Nömrəli Bakı Tibb Kolleci Şöbə: Tibb Bacısı Kurs: Qrup


E pidemik parotit təhlükəlidirmi?



Yüklə 25,68 Kb.
səhifə2/3
tarix22.12.2023
ölçüsü25,68 Kb.
#189262
1   2   3
48-35 F.T Epid

E pidemik parotit təhlükəlidirmi?
Bəli, parotitə qarşı peyvənd ixtira edilməzdən əvvəl epidemik parotit beynin və onurğa beyninin örtüyünün iltihabı (meningit) və karlığın ən çox yayılmış səbəblərindən biri idi. Eyni zamanda, bu xəstəlik ensefalitə (baş beyinin iltihabı) və digər uzunmüddətlli sağlamlıq problemlərinə səbəb ola bilər.
Epidemik parotit hansı ağırlaşmalara səbəb ola bilər?

  • Beynin və onurğa beyninin örtüyünün iltihabı (meningit)

  • Karlıq (müvəqqəti və ya daimi)

  • Ensefalit (baş beyinin iltihabı)

  • Yetkinlik yaşına çatmış oğlanlarda orxit (xayaların iltihabı) və sonsuzluq

  • Yetkinlik yaşına çatmış qızlarda ooforit (yumurtalıqların iltihabı) və ya mastit (süd vəzisinin iltihabı)

Əksər uşaqlarda parotit olduqca yüngül keçir.
Epidemik parotitin əlamətləri hansılardır?
Epidemik parotitə yoluxan uşaqlarda adətən təxminən 7-10 gün ərzində aşağıdakı əlamətlər müşahidə olunur:

  • Qızdırma

  • Qulaqətrafı nahiyə və ya çənənin altında yaranan şişkinlik

  • Baş ağrısı və əzələ ağrıları

  • Yorğunluq və iştahsızlıq

Bəzi uşaqlarda xəstəlik əlamətsiz də keçə bilər.
Epidemik parotit necə yayılır?
E pidemik parotit xəstənin tüpürcəyi vasitəsilə aşağıdakı yollarla yayılır:

  • Öskürərkən, asqırarkən, danışarkən və öpüşərkən

  • Xəstənin tüpürcəyi ilə təmasda olan əşyaları istifadə edərkən (su şüşəsi, stəkan və s.)

  • Yuyulmamış əllərlə əşyalara və ya səthlərə toxunarkən.

Yoluxmuş şəxs yanaqlarda və qulaqətrafı nahiyədə şişkinlik əlaməti əmələ gəlməzdən 2 gün əvvəl və 5 gün sonraya qədər xəstəliyi yaya bilər. Bu səbəbdən parotit olan şəxs bu müddət ərzində başqaları ilə təmasını məhdudlaşdırmalıdır. Öskürərkən, asqırarkən, danışarkən və öpüşərkən Xəstənin tüpürcəyi ilə təmasda olan əşyaları istifadə edərkən (su şüşəsi, stəkan və s.) Yuyulmamış əllərlə əşyalara və ya səthlərə toxunarkən.

Yüklə 25,68 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin