Novruzlu Aytac Bahəddin qızı “ Ekspert sistemləri üçün bilik bazasının hazırlanması”


III FƏSİL. BİLİKLƏR BAZASININ TƏSVİRİ MODELLƏRİ VƏ EMALI



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix25.11.2022
ölçüsü1,36 Mb.
#70437
1   2   3   4   5   6   7   8   9   ...   20
NOVRUZLU-AYTAC (1)

III FƏSİL. BİLİKLƏR BAZASININ TƏSVİRİ MODELLƏRİ VƏ EMALI 
TEXNOLOGİYALARI
3.1 Biliklərin təsviri modelləri.................................................................. 53 
3.2 İntellektual Təhlil Metodları ............................................................. 67 
3.3 QQYS, Olap texnologiyası ilə biliklərin emalı ................................. 69 
NƏTİCƏ ................................................................................................. 74 
ƏDƏBİYYAT SİYAHISI ...................................................................... 77 
SUMMARY ……………………………………………….................... 82 
РЕЗЮМЕ …………………………………………………................... 83 
 
 



GİRİŞ 
Tədqiqat işinin mövzusu - Ekspert Sistemlərdə bilik bazasının hazırlanmasıdır. Bu 
mövzuda təqdim olunan elmi iş ekspert sistemlərini, bu sistemlər əsasında hazırlanan 
bilik bazalarını əhatə edir. 
Tədqiqat işinin mövzusunun aktuallığı - Yeni əsrimizin əvvəllərindən bütün 
dünyada inkişaf üzrə prioritet istiqamət informasiya texnologiyalarından istifadəninin 
artırılması və bütün sahələrə nüfuz etməsidir. Qlobalizm və elm sahəsində yeni 
uğurlar, informasiya-kommunikasiya texnologiyalarının inkişafı iqtisadiyyatla 
bərabər, digər sektorlara da böyük təsir göstərmişdir. 2013-cü ilin Azərbaycanda 
“İnformasiya-Kommunikasiya Texnologiyaları” ili elan edilməsi ilə bu sahəyə kapital 
qoyuluşlarının artması deməyə əsas verir ki, hər bir perspektivli sahədə informasiya 
texnologiyalarının istifadəsi, ələlxüsus da praktikada ekspert sistemlərin tətbiqi hər 
ötən il daha da artır. Bunun nəticəsidir ki, maliyyə vəsaitlərinin artması və vaxt 
itkisinin azaldılması müşahidə olunur. Bir çox şirkətlər internet də daxil olmaqla 
bütün mühitlərdə həyata keçirilən biznes və sənaye əməliyyatlarını dəstəkləyən 
ekspert örtükləri tədarük edirlər. Effektivliyin artırılması məqsədi ilə tətbiq olunan 
ekspert sistemlər həlli mümkünsüz kimi görünən problemlərdən çıxış yolu tapmaqla 
bərabər, həm də məhsuldarlığın artmasında mühüm əhəmiyyət kəsb edir. Ekspert 
sistemlərin layihələndirilməsi yüksək məbləğdə vəsait tələb etsə də, istifadəsinin 
səmərəliliyi, gəlirliliyi və yüksək artım tempinin olması invesitisiya cəlb olunması 
üçün başlıca səbəbdir. Bu sistemlər insanların professional işinin sürətinin artmasını 
və yüzlərlə şirkətin daxili məsrəflərinə qənaət etməsini təmin edir. Ən kiçik 
sistemlərin belə bəzən qənaətdən əldə etdiyi iqtisadi gəlir min, böyük şirkətlərdə isə 
milyon dollarlarla ölçülə bilir. Bunun səbəbi ekspert sistem texnologiyasının tətbiqi 
ilə keyfiyyətin yüksəldilməsi və motivasiyanın artmasıdır. Tədqiqat işinin aktual 
olması kadrların hər ötən il artması, dünya ölkələrinin bu sahəyə diqqət ayırması və 
ekspert sistemlərinin tətbiqinin genişlənməsi ilə birbaşa əlaqədardır.




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin