Nöqtəvi diodlar Müstəvi diod Düzləndirici diod



Yüklə 240,38 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü240,38 Kb.
#42339
1   2   3   4   5
Yarımkeçirici diodun tətbiqləri

Düzləndirici diod
Düzləndirici diodlarda p-n keçidin birtərəfli keçericilik xassəsindən istifadə olunur. Onlar dəyişən cərəyanı bir istiqamətdə keçirən ventillər qismində tətbiq edilir. Diodun ventil xassələri tərs cərəyanın kiçik olmasından asılıdır. Tərs cərəyanı azalrmaq üçün qeyri-əsas yükdaşıyıcıların konsentrasiyasını minimuma endirmək lazımdır. Bu məqsədlə matris yarışkeçiricinin saflığının tərtibi yüsək olmalıdır. Adətən, 100‒1010 sayda atomuna 1 aşqar atomu düşən yarımkeçiricilər saf qəbul edilir.

Real diodların xarakteristikaları p-n keçidin VAX-dan bir qədər fərqlənir. O, əsas yarımkeçirici materialın növündən, p-n keçidin sahəsindən, temperaturdan asılıdır. Temperaturun artması ilə istilik cərəyanı da artdığından VAX-nın tərs tərs budağında bu parametri daha əhəmiyyətli edir. Temperaturun 100 artması tərs cərəyanı germanium diodlarda 2 dəfə, silisium diodlarda isə 2,5 dəfə artırır. Tərs cərəyanın artması p-n keçidin isnilik deşilməsinə səbəb ola biləcək qızmasına gətirib çıxarır. İşçi temperaturun yuxarı həddi germanium diodlarda ~1000C, silisium diodlarda isə ~2000C-dir.

Bir yarımperiodlu düzləndirici diodun sxemi 2-ci şəkildə göstərilmişdir. Ümumi halda dioda sabit və dəyişən cərəyan tətbiq edilə bildiyindən, diodun işini təsvir etmək üçün birinci halda statik xarakteristikalardan, ikinci halda isə dinamik xarakteristikalardan istifadə olunur. Diodun statik parametrləri aşağıdakılardır:

düzləndirilmiş düz cərəyan;

tərs müqavimət;

• gücün maksimal həddi.

Dinamik parametrlər aşağıdakılardır:

• diferensial müqavimət: R=ΔU/Δİ;

• diodun ümumi tutumu: C

• diodun verilmiş gərginlik və tezlikdə, korpusun tutumundan ibarət ümuimi

tutumu;

• düzləndirilmiş cərəyanın sərhəd √2 dəfə azaldığı Csər tezliyi.




Şəkil 2

Yüklə 240,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin