О. Щ. Мирзяйев нефт-газ мядян аваданлыгларынын техники диагностикасы нын ясаслары bakı 012 Rəycilər



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə25/51
tarix25.12.2016
ölçüsü2,61 Mb.
#3052
1   ...   21   22   23   24   25   26   27   28   ...   51
Maqnit  lentləri.  Maqnitoqrafik  defektoskopiyada 
maqnit lentlərindən istifadə olunur. Lentlər bir və çoxqatlı 
olurlar.  Ən  çox  ikiqatlı  lentlərdən  istifadə  edilir.  Maqnit 
lentləri  eni  50  və  75  mm  halında  buraxılır  və  uc-uca 
qaynaq  birləĢmələrinin  nəzarət  edilməsində  istifadə 
olunur.  Maqnit  lentlərində  yazılmıĢ  maqnit  sahəsinin 
səpələnməsi 
maqnitoqrafik 
defektoskop 
vasitəsilə 
öyrənilir.  
 
3.4. Maqnit defektoskopiyası, maqnit tozu metodu 
 
Maqnit  defektoskopiyası  -  dağıtmadan  maqnit 
nəzarətinin xüsusi bir halı olub, ferromaqnit materiallarda 
zədənin  təyin  edilməsi  üsuludur.  Üsulun  mahiyyəti  zədə 
ətrafında  maqnit  sahəsinin  qeydə  alınmasıdır.  Zədəsi 
olmayan və forması birdən dəyiĢən nəzarət edilən obyekti 
bircinsli maqnit sahəsində yerləĢdirdikdə 


m
maqnit seli 
praktiki  olaraq  obyektdən  kənara  çıxmadan  (Ģəkil  3.4,  a
ən az müqavimətli yoldan keçəcəkdir. 
Maqnit seli 
0

-nin az bir hissəsi  havadan keçə bilər. 
Bu  onunla  əlaqədardır  ki,  materialın  maqnit  müqaviməti 
havanın  müqavimətindən  çox  azdır  (

  dəfə).  Maqnit 
selinə perpendikulyar istiqamətdə çat (yarıq) olduqda hava 
boĢluğunda  yaranan  maneyədən  bu  hissədə  maqnit 
müqaviməti birdən çoxalır. Ona görə də 


m
maqnit  seli 
çatı  aĢağıdan  əyilərək  keçəcəkdir.  Bununla  yanaĢı  selin 
müəyyən  hissəsi  çatın  üstündən,  havada  qapanaraq 
a

 
(Ģəkil 3.4, b) səpələnmə selini əmələ gətirəcəkdir.  
 


 
66 
 
                            a)                            b) 
Şək.3.4.  Maqnit defektoskopun iş prinsipi 
 
Çox  böyük  maqnit  nüfuzluluğu  və  az  maqnit 
müqaviməti  olan  materiallarda  bütün  maqnit  seli  çatın 
altından keçən 
d

  seli  praktik  olaraq  olmayacaqdır.  Bu 
maqnit defektoskopiyası ilə nəzarət etmənin həssaslığlnın 
çox aĢağı olduğunu bildirir. 


kəmiyyəti  nəinki  ferromaqnitin  formasından  və 
həmçinin  maqnitləndirici  sahənin  gərginliyindən  asılıdır. 
Ona görə də maqnitləndirmənin optimal rejiminin düzgün 
seçilməsi 
d

 səpələnmə selini zədə üzərində gücləndirir 
və metodun həssaslığını artırır. 
Zədələr o halda optimal təyin edilir ki, nəzarət edilən 
detalın  maqnitləndirilməsi  zədənin  istiqamətinə  perpen-
dikulyar olsun. Nəzarətin optimal Ģəraitini  yaratmaq üçün 
maqnitləndirmənin  üç  üsulundan  istifadə  olunur:  dövrü; 
uzununa (qütblər üzrə) və kombinə olunmuĢ. 
Dövrü  maqnitlənmədən  silindrik  formalı  cisimlərdə 
(detallarda)  istifadə  olunur.  Uzununa  maqnitlənmədən 
elektromaqnitlərdə,  sabit  maqnitlərdə  və  yaxud  solenoid-
lərdə istifadə olunur. KombinəolunmuĢ üsulda detalı eyni 
vaxtda iki və bir neçə üsulla maqnitləndirirlər. 
Dağıtmadan  maqnit  nəzarətinin  növləri,  üsulları  və 
maqnitləndirmə sxemləri cədvəl 3.1-də verilmiĢdir. 


 
67 
  Cədvəl 3.1. 
 
Maqnitləndirmə  
növləri 
(maqnit selinin 
formasına görə) 
Maqnitləndirmə üsulları 
Maqnitləndirmə sxemi 
 



Uzununa 
(qütblər üzrə) 
Sabit maqnitlə 
 
 
 
 
 
Elektromaqnitlə 
 
 
 
 
 
 
Solenoidlə 
 
 
 
Dövrü 
Detaldan cərəyanın 
keçirilməsi ilə 
 
 
 
Detalın ( fırlanan) 
dəliyinə keçirilən 
cərəyanlı məftilin 
köməyi ilə 
 
 
Detalın (fırlanan) 
üzərində quraĢdırılan 
əlaqələrlə 
 
Detalda cərəyanın 
induksiyası (əmələ 
gəlməsi) ilə 
 
 
 
 
 
 
 
 


 
68 



Kombinə 
olunmuĢ 
Detaldan cərəyanın 
keçirilməsi və 
elektromaqnit vasitəsilə 
 
Kombinə 
olunmuĢ 
QarĢılıqlı perpendikulyar 
istiqamətlərdə fazaya 
görə sürüĢdürülmüĢ iki 
(yaxud daha çox) 
cərəyanın detaldan 
keçirilməsi yolu ilə 
 
 
Detalda induksiya 
olunan cərəyan vasitəsilə 
əmələ gələn və detalın 
dəliyindəki məftildən 
keçən cərəyan vasitəsilə 
 
 
 
Ferromaqnit materiallar maqnitə görə yumĢaq və sərt 
olaraq  iki  qrupa  ayrılırlar.  Maqnitə  görə  yumĢaq 
materiallar  sahəni  götürdükdən  sonra  maqnitsizləĢirlər 
(polad  C
T
3,  C
T
10).  Maqnitə  görə  sərt  materiallar  isə 
sahəni götürdükdən sonra da maqnitlənmiĢ halda qalırlar. 
Maqnitə  görə  sərt  materiallar  nəzarət  olunduqdan  sonra 
maqnitsizləĢdirilməlidir.  Maqnitləndirmə  zamanı  onlara 
yapıĢmıĢ  metal  qırıntıları  yastıqlar  və  diĢli  ötürmələri 
sıradan  çıxara  bilər.  MaqnitsizləĢməni  maqnitometr, 
maqnit  əqrəbi  və  yaxud  sapa  bağlanmıĢ  üzqırxan  ülgüclə 
yoxlamaq lazımdır. MaqnitləĢdirmənin üç  üsulu mövcud-
dur: statik, dinamik və termiki. 
Statiki  maqnitsizləĢdirmə  xarici  sahənin  vasitəsilə 
aparılır.  Bu  zaman  maqnitləndirilən  materialdan  sahəni 
götürdükdə onun qiyməti sıfra bərabər olmalıdır. Dinamik 
maqnitsizləĢdirmədə  detal  dəyiĢən  amplitudlu  maqnit 
 
 
 


 
69 
sahəsində yerləĢdirilir və onun qiyməti tədricən sıfra qədər 
azaldılır (Ģəkil 3.5).
  
 
 
Şək. 3.5. Dinamiki maqnitsizləşmə sxemi 
 
Digər  hallarda  maqnitsizləĢdirmək  üçün  detalı  Küri 
nöqtəsi adlandırılan temperatura qədər qızdırmaq lazımdır. 
Bu  üsul  çox  məhdud  hallarda  istifadə  olunur,  çünki  bu 
zaman materialın mexaniki xüsusiyyəti dəyiĢə bilər. 
Maqnit  defektoskopları  aĢağıdakı  əsas  hissələrdən 
ibarətdir:  cərəyan  mənbəyi,  detala  cərəyanı  vermək  üçün 
tərtibat, maqnit çeviricisi, iĢıqlandırma quruluĢu, cərəyanı 
və yaxud maqnit sahə gərginliyini ölçən cihaz. 
Defekteskopun  vəzifəsindən  asılı  olaraq  göstərilən 
hissələrdə dəyiĢikliklər və əlavələr ola bilər.  
Defektlərdə  maqnit  səpələnmə  sahəsini  qeyd  etmək 
üçün ən çox istifadə ediləni maqnit tozudur ki, bu zaman 
həssaslıq  daha  çox  olur.  Maqnit  tozu  defektoskoplarında 
nəzarət aĢağıdakı əsas mərhələrdən ibarətdir: 
-
 
detalın üz səthinin hazırlığı; 
-
 
detalın maqnitləndirilməsi; 
-
 
quru toz ilə və yaxud suspenziya ilə təmizləmə
-
 
detala  baxıĢ,  zədəni  qiymətləndirmə  və  lazım 
gələrsə, onu maqnitsizləĢdirmə. 


 
70 
Maqnit tozu metodu ilə detalın səthindəki və çox da 
dərində olmayan zədələr təyin olunur. Nəzarətin həssaslığı 
bir  sıra  faktorlarla  təyin  olunur:  materialın  maqnit 
xarakteristikası, tətbiq olunan tozun xüsusiyyətləri və s.  
Nəzarət zamanı detalın üst səthi tamamilə təmizlən-
məlidir.  Qaynaq  tikiĢlərinin  nəzarət  edilməsi  zamanı  isə 
mexaniki cilalama aparilmalıdır.  
Maqinit  tozu  metodu  ilə  defektoskopiyada  nəzarət 
təbii və yaxud süni zədə nümunəsində təyin edilir. Maqnit 
tozu ilə nəzarət zamanı əsas üç tip defektoskopdan istifadə 
edilir: 
-
 
stasionar universal
-
 
hərəkət edən və gəzdirilən unversal
-
 
xüsusiləĢdirilmiĢ  (stasionar,  hərəkətedən,  gəzdi-
rilən). 
Neftqaz  avadanlıqlarının  texniki  diaqnostikasının 
məsələlərinin  həlli  zamanı  əsasən  gəzdirilən  defektos-
koplardan  istifadə  olunur.  Buna  misal  olaraq  gəzdirilən 
PMD-70 maqnit tozu deffektoskopunu göstərmək olar. 
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin