Nüvə silahı


orta dərəcəli dağıntı zonası



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə10/13
tarix19.10.2023
ölçüsü4,02 Mb.
#157352
1   ...   5   6   7   8   9   10   11   12   13
Nüvə silahı

orta dərəcəli dağıntı zonası
adlandırılır. Bu zonanın hü
dud ları daxilindəki binalar orta dərəcədə dağılır, yeraltı sığına caq və 
şəbəkələr salamat qalır. Küçələrin müxtəlif yerlərində uç qun lar 
yarana bilər.
4. İzafi təzyiqin təsirinə 20 kPa-dan 10 kPa-dək məruz qal mış 
sahələr 
zəif dağıntı zonası
adlandırılır. Bu zaman binanın ikin ci 
dərəcəli elementləri yəni qapı və pəncərələri, artırmaları və da xili 
arakəsmələri dağılır, küçələrdə tək-tək uçqunlar yaranır.


Nüvənin Tətbiqi
Hazırda dünyanın 43 ölkəsi, o cümlədən, 28 inkişaf 
etmək də olan ölkə zənginləşdirilmiş uran ehtiyatlarına 
malikdir. Atom bombasının ən mühüm elementi olan 
plutonium isə dünyanın 12 ölkəsində vardır və daha 3 
ölkədə bu təhlükəli maddənin ehtiyat la rı nın olması 
barədə çox ciddi şübhələr dolaşmaqdadır. Dünyanın 71 
ölkəsində hərbi nüvə proqramlarında tətbiq oluna bilən, 
ra dio ak tiv və nüvə materiallarından istifadə edən 
900-dən çox labo ra to riya və müəssisə mövcuddur.Nüvə 
silahına malik olan ölkələr bu müqaviləyə görə, öz 
növbəsində, atom sila hı nın yaradılması üçün istifadə 
oluna biləcək texnologiyaların və ma terialların bunlara 
malik olmayan ölkələrə verməkdən imtina et mələri 
barədə öhdəlik götürmüşlər. Bu sahədə hər hansı bir 
alqı-satqı isə Beynəlxalq Agentliyin nəzarəti altında 
həyata keçiril mə dir.
Nüvə məsələləri ilə bağlı istisna isə 
yalnız dinc atom tex no lo gi yaları üçün edilmişdir.Bu gün 
üçün, Nüvə Silahının Yayılma ma sı barədə Müqavilədə 
dünyanın 188 ölkəsi iştirak edir. Buraya, nü və silahına 
malik olmaları barədə rəsmi şəkildə elan etmiş (1998-ci 
il) Pakistan və Hindistan, nüvə silahının olmasını təsdiq 
et məyən, lakin bunu inkar da etməyən sionist İsrail rejimi 
və Kuba im za atmamışdır. Kuba bu Müqaviləyə imza 
atmasa da, Cənubi və Mər kəzi Amerika və Qəraib dənizi 
hövzəsi ərazisini nüvə silahsız zona elan etmiş ölkələr 
arasında bağlanmış beynəlxalq müqavi lə nin 
iştirakçısıdır. NSYM iştirakçıları olan ölkələr arasında bir 
is tis na da Şimali Koreyadır. Şimali Koreya dünyanın 
yeganə öl kə si dir ki, iki dəfə bu Müqavilədən çıxmışdır. 
2006-cı ildə bu ölkə, nü və silahının müvəffəqiyyətli 
sınağını keçirtdi.


Nüvə Silahının Fəsadları
”Natural Resources Defense Council” tədqiqat mərkəzinin 
məlumatlarına görə, ABŞ və Rusiyanın ixtiyarında hər birinin 10 min 
ədəd nüvə bombası, Böyük Britaniya və Çinin hərəsində 200 ədəd 
nüvə bombası, Fransanın - 350 ədəd, Hindistanın - 40-50 ədəd, 
Pakistanın - 50 ədəddən bir qədər az, İsrail rejiminin - 75-dən 200 
ədədə qədər, Şimali Koreyanın isə - 15 ədəd az nüvə bom bası 
vardır. Hindistanın, Pakistanın, İsrailin və Şimali Ko re ya nın nüvə 
silahı ehtiyatları barədə açıq məlumatların ol ma ması səbəbindən, 
bu göstəricilər çox şərtidir. Dünyada mövcud olan ura nın təqribən 
95 faizi Rusiyada (böyük hissəsi) və ABŞ-da (ki çik hissəsi) saxlanılır 
və istifadə olunur. Silah üçün istifadə olunan plutoniumun dünyada 
mövcud olan ehtiyatları təqribən 500 ton həcmində müəyyən 
edilmişdir. Bu ehtiyatın da böyük əksəriyyəti «nüvə klubuna» daxil 
olan ölkələrin ixtiyarındadır. Lakin buna baxmayaraq, belə 
materiallara həm də Yaponiya, Belçika və İs veç rə də malikdir.
Məsələn, be lə bir bombanın iri bir şəhərin mərkəzində partl 
adılması - 20 min insanın həmin anda məhv olması və daha 120 
min nəfərin son rakı bir neçə gün ərzində həlak olması de məkdir. 
Və bu zaman xilasetmə işlərinin aparılmasının, dez ak ti vasiyanın, 
dağıntı zibi li nin daşınmasının və s. dəyəri təqribən 50 mil yard 
dollar olacaqdır. 1987-ci ilin sentyabrında, Braziliyanın Qoyani 
şəhərində metal lo mu yığan bir qrup fəhlə, işləməyən və artıq tərk 
edilmiş klini ka dan yüksək radiasiya mənbəyi olan bir kapsul 
götürmüşdülər. On lar tərkibində 20 qram sezium-137 olan kapsulu 
hissələrə par ça la mışdılar. Qoruyucu kapsulun dağılması 
səbəbindən 14 nəfər yük sək dərəcəli şüalanmaya məruz qalmış 
və sonradan bunların dördü dün yasını dəyişmişdi. 249 nəfər isə 
ra doaktiv zəhərlənməyə mə ruz qalmışdır. Dezaktivizasiya tədbirləri 
çərçivəsində 85 evi sök mək məcburiyyətində qalmışdılar. Baş 
vermiş hadisənin psixoloji ef fekti isə daha dəhşətli olmuşdu. Belə 
ki, bütöv bir şəhərin əhalisi bir neçə həftə ərzində praktiki olaraq 
güclü vahimə içində yaşa mış dı. Hər şeydən görünür ki, atom 
silahının məhdudlaşdırılması sahəsində mövcud olan beynəlxalq 
durum çox mürəkkəbdir.


Nüvə Partlayışının Göstəriciləri
Nüvə partlayışı ionlaşdırıcı şüa mənbələrinin 
istifadə olunduğu müəssisələrdə qəza zamanı 
və nüvə silahlarının tətbiqi zamanı baş verir. Bu 
zaman güclü səs, titrəyiş hiss olunur və səmada 
gözqamaşdırıcı alovlu kürə əmələ gəlir. 
Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin