəllifin  hüquq  normaları)  ilə  qorunan  obyekt  olub,  onu  hüquqi  mü­

hafizə sferasına  daxildir.

Qüvvədə  olan  müəlliflik  qanunvericiliyi  əsərin  leqal 

Əsərin anlayışı 

(normativ)  tərifini  vermir.  Müəlliflik  hüququna  həsr  edi­

lən  beynəlxalq  müqavilələrdə  (Bern  konvensiyası, 

Ümumdünya  konvensiya,  TRIPS  sazişi  və  digər müqa­

vilələrdə)  də  əsərin  tərifini  müəyyən  edən  hər  hansı  normaya  rast  gəlmirik.



və əsas 

xüsusiyyətləri

1  Mosolon.  bax:  М э г х  П .Б .  Сергеев  А П   Интеллектуальная  собственность.  М .  2000,  с.  200; 



Гуев А.П.  Гражданское право.  Учебник. Том  3- М.. 2003, с.  175; Гражданское право.  Учебник. Том 

ЦПол рсл.  Е.А.Суханова.  М-,  1988, с. 640.

Антимонов Б.С..  Флсйщиц Е.А.  Авторское право. М..  1957.

145


Buna  görə  də  mülki  hüquq  elmində  (doktrinasında)  müəlliflik  hüququ  barədə 

yazan  alimlər əsərin  uğurlu  və  münasib  elmi  (doktrinal)  tərifini  verməyə  cəhd 

göstərirlər'.  Bu  nəzəriyyələr arasında  sovet dövrünün  müəllifi  V.I.Serebrovski- 

nin  təklif  etdiyi  elmi  anlayış  daha  geniş  yayılmışdır2.  Müəlliflərin  əksəriyyəti 

məhz bu anlayışdan istifadə edirlər3.

Əsərə elmi (doktrial) anlayış verməmişdən əvvəl əsərin  əsas xüsusiyyətləri­

ni və  müəlliflik hüququnun obyekti  kimi onun  başlıca  əlamətini  müəyyənləşdir­

mək lazımdır.  Əsər müəllifin  təfəkkür-beyin (əqli) fəaliyyətinin  məhsuludur.  Bu­

na görə də, o, müəllifin əqli  (yaradıcılıq) fəaliyyət  nəticəsi  sayılır.

Müəllifin  əqli  (yaradıcılıq)  fəaliyyət  nəticəsi  ideyalarda,  fikirlərdə  və  obraz­

larda  təzahür edir.  Söhbət  elmi-texniki  ideya  və  fikirlərdən,  ədəbi-bədii  obraz­

lardan  gedir.  Deməli,  əsər  ədəbi-bədii  obrazlardan,  elmi-texniki  fikir  və 



Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin