Nöqtəvi diodlar Müstəvi diod Düzləndirici diod



Yüklə 240,38 Kb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü240,38 Kb.
#42339
1   2   3   4   5
Yarımkeçirici diodun tətbiqləri

Stabilitron
Stabilitronlar – elektrik deşilməsi rejimində işləyən yarımkeçirici diodlardır. Stabilitronun iş prinsipi p-n keçidə tərs gərginlik verildikdə, elektrik deşilməsi oblastında cərəyanın güclü dəyişmələrində gərginliyin çox zəif dəyişmələrinə əsaslanır. Təyinatı gərginliyin sabitləşdirilməsi olan stabilitrondan parametrik stabilizatorlarda dayaq gərginlik mənbəyi kimi və İmpuls məhdudlaşdırıcı sxemlərdə istifadə olunur. Sabitləşmə gərginliyi (deşilmə gərginliyi) diodun işçi gərginliyidir. O, diodun hazırlandığı yarımkeçiricinin xassələrindən və cihazın hazırlanma texnologiyasından asılıdır.

Stabilitronun şərti işarəsi, Volt-Amper xarakteristikası, onun köməyilə sabit gərginliyin stabilləşdirilməsinin sadə sxemi şəkil 7-də göstərilmişdir.

Şəkil 7
Verilmiş dövrədə stabilitron olmadıqda, Ugir gərginliyinin artımı ümumi cərəyanın və rezistordakı gərginliyin və cərəyanın artımına səbəb olur. Dövrəyə stabilitron qoşduqda, bu hadisə baş vermir. Ugir gərginliyi artarkən, stabilitronun müqaviməti kəskin azalır və izafi cərəyan stabilitrondan keçir. Bu zaman stabilitronda gərginlik dəyişməz qaldığından, Uçıx gərginliyi də dəyişmir. Izafi gərginlik R0 məhdudlaşdırıcı rezistorda söndürülür.



Stabilitron aşağıdakı parametrlərlə xarakterizə olunur: stabilləşmə gərginliyi- stabilitronda verilmiş stabilləşmə cərəyanına müvafiq gərginliyin qiyməti, stabilitronda səpilən maksimal güc, diferensial müqavimət- rst=Ust/Ist.
Varikap
Varikap – tərs gərginlik dəyişərkən, p-n keçidin baryer tutumunun dəyişməsi xassəsi əsasında işləyən yarımkeçirici dioddur. Varikapa tutumu elektriklə idarə olunan kondensator kimi də baxmaq olar.

Bu cihazların əsas parametrləri aşağıdakılardır: verilmiş tərs gərginlikdə varikapın çıxışları arasındakı tutum, tutuma görə örtülmə əmsalı – tərs gərginliyin verilmiş iki qiymətində tutumlar nisbəti, verilmiş tezlikdə varikapın reaktiv müqavimətinin tutum müqavimətinə və ya tərs gərginliyin verilmiş qiymətindəki itkilər müqavimətinə olan nisbəti.
Yüklə 240,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin