Nüvə silahı


Partlayış anı ilk nüvəni parçalayan neytron kütlə



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə12/13
tarix19.10.2023
ölçüsü4,02 Mb.
#157352
1   ...   5   6   7   8   9   10   11   12   13
Nüvə silahı


Partlayış anı ilk nüvəni parçalayan neytron kütlə 
daxilində zəncirvari reaksiyalar meydana gəlir. 
Yəni, ilk parçalanan nüvədən çıxan neytronlar 
başqa nüvələrlə toqquşur və bu nüvələri də 
parçalayır. Beləliklə, bütün nüvələr sürətlə 
zəncirvari şəkildə parçalanır və çox qısa zaman 
ərzində böyük partlayış baş verir.Partlayışdan 
saniyənin mində biri qədər sonra partlayan qaz 
kütləsinin diametri böyüyür və ətrafa müxtəlif 
şüalar yayılır. Bu şüalar "başlanğıc parıltı"sını 
meydana gətirir. Bu parıltı onlarla kilometr 
uzaqda olan hər hansı bir insanda korluğa səbəb 
ola bilər. Belə ki, bu parlaq işıq Günəş səthindən 
yayılan işıqdan yüzlərlə qat daha böyükdür. 
Partlayış anından başlayaraq keçən zaman elə 
qısadır ki, partlayışın yaxınında olan adam 
gözlərini qırpmağa belə vaxt tapa bilmir.
Şokun təzyiqi ilə elektrik qül ələri, iki hissədən 
ibarət olan körpülər və şüşə-polad 
konstruksiyalı göydələnlər də dağılır. 
Partlayışın yaxınlığında pudraya bənzər incə 
toz kütləsi havaya qalxır. Partlayışdan 2 
saniyə sonra parlayan kütlə və onu əhatə 
edən hava alov topu meydana gətirir. Səthi 
çox isti və Günəşdəki qədər hət a ondan da 
parlaq olan bu alov topundan yayılan istilik 
4-5 km sahədəki bütün yana bilən maddələri 
alovlandırmağa kifayət edir. Alov topunun 
parlaqlığı da gözlərə bərpa edilməyən zərər 
verə bilər. Burada alov topunun ətrafında çox 
böyük sürətlə yer dəyişdirən şok dalğası olur


PARTLAYIŞ ANI
Partlayışdan 6 saniyə sonar şok dalğası yerə dəyir və ilk 
mexaniki zərərlərə səbəb olur. Dalğa şiddətli hava təzyiqi 
yaradır və bu təzyiqin şiddəti partlayış mərkəzindən 
uzaqlaşdıqca azalır. Bu yerdən təxminən 1,5 km uzaqda 
belə təzyiq normal atmosfer təzyiqindən təxminən iki qat 
artıq olur. Bu təzyiqdə insanların sağ qalma ehtimalı 1% - 
dir. Partlayışdan 13 saniyə sonar şok dalğası yayılır və 
onu alov topunun qovduğu havanın yer dəyişdirməsi 
səbəbindən yaranan partlayış izləyir. Bu partlayış saatda 
300–400 km sürətlə yayılır. Bu zaman alov topu soyuyur 
və həcmi azalır. Havadan yüngül olduğu üçün 
yüksəlməyə başlayır. Yuxarıya doğru yönələn bu təzyiq 
yerdəki küləyin istiqamətinin dəyişməsinə səbəb olur və 
şiddətli külək partlayışdan əvvəl partlama mərkəzindən 
kənara doğru əsirdisə, indi mərkəzə doğru əsməyə 
başlayır. Partlayışdan 30 saniyə sonar alov topu 
yüksəldikcə kürə forması dəyişir və göbələk formasına 
çevrilir.
Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin