Odlar Yurdu Universiteti d oktorantura Ģöbəsi



Yüklə 0.61 Mb.
Pdf просмотр
səhifə1/4
tarix26.12.2016
ölçüsü0.61 Mb.
  1   2   3   4

 

Odlar Yurdu Universiteti 



D

oktorantura Ģöbəsi

 

 

 

 

FƏLSƏFƏ DOKTORU HAZIRLIĞI 

 

ÜZRƏ 

 

YaddaĢ 

 

 

 

 

 

 

 

 

  

 

 Bakı, 2016

 

Mündəricat 



 

1. 


Ümumi müddəalar…………………………………………………………………. 

2. 



Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura ............................................................... 

3. 



Fəlsəfə doktoru hazırlığı üzrə dissertantura ............................................................... 

4. 



Sənədlərin qəbulu …………………………………………………………………. 

5. 



İxtisas uyğunluğu …………………………………………………………………. 

6. 



Qəbul imtahanları və müsabiqə …………………………………………………… 

7. 



Elmi rəhbər ………………………………………………………………………… 

8. 



Fərdi iş planı ……………………………………………………………………….. 

9. 



Attestasiya ………………………………………………………………………….. 

10.  Doktorluq imtahanları ……………………………………………………………… 



11. 


Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu 

ilə təhsil almaq hüququ ............................................................................................... 

 

 



12.  Dissertasiya şuraları .................................................................................................... 

13. 



Fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdİm edilmiş dissertasiyalara dair 

tələblər ........................................................................................................................ 

 

 



14.  Dissertasiyaların təqdim olunması və müdafiəsi ....................................................... 

14.1. Dissertasiya işinin yerinə yetirildiyi müəssisədə ilkin ekspertiza ................. 

14.2. Təqdim edilən sənədlər ................................................................................. 

14.3. Dissertasiya şurasında ilkin  ekspertiza ......................................................... 

14.4. Opponentlərin təyin edilməsi ........................................................................ 

14.5.  Apariıcı  təşkilat  ............................................................................................. 

14.6.  Avtoreferat ..................................................................................................... 

14.7. Dissertasiya və avtoreferatin kitabxanaya verilməsi ..................................... 

14.8.  Dissertasiya şurasınıın iclası ......................................................................... 

14.9. Elmi dərəcələr verilməsinə dair attestasiya işinin birinci nüsxəsində Ali 

Attestasiya Kоmissiyasına təqdim edilməli оlan sənədlərin siyahısı ........... 

10 


10 

10 


11 

11 


12 

12 


13 

13 


 

14 


15.  Ali attestasiya komissiyasında dissertasiyalara baxılması ……………………….. 

14 


16.  Dissertasiyaların tərtib edilməsi qaydaları …………………………………………. 

16.1. Dissertasiyanın strukturu …………………………………………………… 

16.2.Əsas tələblər …………………………………………………………………. 

16.3.Nömrələmə …………………………………………………………………… 

16.4.İllüstrasiya …………………………………………………………………… 

16.5.Cədvəllər …………………………………………………………………….. 

16.6.Formullar ……………………………………………………………………. 

16.7.Biblioqrafik istinadlar ………………………………………………………. 

16.8.Üz vərəqi ……………………………………………………………………. 

16.9.Mündəricat ………………………………………………………………….. 

 

Şərti işarələr, simvollar, vahidlər və terminlər siyahısı …………………… 



 

İstifadə edilmiş ədəbiyyat …………………………………………………. 

15 

15 


15 

16 


17 

17 


17 

18 


18 

18 


18 

18 


17. 

Azərbaycan  Respublikasında  dissertasiyaların  əsas  nəticələrinin  dərc  olunması 

tövsiyə edilən elmi nəşrlərin siyahısı .......................................................................... 

 

Riyaziyyat və Mexanika elmləri ……………………………………………. 



 

Fizika  və  Astronomiya  elmləri  ……………………………………………… 

17.3.  İqtisadiyyat  elmləri  …………………………………………………………. 

17.4.  Texnika  elmləri  ……………………………………………………………… 

17.5.  Filologiya elmləri .............................................................................................. 

 

 



21 

21 


21 

22 


23 

24 


18.  Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirməsi Şuraları ........................ 

26 


19.  İstifadə olunmuş ədəbiyyat ………………………………………………………… 

26 


 

Əlavə 1 ........................................................................................................................  28 



 

Əlavə 2 ........................................................................................................................ 



Əlavə 3 ........................................................................................................................ 

Əlavə 4 ........................................................................................................................ 

Əlavə 5 ........................................................................................................................ 

30 


32 

34 


35 

Doktorantlar və dissertantlar üçün yol xəritəsi ........................................................... 

36 


 

FƏLSƏFƏ DOKTORU HAZIRLIĞI ÜZRƏ YADDAġ 



 

1.

 

Ümumi müddəalar 

 

 

Azərbaycan  Respublikasında  yüksək  ixtisaslı  elmi  və  elmi-pedaqoji  kadrların 



hazırlanması  ali  təhsilin  ən  yüksək  səviyyəsi  olan  doktorantura  yolu  ilə  həyata 

keçirilir və müvafiq elmi dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və 

elmlər doktoru) verilməsi ilə başa çatır. 

 

Doktoranturada  təhsil  fəlsəfə  doktoru  və  elmlər  doktoru  proqramları  üzrə  həyata 



keçirilir. 

 

Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan 



ayrılmamaqla) formalar üzrə həyata keçirilir. 

 

Doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri və elmi təşkilatlar elmi 



və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. 

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, dissertantlıq 



yolu ilə 4 ildir. 

 

Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər. 



 

Doktoranturada  və  dissertantlıq  yolu  ilə  təhsilini  başa  çatdırmış  məzunlara  təhsil 

aldıqları  müəssisənin  müvafiq  arayışı  və  imtahanların  verilməsi  haqqında  vəsiqə 

verilir. 

 

2.

 

Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura 

 

 

Fəlsəfə  doktoru  proqramı  üzrə  doktoranturaya  ali  təhsili  olan  (ali  təhsil  pilləsinin 



magistratura  səviyyəsini  bitirən,  yaxud  təhsili  ona  bərabər  tutulan  Azərbaycan 

Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. 

 

Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən 



doktoranturaya qəbul oluna bilməz. 

 

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir: 



 

ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin 



adına); 

 



kadrların şəxsi-qeydiyyat vərəqi; 

 



tərcümeyi-hal; 

 



2 ədəd fotoşəkil (3x4 sm ölçüdə); 

 



iş yerindən xasiyyətnamə; 

 



iş stajı olanlar üçün əmək kitabçasından çıxarış; 

 



çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat

 



ali  təhsil  müəssisəsini  bitirmək  haqqında  diplomun  müvafiq  qaydada  təsdiq  edilmiş 

surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil 

haqqında sənədlərin tanınması haqqında şəhadətnamə); 

 



şəxsiyyəti təsdiq edən sənədin surəti. 

 

3.



 

Fəlsəfə doktoru hazırlığı üzrə dissertantura 

 

 

Dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsil 



müəssisələrində,  elmi  və  digər  təşkilatlarda  çalışan  mütəxəssislərin  istehsalatdan 

ayrılmamaqla, elmi dərəcənin alınması üçün təhkim olunmaqla, dissertasiya işinin yerinə 

yetirilməsini təmin edir. 

 

Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsilli (ali təhsil  



pilləsinin  magistratura  səviyyəsini  bitirən,  yaxud  təhsili  ona  bərabər     tutulan, 

 

müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və 



digər təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər. 

 

Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant 



olmaq hüququna malik deyillər. 

 

Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş 



stajına malik olmalıdırlar. 

 

Fəlsəfə  doktoru  hazırlığı  üzrə  dissertantlıq  yolu  ilə  təhsil  almaq  üçün  aşağıdakı  sənədlər 



təqdim edilir: 

 



ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin 

adına); 


 

kadrların şəxsi-qeydiyyat vərəqi; 



 

tərcümeyi-hal; 



 

2 ədəd fotoşəkil (3x4 sm ölçüdə); 



 

iş yerindən xasiyyətnamə; 



 

əmək kitabçasından çıxarış; 



 

çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat; 



 

ali  təhsil  müəssisəsini  bitirmək  haqqında  diplomun  müvafiq  qaydada  təsdiq  edilmiş 



surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil 

haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə); 

 

şəxsiyyəti təsdiq edən sənədin surəti. 



 

Qeyd: 1. Dissertanturaya 2 illik staja malik olan şəxslər qəbul oluna bilərlər. 

2. İddiaçılar dissertanturaya müsahibə yolu ilə qəbul olunurlar. 

 

4.

 

Sənədlərin qəbulu 

 

 

Sənədlərin  qəbulu  forması,  qaydaları,  qəbul  planı  və  imtahanların  keçirilmə  müddəti 



haqqında  kütləvi  informasiya  vasitələrində  qəbulu  həyata  keçirən  müəssisə  tərəfindən 

müvafiq elan verilir. 

 

Sənədlərin qəbulu üçün doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin və elmi 



təşkilatın  rəhbərinin  (və  ya  elmi  işlər  üzrə  müavininin)  sədrliyi  ilə  qəbul  komissiyası 

yaradılır.  Qəbul  komissiyası  fakültə,  kafedra,  şöbə,  bölmə,  laboratoriya  rəhbərlərindən, 

aparıcı əməkdaşlardan və bir qayda olaraq, doktorantların nəzərdə tutulan rəhbərlərindən 

təşkil olunmalıdır. 

 

5.

 

Ġxtisas uyğunluğu 

 

 

Doktoranturaya  qəbul  olmaq  istəyən  şəxslərin  ixtisas  uyğunluğu  qəbul  komissiyası 



tərəfindən müəyyən edilir. 

 

Doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və 



rəhbərliyi  həyata  keçirmək  barədə  razılıq  və  ya  imtina  qərarını  yazılı  surətdə  qəbul 

komissiyasına təqdim edir. İmtina olunduğu halda digər elmi rəhbər təklif edilir. 

 

Qəbul  komissiyası  nəzərdə  tutulan  rəhbərin  rəyi  və  təqdim  edilən  digər  sənədlər  əsasında 



imtahanlara  buraxılmaq  haqqında  qərar  qəbul  edir  və  bu  barədə  bir  həftədən  gec 

olmayaraq  iddiaçıya  bildiriş  göndərir.  Bildiriş  doktoranturanın  fəaliyyət  göstərdiyi  ali 

təhsil müəssisəsi və elmi təşkilat rəhbərləri tərəfindən imzalanır və bu bildiriş iş yerindən 

məzuniyyət almaq hüququ verir. 



 

6.



 

Qəbul imtahanları və müsabiqə 

 

 

Doktoranturaya  qəbul  olmaq  istəyənlər  ixtisas  fənnindən,  xarici  dildən  (rus  dili  istisna 



olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) və fəlsəfədən ali təhsil pilləsinin 

magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları 

verirlər. 

 

Qəbul  imtahanlarını  keçirmək  məqsədi  ilə  ali  təhsil  müəssisələrində  və  elmi  təşkilatlarda 



müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır. 

 

İxtisas  fənnindən  qəbul  imtahanını  doktoranturanın  fəaliyyət  göstərdiyi  ali  təhsil 



müəssisəsinin  və  elmi  təşkilatın  rəhbəri  tərəfindən  yaradılan  komissiya  həyata  keçirir. 

Komissiyanın  tərkibində  müvafiq  ixtisas  üzrə  ən  azı  iki  elmlər  doktoru  və  ya  professor 

olmalıdır.  Nəzərdə  tutulan  rəhbərlər  də  komissiyanın  üzvü  ola  bilərlər.  Komissiyanın 

sədri  ali  təhsil  müəssisəsinin  və  elmi  təşkilatın  rəhbəri,  yaxud  elmi  işlər  üzrə  müavini 

təyin  edilir.  Müstəsna  hallarda,  bəzi  ixtisaslar  üzrə  elmlər  doktorları  və  professorlar 

olmadıqda,  komissiyanın  tərkibinə  fəlsəfə  doktorları  (elmlər  namizədləri),  dosentlər, 

xarici  dil  üzrə  isə  elmi  (alimlik)  dərəcəsi  olmayan  təcrübəli  mütəxəssislər  daxil  edilə  

bilər. 


 

Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha  yüksək qiymət alan və 

çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir. 

 

Ali  təhsil  müəssisələrində  və  ya  elmi  təşkilatlarda  yaradılmış  qəbul  komissiyaları 



imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edirlər. 

 

Ali  təhsil  müəssisələri  və  elmi  təşkilatların  elmi  şuraları  doktorantların  dissertasiya 



mövzularını  və  elmi  rəhbərlərini  onların  qəbul  komissiyaları  tərəfindən  doktoranturaya 

qəbul  olunmaları  haqqında  qərar  qəbul  etdikləri  gündən  1  aydan  gec  olmamaq  şərtilə 

təsdiq edir. 

 

Ali  təhsil  müəssisəsinin və  elmi  təşkilatın  elmi  şurası  müvafiq  şöbə,  bölmə,  kafedra  və  ya 



laboratoriyanın  təqdimatı  əsasında  iddiaçının  dissertant  təhkim  olunması,  onun 

dissertasiya mövzusu,  fərdi iş  planı və elmi  rəhbəri (məsləhətçisi) haqqında qərar qəbul 

edir.  Elmi  şuranın  qərarı  əsasında  ali  təhsil  müəssisəsi  və  ya  elmi  təşkilatın  rəhbəri 

iddiaçının təhkim olunması haqqında əmr verir. 

 

7.

 

Elmi rəhbər 

 

 

Doktoranturaya  qəbul  haqqında  qərarda  (əmrdə)  doktorantın  dissertasiyasının  mövzusu, 



təhsil müddəti və rəhbəri (rəhbərləri) göstərilir və onlara bu haqda məlumat verilir. Bir 

qayda olaraq, doktorantın elmi rəhbəri elmlər doktoru və ya professor olur. 

 

Müstəsna  hallarda,  ali  təhsil  müəssisələrinin  və  elmi  təşkilatların  elmi  şuralarının  qərarı 



əsasında müvafiq ixtisasa malik fəlsəfə doktorları (elmlər namizədləri) da doktorantlara 

elmi rəhbərlik işinə cəlb oluna bilərlər. 

 

Müxtəlif ixtisasları əhatə edən mövzular üzrə elmi tədqiqatlar apararkən doktoranta iki elmi 



rəhbər,  yaxud  rəhbər  və  məsləhətçi  təyin  oluna  bilər.  Onlardan  biri  fəlsəfə  doktoru 

(elmlər namizədi) ola bilər. 

 

Elmi  rəhbər  doktoranta  elmi  iş  üzrə  məsləhətlər  verir,  doktorantın  təsdiq  edilmiş  fərdi  iş 



planına  (tədris  proqramına)  uyğun  fəaliyyətinə  rəhbərlik  edir  və  dissertasiya  işinin 

müəyyən olunmuş vaxtda keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir. 

 

8.

 

Fərdi iĢ planı 

 

 

Doktoranturada  təhsil  müddətində  doktorant  (dissertant)  ali  təhsil  müəssisəsinin  və  elmi 



təşkilatın  elmi  şurası  tərəfindən  təsdiq  edilmiş  fərdi  iş  planı  (Bax:  doktorantlar  üçün 

Əlavə 1 və dissertantlar üçün Əlavə 2) əsasında fəaliyyət göstərir. 



 

 



Doktorant təhsil müddətində: 

 



peşə biliklərinə dərindən yiyələnməli; 

 



müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli

 



elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli; 

 



fərdi iş planını tam yerinə yetirməli; 

 



nəzərdə tutulan doktorluq imtahanlarını verməli; 

 



elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli; 

 



elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli; 

 



elmi tədqiqat işini bitirməlidir. 

 

Doktorant  fərdi  iş  planının  yerinə  yetirilməsi  barədə  vaxtaşırı  şöbə,  bölmə,  kafedra, 



laboratoriya iclaslarında hesabat verir. 

 

9.



 

Attestasiya 

 

 

Doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə, ali təhsil müəssisələri və elmi  təşkilatlar 



tərəfindən təsdiq olunmuş attestasiya haqqında əsasnamələrə uyğun olaraq, attestasiyadan 

keçməlidirlər  (Əlavə  3).  Attestasiyanın  keçirilmə  müddəti  ali  təhsil  müəssisəsi  və  elmi 

təşkilatların  rəhbərləri  tərəfindən  müəyyən  edilir.  Doktorantın  növbəti  tədris  ilində 

təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir. 

 

Ali  təhsil  müəssisələrinin  və  elmi  təşkilatların  elmi  şuralarında  doktorantların  elmi 



rəhbərlərinin vaxtaşırı hesabatları dinlənilir. 

 

Doktoranturada  fərdi  iş  planını  yerinə  yetirən  və  elmi  tədqiqat  işini  bitirən    şəxslər 



«Fəlsəfə doktoru» elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar. 

 

Qeyd:  Doktorantların  attestasiyası  adətən  hər  il  dekabr  ayında  keçirilir.  Attestasiya 

doktorantın  təhkim  olunduğu  kafedrada  keçirilir.  Doktorant  və  onun  elmi  rəhbəri  cari  il 

üçün nəzərdə tutulan planın yerinə yetirilməsi haqqında hesabat verirlər və növbəti il üçün 

nəzərdə  tutulan  iş  haqqında  iclas  iştirakçılarına  məlumat  verirlər.  Attestasiyanın  nəticəsi 

kafedranın iclas protokolunda əksini tapmalıdır. Kafedranın iclas protokolundan çıxarış və 

doktorantın hesabatı Magistratura və doktorantura şöbəsinə təqdim olunmalıdır. 

Üzürsüz səbəblərə görə fərdi iş planını yerinə yetirməyən, təhkim olunduğu kafedra 

ilə əlaqə saxlamayan şəxs attestasiyadan keçməmiş hesab olunur və doktoranturadan xaric 

olunur. 


 

10.

 

Doktorluq imtahanları 

 

 

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar - ixtisas fənnindən  (həmçinin ixtisas 



uyğunluğu  nəzərə  alınmaqla,  digər  fəndən),  informatikadan  və  xarici  dildən  doktorluq 

imtahanları verməlidirlər; 

 

«Fəlsəfə  doktoru»  elmi  dərəcəsi  üzrə  dissertantlıq  yolu  ilə  təhsil  alan  şəxslər  müəyyən 



olunmuş qaydada ixtisas fənnindən, fəlsəfə, informatika və xarici dildən, həmçinin ixtisas 

uyğunluğu nəzərə alınmaqla, digər fəndən də doktorluq imtahanları verirlər. 

 

Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  fəlsəfə  doktoru  üzrə  doktoranturada  və 



dissertantlıq  yolu  ilə  təhsil  müddətində  «Azərbaycan  dili»  fənnindən  əlavə  doktorluq 

imtahanı verirlər. 

 

Qeyd: 

1.

 



Xarici  dil,  fəlsəfə  və  Azərbaycan  dili  üzrə  doktorluq  imtahanları  Odlar 

Yurdu universitetində keçirilir. 

2.

 

“İnformatika”  fənni  doktorluq  imtahanı  AMEA  İnformasiya  Texnologiyaları 



İnstitutunda  keçirilir.  Buna  görə  də  doktorant  və dissertantlar  AMEA  İnformasiya 

 

Texnologiyaları İnstitutunda informatika kurslarında iştirak etmək üçün Magistratura 



və doktorantura şöbəsinə məktub almaq üçün müraciət etməlidirlər. 

3.

 



İmtahanlar ildə iki dəfə – yaz (aprel-may) və payız (noyabr-dekabr) sessiyalarında 1 

fəndən artıq olmamaq şərti ilə keçirilir. 

4.

 

Doktorluq  imtahanlarının  nəticəsi  rektorun  imzası  ilə  vəsiqə  şəklində  tədqiqatçıya 



verilir. 

 

11.



 

Əcnəbilərin və vətəndaĢlığı olmayan Ģəxslərin doktoranturada və dissertantlıq yolu ilə 

təhsil almaq hüququ 

 

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili 



Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun    olaraq 

hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata  keçirilir. 

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili 



ödənişli  əsaslarla  aparılır.  İllik  təhsil  haqqı  təhsilin  xüsusiyyətlərinə  uyğun  olaraq  ali 

təhsil  müəssisələrinin  və  elmi  təşkilatların  tabe  olduqları  qurumlar  tərəfindən  müəyyən 

edilir.  Müstəsna  hallarda  ali  təhsil  müəssisələri  və  elmi  təşkilatlar  tabe  olduqları 

qurumların razılığı əsasında ödənişsiz qəbul həyata keçirə bilərlər. 

 

Xarici  dövlətlərdə  təhsil  almış  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  üçün  ali  təhsil 



haqqında  diplomun  notarial  qaydada  təsdiq  edilmiş  surəti  və  diplomun  tanınması 

haqqında şəhadətnamə təqdim edilməlidir. 

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ali təhsil müəssisələrində və elmi təşkilatlarda 



doktoranturaya qəbulu və dissertant təhkim olunması, eyni zamanda təhsili bu Qaydalara 

və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 

 




Поделитесь с Вашими друзьями:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə