Nömrəli Bakı Tibb Kolleci Şöbə: Tibb Bacısı Kurs: Qrup


Uşaqlarda epidemik parotit



Yüklə 25,68 Kb.
səhifə3/3
tarix22.12.2023
ölçüsü25,68 Kb.
#189262
1   2   3
48-35 F.T Epid

Uşaqlarda epidemik parotit
Bu, virus infeksiyası olub, tüpürcək vəzilərinin, mədəaltı vəzinin, oğlanlarda xayaların, qızlarda yumurtalıqların, beyin qişalarının və s. toxumaların zədələnməsi ilə müsayiət edilir. Epidemik parotitdən ölüm hallarına təsadüf edilmir.
Onun fəsadları isə xəstəlikdən xeyli müddət keçdikdən sonra baş verən şəkərli diabet, sonsuzluq şəklində meydana çıxa bilər. Xəstəliyə yoluxma xəstə adamla təmasda olmaq nəticəsində baş verir.
Xəstəlik hərarətin 38-39C və daha artıq qalxması ilə başlayır, ağızı açarkən və çeynəmə zamanı ağrı hiss olunur, qulaqaltı tüpürcək vəzilərinin ölçüsü böyüyür. Daha sonra çənəaltı və dilaltı tüpürcək vəziləri də böyüyə bilər. Tüpürcək vəzilərinin xeyli böyüməsi baş vermiş olarsa, bu zaman uşağın sifəti donuza bənzədiyi üçün bu xəstəliyə “svinka” (“donuz”) da deyirlər.
Mədəaltı vəzin zədələndiyi halda uşaqda qarın nahiyəsində ağrılar, ürəkbulanma, qusma, iştahanın azalması əlamətləri qeyd edilə bilər.
Epidemik parotit nəticəsində beyin qişaları zədələnmiş olarsa (meningit), temperatur 39C-yə və daha çox yüksəlir, uşaqda kəskin baş ağrıları, qusma, başgicəllənmə, bəzən qıcolmalar və huşun itirilməsi əlamətləri baş verir.
Cinsi üzvlərin zədələnməsi daha çox yeniyetmə uşaqlarda və böyüklərdə baş verir. Hərarət 39C-yə qalxır, xayanın biri böyüyür, bir qədər qızarır, kəskin ağrı başlayır. Xayaların zədələnməsi ikitərəfli olarsa, bu, gələcəkdə sonsuzluğa da səbəb ola bilər.
Q ızlarda epidemik parotit zamanı yumurtalıqların zədələnməsi baş verə bilər. Bu zaman onlarda qarının aşağı hissəsində ağrı qeyd edilir. Yumurtalıqların zədələnməsi gələcəkdə qızlarda sonsuzluğun əmələ gəlməsinə səbəb ola bilər.
Epidemik parotit heç bir xüsusi müalicə tələb etmir. Həkim uşağın vəziyyətinə evdə nəzarət edir. Lazım gəldikdə onlara hərarəti aşağı salan, ağrıkəsici dərmanlar, vitamin preparatları təyin olunur.
Sinir sistemi, mədəaltı vəzi və ya cinsi orqanlarda fəsadların olmasına şübhə yaranan kimi uşağı təcili olaraq xəstəxanaya yerləşdirmək lazımdır.
Uşağın yeməyi yüngül mənimsənilən formada (çeynəmə zamanı ağrılar olduğu üçün) olmalıdır. Şişmiş vəzilərin üzərinə istiləşdirici pambıq-tənzifli sarğılar qoymaq lazımdır (kompres etmək olmaz). Xəstəlikdən sağalma tədricən, xəstəliyin başlanğıcından 10-12 gündən tez olmayaraq baş verir.
Epidemik parotitin fəsadlaşmış formalarında isə sağalma xeyli sonra baş verir.
Keçirilən xəstəlikdən sonra uşaqda ömürlük immunitet yaranır.
Epidemik parotitin ən yaxşı profilaktikası - ona qarşı peyvəndin edilməsindən ibarətdir. Əgər uşaq bu xəstəliyə qarşı peyvənd almayıbsa, və epidemik parotitə də yoluxmayıbsa, ona istənilən yaşda peyvənd etmək olar.
Yüklə 25,68 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin