NƏSİman yaqublu



Yüklə 0,96 Mb.
səhifə6/14
tarix26.02.2017
ölçüsü0,96 Mb.
#9865
1   2   3   4   5   6   7   8   9   ...   14

ELBRUSU ATA-ANA DAĞI YANDIRIR



Elbrus Əliyevlə Naftalanda görüşürük. Naftalana xo­­ca­lı­ları soraqlayıb gəlmişəm. Eşitmişəm zavallı xoca­lı­la­rın bir dəstəsi də burda sığınacaq tapıb. Sanatoriyanın hə­yətinə gi­rən kimi çoxlu uşaq görürəm. Bunlar qaçqın uşaq­larıdır. Qaç­qın uşaqlar hər şeyi unudubmuş kimi qaçır, oy­nayır, qış­qı­rışırdılar.

Elbrus Əliyev astadan, ağır bir tərzdə o qanlı hadisəni xatır­­layır: - Milli orduda bölmə komandiri idim. Doğma Xo­ca­lı­nın keşiyini çəkirdik. Özüm Noragüldə 2-ci postda da­ya­nır­dım. Bizdən 200 metr aralıda isə 1-ci post qoyul­muş­du. O günə kimi ermənilər tərəfdən böyük təhlükə ola­­ca­ğı hiss olunurdu. Amma yuxarıdan bizə heç bir kö­mək gəlmirdi. Özümüz bütün imkanlarımızdan istifadə edib postlarda qeyrətlə dayanırdıq. Həmin gün, yəni fe­v­ra­lın 25-də Ağdamdan məlumat almışdıq ki, saat 5-də bi­zim­ki­lər hücuma başlamalıdırlar. Biz də səbirsizliklə hü­cu­mun başlanmağını gözləyirdik. Amma Ağdamdan səs-soraq çıxmırdı ki, çıxmırdı. Axşamüstü Noragüldən bi­zim­kilər ratsiya ilə daha bir xəbər göndərdilər: İki "qır­xa­yaq" göndəririk. (Ratsiyada ermənilər başa düşməsin de­yə gizli parollarla danışırdıq: "BTR"-ə "qırxayaq" de­yir­dik, avtomat atanda "yağış yağır", minomyot və toplarla atan­da isə "dolu yağır" deyirdik). Az keçməmiş gördük ki, BTR-in biri gəlib durdu 1-ci postun yanında. Təəc­cüb­lən­dik ki, bəs ikincisi niyə yoxdur? Nədənsə şübhələndik. Ürə­yi­mizə damdı ki, bu yəqin ermənilərindir. Amma BTR-i nə ilə vuracaqdıq? Olan silahımız yalnız avtomat idi. Artıq ermənilərin ağır texnikası gəlib bütün əl­ve­riş­li möv­qe­ləri tuturdular. Mövqelərdə tam bərkiyəndən son­ra üç ocaq qaladılar. Ocaq alovlanan kimi Stepanakert tə­­rəf­dən dəhşətli səs qopdu: ermənilər gülləni üstümüzə ya­ğış ki­mi yağdırmağa başladılar. (Sonradan başa düşdük ki, er­­mə­ni­lərin qaladığı ocaqlar öz adamların abir işarə imiş ki, on­la­rın dayandığı yerə atmasınlar. Çünki onlar bizdən çox da uzaqda dayanmamışdılar). Elə bir vəziyyət yaran­mış­dı ki, tərpənmək, hərəkət etmək olmurdu. Çətinliklə, bö­yük əziy­yətlə çəkildik yaşayış yerlərinə. Az keçməmiş gör­dük ki, aeroprt tərəfədəki evlər yanır. Adamlar baş götü­rüb hara gəl­di qaçırdılar. Yolda onlarca adamın meyidi var­dı. Gecə saat üçə on dəqiqə işləyəndə biz də Xocalıdan çıx­dıq. Şelli isti­qa­mətində getməyə başladıq. Bu vaxt ara­xa­mızca gələn er­mə­nilər BTR-lərin projektorlarını adam­la­rın üstünə salıb qırır­dılar. Telman adlı bir həmyerlim var­dı. Ailəsi ilə qaçıb ko­lun dibində gizlənmişdi. Er­mə­nilərin piyadaların döyüş ma­şını ilə necə güllə atdılarsa, kolun dibində gizlənən bü­tün ailəni parça-parça etdi. Ailədən yalnız bir qız təsadüfən sağ qalıb. Biz hamımız kolun dibində gizlənmişdik. Bir bö­yük kol vardı. Gör nə qədər adam yığışmışdı ora: 18 qa­dın, 5 uşaq, 6 kişi. 29 adam girmişdi böyürtkən kolunun içi­nə. Kişilər yenə dözüb dayanırdılar. Qadınların və uşaq­la­rın halı lap dözülməz idi. Körpələr isə çığırıb ağlayırdılar. Bu həddindən artıq qorxulu idi. Ermənilər hər an uşağın sə­si­ni eşidib gəlib bizi qırardılar. Qadınların çoxu uşaqları üzü­qo­yulu qarın üstünə qo­yurdular ki, ağlamasınlar. Ya­nı­mız­da bir qadının üç ay­lıq uşağı vardı. Uşaq ağlayır, sa­kit­ləş­mək bilmirdi. O biri qa­dınlar deyindilər ki, bəs bu uşaq bi­zi ermənilərə qır­dı­rac­aq. Qadın dözə bilmədi. Doğma ba­la­sını boğub qoydu qa­rın üstünə. Hamı sakit halda bo­ğul­muş uşağa baxırdı. Uşa­ğın ölümünə anası da, o biri qa­dın­lar da təəssüflənir, acı­yır­dılar. Və heç kim öz doğma öv­la­dı­nın qatilinə çev­ril­miş ananı günahlandırmırdı. Və­ziy­yə­tin ağırlığını yaxşı ba­şa düşürdülər. Birdən elə bil ki, mö­cü­zə baş verdi. Qarın üs­tündəki boğulmuş uşaq çırpınıb ca­na gəldi və yenə ağ­la­ma­ğa başladı. Adamlar uşağın sağ qal­ma­ğına çox se­vin­dilər. Amma hamısı dedi ki, daha uşa­ğa dəymə. Qadın baş­ladı uşağın ağzına tüpürməyə ki, ağ­la­ma­ğını kəssin. Düz saat 7-yə kimi qadın uşağın ağzına tü­pür­dü. Kolun di­bin­də gizləndiyimiz zaman birdən tü­kür­pən­di­rici bir uşaq səsi eşitdik. Baxnda ürəkağrıdan bir mən­zərə gördük: beş-altı yaşlı bir uşaq ata və anasının me­yi­di üstünə sərilib hön­kür-hönkür ağlayır, qıyya çəkirdi. Er­mə­nilər şübhəsiz ki, uşağı görürdülər. Amma qəsdən vur­mur­dular uşağı, çün­ki uşaq ağlayır, qıvrılır, əzab çə­kir­di. Bundan isə ermənilər ləzzət alırdılar. Artıq gəlib çıx­mış­dıq Qaraqaya tərəfə. Gördük ki, bizim tərəfdən bir tank gə­lir. Sevindik ki, axır xilas olduq. Lakin az sonra tankı vu­rub dağıtdılar. Ye­nə qaldıq orda, bir dərənin içində. Ax­şam­üs­tü möhkəm qar yağırdı. Hamımız büzüşüb otur­muş­duq qayanın içində. Bu vaxt Azərbaycan dilində səs eşit­dik: "Gəlin, gəlin ya­nımıza, biz azərbaycanlıyıq, biz ağ­dam­lı­yıq!". Bildik bu ermənilərdir. Sonra bir müddət də keç­di. Gördük milli or­dumuzun uşaqları xəstələri, ya­ra­lı­la­rı aparırlar. Gəlib bizə də kömək etdi əsgərlərimiz. Gəl­dik Ağdama. Qar­da­şım Sərxanla birlikdə getdik atamın və an­a­mın meyidini gətir­məyə. Üç kilometrə kimi meyidləri sü­rü­müşdük. Çün­ki ermənilər hər zaman bizi vura bi­lər­di­lər. Ata və ana­mın meyidlərini gətirib Ağdamda - qardaşlıq qə­bi­ristan­lığında basdırdıq...

İndi bütün bu faciələrdən sonra oturub qəmli-qəmli dü­­şünürəm: Dünyada hansı xalqın başına bu oyunlar açılıb. Han­sı xalq öz müqəddəs torpağında belə dəhşətlərdən sar­sı­lıb? Yaxud hansı xalqın yetirdiyi canlı yer üzünün belə vəh­şi­liklərini törədib qatilə çevrilə bilər? Bəli, hər xalqın yax­şı­sı da, pisi də var. Hər xalqın zalımı da, cəlladı da var, mər­həmətlisi, xeyirxahı da. Amma dünyanın ermənilər ki­mi qatil, qəddar insanı heç bir xalqda yoxdur. Hər xalqın qa­ti­lində insaf da var, müruvvət də. Hər xalqın qatili nalə çəkib ağlayan körpəyə belə gülləni atmazdı. Balanın gözü qarş­ısında atanı diri-diri yandırmazdı. Ağsaçlı ananı tə­pik­lə­yib sürüməzdi, beli bükülmüş qarıya silah qaldırmazdı. Ca­va­nların diri-diri dərisini soymazdı. Yox, etməzdi bunu heç bir xalqın qatil oğlu. Bu dəhşətləri yalnız erməni törədə bilərdi. Türk qanına həris, türk millətinə həris erməni! İndi bu qəddarlığından, çirkin əməllərindən sonra səni yalnız bu cür adlandırıram: Kafir! Kafir erməni! Sən öz cəzana çatacaqsan! Kafir erməni!

KAFİR ERMƏNİ!

Erməni kafirdir! Erməni zülmkardır! Erməni insan qa­nı içəndir! Kafir erməni aydınlıqları qaranlıqlara dön­də­rən­dir! Kafir erməni yer üzündə zalımlıq, işgəncə və ağrı biti­rəndir! Kafir erməni insanların xoş gününü qılınclayıb cə­hənnəmə döndərəndir! Böyük Allah adına, müqəddəs in­san adına ləkədir kafir erməni! O cinayətlərinə və Allah kə­lamını eşitmədiyinə görə yer üzündən silinib atılmalı, cə­hənnəm odunda qalanıb yanmalıdır.

Ey yer üzünün haqsevər, həqiqətpərəst insanları! Bu vəh­şiliyin, zülmün qabağında ermənini cəzasız qoymayın! Bü­tün qəlbinizlə bu dəhşətli faciəyə ağrıyıb zülmkar er­mə­nini, kafirlik libasına bürünmüş bu qorxunc varlığı ya­şa­dığınız hər yandan qovub uzaqlaşdırın! Qoy o tənhalıq səh­rasında yanıb-yanıb külə dönsün! Kafir ermənidən qo­runun, özünüzü gözləyin ey insanlar! Ey adı nurlu Mə­həm­mədin övladları! Kafir ermənidən həmişə ehtiyatlanın! Kafir erməni insan qanı içəndir!

Müqəddəs "Quran" kitabı kafirlərin cəzası haq­da: "Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri [c­ə­hən­nəm odunun üzündən pərdə götürülüb kafirlərin gözünə gö­rü­nəcəyi, yaxud cəhənnəm əzabını dadacaqları] gün on­la­ra məzəmmətlə belə deyiləcəkdir: "Siz dünya hə­ya­tı­nız­da bü­tün nemətləri görüb daddınız və onlardan ləzzət al­dınız [dün­yada sizin üçün gözəl olan hər şeyi xərc­lə­di­niz, axirətə bir şey qalmadı.] Bu gün isə yer üzündə na­haq yerə təkəb­bür göstərdiyinizə və [allahın itaətindən çıx­mış] fasiqlər ol­duğunuza görə həqarətli əzabla cəza­lan­dınlacaqsınız!". Əl-Əhqaf ["Qumsal təpələr"] surəsi.

Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük fa­ciəsi - Xocalı qırğını oldu. Yüzlərlə günahsız insanın qa­nı axıdıldı. Yüzlərlə insan nahaqcasına qətlə yetirildi. Qa­dı­nın da, kişinin də, körpənin də, ağsaqqal, ağbirçəyin də nə­sibi ölüm oldu o gecə...

MƏHKƏMƏ TİBB EKSPERTİNİN RƏYİNDƏN

Mehdiyev Şəfa Baba oğlu. Fəhlədir. 54 yaşında. - Döş qəfəsinin güllə yarasından həlak olmuşdur.

Xəlilova Lalə Tahir qızı. Şagirddir. 14 yaşında. - Döş qəfəsinin güllə yarasından həlak olmuşdur.

Səlimov Mikayıl Bahadur oğlu. Fəhlədir. 22 yaşında. - Kəllənin qəlpə yarasından həlak olub.

Əliyev Arif Xanlar oğlu. Milli ordunun əsgəridir. 22 yaşında. - Döş qəfəsinin güllə yarasından həlak olub.

Əmirov Təvəkkül Baxış oğlu. Fəhlədir. 40 yaşında. - Döş qəfəsinin güllə yarasından həlak olub.

Nağıyev Yusif Şirin oğlu. 64 yaşında. Fəhlədir. - Döş qəfəsinin güllə yarasından həlak olub.

Naməlum kişi meyidi. 22 - 27 yaşında. - Başından güllə yarası alıb. Güllə beynini dəlib keçmişdir.

Naməlum kişi meyidi. 20 - 30 yaşında. - Başın qəlpə yarası. Kəllə sümüyünün kobud sınığı.

Naməlum kişi meyidi. 25 - 30 yaşında. - Başın və üst dodağın kəsilmiş yaraları, boyunun en səthinin güllə yarası.

Naməlum kişi meyidi. 20 - 25 yaşında. - Döş qəfəsinin arxa səthinin qəlpə yarası, sifətin, boyunun və döş qəfəsinin ön səthinin kəsilmiş yaraları.

Naməlum qadın meyidi. 14 yaşında. - Başın güllə yarasından həlak olmuşdur.

Allahyarova Qəmzə Qaraş qızı. 55 yaşında. Evdar qadındır. - Qarının güllə yarasından həlak olmuşdur.

Allahverdiyeva Teyyubə Nəbi qızı. 50 yaşında. Evdardır. - Başın güllə yarasından həlak olub.

Məmmədov Vaqif Şəmil oğlu. 39 yaşında. Fəhlədir. - Başın güllə yarasından həlak olub.

Mahmudova Roza Cəfər qızı. 60 yaşında. Evdardır. - Qarının güllə yarasından həlak olub.

Çobanov Tapdıq Xədicə oğlu. 44 yaşında. Fəhlədir. - Başın güllə yarasından həlak olub.

Orucov Fazil Ənvər oğlu. 31 yaşında. Fəhlədir. - Döş qəfəsinin güllə yarasından həlak olub.

"BÜTÜN AİLƏM QIRILIB"



Bu ağır yük çəkilməz,

Bu ağular içilməz.

M. HADİ

N

ə bu ağular içilər, nə bu yük çəkilər! Nə bu göz yaşları quruyar, nə qaranlıq ömrüm açı­lar! Nə ötənlər geri dönər, nə itənlər qa­yı­dar! Könül arzularım bir də pərvaz­lanıb o yerlərə uçmaz! Sev­gili övladlarım yüyürə-yüyürə bir də üstümə qaçmaz! Ömür-gün yoldaşım o xoş təbəssümüylə bir də məni qar­şı­la­maz! O günəşlər çıxmaz, o ulduzlar parlamaz daha! O quş­lar oxumaz, o çiçəklər ətirlənməz daha! O yurda, o oca­ğa qayıtsam da üzüm gülməz, könlüm sevinməz! İçim qan ağlar, qan! Onlarsız ömrüm heçdir, günüm, yaşayışım zə­hərdir! Məni yaşadan yalnız onları tapıb quru torpağa bas­dırmaq istəyidir. Sonra neynərəm yaşamağı? Məgər bu ya­şamaqmı? Bu cəhənnəm alovunda sürünmək, əzab çəkməkdir! Bütün günü onları, yal­nız onları düşünürəm. O 25 fevral gecəsindən sonra günün, ayın ömrümdən necə keçib getdiyini bilmirəm. Mənə görə hər şey - bütün ətraf aləm, bütün canlılar qaran­lıq tor içindədir. Adamları da, dost­ları, tanışları da qə­ri­bə tor içində görürəm. Və bir par­laq işıq ziyası görünmür ki, o qaranlığı yarıb ay­dın­laş­dır­sın. Bu zülmət torunda çır­pın­mağıma son qoysun. Mənim gü­nüm ahu-fəğan içində, qəm nəfəsində keçir...

Nazim astadan, olduqca astadan danışır. Nazim başına gə­­lən faciəni ucadan söyləyə bilmir. Olsun ki, Nazimin ta­qəti də kəsilib, gücü də tükənib və qüvvəti qalmayıb ki, ba­şına gələn faciəni söyləsin. Amma çətin də olsa, ağrılı da olsa istəyirəm ki, Nazim o dərdi danışsın bir-bir: - Fevralın 25-də Noragül istiqamətində döyüşürdük. Düşmənin güclü həm­ləsinin qarşısını almaq qeyri-mümkün idi. Hər yandan ölüm nəfəsli güllələr saçır, od-alov yağırdı. Postda da­yan­maq olmazdı. Ona görə də Xocalının içərilərinə çəkildik. Saat dörddən sonra Xocalıda demək olar ki, heç kim qal­ma­­mışdı. Amma yollarda, küçələrdə meyidlər görünürdü. Gə­lib zapravkanın yanına çatdıq. Zapravkadan az aralıda da­yandıq. Dostumuzu - Zamini çağırdıq. Səs gəldi. Sən de­mə erməni imiş. Bizə atəş açdılar. Yıxıldıq yerə. Güllə dostu­muz Allahverdinin ayağından dəydi. Orda qala bil­məz­dik. Təhlükəli idi. Qayıtdıq şəhərə. Fabrikin yanında da­yanıb nə edəcəyimizi bilmirdik. Fabrikin yanındakı ev­dən səs gəlirdi. Xəlvətcə yaxınlaşıb baxdıq. Azər­bay­can­lılar idi. 50-yə qədər adam vardı. Onlarla bir­likdə şəhərdən tez­liklə çıxmaq qərarına gəldik. "Xanabad arxı" deyilən ye­rə çatanda ermənilər bizi mühasirəyə al­dılar. Çətinliklə "Xan­abad arxını" tullanıb aradan çıxdıq. Son­ra qorxudan hə­rə bir tərəfə qaçdı. Qaldım tək. Bir az da qaba­ğa gedib me­şəyə çatdım. Fevralın 26-da axşam saat beşə kimi da­ya­nıb yanan yurduma - Xocalıya baxmışam. Xocalı yanıb alov­lanırdı. Dəhraz tərəfə çatanda çoxlu xocalını gördüm. Ge­cəni birlikdə qalıb səhərə kimi dözdük. Sonra yetmiş adam bir yerə, yetmiş də bir yerə bölündük. Fevralın 27-də ge­cə saat dörddə Dəhraz kəndinin üst tərəfinə çıxdıq. Dörd nə­fərlər birlikdə kəndi keçib girdik Gülablıya. Gülablıdan da gəlib çıxdıq Ağdama. Ağdama çatan kimi ailəmi, uşaq­la­rımı soraqlamağa başladım. Heç kim onlar haqda mə­lu­mat verə bilmirdi. Sonradan öyrəndim ki, həyat yoldaşımı da, uşaqlarımı da Xocalıda öldürüblər. Həyat yoldaşımın ba­cısı da orda qətlə yetirilib.

...Nazim ağır dərd içində başına gələnləri danışır. Yenə sa­kit, ağır-ağır. Nazim bu böyük müsibətini danışdıqca ya­­dıma bayaq bir neçə xocalının sözləri düşür: - Ha­mı­mı­zın başına müsibətlər gətirilib. Nazimin dərdi isə çox bö­yük­­dür. Heç inanmırıq ki, sizə o faciəni danışmağa razılıq versin...

Amma Nazim danışır o faciəni. Sıxıntı və məhru­miy­yət­lər içərisində boğulsa da ürəyini göynədən o müsibəti da­­nışır. Ona görə danışır ki, qoy hamı bilsin dünyada er­mə­ni vəhşiliyi deyilən bir qorxu var. Və hamı bu qorxulu er­mə­nilərdən ehtiyatlı dolansın.

Nazimin son dediyi söz bu oldu: - Heç olmasa me­yid­lə­rini tapsaydım, bir az sakitləşərdim. Ya da heç olmasa sü­mük­­lərini yığıb bir yerdə basdırardım ki, rahatlanım, bir and yerim olsun!

Yox, Nazim, sən sakitləşməyəcəksən. Sən heç zaman sa­­kitlik tapmayacaqsan. Doğma övladlarının - Çinarın, Çin­­gizin, sevimli həyat yoldaşının meyidlərini tapıb bas­dır­­san da rahatlanmayacaqsan. Çünki bu elə bir dağdır ki, göy­nərtisi sinəndə, içərində daim sızıltı verəcək. O dərd sağalan deyil! 11 yaşlı Çinarının boyunu görməyən, 6 yaşlı Çin­gizinin şən gülüşlərini eşitməyən, vəfalı ömür-gün yol­da­şının isti qayğısına əbədilik möhtac qalan sakitləşərmi? Bu, qətiyyən mümkün deyil. Elə bu ağrıdandır ki, saçların da vaxtsız ağarıb, qəm kölgəsinə bürünüb. Elə bu mü­si­bə­ti­nin böyüklüyü, ağırlığı qarşısında təslim olub təs­kin­ləş­diri­ci söz də deyə bilmirəm. Faciənə, bu böyük ağrına var­lı­ğımla yansam da sükut içində bir nöqtəyə baxıb susuram. Nə­dənsə qəm çanağına dönmüş gözlərinlə baxmaqdan eh­ti­yatlanıram. Mənə elə gəlir ki, sənin bu ölçüyəgəlməz müsibətində günahkaram. Yalnız mənəmmi günahkar? Yüz­lərlə, minlərlə azərbaycanlı sənin və bütün xocalıların faciə­sində günahkardır. Bütün azər­bay­canlılar günah­kar­dır.

QIRX DOQQUZ QOHUMUN AĞRISI

Ələkbərov Vəkili bayaqdan gözləyirəm. Söhbəti hardan başlayacağımı, hansı suallar verəcəyimi isə bilmirəm. Çoxdandır ki, xocalılarla söhbət edirəm, ağır dərdlərini dinləyirəm. Həmişə də ilkin anda böyük sarsıntılar içində qalıram. Çünki yaralı, zavallı xocalılar o ağır günün müsibətini elə bircə sözlə deyirlər: qardaşım ölüb, anamı öldürüblər, oğlum güllələnib, qızım donub, qohumlarım girovdadır və s. böyük müsibətlər içində yanan xocalılar əzab çəkir fevral faciəsini xatırlamağa.

Amma bayaqdan yolunu gözlədiyim Vəkilin faciəsinin böyük olacağını düşünməzdim. Vəkil o ağır gündə 49 doğma adamını itirib. Nəhayət ki, görüşürük, söhbət edirik Vəkillə. Vəkil ağır dərd içində danışır: - O faciəli hadisədə 49 adamım həm itkin düşüb, həm də qırılıb. Bacımın uşaqları, xalauşaqlarım, anam... ölənlər birdirmi, ikidirmi? Fevralın 25-də gecə saat 2-ə kimi ermənilərin o od-alov yağan hücumunun qarşısında dayana bildik. Gecə saat ikidə artıq mümkün olmadı, Xocalıdan çıxdıq. Biz Xocalıdan çıxanda gözəl yurdumuz od tutub yanır, hər yan uçulub dağılırdı. Yolda meyidlər vardı. 100-ə yaxın adamla Kətik meşəsinə gəlib çatdıq. Gecəni qaldıq meşədə. Sabahı günü Şelli istiqamətinə getdik. Yolda anamı vurdular. (20 gündən sonra gedib yazıq arvadın meyidini gətirdik). Naxçıvanik yolunda gördüm ki, bizdən bir qədər aralıdan bir milis maşını keçdi. Camaatı tələsdirdim ki, yolu tez keçin, yoxsa qıracaqlar. Böyük çətinliklə ordan çıxıb Ağdama gəldik...

Vəkil o fevral faciəsini xatırlayanda bir adamın da igidliyindən xüsusi danışır: Tofiq Hüseynovun. Tofiq Hüseynov Vəkilin həm xalasıoğlu, həm də yeznəsidir. Tofiq Hüseynov o ağır gündə axıra kimi döyüşüb, mərdlik göstərib. Tofiqin ölümündən sonra üç balası yetim qaldı. Qardaşı, ata-anası, həyat yoldaşı da o faciədə həlak oldu Tofiqin. Tofiq Xocalıda batalyon komandiri idi. Doğma torpağı olan Xocalı uğrunda döyüşdə qəhrəmanlıqla dünyasını dəyişdi.

Vəkil ölənlərinin ağrısını çəkə-çəkə indi də girovda qalan doğmalarının yolunu gözləyir. Ömründən ötən hər günü minbir işgəncə və əzabla yola salır. Vəkil böyük dərd içindədir. Vəkil 49 yaxın adamının ağrısını çəkir. 41 yaşında 49 adamın matəmini saxlayır, intizarını çəkir.

YEDDİ ADAMIM YOXDUR...

Xocalıda kimi dindirirsənsə, ağır dərdi alovlanır, göz­lərinə qəribə qəm buludu çökür. Xocalılar böyuk faciə için­də yaşayır. Elə ailə yoxdur ki, fevral faciəsi ona dəyib to­xunmasın. Xocalıdan elə bir adam tapmaq olmaz ki, qanlı fev­ral faciəsi ona bədbəxtlik gətirməsin, qəlbini didib par­ça­lamasın. Hər kəsin dərdi özünə görə böyükdür, öl­çü­yə­gəlməzdir. İnsan ölümündən də sonsuz ağrı nə ola bilər?

46 yaşlı Surxayın da faciəsi böyükdür: 7 yaxın adamını itirib o faciədə. Özü isə təsadüfən sağ qalıb. Düşmən gülləsi o qanlı faciədə xoşbəxtlikdən yan keçib ondan. (İndi çox qəribədir ki, danışıb söhbət etdiyim xocalıların çoxu sağ qaldığına görə özünü qınayır və bu sözü deyirlər: Kaş o günü biz də onlarla birgə öləydik. O vaxt ölsəydik, indi bu müsibətləri çəkməzdik).

İndi böyük qəm içindədir Surxay. Görünüşündən qırx altı yaşlı adama oxşamır. Qırx altı yaşın hökmündən çox-çox uzaqda dayanır. Başına gələn faciə onu vaxtsız-vədəsiz qocaldıb. 60-70 yaşın dolaylarında görünür indi o. (Ümumiyyətlə görüşüb söhbət etdiyim xocalıların çoxu yaşından qoca görünür. Dərd onları bu günə salıb).Surxay o faciəni də sakit halda danışa bilmir...

Quliyev Surxay: - Fevralın 25-də ermənilər hər yandan bizi mühasirəyə aldılar. Həmin günü qorxudan kim hara gəldi qaçırdı. Ölənlərin, itənlərin sayı- hesabı yox idi. Gecə saat 2-də biz Xocalıdan çıxdıq. Abdal-Gülablı istiqamətində gedirdik. Ağbulağa çatanda 300-ə qədər adam gördük orda. Ara necə qarışdısa oğlumu itirdim orda. Nə qədər axtardımsa tapa bilmədim. Adamların çoxu başı- açıq, ayaqyalın idi. Çoxları isə meşələrdə donub ölürdülər. Ən dəhşətlisi balaca uşaqların aclıqdan və soyuqdan göyə yüksələn iniltiləri idi. Biçarələri susdurmaq isə mümkün deyildi. Yazıqlar hardan biləydilər ki, yaxınlıqda quduz ermənilər var və onların səsini eşidib, gəlib adamları qıra bilərlər. Çox adam gözümün qabağında soyuğa dözə bilməyib dondu. Heç bir kömək də edə bilmədik. Min bir çətinliklə gəlib çıxdıq Ağdama. Ağdama çatanda bildim ki, başımıza hansı faciələr gəlib. Öyrəndim ki, qardaşım Quliyev Zəkarət və onun oğlu həlak olub. Qardaşım oğlu Əkbərin 7 yaşlı qızı, o biri oğlu da həlak olub. Qardaşım arvadı Quliyeva Şuradan da indiyə kimi xəbərimiz yoxdur. Qar­daşım oğlu Əkbəri 24 gün axtarandan sonra Ağca­bə­dinin Şotanlı kəndində tapdıq. Hamımızın, hamımızın itkisi çoxdur. Heç kim deyə bilməz ki, birinin dərdi o birindən böyükdür. Hamı eyni oda, eyni alova düşüb...

Surxay söhbətinin axırında ağrılı bir söz işlətdi: "hələ müsibətimiz Xocalıya yığışandan sonra olacaq". Surxay bu sözləri deyib gözlərini uzaqlara dikdi. Mən isə onun nəyə işarə etdiyini yaxşı başa düşürdüm.

Hə, Surxay qardaş, bildim ürəyinizdən keçənləri. Demək sizin - bütün xocalıların ağrısı hələ qabaqdadır. İndi doğmalarınızın ölümünə yana-yana bir odlu fikir də rahat buraxmır sizi: o yurd, o torpaq boşalandan sonra ora necə qayı­dacaqsınız? O torpağa o adamlarsız necə ayaq basa­caqsınız? Fəlakətiniz, müsibətiniz onda başlayacaq sizin! Boşalmış o yiyəsiz evləri görəndə alışıb yanmayacaq­sınızmı? Ağsaqqalsız, ağbirçəksiz qalmış Xocalı sizə soyuq, yad bir yer kimi görünməyəcəkmi? O xaraba qalmış yurdlar sizi qovmayacaqmı torpaqdan? Yetim uşaqları atasız, anasız görəndə necə sakitlik tapacaqsınız?

Doğrudan da, hələ sizin müsibətiniz qarşıdadır, Surxay qardaş!

"BEŞ ADAMIMI ÖLDÜRÜB ERMƏNİLƏR"

Əvvəl danışmaq istəmir, uzaqlaşır bu söhbətdən. Müx­təlif bəhanələrlə boyun qaçırır o faciəni yada sal­maq­dan. Amma inadkarlıq edirəm, Rövşəni dilə tuturam ki, bu faciəni mütləq danışmaq lazımdır. Ona görə lazımdır ki, xalq, camaat hamı bilsin o qırğının böyüklüyünü, insanlara hansı iztirablar verdiyini! Rövşən yenə imtina edir söhbətdən və astadan, kədərli bir səslə deyir: eeh, qardaş, hər şey olub keçdi, danışmağın nə mənası?

Axır ki, Rövşən danışır o şahidi olduğu hadisəni.

Paşayev Rövşən: - Əvvəllər Stepana­kert­də(Xan­kən­din­də) yaşayırdıq. 1988-ci ildə ermənilər Stepanakertdəki evi­mi yandırdılar. 1988-ci ildə gəldik Xocalıya. Xocalıda pis, yaxşı, özümüzə güzəran düzəltdik. Xocalıdakı qo­hum-qardaş da köməklik göstərdi. (Əslimiz Xocalıdandır). Elə yavaş-yavaş özümüzə gəlirdik ki, burdan da ermənilər gəlib bizi qovdular. Fevralın 25-də gecə ermənilər hər yandan Xocalını atəşə tutdular. Elə güllələr atırdılar ki, düşdüyü yer alovlanıb yanırdı. Tez uşaqları və yaxın qonşuları betonun altına yığdıq. Sonra gördük ki, bura da təhlükəlidir. Və bir də gördük ki, ermənilər hər yandan şəhərə girir. Adamlar isə baş götürüb qaçır. Biz də yığışıb meşəyə getdik. 4 gün qaldıq meşədə. Cəmisi 8 adam idik. Yanımızda olan iki arvad donub öldü. Atamı güllə ilə vurdular. Qardaşımı da güllə ilə vurdular. Atamı vuranda bir müddət yaralı qalıb sonra canını tapşırdı. Qardaşım paltarını cırıb atamın ayağına sarıdı. Amma heç bir köməyi olmadı... Artıq meşədə qala bilməzdik. Yolu da tanımırdıq. Üz tutub hara gəldi gedirdik. Qarlı, buzlu yollarla gəlib çıxdıq Şuşanın aşağılarına. Yaxşı ki, ermənilər bizi əsir almadı. O yoldan bir də qayıdıb gəlmişik geriyə. Saatlarla meşədə dolaşıb Ağdama çıxmaqdan ötrü yol axtarmışıq. Gündüzlər meşənin üstündə vertolyot uçur, har­da adamların olduğunu axtarırdı. Erməni vertolyot­la­rı­nın səsini eşidən kimi kolun, kosun dibində, ağac ko­vu­şun­da gizlənirdik. Meşələr isə meyidlərlə dolu idi. Axır ki, yol tapıb gəldik Şelliyə. 7 gündən sonra gedib ata­mın, qardaşımın, qaynanamın, qaynımın meyidlərini gətir­dim. Meyidləri sürüyə-sürüyə gətirirdik ki, ermənilər gö­rüb bizə güllə atmasın. Sonra anamı axtarmağa başla­dım. Axır ki, tapdım. Öyrəndim ki, ermənilər anamı Əs­gər­ana girov aparandan sonra barmaqlarını kəsmək istə­yir­mişlər. Sonra ermənilər bizimkilərlə razılaşıb iki erməni meyi­dinə çoxlu azərbaycanlı dəyişiblər. Anam da eləcə xi­las olub. Amma anam danışır ki, ermənilər elə vəhşiliklər edir­di ki, Əsgəranda. Adamiarı diri-diri yıxıb başını kəsir­di­lər. Əsgəranda çoxlu sırğalı zənci varmış. Bibimoğlu Elbrus isə indiyə kimi Xankəndində girov saxlanılır.

Rövşən bu faciəli söhbəti danışanda deyir: Bax həyat yol­daşımın atası, anası, qardaşı orda öldurülüb!

Başı böyük müsibətlər çəkmiş və indinin özündə ağrı­lar içidə qovrulan Rövşəndən, onun matəmə bürünmüş ailə­sindən əzabla ayrılıram. Rövşənin balaca uşağı isə bərk­dən ağlayır. Bilirəm ki, uşaq acından belə nalə çəkir. Axı Rövşənin və onun ailəsinin dolanışığı çox ağır, çox çə­tindir. Qəddar ermənilər Rövşənin və onun bütün qo­hum­larının var-dövlətini tutub alıblar...

...Pilləkənləri düşəndə hələ də körpənin naləsini, ürək par­çalayan ağlamasını eşidirdim. Və düşünürdüm ki, bu gün Vətənimiz Azərbaycanın hər yerində yüzlərlə kö­mək­siz, ac-susuz Xocalı uşağı ağlayır, fəryad qoparır.

"QARDAŞIMDAN VƏ AİLƏSİNDƏN XƏBƏRSİZİK"

Heç vaxt fikirləşməzdim ki, bir gün Naftalana gəlib başı faciələr çəkmiş xocalıları axtaracağam. Dünyanın bu sehirli guşəsinə həmişə adamlar dərddən, şikəstlikdən xilas olmaq üçün üz tutublar, pənah gətiriblər. Naftalan çoxuna ömür verib, həyat, sağlamlıq bəxş edib.

İndi biçarə xocalılar bu məşhur sağlamlıq və müalicə diyarına gəliblər. Amma xocalılar bura sağalmağa, ağır xəstəliklərdən yaxa qurtarmağa gəlməyiblər. Onların dərdi elə dərd deyil ki, burda sağalsın, şəfa tapsın. Xocalılar heç zaman sağalmayacaq bir dərdə düçar olublar. Onlar buraya müvəqqəti yaşamağa gəliblər, erməni vəhşiliyindən qaçıb burda sığınacaq tapıblar. Yurdsuz, evsiz-eşiksiz adamlar burda dərd içində alovlanır, itənlərinin, ölənlərinin xiffətini çəkirlər. Xocalılar başlarına gətirilən o böyük faciəni sıxıntı içində danışırlar.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin