О. Щ. Мирзяйев нефт-газ мядян аваданлыгларынын техники диагностикасы нын ясаслары bakı 012 Rəycilər



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə27/51
tarix25.12.2016
ölçüsü2,61 Mb.
#3052
1   ...   23   24   25   26   27   28   29   30   ...   51
 
3.6. Maqnit yaddaşı metodu 
 
Avadanlıqların  lokal  sahələrinin  ekspress-  diaqnos-
tikası  üçün  ən  geniĢ  yayılan  üsul  metalların  maqnit 
yaddaĢı  (MMY)  metodu  adlanır.  Əslində  maqnit  yaddaĢı 
fiziki  effekt  olub,  nümunənin  əvvəlcədən  deformasiyaya 
uğramasını  bərpa    etməklə    əlaqədar    olduğundan,  onun  
MMY metodunun  bu  deffektə   heç  bir   aidiatı   yoxdur. 
Metalların   maqnit yaddaĢ   metodu  (MMY)  dağıt-
madan  nəzarət  etmə metodu olub,  texnoloji və  istismar 
faktorları  nəticəsində  metalın  zədələnmiĢ  hissəsində   


 
74 
(yüksək maqnit müqaviməti zonası) qalıq  maqnitlənməni 
qeydə almağa əsaslanır. Bir  sıra ədəbiyyat  mənbələrində 
bu  metod  maqnitometrik  metod  adlanır.  Qalıq  maqnitlə-
nmənin  yayılması  xüsusiyyətinə  görə  bu  metod,   
məmulatın    üst  səthindəki      deformasiyaları    və  yarıqları   
aĢkar  etməyə  imkan  verir.  Ġlk dəfə  bu metodu Volqo-
qradın SES-də V.M Tilimonov  

12

   tapmıĢ  və  istifadə 
etmiĢdir.  O,  göstərmiĢdir  ki,  paslanmayan  borular 
maqnitlənmiĢ  halda  sıradan  çıxırlar.  Gərginliyin  konsen-
trasiyası  çox  olan  zonada  səpələnmə  sahəsi  yaranır  ki, 
bunuda maqnifometr vasitəsilə ölçmək mümkündür. Daha 
sonralar  bu  mefod  A.A.Dubovun 

6

  iĢlərində  daha  geniĢ 
yayılmıĢdır.  Ferromaqnetiklərin  maqnitlənməsi  nəinki 
təkcə  xüsusi  xarici  maqnitləndirici  sahənin  təsirindən  və 
yaxud    texnoloji  konstruktiv  və  istismar  faktorların  təsiri 
ilə və həm də təbii Ģəraitdə yerin maqnit sahəsinin təsiri ilə 
də  baĢ  verə  bilər.  Bu  sahə  çox  az  gərginliyə  malik 
olduğundan, maqnitlənmə uzun zaman periodunda yaranır 
ki,  bu  zaman  məmulat  maqnit  sahəsi  istiqamətində 
hərəkətsiz vəziyyətdə olmalıdır. Məmulat fəzada müxtəlif  
istiqamətlərdə  hərəkət  etdikdə,  Yerin  təbii  maqnit  sahəsi 
ilə maqnitlənmir. Bu effekt o zaman  daha   güclü olur ki, 
boru nəqli yerə döĢənmiĢ halda olsun. Onda boru    nəqlin-
də  qaynaq  iĢləri  apararkən  elektrik  qövsündə  kifayət 
dərəcədə  elektirik  qövsünün  kənara  çıxması  baĢ    verir   
(maqnit üfürməsi) ki, bu da qaynaq prosesini çətinləĢdirir. 
Metalın  maqnit  yaddaĢı      məmulatın    istismarı    zamanı    
iĢçi  yükün  həddən  artıq təsiri nəticəsində  onun   maqnit-
lənməsinə o dərəcədə təsir göstərir ki, onun yenidən  bərpa 
olunması  mümkün  olunmur.  Təyin  edilmiĢdir  ki, 
məmulatın  gərginlik  konsentrasiyası  zonasında  Yerin  
təbii  maqnit   sahəsi  ilə  maqnitləĢməsi  istismar  zamanı 


 
75 
yükün  təsiri  nəticəsində  mikroçatların  yaranması  və 
dislokasiyası  (yerdəyiĢməsi)  intensivləĢir, maqnit müqa-
viməti artır  və   qalıq maqnitlənmə sahəsı kəskin  dəyiĢir. 
Qalıq      maqnitlənmə  gərginliyinin    H
p
  normal    hissəsi  
sıçrayıĢvarı    iĢarəsini  dəyiĢir,  bununla  da  gərginliyin 
konsentrasiya  zonasının  mərkəzində  (KH)  H
p
=0,   gər-
ginliyin    H,      toxunan  mürəkkəbəsi    isə  maksımum  olur.  
Anoloji  effekt   səthi deformasiya  və  çatlar  olduqda da   
yaranır.  Maqnit  selinin    KH  zonasında    (böyük  maqnit 
müqaviməti  zonası)  paylanması  normal  və  toxunan  
mürəkkəbələrinin  dəyiĢmə  xarakteri  Ģəkil  3.7-də  göstə-
rildiyi  kimidir.  KH  xətti  boyunca  metalın  mökəmliyinin 
dəyiĢməsi    tez-tez    baĢ    verir.  Bu  halda  metalloqrafik 
tədqiqatlar metalın quruluĢundakı zədələnmələri bu  və  ya 
digər  dərəcədə  aĢkarlayır. 
 
 
Şək. 3.7. Qalıq maqnitləndirilmə sahəsinin  gərginlik   
konsentrasiyası  zonasında paylanma xarakteri  
 
H
p
=0  normal  mürəkkəbənin    qiymətinin  və  onun    
sıçrayıĢvari dəyiĢməsini  KH  zonasının  vəziyyəti    təyin    


 
76 
edir  və  tətbiq    olunan   normativ  sənədlərdə  MMY-nin  
əsas  dioqnasik  əlamət  kimi   qəbul   olunur.  H
p
    sahəsi-
nin  KH   zonasında dəyiĢmə   xarakteri   bu  günə   qədər    
kifayət    dərəcədə  öyrəniləməyib   Belə   hesab     edilir 
ki, dislokasyanın dəyiĢəməsi və plastik   deformasiyaların 
yaradılması KH zonasında maqnitoelastik  və    maqnito-
mexaniki   effektin hesabına  olub, eyni   vaxtda    domen-
lərin dönmələri  ilə yaranır  ki, bu da qalıq    maqnitlənmə 
sahəsinin dəyiĢməsinə gətirib çıxarır. Defektlərin  konsen-
trasiyası  çox  olan      yerlərdə    və    quruluĢ      strukfurunun   
eyni  cinsli  olmayan  yerlərində  domen  divarları    
möhkəmlənir   ki,  bu  da  səthə  H
p
 

6

   sahəsinin    iĢarə-
sinin  dəyiĢməsi  Ģəklində   biruzə   verir. Bu   halda  H
p
=0 
xətti  detalın  en  kəsiyinin  maksimum  maqnit    müqavi-
mətinə uyğun gəlir. Bu  cür  qalıq  maqnitlənmə   səpələn-
məsi    yük  altında  olan  konstruksiyalarda  yalnız    kiçik   
xarici sahədə  yaranır ki,   bu da  Yerin maqnit   sahəsində 
olduğu  kimi,  deformasiya  enerjisinin  xarici  maqnit  
sahəsinin  enerjisindən  dəfələrlə  çox  olduğunu    göstərmiĢ  
olur.   
H
p
    sahəsinin    paylanma    xarakterini        universal   
maqnitomer və  yaxud   xüsusi  hazırlanmıĢ  ĠKN-1M tipli 
gərginlik  maqnitomer-indikator  vasitəsilə    qiymətlən-
dirmək   mümkünündür.  Əlavə   olaraq   konsentrasiyanın   
səviyyəsini   adətən  qiymətcə   təyin     etmək  üçün  H
p
=0 
  
k
p
un
l
2



 
düsturu      ilə      təyin    etmək    olar.    Burada   

H
p

  -  H
p
    
sahəsinin  iki  nəzarət   nöqtələri   arasında  sahə fərqinin   
modulunu  göstərir.  Nəzarət  edilən  obyekt    üçün    aĢkar-


 
77 
lanan   KH-in  bütün  zonaları  üçün  maksimal  
max
un

  və   
orta  
max
un

  -in  qiymətləri  təyin   edilir. Daha   sonra   KH  
zamanının   
max
un

  ən böyük   qiyməti   aĢkar   edilir  və  m   
nisbəti   hesablanır: 
cp
un
un
m



max
 
 Əgər    m-in      qiyməti      m
np
-dən  artıqdırsa,  onda    
nəzarət  olunan obyektdə zədələnmədə  metalın son  həddi  
haqqında nəticə çıxarılır. m
np
 kəmiyyəti  metalın deforma-
siya  qabiliyyətini xarakterizə edir  və xüsusi metodika  ilə 
təyin  edilir. Müasir sənaye  və magistral boru xəttində  və 
neft  anbarlarında    ən    qorxulu    element    onların  qaynaq 
birləĢmələridir. Qaynaqdan  sonra qaynaq  tikiĢində  qalıq  
termiki    gərginlik  nəticəsində  bir  sıra    texnoloji  surlar 
(biĢməmiĢ kəsik yeri, Ģlak birləĢmələri və s.) yaranan bilər 
ki,  bu  da  gərginlik  konsentrasiyasının  yaranmasına  Ģərait  
yarada   bilər. Qaynaq  birləĢmələrində  hər Ģeydən öncə 
zədələnmələr  mexanizmin  yorulmasından,  sürtünmə-
sindən, korroziyadan, yenidən qızdırılmaqdan və s.  yara-
na   bilər. 
MMY  ilə nəzarətin  əsas məqsədi   nəzarət    edilən   
obyekin    KH    zonasını  xarakterizə      edən      ən    təhlükəli   
sahə  və  yerlərin  təyin    etməkdir.  Sonra  isə  digər     
dagilmadan  nəzərət  üsulları  ilə  KH  sonasındakı  konkret   
deffektin  olmasını  təyin  edirlər.  Dağıtmadan  nəzərət    
etmənin  yeni  metodunun  əsas  üstünlükləri  məlum    
metodlara   nəzərən aĢağıdakılardır: 
- xüsusi maqnitləndirici quruluĢun tələb  edilməməsi, 
nəzarət  edilən  səthin  və  metalın  təmizlənməsinin  tələb  
olunmaması; 
- nəzarətin    yerinə   yetirilməsi  üçün   istifadə   olu-


 
78 
nan  cihazların  kiçik  ölçülü  olması,  avtonom  qida   
mənbəyi  və  qeydedici qurğunun  olması. 
MMY-metodunun  tədbiqini  məhdudlaĢdıran  faktor-
lara   aĢağıdakılar aiddir: 
- metalın süni  maqnitlənməsi
-  nəzarət  obyektində  kənar    ferromaqnit    məmulat-
ların   olması; 
-  nəzarət    obyektinin  yaxınlığında  (1  m-dən  yaxın)  
xarici  maqnit   sahəsinin  olması; 
-  nəzarət  obyektinin  yerin  maqnit    sahəsinin    istiqa-
mətinə nəzərən  yerinin  dəyiĢməsi. 
  

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin