Nəzəri mexanika



Yüklə 0,5 Mb.
səhifə2/11
tarix28.11.2022
ölçüsü0,5 Mb.
#71056
1   2   3   4   5   6   7   8   9   10   11
Nəzəri

III aksiom (paraleloqram qaydası). Təsir xətləri kəsişən iki qüvvənin əvəzləyicisi bu xətlərin kəsişmə nöqtəsində tətbiq olunub həmin qüvvələr üzərində qurulmuş paraleloqramın diaqonalı ilə təsvir oluna bilər. Fərz edək ki, verilmiş F1 və F2 qüvvələrinin təsir xətləri A nöqtəsində kəsişir. İkinci aksiomdan çıxan nəticədən istifadə edərək bu qüvvələrin tətbiq nöqtələrini A nöqtəsinə köçürüb bir nöqtədə tətbiq olunmuş iki qüvvə alarıq (şək.1.3). Bu qüvvələr üzərində paraleloqram quraraq onun dioqanalını çəkək. Bu diaqonalla təsvir olunan R qüvvəsi üçüncü aksioma görə F1 və F2 qüvvələrinin əvəzləyicisi olacaqdır. R qüvvəsi F1 və F2 qüvvələrinin həndəsi cəminə bərabərdir: R=F1+F2

4 Rabitələr

Digər cisimlərlə bağlı olmayan, fəzada istənilən istiqamətdə hərəkət edə bilən cismə sərbəst cisim deyilir. Başqa cisimlər tərəfindən fəzada hərəkəti məhdudlandırılan cismə qeyri-sərbəst cisim deyilir. Qeyri-sərbəst cismin hərəkətini məhdudlandıran maneəyə (cismə) rabitə deyilir. Rabitənin qeyri-sərbəst cismə etdiyi təsir qüvvəsinə onun reaksiya qüvvəsi deyilir. Reaksiya qüvvəsinin istiqaməti qeyri-sərbəst cismin hərəkətinin məhdudlandığı istiqamətin əksinə yönəlir.

5) 1ci növ raitələr

Birinci növ rabitənin reaksiya qüvvəsinin 2 elementi - tətbiq nöqtəsi və istiqaməti məlum olur. Bu rabitələrə misal olaraq ideal səth (Şəkil 1.6 və 1.10-da A rabitəsi) və ya dayaq (Şəkil 1.7), ip (Şəkil 1.8), kanat, çubuq (Şəkil 1.9), və s. göstərmək olar.

6) 2ci növ rabitələr

İkinci növ rabitənin reaksiya qüvvəsinin yalnız bir elementi- tətbiq nöqtəsi məlum olur. Bu rabitələrə misal olaraq silindrik oynaq (Şəkil 1.10-da B rabitəsi və Şəkil 1.11), sferik oynaq (Şəkil 1.12), dabanlıq (Şəkil 1.13) və s. göstərmək olar.

7) 3cü növ rabitələr

Üçüncü növ rabitənin reaksiya qüvvəsinin heç bir elementi məlum olmur. Bu rabitələrə misal olaraq tirin sərt bərkidildiyi divarı (Şəkil 1.14), tərpənməz pərçim birləşmələrini və s. göstərmək olar. Şəkil 1.14 Rabitələrdən azad olunma prinsipi (şərbəstləşdirmə prinsipi). Qeyri-sərbəst cismə sərbəst cisim kimi baxmaq olar, bu şərtlə ki, rabitələr atılsın və əvəzində onların reaksiya qüvvələri cismə tətbiq edilsin.


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin