Nəriman Nərimanov



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#1065
1   2   3   4
PİR 

 

Povest 

 

  



 

  

 



  

 

  



 

İyun ayının ortası idi. Günlər çox isti keçirdi....  Məşədi Allahverən sabah namazına durub 

arvadını tələsik durquzdu: 

 

  



 

"Ay qız Gülbadam! Gülbadam! Tez ol dur, uşağı da durquz, vaxt keçir hava sərin ikən yola 

düşək." 

 

  



 

Gülbadam sərsəm yuxudan oyanıb oturdu, gözlərini ova-ova o yan-bu yanına baxdı, istədi ərinə 

deyə: "Nə üçün çığır-bağır edirsən, yatmağa qoymursan?...." Sonra fikrinə gəldi ki, gərək pirə 

gedələr.... Heç bir şey söyləməyib bir az gərnəşdi, sonra əlləri ilə gözlərinə düşən saçlarını 

düzəltdi, boynuna düşmüş ağ çit, qara çiçəkli yaylığı başına salıb boğazının altından sıxdı. Ağ 

donunu geyindi, əsnədi, istər-istəməz ayağa durdu. Üzsüz boz balışı, üzü qırmızı çiçəkli çitdən  

mitəkkəni döşəyin ortasına qoydu, sonra yorğan əvəzinə üstünə saldığı ağ döşək üzünü qatlayıb 

istəyirdi yerini yığsın, bu  vaxt Məşədi Allahverən namazını qurtarıb arvadına dedi: 

 

  

 



"Yerləri yığmaq istəməz, gələrsən sonra yığarsan, vaxt keçir,sən uşağı durquz." 

 

  



 

Gülbadam döşəyi buraxıb iki dizləri üstə çökdü, bir az uşağın üzünə baxıb ağ kisəyi köynəyinin 

enli qolları ilə uşağın alnındakı təri sildi və sonra: "Cəbi! Anan sənə qurban, Cəbi! Oyan, dur 

gedək. Dədən səni toşiyə mindirəcəkdir" deyə durquzurdu. 

 

  

 



57


 

"Bir az yavaş, qorxar!"--deyib, Məşədi Allahverən axırıncı duasından əl çəkdi. 

 

  

 



Axırıncı sözləri də bu idi: "Pərvərdigara! Mənim bu balama nicat ver!". Ondan qabaqkı sözlər də 

buna oxşar sözlər  idi. Daha doğrusu, sözlər deyildi, fikirlər idi. Həmişə namazdan sonra əllərini 

yuxarı qaldırıb fikrindən keçirərdi: "Pərvərdigara! Özün şahidsən, buyurduğun əmrləri yerinə 

yetirirəm: orucumu tuturam, namazımı vaxtında qılıram....Özün şahidsən, rəbbim! Yetir, 

pərvərdigara! Bu "yetir" sözünü hər vaxt deyəndə tamam məişətini, alını-verini, zərərini-xeyrini 

fikrindən keçirərdi. Elə də deyilidi ki, "ehdinəssiratəl müstəqim"in mənasını bilib də daha "allah, 

mənə doğru yol göstər" kimi sözləri bir də təkrar etməyə ehtiyac qalmaya idi. Xeyr, Məşədi 

Allahverən düz əlli yaşında idi və on beş yaşından namaz qılardı, bu sözlərin mənasını bilməzdi 

və heç fikrinə gəlməzdi ki, namazda deyirlər: Allah! Mənim ürəyimi təmizlə, mənə doğru yol 

göstər, o yolu ki, sənin tərəfinə gedir, o yoldan uzaq et ki, səndən uzaq düşür. Mənim qəlbimi 

yumşalt, həlim və mehriban et.... Belə fikirləri Məşədi Allahverən nəinki namaz vaxtında, hətta 

mərsiyəxan oxuyanda da başından keçirtməzdi. Bir gün hətta mərsiyəxan ağzı qızışmış bir 

vaxtda dedi: 

 

  



 

"Ey camaat, dürüst qulaq veriniz. Dizi üstə əyləşiniz, bir fərd oxuyacağam, demirəm başınıza 

vurun, yox. Ancaq bu oxuduğum sözlərə göz yaşı tökərsinizsə və haman dəm ürəyinizdən nə 

istəsəniz qəbulə keçər. 

 

  

 



Məşədi Allahverən doğrudan çox-çox ağladı və ürəyindən bunu keçirtdi: "Allah, mənə bir övlad 

ver!" 


 

  

 



Zatən Məşədi Allahverənin ancaq bu fikirdə olmağının və bu kimi şeylər öz allahından 

istəməyinin səbəbi var idi. Onun heç bir şeyə ehtiyacı yox idi: dükanı yaxşı işləyirdi, yaxşı 

qazanırdı. Hələ bir az bankda, bir az da əllərdə faizlə pulları dolanırdı. Fəqət bir şeydən bədbəxt 

idi: övladı olmurdu. 

 

  

 



Məşədi Allahverən ibtida bir arvad aldı, gözəl, göyçək. 30 il onunla gün keçirib övladı olmadı. 

Sonra istədi birini də alsın, arvad razı olmurdu. Ürəkdən boşamaq da istəyirdi. Fəqət qorxurdu. 

Çünki arvadın qohumları bir az qolçomaq hesab olunurdular. Axırda əlacı üzülüb arvad ilə 

gündə dava-qalmaqal edirdi, deyirlər, guya döyərdi, söyərdi, hətta ac da qoyardı.... Bu 

səbəbdənmi və ya qeyri bir səbəbdən arvadı öldü. İkinci dəfə yenə bir pakizə qız aldı. Üç ilin 

ərzində iki dəfə uşağa  qaldı: birində üç aylıq, ikinci dəfə altı aylıq uşaqları düşürdü. Bu biçarə 

arvad vaxtsız doğmaqdanmı və ya qeyri bir səbəblərdən ağrılara, mərəzlərə mübtəla oldu. 

Günbəgün əriyib gah qarnından dad vurardı, gah başından, gah bütün  bədənini ağrı tutardı. 

Məşədi Allahverənin buna yazığı gəlib boşamaq istəməzdi. Çünki arvadın heç bir kəsi yox idi. 

Fəqət atasından qalan bir-iki evin sahibi idi. Məşədi Allahverən bilirdi ki, boşasa yazıq arvad 

evləri tək dolandıra bilməyəcəkdir. Buna binaən boşamaq da istəmirdi. Fəqət arvad həmişə 

naxoş, zəif olduğuna görə ev işləri yaxşı  getmirdi....  Məşədi də "məhrəm" bir "qulluqçu" 

gəzirdi. Bu fikrini aşkar edib arvadından izin istədi. Arvadı da çarəsiz qalıb razı oldu. Tələsik 

 

58




yavuq kənddən dul, çopur Gülbadamı aldı. Doğrusunu da demək Məşədinin daha o vaxtı deyildi 

ki,  gözəl qız arasın. Əlli yaşında, başı balaca, üzü enli, burnuyekə, balacaboy, gözləri bir az çəp, 

həna altından bozaran saqqallı bir kişiyə nə gözəllik aramaq? Xeyr, Məşədi Allahverən öz "qədr-

qiymətini" bilən adam deyildisə də, daha çox da  gözəl arvad almaq fikirlərini etməzdi. Ona 

ancaq övlad lazım idi. Ona bina Gülbadamı aldı. Fəqət nə üçün şəhərdən  almayıb kənddən aldı? 

Gülbadam kimi şəhərdə çox dullar var idi. Bu da bir gizlin məsələ idi. Ancaq Məşədi özü 

bilirdi.... Hər halda pirin adı çəkiləndə Gülbadamın da adı çəkilirdi....  Məşədi  də fikir edərdi: 

"Bəlkə Gülbadam pirsevən xoşbəxtlərdəndir...." İştə Gülbadamı aldı ki, bəlkə övladı ola. 

 

  

 



Doğrudan da bir il keçməmiş Gülbadam uşağa qaldı. O vaxtlarda da Məşədi Allahverənin naxoş 

arvadı bir sümük bir dəridə ikən canını tapşırdı. Bunun ölməyi Məşədi Allahverəni ağlatmadısa 

da, ürəyini yandırdı. Çünki əli arvadın mülkündən çıxırdı; vərəsələr var idi.... 

 

  



 

Gülbadam arvadın ölməyinə qeyri günülər kimi nəinki sevinmədi, hətta bir az da qəmgin oldu. 

Çünki naxoş, zəif arvada yazığı gəlirdi. Gülbadam ürəyi yumşaq, rəhmli adam idi. Sağlığında 

zəif, naxoş arvada nəinki "günülük" etməzdi, hətta bir az da hörmət edərdi. Vaxtında xörəyini 

verərdi, yedizdirərdi və hamama aparıb çimizdirərdi. Deyirlər, guya "günü gününün ölməyini 

istər", fəqət bu arşınla hamı günüləri ölçsək işimiz fəna olar. Doğrudan da, insanda bir-birinin 

ölməyini istəmək vəhşilikdir, deyilmi? Belə isə iki arvad, üç arvad və daha çox arvad almaq neçə 

milyon arvadları vəhşi edərdi....  Nə isə, özgə günüləri bilmirəm, fəqət Gülbadam qeyrilərinə 

oxşamazdı. Bu naxoş arvada Gülbadamın yazığı gələrdi, yazığı gələn adamın ölməyini. də 

istəməzlər.... 

 

  

 



Məşədi Allahverən də vaxtında bu naxoş məzlumə arvadı sevərdi, fəqət uşaq məsələsində 

ümidini ondan üzəndən sonra Gülbadama məhəbbətini salmışdı....  İndi odur, hələ dünyanın 

işığını görməyən balasının səbəbinə Gülbadamın başına pərvanə kimi fırlanırdı, əlini isti sudan 

soyuq suya vurmağa qoymur, səhər-axşam samovarı özü qaldırardı. Hətta doğmağına bir neçə 

gün qalmış pilləkənlərdən çıxıb-düşməyə də qoymazdı. Çünki əvvəlinci arvadın uşaq 

düşürməyini mamalar ağır şey götürməkdən bilirdilər və deyirdilər: "Uşaqlıq yerindən 

oynayıbdır"....  Məşədi bunların hamısına inanardı. Fəqət hamıdan çox qorxunu səbəb bilərdi və 

öz aləmində ikinci arvadının uşaq salmasını da qorxudan bilərdi. Çünki arvad bir gün mülkündən 

gələn mədaxilin hesabını bilmək istərkən bərk döyülmüşdü və hətta ortalıqda xəncər də 

işləmişdi. O idi ki, Məşədi Allahverən çox mərəzin səbəbini qorxudan bilərdi, hətta axır vaxtlar 

axşamlar evə gələndə  darvazadan uca səslə oxuya-oxuya gələrdi ki, arvad qeyri bir adam bilib 

diksinməsin. 

 

  

 



Vaxt yetişdi, dükana xəbər apardılar ki, arvad ağrı çəkir. Məşədi Allahverən tez dükanı bağlayıb 

evə gəldi. Mamaları çağırtdı, mamalar işə məşğul oldular. Bir gün, bir gecə Gülbadam ağrı 

çəkdi. Bir gün, bir gecə Məşədi Allahverən yeməyini, içməyini bilmədi. Gah bu qapıdan mamanı 

çağırardı, gah o qapıdan arvadının əhvalını xəbər alardı. 

 

  

 



 

59



"Hə, necə oldu? Necə olacaq? Bəs necə olsun?"--deyib o yan-bu yana yüyürərdi. Neçə-neçə 

qurbanlar vəd etdi, nəzirlər çıxdı, olmadı....  Axırda şəhərin yavuqluğundakı məşhur qoz ağacını, 

"pir"i fikrindən keçirtdi və nəzir etdi ki, uşaq tez  olsun, iyirmi manat pirə göndərsin. Bunu 

fikrindən keçirtmişdi, o biri otaqdan: "Allah şükür, allah şükür! Oğlandır!" sədası gəldi. 

 

  

 



Məşədi bu yaşa gəlmişdi, hələ belə bir şadlıq bunun üçün üz verməmişdi. Uşaq kimi atılıb-

düşürdü. İyirmi manata qədər muştuluq pulu buraxdı. Tez bazara çıxdı ki, bir az tədarük üçün 

şeylər alsın. Çuxasının bir qolunu geyib birini  də çiyninə atdı. Papağını əyriqoydu, belə ki, çirkli 

araqçınının yarısı görünürdü. Tanış-biliş görəndə uzaqdan  gülərdi, ucadan salam verərdi, hətta 

tanımayan adamlara da salam  verərdi. 

 

  



 

Bunun şadlığının səbəbini bilmirdilər. Əlbəttə, bilsə idilər: "Məşədi, gözün aydın"sa da 

deyərdilər. Özü utanıb şadlığının səbəbini deyə bilmirdi. Bununla belə, Məşədi Allahverən çox 

istəyirdi ki, "Məşədi, gözlərin aydın!" sözlərini eşidə, tərs kimi bir soruşan da yox idi ki, bilinsin. 

Nə üçün həmişə qaşqabaqlı Məşədi bu gün adamların üzünə baxıb irişir, uzaqdan uca səslə salam 

verir, nə üçün papağını yan qoyubdur? Xeyr, heç kəs! Hətta Məşədi Allahverən bir neçə adamın 

kefini də xəbər aldı: "Hə! Xala oğlu, kefin necədir?" Fəqət bu adamlardan da heç biri Məşədinin 

kefini xəbər almadı ki, bəlkə söz açıla....  Deyəsən o gün hamının tələsik işi var idi. Biri o yana 

gedirdi, biri bu yana, salam da verəndə quru salam verib keçirdilər. Axırda Məşədi Allahverən 

uzaqdan ən yavuq dostu Kərbəlayı Xudaverdini görüb gülümsündü, sonra yavuqlaşanda gülə-

gülə dedi: 

 

  



 

"Rəfiq! Yaxşı yarpaq dolması yemək istəyirsənsə, bu axşam gəl bizə." 

 

  

 



Bu sözləri deyib Kərbəlayı Xudaverdinin gözlərinə baxdı ki, bəlkə bu isə şadlığının səbəbini 

soruşa. Yox, soruşmadı, bununla belə Məşədi Allahverənin dolması Kərbəlayı Xudaverdinin bir 

az fikirləşməyinə səbəb oldu. Çünki Məşədi Allahverən hər saatda dolma yedizdirən adamlardan 

deyildi; ona görə Kərbəlayı Xudaverdi təəccüblə rəfiqinin üzünə baxdı: 

 

  

 



"Hə, mat-mat nə üçün baxırsan? Soruş, soruş də!" Kərbəlayı Xudaverdi yoldaşının əlindən tutub 

dedi: 


 

  

 



"Doğrudan, bu nə qonaqlıqdır, rəfiq?" 

 

  



 

"Qonaqlıq-zad yoxdur, fəqət bir səni çağırıram. Əsil qonaqlıq sonradır...." 

 

  

 



 

60



"Yəni, necə sonra?" 

 

  



 

"A kişi, rəhmətliyin oğlu, nə üçün düşünmürsən? Sonra da! Beş-altı gündən sonra!" 

 

  

 



Məşədi Allahverən bu sözləri gülə-gülə deyirdisə də, fəqət içindən qovrulur idi: "Nə üçün bu 

adamlar bunun şadlığının səbəbini soruşmurlar? Nə üçün belə bir böyük işdən bunların xəbərləri 

olmasın? Nə üçün bu öz dili  ilə gərəkdir desin: "Oğlum dünyaya gəlibdir!...." 

 

  



 

Kərbəlayı Xudaverdi çox da nazik mətləb düşünənlərdən deyildi. Hətta "beş-altı gündən sonra" 

sözləri də buna kifayət deyildi, gərək açıq-açığına deyilə idi: "Beş-altı gündən sonra ad 

qoyulacaqdır". Məşədi Allahverən daha səbir etməyib bu sözləri özü dedi. 

 

 

 



  

 

"Ay sağ ol! Sağ ol! Gözün aydın, Məşədi! Gözümüz aydın! Çox əcəb!" 



 

  

 



Kərbəlayı Xudaverdinin bu sözləri Məşədi Allahverənin bütün damarlarına işlədi. Yəni bu 

sözləri Məşədi  Allahverən bütün varlığı ilə  hiss etdi, sonra guya utanıb yerə baxa-baxa dedi: 

 

  

 



"Bəli, allah-taala bizə bir oğul bağışladı." 

 

  



 

Bu sözləri deyib Kərbəlayı Xudaverdinin üzünə baxdı, elə bir baxdı ki, guya Kərbəlayı 

Xudaverdidən yenə də bir söz  gözləyirdi. Məşədi Allahverənə xəyal, Kərbəlayı Xudaverdi 

bunun sözlərindən sonra gərək deyə idi: "İnşaallah, sünnətində, toyunda yeyək, yainki toyunda 

oynayaq....". 

 

  



 

Nə isə, Kərbəlayı Xudaverdi düşünmədi və demədi. Deməyib də əli plovdan çıxdı; çünki 

Kərbəlayı Xudaverdi  gözaydınlığı verənvaxt Məşədinin fikrindən plov da keçdi, fəqət sonra 

sözlərinin dalı gəlmədi....  Məşədi də ancaq  bir dolmalıq  alıb apardı. 

 

  

 



Məşədi Allahverən hələ çuxasını çıxarmamış böyük mamanı səslədi: 

 

  



 

 

61




"Hə, əhvalı necədir?" 

 

  



 

"Yaxşıdır, yaxşıdır!" 

 

  

 



"Göbəyi-zadı öz yerindədirmi?" 

 

  



 

"Bəli, bəli!" 

 

  

 



Mama "yaxşıdır-yaxşıdır" sözlərini ürəkdən demirdi. Fəqət qabaqda üzgörümçəyi olmağa körə 

çarəsi yox idi. Nə isə, mama üzgörümçəyi  alıb Məşədi Allahverəni uşağın yanına buraxdı. 

 

  

 



"Hə, necəsən?" 

 

  



 

İstər-istəməz arvadının əhvalını xəbər alıb uşağa baxdı və əlinə götürdü. Bu dəqiqə Məşədi 

Allahverənin həyatında ən qiymətli, ən hissli bir dəqiqələrdən idi. Neçə illərlə arzusunda olan 

balanı Məşədi indi əlində tutur. Bu hində Məşədi Allahverənin fikrindən nələr keçmədi: balaca, 

dəmir, qəşəng kravat. Bir az sonra balaca ərəbə, daha bir az sonra quzu, eşşək, at, fayton, daha nə 

bilim nə, nə ...  hamısı bir-bir fikrindən keçirdi. 

 

  

 



Haman bu hində də mamanın fikrindən qeyri şeylər keçirdi. Böyük mama təcrübəli bir mama idi: 

doğrudur, elmsiz idi, oxumamışdı, fəqət təcrübəsi çox idi. 20 il idi mamalıq edirdi. Bu iyirmi ilin 

ərzində çox balaları gözdən  keçirmişdi. Bu uşaq qeyri uşaqlara bir az oxşamayırdı: üzü şiş, başı 

qədərindən yekə bir uşaq idi və bir az da qeyri  bir iy verirdi.... 

 

  

 



Günlər keçdi, aylar keçdi, balaca Cəbi yavaş-yavaş boy atırdı, fəqət həmişə zəif, üzü kiçik, başı 

isə günbəgün  zorbalaşırdı. Nə ki, danışmaq, yerimək vaxtı deyildi, Məşədi Allahverən və arvadı 

uşağın başına və zəif olmağına çox da diqqət etməzdilər. Hətta qeyrilər Məşədi Allahverənə 

uşağın başına dair bir söz söyləyəndə, Məşədi gülə-gülə deyərdi: "Görünür ağıllı olacaqdır". 

Hətta belə bir şey eşitmişdi və yainki istəyirdi eşitsin ki, başı böyük adamın  ağlı da çox olar.... 

 

  



 

Nə isə, vaxt yetişdi: gərək uşaq iməkləsin, yerisin, gülsün, danışsın, şad olsun....  Fəqət Cəbidə 

bu əhvalatlar  görünmürdü. Cəbini haraya qoyurdun orada dinməz-söyləməz uzanırdı. Verəndə 

yeyirdi, verməyəndə heç. Su istəyəndə dodaqlarını bir-birinə sürtürdü. Çox vaxt matdım-matdım 

bir nöqtəyə balaca gözləri ilə baxırdı. Fəqət bu gözlərdə təbii şəfəq, qığılcım yox idi. Alnı 

 

62




qabağa çıxıb gözləri çuxura düşmüşdü. Ümumi zəiflikdən başqa ayaqları da əyri bitirdi. 

Ayaqlarını ələ alıb buraxanda sanki bir rezin (trubka) kimi yerə düşürdü.... 

 

  

 



Nə isə, bir çox dualardan, nəzirlərdən sonra bir gün Gülbadam ərinə dedi: 

 

  



 

"Şəhərə, deyirlər, bir yaxşı həkim gəlibdir. Gələsən aparaq uşağı bir baxsın." 

 

  

 



Məşədi əvvəl dinmədi. Sonra razı oldu. Sabahı Gülbadam qonşusu Pərini də götürüb həkimə 

getdi. 


 

  

 



Həkim diqqətlə uşağa baxıb başını buladı və xeyli fikrə getdi. Arvadlara naxoşa dair bir söz də 

deməyib dərman yazdı.  Fəqət dedi ki, çox yaxşı olardı ki, uşağın atasını görmək....  Arvadlar evə 

qayıdıb əhvalatı Allahverənə nağıl etdilər. Məşədi dedi: 

 

  



 

"Mən əvvəl heç razı deyildim ki, siz uşağı həkimə aparasınız, çünki bu həkimləri mən jaxşı 

bilirəm, yaxşı  tanıyıram. Bir az çətinə düşəndə, ya mərəzi tapmayanda, naxoşun atasını istərlər, 

anasını çağırarlar, babasını  qəbirdən  çıxartmaqdan da bunlar çəkinməzlər....  Gör nə axmaq-

axmaq sözlərdir. Naxoşdur, gəlibdir bax, müalicəni et,  yoxsa sənin atası ilə nə işin? Xeyr, bunlar 

boş sözlərdir.... 

 

  

 



Yenə dualar, yenə cadubazlıq meydana gəldi. Fəqət Gülbadam çox da duaya-zada inanan deyildi. 

Bir azdan sonra Gülbadam  uşağı daha bir təzə gəlmiş həkimə apardı. O da diqqətlə baxıb dedi 

ki, atasına baxmaq lazımdır. Bu dəfə Gülbadam  ərindən izinsiz getmişdi. Gülbadam  əhvalatı 

açıb dedi: 

 

  

 



"Doğrudan, gələsən bir özün həkimə gedəsən, görək nə demək istəyir. Mən səndən izinsiz təzə 

həkimə getmişdim. Uşağa diqqətlə baxıb  o da dedi, atasını görsək yaxşı olardı. 

 

  

 



Məşədi Allahverən istədi çığır-bağır etsin. Ancaq uşaq yatırdı, bir söz də söyləmədi. Sonra öz-

özünə fikir edirdi:  "Yaxşı, həkim məni yeməyəcəkdir ki, bəlkə doğrudan da fikir edir ki, arvad 

xeylağı onun dediklərinə layiqnncə əməl edə bilməyəcəklər. Onun üçün kişi xeylağı çağırır". Bu 

fikirdə ikən Məşədi Allahverən səhəri həkimə getdi. 

 

  

 



 

63



Həkim uşağı görüb bir neçə xəyallara düşmüşdü. Mərəzin səbəbini bilmək istəyirdi. Çünki 

haman mərəzin bir neçə səbəbi ola bilərdi. Dürüst səbəbini bilib müalicəsinə girişmək istəyirdi. 

Məşədi Allahverən həkimə özünü tanıdıb soruşdu: 

 

  



 

"Həkimbaşı, mənim uşağımın mərəzi nədir?" 

 

  

 



Həkim dedi: 

 

  



 

"Uşağın beynini su alıbdır. Ayaq sümükləri də əyri bitibdir. Mənimcə, səbəbini atasında və 

anasında aramaq lazımdır  və tez də müalicəsinə şüru etmək gərəkdir. Yoxsa uşaq ya tez tələf 

olar və yainki ağılsız, çolaq bir vücud  qalacaqdır. Bunu da demək lazımdır:  mərəz ağır bir 

mərəzdir.... 

 

  



 

Bir çox söhbətdən sonra məlum olur ki, Məşədi Allahverən bir vaxt kif azarına mübtəla 

olubmuş. Bir az sonra yenə də  məlum olur ki, Gülbadamın əvvəlki əri də bu mərəzə düçar 

olubmuş ki, bu mərəzdən tez tələf olur. Deyirlərmiş guya azar beyninə vurubmuş. Sonra yazıq 

Gülbadamın ağzında bir yara var imiş və həkim əri içdiyi davanı buna da verərmiş.... 

 

  



 

Həkim bu məlumatı yığıb, mərəzin səbəbini özü üçün aşkar etdi və müalicəsini tədriclə başlamaq 

istədi. Bununla belə Məşədi Allahverənə və Gülbadama dedi: 

 

  



 

"Hərgah istəyirsinizsə belə bədbəxt balalarınız bir də dünyaya gəlməsinlər, özünüzə müalicə 

ediniz...." 

 

  



 

Həkimin bu sözləri Məşədi Allahverənin heç beyninə batmadı, qulağına heç girmədi. Bu fikir 

edərdi: "Həkim boş sözdür söyləyir. Bu doğrudur, 30 yaşında bərk kif azarına mübtəla 

olmuşdum. İndi bu iyirmi ilin ərzində bədəndə azarmı qalar?" Fəqət onu düşünməyirdi ki, ikinci 

arvadının uşaq düşürməyinə də bunun mərəzi səbəb olmuşdu. İndisə iki tərəfdən--həm 

Gülbadam və həm özü Cəbi kimi  bədbəxt bir uşağın dünyaya gəlməsinə səbəb olduğunu nəinki 

düşünmürdü, hətta həkimin sözlərini cəfəng bir şey hesab edirdi. Daha həkim sözü yanında 

danışmaq olmurdu. Yenə dualar yazıldı, nəzirlər çıxıldı.... Axırda fikir etdi ki, "uşaq anadan olan 

vaxt  Gülbadam çox zəhmət çəkdi, axırda "qoz ağacı--pirə" nəzir dedikdə uşaqdan xilas oldu.... 

Nə üçün daha oturmuşam!...."  O idi ki, Məşədi Allahverən  cümələr uşağı pirə aparırdı. Bu 

cümə də axşamdan pirə getmək üçün hər bir şey hazırlamışdılar. Ona bina Məşədi Allahverən 

namazını qurtarıb Gülbadama deyirdi ki, uşağı durquzsun. 

 

  

 



 

64



  

 

  



 

  

 



II 

 

  



 

  

 



Bu cümə pirə gedən tək bir bunlar deyildilər. Çox adam gedirdi. Hər məhəllədən iki-üç nəfər 

adam uşaqları ilə bir yerdə arabaya, faytona, ata, eşşəyə minib gedəcəkdilər və hər biriiin 

getməyinə də bir səbəb var idi. Biri Məşədi  Allahverən kimi oğlunu aparırdı, digəri anadanolma, 

yainki sonratapma çaxotkalı qızını yanına salmışdı. Üçüncüsü vaxtında  müalicə etməyib 

traxoma göz ağrısından əbədi kor olmuş atasını yedəkləyirdi, dördüncüsü ərə getmiş doğmayan 

qızını yanına salmışdı. Daha bir çoxu da Sibirə gedən oğlanları üçün nəzir aparırdılar.... Nə isə, 

hər cümə günü kar, kor, şil, çolaq, çaxotkalı, yaralı, qızdırmalı, qarnı ağrıyan, övladı olmayan, 

oğlan doğmayan, dul arvad, dul kişi, sonsuz, kimi arabada, kimi faytonda, kimi piyada pirə 

gedən yolu tapdalayırdılar. Bunların içindəhətta elə bir arvadlar var idilər ki, ərləri pirə 

qoymayanda cümədən qabaq yuxu da görərdilər. Səhər durub ərinə deyərdi: "Rəhmətlik ananı 

pirin qapısında durmuş gördüm, məni görəndə dedi: "Ay balam, sənin yolunu gözləyirəm. Nə 

üçün iki cümədir gəlmirdin...." Bu sözlərdən sonra əri də yumşalıb nəinki rüsxət verərdi, hətta 

nəzir də göndərərdi. Elə vaxt olardı ki, kişilər özləri də cümə günləri işsiz qalıb pirə gedərdilər. 

Fəqət çox adam Məşədi Allahverən kimi  "mühüm məsələni" həll etmək üçün gedərdi, elə də 

deyildi ki, işsiz gedən kişilər pirə inanmasınlar. Xeyr. Bu şəhərdə dürlü-dürlü adamlar vardı, 

kimi Məşədi Allahverən kimi səmim-qəlbdən inanmışdı, kimi ondan bir az. Kimi nəziri  qəbula 

keçməyib, inanmasa idi də, ürəyindəkini heç kəsə deməzdi, şübhəli idi. Doğrudan da, 

inanmamaq da olmazdı. Çünki  bir də eşidirsən deyirlər: filankəsin neçə il imiş övladı olmur 

imiş, pirə nəzir deyibmiş....  İndi övladı olubdur. Filankəsə on beş gün həkim baxıbdır, bir şey 

çıxmayıbdır. Elə ki, pirə nəzir çıxıblar, dərhal şəfa təri gəlib, yaxşı olubdur....  Filankəs filan 

şeyini itirmişdi, pirə nəzir dedi, tapıldı.... Nə bilim, daha nə ...  nə....  Fəqət il uzunu pirə sürünən 

çolaqlar, korlar, karlar, çaxotkalılardan səs çıxmayırdı.... 

 

  

 



Nə isə, inanan inanmışdı, inanmayan istəyirdi inansın və bir neçəsi də öz-özlərinə deyirdilər: hər 

adamın nəziri  qəbula keçməz ki? Əməli  saleh adamın nəziri qəbul olunar, saleh olmayanınkı 

olmaz. Əməli saleh də bu ölkədə Məşədi Allahverən kimisinə deyərdilər. 

 

  



 

Zatən bu mahalın kişiləri, arvadları bir-birinə oxşardılar: surətdə yox, ruh cəhətincə bunlar bir-

birindən uzaq getməmişdilər. Bunlar oruclarını çox bərk-bərk tutardılar, belə bərk tutardılar ki, 

toz olan yerdən keçmirdilər, dodaqlarını büzərdilər, burunlarını yaylıqla tıxayardılar. Ancaq 

ağızları açılanda belə açılardı ki, gərək qulaqlarını tutub qaça idin. O deyildi ki, hamı bir qayda 

ağızlarını aça idi. Xeyr, biri çox bərk açardı, o biri bir az  ondan boş.... Eləsi  də var idi, heç ağız-

zad açmazdı, dinməz-söyləməz qardaşının yetimlərinə çatan pulları hər gecə  iftara toyuqplov 

bişirib yeyərdi, zavallı yetimlər isə ac qarınlarını yerə sürtərdilər. Sonra namaz üstə öz allahına 

deyərdi: "Pərvərdigara! Özün şahidsən, buyurduğun orucu tuturam, namazımı qılıram...." Bunlar 

namazdan da bir-birindən uzaq getməmişdilər: intəhası biri namaz üstə çox dua edərdi, biri az: 

 

65



çünki birinin azehtiyacı var idi, birinin çox. Fəqət hamı bir söz deyərdi: "Yetir, pərvərdigara filan 

şeyi, özün şahidsən, buyurduğuna əməl edirəm". Bunların qanacaqları ilə allahın buyurduğu da 

nə idi: oruc, namaz, zəkat, fitrə.... 

 

  



 

Fəqət bilmirəm, allaha rüşvət verib allahdan rüşvət istəməyi bunlara pir öyrətmişdi, yoxsa pirə 

rüşvət vermək aldıqları tərbiyənin nəticəsi idi....  Odur, hamı rüşvətlə yola düşüb gedirlər: biri 

qoyun aparır, biri quzu, biri toyuq aparır, biri xoruz, biri qızıl üzük, biri gümüş güzgü,  biri çit 

aparır, biri ipək parça, biri şam aparır, biri şamdan, kimi pul, kimi portman.... 

 

  



 

Fəqət bu nəzirlərin, bu rüşvətlərin içində məlum və naməlum nəzirlər də var. O deyil ki, hamısı 

aşkar getsin. Odur,  ayaqları bağlı qoyun bir yanı üstə düşmüş arabanın dalına sarınıbdır. Başı da 

arabanın yanından sallanıb titrəyə-titrəyə araba getdiyi yolun çuxurlarını göstərir. Ayaqları bağlı 

toyuq-xoruz da az deyil. Bunlar hamısı aşkar nəzirlərdir. Fəqət gizlin nəzirlər, rüşvətlər də az 

deyil, hətta bir arabada bir külfətdən iki arvad gedir. Biri-birinin nəzirindən xəbərləri yoxdur. 

Odur, altmış yaşında Məşədi Pərzad xala gəlini Gülzarla bir arabada yanba-yan oturublar. 

Bunları Dəmirqaya göndərir ki, pirdə şam yandırsınlar, tainki gələn il bu vaxt Gülzar bir oğlan 

doğsun. Pərzad qarı oğlunun üstə durubdur ki, ikinci arvad alsın; çünki nəvə görməmiş ölmək 

istəmir....  Hər gün açıq açığına gəlininədeyir: "Anam, üç ildir oğluma gəlibsən, bir şey yoxdur. 

Görünür, doğan deyilsən. Qoy oğlum arvad alsın! Nə üçün bədbəxt edirsən?" Gündə bu barədə 

evdə dava-qalmaqaldır! İndi nəzir aparırlar, şam yandıracaqlar. Fəqət biçarə Pərzad nənənin bir 

də bir gizlin nəzirdən xəbəri yoxdur. Gülzar bir balaca əskiyə düyümlənmiş qızıl üzüyü döşünə 

atıbdır. Bunu pirə aparır ki, qoca Pərzad tez ölsün. Bəlkə Dəmirqaya da anasının sözlərinə 

suyulub arvad almasın.... 

 

  



 

Nə isə, bu taq-tuqla gedən arabalarda, bu çaparaq gedən faytonlarda, bu başlarında çarşab, 

başlarında papaq olanlarda çox sirlər var.... Bu sirr sahibləri, sirr dağarcıqları yavaş-yavaş pirə 

yavuqlaşırlar: fayton-faytonu keçir, araba-arabanı, atlı-atlını, piyada-piyadanı. Bir-birinə qarışıb 

bir yol tutub gedirlər. Faytonla gedən fikir edir: tez gedərik, yaxşı yer tutarıq. Araba ilə gedən 

fikir edir: eybi yoxdur, zəhməti çoxdur, savabı da çox olar. Piyada gedən özünə təsəlli verib 

deyir:pirəpiyada gərək gedəsən....  Nə isə hərə öz qanacağı ilə bir nöqtəyə yeriş edirlər....  Toz-

torpaq, isti gözə görünmür. Hamı istəyir tez özünü pirə yetirsin. Hamı tələsir....  Kimi tez şəfa 

tapmağa yeriş edir, kimi bir-birinin acığına at çapır, kimi dalda qalmış eşşəyini bizləyir.... 

 

  



 

  

 



  

 

  



 

III 


 

  

 



  

 

66




 

Hamıdan tez Məşədi Allahverənin faytonu pirə yetişdi. Məşədi Allahverən faytondan düşüb 

balasını qucağına  aldı. Bu vaxt pirin adamları pişik siçanı marıtdayan kimi pirə gələnləri 

səhərdən marıtdayırdılar və nə üçün də marıtdamasınlar. Bu gün bunların bayramıdır: kiminin 

cibinə pul girəcək, kiminin kasası yağlanacaqdır, kiminin  kisəsinə düyü dolacaqdır. Odur, 

Məşədi Allahverənə, istər-istəməz gözləri faytonda olan şeylərə baxaraq: "Xoş gəlibsiniz, allah 

qəbul eləsin" deyib qarınca kimi faytona daraşdılar....  Məşədi Allahverən bunların xasiyyətlərini  

yaxşı bilirdi. Ona görə şeylərin  hamısını bircə adama tapşırdı, qeyrilər kənara çəkildilər....  

Məşədi Allahverən və Gülbadam darvazadan girib bir ağacın altında palaz saldırtdılar. Bunlar 

yavaş-yavaş yerləşməkdə ikən qeyriləri də  bir-bir, iki-bir gəlirdilər. 

 

  

 



Pirin mollası qara, nazikxət, boynu albuxara torbasına oxşayan, ortaboy, qoyungöz, qara əbalı 

Molla Cəfərqulu hamı ilə salamlaşırdı, hamıya: "Xoş gəlibsiniz, allah qəbul eləsin!" sözlərini 

deyirdi və qonaqlara yer göstərirdi. Molla    Cəfərqulu rəhmli adam idi. Bu, nəinki adamlara və 

hətta heyvanlar üçün də yer düzəltmişdi. Bağlı-bağçalı ikimərtəbə evin   dal tərəfində uzun bir 

saray tikmişdi. Heyvanları orada bağlayıb hər kəs arpa-samanını heyvanının qabağına  tökərdi.   

Həyətsə gözəl bir yer idi. Alt mərtəbə tamam qonaqlar üçün otaqlar idi, üst mərtəbdə özü olardı. 

Fəqət qonaq çox  olanda yuxarı  da buraxardı, çox lazım da olmurdu. Çünki həyətində böyük 

kölgəli ağaclar var idi....  Fəqət bir az yağlı qonaq olanda Məşədi Cəfərqulu deyərdi: "Dünəndən 

sizin üçün filan otağı hazırlatmışam...." Yağlı da burada yağı və yağ kimi şeyləri artıq    gətirən 

adamlara deyərdilər. Məsələn, bir bişirim halvaya bir girvəknə yağ lazımsa, üç-dörd girvənkə 

yağ gətirən daha qalanını geri aparmazdı; düyü də və qeyri şeylər də bunun kimi. Çünki adət belə 

idi: artıq qalan şeyi pirdən aparmaq olmazdı. Hər nə qaldı, pirin malı hesab olunardı. Bu da 

Molla Cəfərqulunun zəhmətini artırardı. Doğrudan, Molla Cəfərqulu qonaqlarından sonra çox 

zəhmət çəkərdi: tör-töküntü yığıb yerbəyer etmək çətin məsələ idi....  Bir bu iş olsa, yaxşı. Molla 

Cəfərqulunun qonaqlardan sonra yenə bir işi var idi. Axşam hamı çəkiləndən sonra gərək pirə bir 

baş çəkə idi: keçmiş şamları yerbəyer, nəzirləri ziyarət edərdi. Çünki gecə, kim bilsin, bir də 

gördün günahkarın biri pirə əl uzatdı.... Həqiqət pir açıqlıq bir yerdə idi. İki balaca  

 

kəndin arasında zorba qoz ağacının altında bir balaca günbəz kimi şeydən ibarət bir yer idi. 



Əslində bu iki balaca kənd bir-birinə o qədər yavuq idi ki, bunlara bir kənd də demək olardı və 

hər kəndə bir kəndin böyük məhəlləsi demək olardı. Nə isə, bu məhəllələr qədimdən ayrı kənd 

hesab olunurdu. Birinin adı Z... kəndi o birininki  Ə... kəndi idi. Bu iki kəndin, daha doğrusu, bir-

iki məhəllənin arasından  bircə yol var idi, gediş-gəliş, at-araba bu yol ilə olardı. Bu yolda, yəni 

Z... kəndinə yavuq bir böyük qoz ağacı var idi. Pir də haman bu qoza ağacının dibində idi. Zatən 

pir olmamışdan da bu qoz ağacı yayın istisində adamları öz tərəfinə çəkərdi. Bunun böyük 

budaqları, budaqların enli    yarpaqları ağacın altına genişli bir kölgə salıb da həm insanlar və 

həm heyvanlar üçün günün istisində sərin yorunuq məkanı və şiddətli yağmurda zorba bir günlük 

olmuşdu.... 

 

  



 

İndisə bu qoz ağacı nəinki qıraq kəndlərdə və hətta şəhərlərdə də şöhrət qazanmışdı, böyük bir 

ziyarətgah olmuşdu.... Xalq hər cümə gəlib Molla Cəfərqulunun bağçasında yeyərdilər, içərdilər, 

qurbanlarını kəsərdilər, sonra kişilər bir dəstə, arvadlar da bir dəstə ilə pirə gedərdilər. Hərə öz 

nəzirini müəyyən bir deşikdən salardı, ürəyindən nə keçirəcəkdi keçirərdi, ya pirin günbəzindən 

öpərdi və yainki öpməzdi. Bu çox da vacib deyildi. Öpən də olurdu, öpməyən də. Fəqət qoz 

ağacının dibindən torpağı götürub uşaqların alınlarına sürtmək vacib kimi bir şey idi, guya 

arvadlar deyərdilər, uşağa göz dəyməz....  Vaxtaki xüsusi ziyarət tamam oldu, hər kəs nə diləməli 

 

67



isə dilədi, nə rüşvət  verməli isə verdi. Molla Cəfərqulu gəlib pirin kəramətlərindən söylərdi. 

Arvadlar bir tərəfdən, kişilər o biri tərəfdən durub Molla Cəfərqulu da arada sözünü deyərdi. 

 

  

 



Molla Cəfərqulu artıq dərəcədə dilli adam idi, yəni natiq idi; danışanda hamının fikrini cəlb 

edərdi və həmişə də ziyarətə gələnlərə nitq söylərdi və nitqini də başlayanda bir az mənalı, təsirli 

olsun deyə "ya əyyühənnas" sözləri ilə başlardı. İndi də bu sözlərlə başlayıb dedi: "Eşidirəm 

deyirlər şəhərdə və bir neçə kəndlərdə xalq vəba naxoşluğundan qorxub dağa-daşa qaçmaq 

istəyir. Məbada belə şeylər edəsiniz. Vəba allahın əzabıdır və allah-taala öz əzabını əməli  saleh 

olmayanlar üçün həmişə göndərir. Siz ki, şükür allaha, əməli saleh adamsınız: namazınızı 

qılırsınız, orucunuzu tutursunuz və həmişə pirə gələnlərdənsiniz, nə üçün qorxursunuz? 

 

  



 

Keçən il vəba naxoşluğuna mübtəla olmuş bir adamı T...  kəndindən bura gətirmişdilər, dərhal 

bir kasa suyun içinə bu pirin torpağından salıb verdim içdi, həmin saat şəfa tapdı. İndi nə üçün 

qorxursunuz? Allah azar verib, dərmanını da yaradıbdır. Fəqət əməli saleh adamlar üçün....  

Molla bu sözləri hələ qurtarmamış xalq böyük-kiçik yerə töküldülər, gah ciblərinə, gah 

dəsmallara torpaqdan tökürdülər, dəsmal yerinə çarşab işlədən arvadlar çarşablarının bir küncünə 

torpaqdan götürüb düyün edirdilər. Balaca uşaqlar da böyuklərə baxıb torpaqdan götürürdülər....  

Bu əhvalat Məşədi Allahverəni tərənnümə gətirib uca səsi ilə dedi: "Həzərat, mən də gələn ilə 

kimi bu pirin hasarını çəkməyə və hasarın içində dam-daş tikməyə söz verirəm". Məşədini bu 

sözlərdən sonra hər tərəfdən alqışladılar: "Çox sağ ol, Məşədi! Çox sağ ol! Allah qəbul etsin! 

İnşaallah, qəbula keçər" sədası eşidilirdi. 

 

  



 

Məşədi Allahverənin bu sözlərindən sonra camaat dağıldı. Axşam araya gəlirdi. Piyada ziyarətə 

gələnlər yola düşdülər, sonra atlılar, faytonda, arabada gələnlər də evlərinə qayıtdılar. Yenə bir-

birini qova-qova yolun tozunu qaldırırdılar.... Hamı şad-xürrəm evinə qayıdırdı. Üzdə şadlıq 

görünürdüsə də, fəqət bir neçəsinin üzündən pünhan fikrini də bilmək olardı. 

 

  



 

Bir çoxunun fikri bu idi ki, görək nəzirimiz haçan qəbula keçəcəkdir. Bir çoxu da keçmişi 

görürdü: Dəmirqayanın arvadı Gülzar qaynanası Pərzadla bir arabada gəlirdilər. Gülzar Pərzada 

baxıb gözlərini çox kiçik görürdü. Rəngi də saralmış nəzərə gəlirdi. Gülzar ürəkdə fikir edirdi: 

"Hə! Nəzirim qəbula keçibdir! Ancaq ay pir! Bir az səbir elə, gedib evimizə çataq, yoxsa yolda 

qocanın canı çıxar, əlimiz də heç yerə çatmaz....". 

 

  

 



Məşədi Allahverən də fikirsiz deyildi. Bu da hərdənbir oğluna baxıb dindirərdi: 

 

  



 

"Hə, oğlum, qağa istəyirsənmi? Gedək şəhərə, sənə yaxşı at alacağam, eşşək alaram, hə, bala, 

oğlum! At çox istəyirsən, ya eşşək?" 

 

  



 

 

68




Balaca, dörd yaşında Cəbi atasına mat-mat baxardı, bir söz də söyləməzdi. Məşədi qəsdən 

danışdırırdı....  Hərgah mümkün olsaydı hələ ayağı üstə qoyardı, görsün bəlkə gəzə bilir. Çünki 

zarafat deyil, pirin hasarı və dam-daş azından iki minədək  xərc istəyirdi....  Gülbadamın da 

özünə görə fikri vardı. Bunu da həkimin sözləri rahat qoymurdu. Həkim də demişdi: "Gərək 

müalicə oluna, gərək atası-anası da müalicə oluna ki, gələсəkdə belə bir bədbəxt dünyaya 

gəlməyə....". 

 

  

 



Bu sözlər Gülbadamın başında hərdənbir fırlanıb əvvəlincə ərinin halını və öz ağzının yarasını 

fikrinə gətirərdi. Fəqət üçüncü səbəbdən, yəni indiki ərinin əhvalından xəbəri yox idi. Doktor 

bunda da köhnəlmiş kif azarı tapmışdı.... Gülbadam pirə nəinki inanmazdı, hətta pirin adı 

gələndə əhvalı büsbütün təğyir tapardı.... Ürəyi sıxılardı.... 

 

  

 



Məşədinin də hərdənbir ürəyi sıxılardı. Onun da başına hərdənbir qara fikirlər gələrdi: "Bəlkə 

balama pirdən əlac olmadı? Fəqət tez "lənət şeytana" deyib belə fikirləri özündən rədd edərdi. 

Belə bir qarışıq fikirlərdə bir  Məşədi  deyil idi. Qeyrilər də hərdənbir xəyala düşüb tez "lənət 

şeytana" deyərdilər. Hətta bir neçə cavan oğlan, bir  neçə dul kişi,  bir neçə dul arvad özgə 

xəyallarla pirə getmişdilər....  Fəqət Molla Cəfərquludan pirin kəramətləri barəsində sözləri 

eşidib bunlar da "lənət şeytana" deyirdilər....  Nə isə fikirlər, sirlər çox idi. Bir özləri bilirdilər

bir də bir az Molla Cəfərqulu....  Molla Cəfərqulu doğrudan da bunların çox fikirlərini, sirlərini 

bilirdi. Molla Cəfərqulu ağıllı bir  adam idi. Elmi-ruhdan başı çıxardı. Doğrudur, Racidən başqa 

kitab görməmiş idisə də, fəqət təcrübəsi çox idi. Elmi-ruh da təcrübəyə bağlı bir elmdir.... 

Bilirdi: heyvan ona görə heyvandır ki, haraya çəkərsən  gedər. Bilirdi ki, heyvana bir yem 

lazımdır....  Bilirdi ki, yem verə-verə ən böyük zorba bir yırtıcı heyvanları ələ gətirmək olar.... 

 

  



 

Molla Cəfərqulu doğrudan da dünya görmüş adam idi. Hər şeydən başı çıxardı. Bunun əsli iranlı 

idi. Əvvəllər kəndbəkənd gəzib qafqazlılara meymun oynadardı. Sonra bunun əziz meymunu 

öldü. Bu vaxt məhərrəmlik araya gəldi. Başına bir sarıq sarıyıb Z...  kəndinə gəldi, "mən 

mərsiyəxanam", dedi. Z....  kəndinin xalqı üçün bu göydən düşmüş kimi oldu. Tamam     

məhərrəmi həm kişilərə və həm arvadlara mərsiyə oxuyardı. Doğrudan da yaxşı mərsiyəxan idi. 

Söz az bilirdisə də, səsi yaxşı idi. Tez-tez zəngulə vurardı. Qızışanda özünü döyərdi, köynəyinin 

yaxasını cırardı.... Bu əhvalatı görüb xalq də qızışardı. Yəni "məclis yaxşı keçərdi"....  Bir az 

zamanda Molla Cəfərqulu qeyri kəndlərdə də məşhur oldu: bunu tərif edərdilər və deyərdilər: 

"Bunun zənguləsinə heç zəngulə çatmaz....". 

 

  

 



Tamam qırx gün mərsiyə oxuyub yaxşı pul yığdı. Sonra mollalıq edərdi, dua yazardı, fala 

baxardı, hətta sonralar həkimlik   də edərdi. Axırda yerini isti görüb Z...  kəndindən bir arvad 

aldı. Bu arvaddan bir oğlu oldu, adı Heydərqulu.  Elə də deyildi  ki, Molla Cəfərqulunun tək bir 

oğlu ola, xeyr, İranda bunun bir arvadı, üç balaca qızı vardı. İranda meymun oynadan çox 

olmağa görə bunun sənəti orada işə keçmirdi. Uşaqlarını atıb Qafqaza gəlmişdi. Eşitmişdi ki, 

Qafqazda "meymunoynadanlar" yaxşı pul qazanırlar. Eşitmişdi ki, filan qumarbaz, filan dəllək, 

filan cibkəsən, filan  lotu, daha nə bilim, filan   filanlar keçən məhərrəmlikdə Qafqazdan beş yüz 

min, iki min manat pul gətiriblər və hətta eşitmişdi ki, Racidən savayı bu "filanlar" üçün təzə 

kitablar meydana gəlir və bu kitabları nəşr etmək üçün xüsusi mətbəələr vardır....  Molla 

Cəfərqulu da özünə baxıb fikir edirdi: "Mənim biliyim "filanın" biliyindən az deyil! Nə üçün 

 

69



mən oturmuşam? Nə üçün mən qafqazlılara biliyimi göstərməyirəm?". Molla Cəfərqulu 

doğrudan da biliyini göstərdi və qafqazlılar da onun biliyinə və zənguləsinə qiymət verdilər. İndi 

molla ikimərtəbə mülk sahibi və kəndin ən nüfuzlu adamlarından hesab   olunur. Elə də insafsız 

adam deyil ki, İrandakı uşaqlarını yada salmasın. Xeyr, hərdənbir fikrinə düşürdü ki, kağız 

yazsın, əhval soruşsun. Fəqət şüğlünün çoxluğundan kağız yazmazdı, unudardı. 

 

  



 

Həqiqət, Məşədi Cəfərqulunun işi çox idi. İndi odur, pirə gələn qonaqlardan sonra həyəti gərək 

təmizləsin, qalan yağı, düyünü, əti, kömürü, odunu yerbəyer etsin. Ondan sonra pirin gizlin, 

balaca qapısını gərəkdir açıb nəzirlərə "baş  çəksin"....  Bu cümə də Molla Cəfərqulu qonaqlarını 

yola salıb axşam vaxtı saqqalını tumarlaya-tumarlaya pir tərəfə "xüsusi ziyarət" üçün gedirdi.... 

 

  



 

  

 



  

 

  



 

IV 


 

  

 



  

 

Pirdən gələnlər də indi evlərinə çatıb yorunuq alırlar. Məşədi Allahverən də evində oturub axşam 



çayı içirdi və hərdənbir gedib oğluna baxırdı görsün pirdən sonra əhvalı necədir.... 

 

  



 

Gecə araya gəldi. Gülbadam özünə, ərinə və uşağına yer qayırıb yatdı. Məşədi Allahverən də 

uzandı yatsın, fəqət yata bilmədi. Pirə getməklərini, Molla Cəfərqulunun nitqini və pirin 

kəramətlərini başından keçirirdi və hərdənbir  "çox şükür, pərvərdigara!" deyib balasının halına 

yanardı. "Çox şükür, pərvərdigara!" deyirdisə də balasının dərdinə dərman pirdən gözlərdi.... 

 

  



 

"Şükür sənə, pərvərdigara!", ya "Çox şükür, pərvərdigara!" sözlərinə o qədər ağzı öyrənmişdi ki, 

bu sözləri yersiz də işlədirdi. Bir şeyə diqqət edib də haman şeyin varlığını allahın qüdrətindən 

bilsin, düşünsün, sonra şükürlər  etsin.... Xeyr, belə deyildi....  "Hər şeyi allah yaradıbdır" 

sözlərini tutuquşu kimi təkrar edərdi. Fəqət bütün vücudu  ilə bunu düşünməzdi. Heç olmazsa 

bədəninə diqqət edib dəqiqədə  

 

yetmiş beş dəfə tıq-tıq edən ürəyinin döyünməsini  eşidə idi. Və bu ürəyinin dayanmağı bütün 



bədənin heç bir şeyə yaramadığına səbəb olmağını düşünsə idi! Yox, bu,  Məşədi Allahverən 

üçün çətin bir məsələ idi. Laməhalə bağçasında bitən güllərin, ağacların həyatına bir fikir verə 

idi: yarpaqlar saralır, tökülür, yenə yaşıl yarpaqlarla ağaclar bəzənir, çiçək açır, çiçəklər tökülüb 

qırmızı almalar ağaclardan  

 

 

70




sallanır....  Buna da diqqət edib bu həyatda da gündə yüz dəfə şükür etdiyi pərvərdigarın 

qüvvətini,  qüdrətini hiss edə bilməyirdi. Nə olardı, balasına olan məhəbbəti təhlil edə idi! Bəlkə 

bu məhəbbətdə allahını hiss edə idi. Bir az fikir edə idi ki, dörd yaşında bir böyrü   üstə düşmüş 

dilsiz, ayaqsız bir vücuda bağladığı məhəbbət  hissi haradan gəlib bunu tapdı? Bu məhəbbətin 

təbii olmağını düşünsə idi, allahla öz arasında olan rabitəni də hiss edərdi. Bunu düşünmək 

Məşədi Allahverən üçün mümkün deyildi. Yəni dürüstünü demək, Məşədi Allahverəndə də 

günah yox idi. Zavallıya gözü açılandan, beyni işləyəndən indiyədək bu nazik mətləbi 

düşündürən olmamışdı. Eşitmişdi ki, peyğəmbər, imam gəlib, gediblər. Fəqət bunları kim və 

nədən ötrü göndərmişdi, bu məsələ Məşədi Allahverən üçün qaranlıq qalmışdı....  Gördüyü, 

eşitdiyi axund, molla....  Bunlar da zavallını allahından kənar salmışdılar: filan  şeyi etsən allah 

səni yandırar, filan əməl səndən üz verərsə, o dünyada allah sənə filan əziyyəti edər, daha nə ...  

nə....  Daha düşünmürdülər ki, qorxutduqca yazıq Məşədi Allahverən öz allahından kənar olurdu, 

rabitə pozulurdu....  Məşədi qorxudan savayı bir şey bilmirdi; saldatdan, qarodovoydan qorxu 

çəkirdi, insan törətdiyi qanunlardan qorxu  çəkirdi. Allah göndərdiyi qanunlardan qorxardı, daha 

düşünmürdü ki, qorxu məbuda yavuqlaşdırmaz, uzaq salar....  Nə olardı ki, buna deyəydilər allah 

adildir, hamıya bir gözlə baxar, allah mehribandır--hamını sevər, bəslər....  Xeyr.  Məşədi 

Allahverənə allahını oruc-namazla tanıtmışdılar. Fəqət deməmişdilər ki, allahı tanımasan namaz-

orucun da heç. Əvvəl desə idilər çalış, allahın sifətlərini bil, adil, mehriban ol, hamını sev, o vaxt 

allahına yavuqlaşarsan, yavuqlaşıb da ona məhəbbət bağlarsan, bu məhəbbət səni namaz 

qılmağa, oruc tutmağa, qeyri yaxşı əməllər etməyə də vadar  edər....  Düşünmədilər ki,qanunla, 

qorxu ilə dürlü-dürlü "vədlər"lə həqiqi məhəbbət meydana gəlməz....  Həqiqi məhəbbət  üçün 

görmək, düşünmək, hiss etməklazım gəlirdi. Bu da mümkün idi; gündə min dəfə hər addımında 

Məşədi istəsə idi, həqiqi allahını görərdi, düşünərdi və hiss edərdi. Daha lazım deyildi deyilə: 

namaz qıl, özü qılacaqdı; sevdiyi, həqiqi məhəbbət bağladığı məbuda özü səcdə edəcəkdi....  Ona 

yavuqlaşmağa çalışacaqdı.... Namaz vaxtında daha rüşvət verməzdi, rüşvət istəməzdi, fəqət bunu 

deyərdi: "Pərvərdigara, səni bilmək, düşünmək üçün asan və düz yol göstər!". 

 

  

 



Biçarə Məşədi Allahverən uşaqlıqdan göz açıb düz yolu mərsiyəxanlardan öyrənmişdi. 

Böyüyəndə də yenə mərsiyəxanlardan və yenə mərsiyəxan kimilərindən....  Bunlar isə həmişə 

deyərdilər: filan əməl edərsənsə, filan duanı  qırx dəfə oxuyarsansa, allah-taala sənə filan şeyi 

verəcəkdir....  Uşaqlıqdan bu sözləri eşidən, bütün tərbiyəsinin bünövrəsi bu sözlərlə tikilən bir 

vücud müəyyən, müqəddəs bir məbuda səcdə edə bilərdimi? Belə bir tərbiyədən sonra nə üçün 

də Molla Cəfərqulunun "piri"nə pənah aparmaya idi? Həqiqi allaha həqiqi məhəbbət bağlamış 

olsa idi, pirə, ya pir kimi şeylərə səcdə edərdimi? 

 

  



 

Həqiqi allahını tapmış olsa idi, yəqin ki, onun qüdrəti ilə meydana gələn elmin qədr-qiymətini 

bilərdi və bilib də bədbəxt oğlunu, özünü və arvadını müalicəsiz qoymazdı.... 

 

  



 

Nə isə, Məşədi Allahverən yenə axırıncı dəfə pirin kəramətlərini fikrindən keçirib yuxuya 

getdi....  Namaz vaxtına  bir az qalmışdı, Məşədi Allahverən yerindən dik atıldı. Uşağı yatan 

tərəfə baxıb gördü ki, Cəbi yatır, o yan-bu yana boylandı,    yenə şükürlər etdi, sonra tələsik 

Gülbadamı səslədi: 

 

  



 

"Ay qız, Gülbadam! Gülbadam!" 

 

71



 

  

 



Gülbadam oyanıb elə fikir etdi ki, uşaq ağlayır. Gördü yox, uşaq yatır, fəqət əri başında araqçın 

bir köynəkdə yerində oturub deyir: 

 

 "Ay qız, mən yuxudan sərsəm durdum, bir yuxu gördüm...." 



 

  

 



"Allah xeyir eləsin!"--deyib, Gülbadam qulaq asdı. 

 

  



 

"Gördüm, Cəbini bir gün, bir gecə pirə qoymuşuq. Sonra görürəm pirin divarı yarıldı: uşağım 

yüyürə-yüyürə üstümə düşdü  və dedi: 

 

 "Atam, şəfa tapdım!" Mən də qucaqlayıb öpürdüm ki, oyandım...." 



 

  

 



Gülbadam başını aşağı salıb: 

 

  



 

"Allah xeyir eləsin!"--dedi və başını tez balışa atdı. Məşədi Allahverən dedi: 

 

  

 



"Arvad! Nə yatmaq vaxtıdır? Bilirsənmi, bu yuxu nə yuxudur?" 

 

  



 

Gülbadam: "A kişi, yuxum gəlir, qoy yataq"--deyib daha söylənmədi, fəqət yatmadı da. Məşədi 

Allahverən bir az, o yan-bu yana baxıb uzandı, yatdı. Gülbadam isə üzünü Məşədidən çöndərib 

gözlərini yumdu, yuxuya gedə bilmədi. Məşədinin  yuxusu Gülbadamın tamam mazisini göz 

qabağına gətirdi. 

 

  



 

  

 



  

 

  



 

 



  

 

  



 

 

72




Gülbadam Ə... kəndində anadan olmuşdu. Uşaqlıqda çiçək mərəzinə mübtəla olmağı üzündən 

məlum idi. Fəqət nazik  çopur idi. Uzaqdan çopurluğu nəinki məlum etməzdi, hətta bir az da 

üzünü gözəl göstərərdi. Gülbadamın çopuru dərin olsa  idi də üzünü eyibli etməzdi; çünki onun 

böyük ala, uzun kiprikli gözləri üzündə tamam eybini örtərdi. Doğrudan da bu  gözlərdə qeyri bir 

hissi-məlahət var idi! Uzunboy, ağbəniz, alagöz Gülbadamı qız ikən kənddə çox adamlar 

istəyirdi. Fəqət anası tələsməzdi. Gülbadam on yaşında ikən atası öldü, anası Nənəcanın 

tərbiyəsində qaldı. Nənəcan mamalıq edib qızını saxlardı və yaxşı da saxlardı. Qızını artıq 

dərəcədə sevərdi, başına dolanardı və mümkün olan qədər  çalışardı ki, qızı atasının yoxluğunu 

hiss etməsin. Nənəcan ağıllı, işsevən, zəhmətkeş, mehriban, qeyrətli bir  arvad idi. Əri öləndən 

sonra mamalıqdan başqa ona-buna iş də tikərdi. İşdən, zəhmətdən qorxmazdı, bir qarından ötəri 

ərə getməkdən dul yaşamağı əfzəl bilərdi. Əri öləndən sonra çox adamlar istədi, getmədi və nə 

üçün də istəməyə  idilər; bir kişicə pul qazanırdı. Arvad pulu ilə, arvad zəhməti ilə yaşamaq 

istəyən kişilər də az deyildi. Fəqət Nənəcan qızını çox istəyirdi: bilirdi ki, ərə getsə qızının günü 

olmayacaqdır.... Və bir də Nənəcan vəfalı arvad idi. Yaxşı ərdən sonra getməyi özünə eyib 

bilirdi. Daha doğrusu, Nənəcanın özünə görə fəlsəfəsi var idi. Fikir edirdi: ərə getmək borcdursa 

getdim, borcu verdim. Arvadlar dolanacaqları keçməkdən ötrü ərə gedirlərsə, mənim ona 

ehtiyacım  yoxdur. Özüm qazanıb özüm də yeyirəm. Kişinin yaxşısı da var, yamanı da. Bəlkə bir 

yaman adama rast gəldim. Yox, yaxşısı  budur ki, öz əlim öz başımda, tək bir qızım üçün 

gərəkdir işləyəm, onu xoşbəxt edəm, sonra ölsəm də arxayın ölərəm.... 

 

  



 

Kənddə tərbiyə tapmış elmsiz bir arvaddan belə bir fəlsəfəni gözləmək çətin görünsə də, fəqət 

tapılırdı. Bu hələ heç. Gülbadam hərdənbir gəlib deyərdi: "Anacan, mən filan yerdən keçirdim, 

yel vurub çarşabımı açdı; filankəs də keçirdi,   məni gördü". 

 

  

 



"Eybi yoxdur, qızım"--deyib Nənəcan qızını sakit edərdi: "Adamı görəndə yeməzlər. Sən çalış 

ki, adına bir söz deməsinlər.... Yoxsa gördülər, görmədilər boş sözlərdir. Mən, qızım, çoxdan 

bəri mamalıq edirəm, məni çox adam da görübdür və görür. Mən gecələr yad kişilərlə ağrı çəkən 

arvad üstə tək gedirəm. Fəqət bu vaxtadək bir adamın hünəri varmı, mənim adıma bir pis söz 

desin?...." Həqiqət,  

 

Nənəcan artıq dərəcədə namuslu, həyalı bir arvad idi. Ona görə də tamam kənddə onu yaxşı 



arvad bilərdilər və hörmətini saxlardılar. 

 

  



 

Bu minval Nənəcan qızını böyüdüb 18 yaşında ərə verdi. Gülbadamın əvvəlki əri Molla 

Cəfərqulunun qardaşı  Məşədi Həsənəli idi. Məşədi Həsənəli qardaşının dəstgahını eşidib, 

İrandan Qafqaza gəlmişdi. O vaxt Molla Cəfərqulu hələ mollalıq, mərsiyəxanlıq edərdi. İndiki 

olduğu yerdə bir balaca evi vardı. Qardaşına da bir balaca baqqal dükanı açmışdı. Dükanın 

mayası da Molla Cəfərqulunun idi. Çünki özü savadsız olmağa görə əlindən özgə  bir şey 

gəlmirdi. Doğrusunu demək, Həsənəli Qafqaza gələndə bir az səhv etmişdi. Elə bilirdi ki, 

qafqazlıları  savadsız adam da ələ sala bilər. Gəldi gördü ki, xeyr, elə deyil, laməhalə gərək 

Racinisə də oxumaq bilsin. Nəisə, qardaşının adına, sanına da layiq deyildi ki, meymun oynatsın. 

Naçarlıqdan Molla Cəfərqulu buna bir dükan açdı və dükanda yaxşı işləməyə başladı....  Axırda 

bir az özünü düzəldəndən sonra Gülbadamı istədi, çox istədi, anası vermədi. Çox istəməyinin də 

səbəb vardı, bilirdi ki, ananın tək qızıdır və anadan sonra bir az "pul-mul" da qalacaqdır. Hətta 

bu işin xatirəsi üçün möminlər cərgəsinə  daxil olmaq fikrində ikən bir az pul düzəldib Xorasana 

getdi. Xorasandan qayıdandan sonra böyük vasitələr salıb bir güc-bəla ilə Gülbadamı aldı. 

 

73



 

  

 



İki il Gülbadamla ömrünü sürüb öldü. Deyirdilər, guya Xorasandan azarlı gəlmişdi. Orada, guya 

kif azarı tapmış imiş. Doğrudan Xorasana getməmiş boynu albuxara torbasına oxşar, canlı, 

ucaboy, qoyungöz, burnu bir az yekə kişi idi; özünün də otuz yaşı olardı. Nə isə, Həsənəli 

"Məşədi Həsənəli", olandan sonra gah yara çıxarardı, gah burnundan şikayət edərdi. Gah gecələr 

ayaqlarının ağrısından, sümüklərinin sızıltısından yata bilməzdi. Axırda burnunda yara əmələ 

gəldi və burnu  ortadan çökəldi. 

 

  

 



Sonralar Gülbadamın da ağzında bir yara peyda oldu, nə yara isə bilinmirdi. Fəqət şəhərdəki 

həkim onun dərmanından buna  da verərdi....  Çox çəkmədi Məşədi Həsənəli yaman bir dərdlə 

canını tapşırdı. Bir il ondan müqəddəm Gülbadamın anası dünyadan getmişdi. Gülbadam ərindən 

sonra bir ay qaynı Molla Cəfərqulunun evində qalıb qoca əmisinin evinə köçdü və belə  tez 

köçməyinə də səbəb var idi. Bir gün Gülbadamın əmisi naxoşlayıb Molla Cəfərqulunu çağırtdı 

ki, müalicə etsin. Qoca  kişi bir az artıq yeyib zərərini görmüşdü: bir az qusurdu....  Günbatan 

vaxtı Molla Cəfərqulu əminin yanına getmək istədi. Gülbadam da təvəqqe etdi ki, bunu da 

aparsın, əmisinə lazım olarsa, qulluq etsin....  Xülasə, ikisi də yola düşdülər. Bunlar  gəlməkdə, 

əminin də mərəzi bitməkdə. Xoş-beş edib oturdular, sonra çay içib evə qayıtdılar.... 

 

  



 

Əmisi M...  kəndində olmağa görə yolları qoz ağacının yanında idi. Molla Cəfərqulu gecə vaxtı 

həmişə cibində şam və  spiçka gəzdirərdi. Fəqət lazım deyildi. Çünki yol məlum, düz bir yol idi. 

Bunlar yavaş-yavaş gəlirdilər. Qoz ağacına  çatanda Molla Cəfərqulu yalandan büdrəyib yıxıldı. 

Ürəyi təmiz, rəhmli Gülbadam "vay" edib bunun qolundan tutdu.  Molla Cəfərqulu  qızışmış 

heyvan kimi Gülbadamın boynundan sarılıb öpdü və dedi: "Mən sənin dərdindən ölürəm...." 

Gülbadam özünü itirib uca, dəhşətli bir səslə "vay" edib qəşş etdi. Molla Cəfərqulu bir dəqiqəlik 

özünü itirib   Gülbadamdan bir neçə addım geri çəkildi.Əzqəza Gülbadamın səsini kəndin 

kənarından keçərkən bir adam eşidib  səslənir: "Ay adam, kimsən?" Molla Cəfərqulu görür ki, 

haman səslənən adam qaranlıqda qoz ağacına tərəf hərəkət edir. Molla Cəfərqulu ətəyinin altında 

tez  şamı yandırıb qoz ağacının dibində qoydu və başladı namaz qılmağa. 

 

  



 

Bu adam çoban Dünyamalı idi. Yavuqlaşıb gördü ki, bir arvad yerə sərilmiş, hərəkətsiz 

uzanıbdır, Molla Cəfərqulu  isə namaz qılır, şam da qibləsidir....  Çoban:--Nə olubdur?--deyə 

soruşdu. 

 

  

 



Molla Cəfərqulu namaz üstündə cavab verməyib qurtarandan sonra ağlamağa başladı və dedi: 

 

  



 

"Təzim, təzim et, qardaş, bu pirdir. Biz yolla gedirdik, gördük burada şam yanır. Ağaca 

yavuqlaşanda ağacdan səs çıxdı.  Bu  zavallı arvad tab gətirə bilməyib qəşş etdi...." 

 

  



 

 

74




Çoban bunu eşitcək dizləri üstə çöküb yeri öpdü, ağladı. "Atam-anam sənə qurban" deyib alnını 

torpağa qoydu və sonra ayağa  durub dedi: 

 

  

 



"Gedim bu saat adamlara deyim, ziyarətə gəlsinlər." Molla Cəfərqulu dedi: 

 

  



 

"Yox, pir tapılanda qayda bunadır ki, əvvəl piri tapan adam özü gərəkdir camaatı yığıb nağıl edə, 

qeyri bir adam xəbər verərsə  pir yox olar....  İndi sən get, özün də dalına baxmayasan, evdə 

danışa bilərsən. Ancaq pirin barəsində bir söz də söyləməzsən,  sabah bunun duasını oxuyub elan 

edəcəyəm.... 

 

  



 

Çoban tez durub getdi və molla dediyinə də əməl etdi. Çoban bir qədər getmişdi, Gülbadam 

yavaş-yavaş ayılıb başının üstə  Molla Cəfərqulunu gördü. Tamam bədəni iztirabda ikən 

ağladı.... 

 

  

 



Molla Cəfərqulu bunun ayaqlarına düşüb yalvardı və çobanın əhvalatını nəql etdi və dedi:--

Aramızda olan əhvalat  açılmasın deyə, mən buranı çobana pir nişan verdim. İndi sən qurana and 

iç ki, bu sirri heç kəsə ölənədək deməyəcəksən. 

 

Gülbadam çox da fikir etməyib dedi:  



 

  

 



"Səni  and verirəm qurana, mənə əl vurmayıb salamat evə buraxasan, mən də qurana and içirəm 

ki, sənin bu hiyləni  ölənədək  açmayacağam. Mənim ismətim mənə hər şeydən qiymətlidir...." 

 

  

 



Bu sözlərdən sonra qalxdı və heç bir şey söyləməyib ev tərəfə yeriş etdi. Molla Cəfərqulu da 

dinməz-söyləməz  dalıca  gəlirdi.... Ertəsi gün Molla Cəfərqulu pirin tapılmağını min hiylə ilə 

elan etdi. Gülbadam isə şeylərini  yığıb  əmisinin evinə köçdü. 

 

  



 

Molla Cəfərqulunun arvadı Molla Tutu Gülbadamın çox o yan-bu yanına keçdi ki, bunun tez-

tələsik köçməyinin səbəbini  bilsin. Fəqət "əmim yalqızdır, baxanı yoxdur", sözləri ilə canını 

qurtardı. 

 

  

 



Zatən Molla Tutu Gülbadamın köçməyinə çox şad idi. Çünki ərinin Gülbadama olan 

"mehribançılığını" görürdü  və hiss  edirdi.Gülbadamın əri öləndən sonra bu "mehribançılıq" 

daha da artmışdı. Molla Tutu Gülbadamın  tərəfindən arxayın  idi. ÇünkiGülbadamı ürəkdə 

təmiz adam bilir idi. Fəqət ərinin vicdansız bir hərif olmağını  da çox yaxşı bilir idi. Yenə  necə 

olsa fikir edirdi: bəlkə əri Gülbadamı aldı. Çünki Molla Tutudan Molla  Cəfərqulunun tək bir 

 

75




oğlu vardı. Hətta  qardaşı öləndən bir neçə gün sonra övlad barəsində bir balaca söhbət də 

olmuşdu....  Molla Tutu isə bununla belə dərin  məsələləri tez başa düşərdi. Yəni bir çətin də 

məsələ yox idi ki, başa düşməsin....  Molla Tutu kişilərin xasiyyətini  bilirdi, bilirdi ki, ciblərində 

bir az artıq pul olanda arvad fikrinə düşərlər....  Xüsusən öz ərini yaxşı tanımışdı. Hələ qardaşı 

sağ ikən Molla Cəfərqulunun başından hərdənbir qara fikirlər keçirdi....  O deyildi ki, qardaşının  

ölməyini istəyə idi....  Xeyr, qardaşı yaman bir mərəzə düçar olmuşdu.  Ona binaən hərdənbir 

fikir edərdi: bəlkə birdən öldü, sonra? Gülbadam necə olsun? 

 

  



 

Molla Cəfərqulu özünü qeyrətli müsəlmanlardan hesab edirdi. İstəyirdi ki, "islam milləti 

artsın....". 

 

  



 

Hətta Molla Tutunun qulağını doldurmaq üçün qardaşı öləndən sonra hərdənbir söhbət açıb 

deyərdi: "Bilirsənmi,  islamda  bir çox şey var ki, biz hələ onu lazımınca anlamamışıq. Məsələn, 

iki, üç, dörd arvad almaq məsələsi böyük əhəmiyyətli bir  məsələdir.Heyfa ki, biz başa 

düşmürük. Bunun əsil səbəbi budur ki, islam milləti çoxalsın, qüvvətli olsun....". 

 

  



 

Molla Tutu da çünki mərsiyəxanlıq edərdi, ona binaən belə nazik mətləbləri tez düşünərdi və 

onun cavabında həmişə  deyərdi: "Çox oldu nə xeyri? Odur, bir oğlun var, yaxşı quran oxumaq 

da bilmir". Molla Tutunun fikrincə, bir müsəlman   ki, quran  oxumaq bilmədi, bütün müsəlman 

olmazdı. Və həmişə arvadlara deyərdi: "Ey uşaqlarına quran oxutmayan  analar! O dünyada nə  

cavab verəcəksiniz?". 

 

  

 



Doğrudan da, bunun sözləri təsirsiz qalmazdı: bir də görərdin səhəri ananın biri qorxub qızını 

Molla Tutunun  yanına  göndərdi ki, quran oxutsun....Əlbəttə, quran oxumaq istəyənin əvvəl 

çərəkə qurtarmağı var, sonra quran başlamağı və sonra quran qurtarmağı. Bunlar da  hamısı 

müəllimənin, yəni Molla Tutunun zəhmətinə bağlı bir iş idi və yaxşı da işə keçirdi.... 

 

  

 



Nə isə, Molla Cəfərqulu belə söhbətləri açanda Molla Tutu aciz qalmazdı. Fəqət bununla belə 

Gülbadamı da gözündən buraxmazdı. Hara getsə idi, Gülbadamı da özü ilə aparardı. Onu tək 

evdə qoymazdı və ərinin də hərəkətlərinə dörd gözlə  baxardı. Bir az əri Gülbadamın üzünə xoş 

baxsa idi, üç günlərlə yeməzdi, içməzdi, donquldanardı. Belə əhvalatlar da  Gülbadamın əri 

öləndən sonra tez-tez olardı. Molla Cəfərqulu çox "mehribançılıq" edərdi, hətta hərdənbir 

paltarlıq da  alardı. Molla Tutu acıqlananda deyərdi: "Arvad! Allah heç kəsi yiyəsiz etməsin, 

onun bu saat ürəyi sınıqdır, alanı yoxdur",deyib keçərdi. Gülbadam isə öz-özünə deyərdi: "Bu 

mənim ərimin qardaşıdır, məni öz balası kimi istəyir...." Hətta hərdənbir  fikir edərdi: "Mənə 

quru çörək də versələr, buradan getməyəcəyəm. Onsuz da bunlara qulluqçu lazımdır, mən də 

bunlara qulluqçu əvəzinə işlərəm, günümü keçirərəm". 

 

  

 



Doğrudan da, Gülbadam işsevən, zəhmətkeş bir arvad idi. Evdə qalarkən səhərdən axşamadək 

işlərdi. Fəqət əri öləndən sonra  Molla Tutunun məcburi quyruğu olmuşdu. Molla Tutu, evdə tək 

 

76



qalmasın deyə, qaynı öləndən sonra ərinin qorxusundan Gülbadamı özü ilə həmişə aparardı. 

Molla Cəfərqulu da bunu xoşlamazdı, hətta bir gün dilə gəlib dedi: "Canım, özün  gedirsən 

gəlinisə də evdə qoymursan ki, vaxtında çayımı verə". 

 

  



 

Fəqət belə sözlər Molla Tutunun qulağına girməzdi....  O gecə də bir fürsət idi, Molla 

Cəfərqulunun əlinə düşmüşdü.... Xəbər gəldi ki, Gülbadamın əmisi yaman haldadır, Molla 

Cəfərqulunu çağırır. Haman gün də Molla Tutunun bir az keyfi yox idi. Çünki gündüz mərsiyə 

oxuyub çox çığır-bağır etmişdi ki, məclisi ağlatsın; pul yığılan gün idi. Nə isə bunları  bir yerdə 

buraxdı. Buraxıb da ərinin tamam hiyləsinin açılmağına səbəb oldu. Molla Cəfərqulu hələ 

əmisigilə gedən baş  istəyirdi başlasın. Sonra fikir etdi ki, Gülbadamın halına müvafiq yarayan iş 

deyil.... Hətta fikrindən bu da keçdi: əmi  yaman halda olursa, orada qalsınlar, çünki bunlardan 

başqa əmisigildə heç kim yox idi....  Nə isə, Molla Cəfərqulu bir ayın,  bəlkə daha çox vaxtın 

ərzində başında bəslədiyi fikirləri əlacsızlıqdan tab gətirə bilməyib, qoz ağacının dibində aşkar  

etdi. Aşkar edib də Gülbadam kim olduğunu düşündü.... 

 

  



 

Molla Cəfərqulu arvadlara həqir bir nəzərlə baxan kişilərdən idi. Fikir edirdi: "Hələ qızların 

barəsində bədgüman  olmaq yaxşı deyil, dul  arvada nə var? Nə üçün də olmasın?" Fəqət onu 

düşünə bilmirdi ki, arvadın yaman yola düşməyinə çox-çox ağır səbəblər lazımdır....  Pozğun 

əxlaqı, çirkin tərbiyəsi, paslanmış beyni nazik bir mətləbi düşünməyə qoymurdu, qoymurdu ki, 

arvadın ruhuna yavuqlaşıb da arvadda olan gizlin xəzinəni bilsin, düşünsün. Düşünsün ki, arvad 

ancaq məhəbbətinin qurbanı ola bilər....  Onu bilmirdi ki, namus meydanında kişi ilə arvadda 

böyük fərq var. Qız, məhəbbətinin  qurbanı olub da bir çox vaxt əvvəlinci halından ikinci hala 

düşməyinə heyfsilənər, yanar, qovrular, oğlanınsa heç halına  təfavüt etməz....  Qızda olan bu 

hiss bir çox arvadda dərin kök salıb arvad olduqda da bu hiss onun çox vaxt təmiz qalmağına 

səbəb olar. Kişilər yanında qadınların mərtəbəsini ucaldan bu hiss arvadların kişilər haqqında 

həqir bir nəzərdə  olmaqlarına da səbəb olar.... 

 

  

 



Əlbəttə, Molla Cəfərqulu bunları düşünsə idi, birdən-birə palçıqlı əlləri ilə Gülbadamın 

boynundan qucaqlamazdı. Zəhərli dodaqlarıilə onun üzündən öpməzdi.... Bu vaxtadək mömin, 

müqəddəs, allah bəndəsi xəyala gələn Molla Cəfərqulu  bir dəqiqədə Gülbadam üçün dəhşətli  

bir ilan olmağını düşündümü, ya yox?! Düşünmədi. Düşünsə idi xalqdan qorxub dərhal pir 

yapmazdı. 

 

  



 

Gülbadam tək bir vicdanından çəkinib təmiz qalmağını tələb edərkən molla fəqət keçinəcəyini və 

bu məsələdə xalqın  nəzərinifikrindən keçirib dərhal yalvardı və and verdi ki, bu sirr açılmasın.... 

 

  



 

  

 



  

 

  



 

 

77




VII 

 

  



 

  

 



Gülbadam uşaqlıqdan indiyədək tamam başından keçəni göz qabağına gətirib indi əri Məşədi 

Allahverənin yuxusuna öz  yanında gülürdü. Fəqət bilmirdi ki, bu yuxu onun rahatsızlığına və 

axırda daxili bir inqilabın törənməsinə səbəb olacaqdır. Məşədi Allahverən səhər namazını qıldı, 

çayını içib dükana hazırlaşırdı. Adət üzrə balasının yanına  gəlib danışdırdı, yəni özü deyirdi,özü 

də eşidirdi: "Yaxşı, balam! Nə alım, nə gətirim?" Bu sözlər həmişəki sözlər idi.... Fəqət bu gün: 

"İnşaallah, bir həftədən sonra ayaq tutub gəzərsən, mənimlə dükana gedərsən...." sözlərini də 

artırdı.... Bu sözləri deyib getdi. Qapıdan küçəyə çıxmışdı, gördü qonşularından bir neçəsi yığılıb 

söhbət edirlər. Bunu görüb  çağırdılar və dedilər: 

 

  

 



"Məşədi, eşidibsən? Deyirlər Molla Cəfərqulu bu gecə ölübdür." 

 

  



 

"A kişi, nə deyirsiniz? Elə şey ola bilməz, dünən bir yerdə deyildikmi? Sağ və salamat indi nə 

oldu ki?" 

 

  



 

"Deyirlər özü də vəbadan ölübdür." 

 

  

 



"İnanmayınız" --deyib Məşədi bir az da gülümsündü. Hərgah doğrudan ölübdürsə, qeyri bir 

səbəbdən ölübdür, vəbadan ölməyi yalandır. "Xeyr, xeyr, bu saat tədarük üçün pirdən adam 

gəlibdir. O söyləyirmiş."Hətta deyirlər öləndə deyirmiş: "Məni pir çağırır...." 

 

  



 

Məşədi bir az fikrə gedib dedi: 

 

  

 



"Hə, bu ola bilər...." Xoşbəxt adam imiş, allah rəhmət eləsin! A kişilər, bu pirin kəramətlərinə 

daha sözmü demək olar? 

 

  

 



Bu sözləri deyib Məşədi tələsik dükanına getdi. Sonra dükana gələn adamlara Molla 

Cəfərqulunun ölmək əhvalatını söyləyirdi və axırda da "xoşbəxt imiş, allah rəhmət eyləsin, pir 

deyirlər çağırıbmış" sözlərini təkrar edirdi.Molla Cəfərqulunu bu balaca şəhərdə demək olar ki, 

tanımayan yox idi. Çünki balacadan böyüyə kimi pirə getmişdilər, bunu qonaqsevən pir sahibi 

bilirdilər.... Bir çox adam: da dəfn günü pirə getmişdi. 

 

  



 

78



 

Burada dürlü-dürlü danışıqlar vardı: kimi deyirdi namaz vaxtı ölübdür; kimi deyirdi gecə qayda 

üzrə pirə ziyarətə gedibmiş, pirdən guya bir səs gəlibdir: "sənin axır məkanın buradır". Guya bu 

sözlərdən sonra qorxub evə gəlibdir, ürəyi çatlayıbdır....  Nə bilim, daha nələr söyləyirdilər. 

Fəqət ölünü yuyanlar fikir edirdilər: belə bir sağlam, ətli-canlı adam,  əcəba, nə üçün bir gecənin 

ərzində belə tez ərisin? Nə üçün bunun gözləri belə dərinə düşsün və ovurdu illərlə mərəz çəkmiş 

naxoşun ovurdu kimi batsın? Bu sirri heç kim bilməsəydi də ev adamları yaxşı bilirdilər, xüsusən 

ev qulluqçuları--gədə Almaz və qulluqçu qız Pəri o gecə səhərə kimi yatmamışdılar. Pəri tez-tez 

ləyən tökərdi, Almaz da mollanın gah ayaqlarını ovardı, gah belini, gah əllərini. "Ay, ayaqlarım 

yığışır" deyib bağıranda, Almaz var qüvvəti ilə oyuşdurardı....  Molla Tutu da işsiz deyildi: "Gah 

onu gətir, gah bunu gətir" deyib ayaq üstə ora-bura qaçardı və cındırlarla qusuntusunu 

təmizlərdi....  İşsiz gözə görünən bir Molla Cəfərqulunun oğlu idi. Yəni o da işsiz  

 

deyildi. Gündüz atası pirin  kəramətlərindən söyləyəndə yadında qalmışdı ki, pirin torpağı vəba 



mərəzində şəfavericidir və eşitmişdi vəbada qusarlar və ayaqlar çən olar....  Bu da fikir etdi ki, 

bəlkə atasını vəba tutubdur. Tez qoz ağacının torpağından gətirdi. Bir kasa suya torpaqdan salıb 

atasına verdi və dedi:--Ata, indicə gedib pirin torpağından gətirmişəm, al bu suyu iç.... 

 

  



 

Atası oğluna baxıb üzünü çöndərdi.... Doğrudan da zarafat məqamı deyildi, kişi ölürdü. Dərisi 

quruyub dili atəş kimi yanırdı, oğlunun da zarafatı bir tərəfdən....  Bu hində yarımcan Molla 

Cəfərqulunun ürəyindən bir şey keçdi, istədi oğluna deyə: 

 

  

 



"Oğul, həkim! həkim! Torpaqdan bir şey olmaz!. "Fəqət demədi, qorxdu oğlu bu sözləri xalqa 

deyə xalq da pirdən üz çöndərə və bunun da nəşi yerdə qala. Molla Cəfərqulu nahaq yerə bu 

fikirlərə düşmüşdü. Çünki arvadı Molla Tutu bunların hamısını ürəyində düzəltmişdi. Molla Tutu 

görürdü əri gedir, fəqət necə etmək ki, əri ilə pir də getməsin? Nə tövr etmək ki, bu ocağın pirlə 

ruhani əlaqəsini həmişəlik saxlamaq? Molla Tutunu təşvişə salan fəqət bu fikirlər idi....  Ona 

binaən səhər ağlaşmaya gələn arvadlara deyirdi: 

 

  

 



"Bilirsinizmi?" Molla xoşbəxt adamdır. Həmişə adət üzrə gecələr yalqız pirin ziyarətinə gedərdi. 

Bu gecə də getmişdi. Bir də gördüm ürəyi ağzından çıxmış, saralmış evə qayıtdı. Əhvalını 

soruşduqda dedi: "Arvad, başıma bir iş gəldi. Ziyarət edirdim, birdən pirdən səs eşitdim: "Axır 

məkanın buradır", dedi. Bu sözləri deyib əlimdə bir az çabalayıb canını  tapşırdı...." 

 

  

 



Bu sözləri deyib arvadların üzlərinə baxardı görsün, sözlərinin təsiri varmı. 

 

  



 

Əlbəttə, arvadlar da mərsiyəxan Tutuya inanmayıb kimə inanacaq idilər. "Şükür pərvərdigara! 

Şükür kərəminə! Doğrudan da xoşbəxt adam imiş" deyib başlarını yırğaladılar.... 

 

  



 

 

79




Bu sözlər arvadlardan kişilərə yayıldı, kişilər həyəcana gəldilər, pirin dərəcəsi, mənası birə-beş 

artdı. Bu vaxtadək pirə az inanlar, indi piri bir müqəddəs yer bilirdilər. Fəqət arada hərdənbir 

vəba məsələsi barəsində də zəif-zəif səslər eşidilirdi. Bu zəif səslər zəiflərdən çıxırdı. Ona görə 

təsirsiz qaldı....  Hamı bir ağızdan: "Mollanın yeri qoz ağacının dibidir" deyib şəhərdən gələn 

adamlar, kəndçilər  ittifaq bağladılar və böyük bir təntənə ilə Mollanı pirə verdilər ... və pirin 

ixtiyarını Molla Cəfərqulunun oğluna və Molla Tutuya  tapşırdılar. 

 

  

 



  

 

  



 

  

 



VIII 

 

  



 

  

 



Şəhərdən gələnlər bu əhvalatı şəhərə, kəndlərdən gələnlər kəndlərə yaydılar. Aradan dürlü-dürlü 

sözlər pırtladı çıxdı. Hər başdan bir söz! Axırda hətta bunu da deyən oldu, guya o gecə mollanın 

gözünə bir nur da görünübmüş....  Məşədi  Allahverən, əlbəttə, mollanın ziyarətinə getmişdi. 

Xalqın həyəcana gəlməyi bunu da həyəcana gətirmişdi. Pirdən evə qayıdıb Gülbadama istehza 

ilə dedi: 

 

  



 

"Hə, sən elə qaç həkimə...." 

 

  

 



"Nədir? Nə olubdur?"--Bu sözləri deyib Gülbadam təəccüblə ərinin gözlərinə baxdı. 

 

  



 

"Daha nə olacaqdır? Get, gör pirdən nələr söyləyirlər." Məşədi Allahverən tamam gördüyünü, 

eşitdiyini Gülbadama nağıl etdi. 

 

  



 

Gülbadam ancaq bunu dedi: 

 

  

 



"Pirin pir yeri var, həkimin həkim yeri...." 

 

  



 

"Yox, burada həkimin yeri yoxdur. Mənim yuxum və bu əhvalat göstərir ki, burada həkimin 

meydanı deyil. Mənim balamı qurtarsa bir pir qurtaracaqdır. Gərək də yuxuma əməl edəm." 

 

80




 

  

 



"Necə yəni əməl edəsən?"--Gülbadam ixtiyarsız səsini ucaldıb balasını bəladan qorumaq istəyən 

pişik kimi tamam  bədənini  yığışdırdı. 

 

  

 



"Necə ki, yuxuda görmüşəm elə də gərək edəm.... Balamı bir gün-bir gecə pirə gərəkdir 

salam...." 

 

  

 



"Yox, mən balamı bir saat da gözümdən uzağa vermərəm." 

 

  



 

"Sənin ağlın çaşıbdır. Doğrudur, ana balasını istər, lakin dindən, məzhəbdən də çıxmaq 

yaramır...." 

 

  



 

"Hankı din, hankı məzhəb?" 

 

  

 



"Canım, xalqın ağzını bağlamayacaqsan ki, deyirlər möcüz görünübdür. Mollanın gözünə bir 

adam görünübdür.... "Sənin məkanın buradır...."  deyib qeyb olubdur.... " Belə şeylərə 

inanmamaq, dinə-məzhəbə şəkk gətirmək deyilmi? 

 

  



 

"Bu möcüzü kim görübdür? Kim söyləyir?" 

 

  

 



"Xalq söyləyir." 

 

  



 

"Xalq kimin dilindən söyləyir?" 

 

  

 



"Mollanın." 

 

  



 

"Bu xalqdan hansı biri bu sözləri molladan eşitdi?" 

 

  

 



 

81



"Arvad, arvad! Bu aşkar şeydir. Möcüzü ancaq bir adam görər. Hamı görərsə, o möcüz olarmı? 

Allah öz qüdrətini ancaq  seçilmiş adamların vasitəsilə bildirir. İndi bu rəhmətlik də görübdür, 

səsi eşidib qorxubdur, tab gətirə bilməyib ürəyi  çatlayıbdır. Hamı əhvalatı da arvadına 

söyləyibdir...." 

 

  

 



Gülbadam yenə də bir sual vermək istədi. Fəqət əri sözünü ağzında qoyub dedi: 

 

  



 

"Daha tamamdır. Mən görürəm həkimlər sənin beynini yeyiblər....  Yox! Tamamdır! Bu, arvad 

işi deyil. Arvadın ağlı belə şeyləri dərk edə bilməz....  Təvəqqe edirəm belə şeylərə şəkk 

gətirməyəsən. Yoxsa sənin şəkkinbalamın bədbəxtliyinə səbəb  olar....  İnşaallah, bu cümə günü 

gedərik, bir gecəlik uşağı qoyarıq....  İnşaallah, şəfa tapar!" --Bu sözləri deyib Məşədi  evdən 

çıxdı. 


 

  

 



Gülbadam xeyli vaxt ayaq üstə qurumuş qaldı. Gözünü bir nöqtəyə dirəyib dərin-dərin fikirlərə 

getdi. Sonra ixtiyarsız balasının yanına gedib ağladı.... "Dilsiz, ayaqsız, ağılsız balam" deyib 

yenə də ağladı....  Cəbi matdım-matdım anasına baxırdı....  Baxıb da guya istəyirdi desin: 

"Mənim ağılsız, dilsiz olmağımın səbəbi siz valideynim deyilsinizmi?" Zatən demədisə də, 

Gülbadam bu sözləri həkimdən eşitmişdi.... Fəqət nə çarə? İş-işdən keçibdir! Həkimin "bəlkə 

çarə olar" sözləri yenə heç olmazsa bir az ümid yolu açırdı....  Bəs bu pir məsələsi? Daha 

doğrusu, ərinin yuxusu və yuxusuna əməl etmək  istəməsi? Bu əhvalat Gülbadamı büsbütün 

dəyişdirdi. Həlim, mehriban, təmiz ürəkli Gülbadam birdən-birə şirə döndü. Hələ cümə gününə 

qalmışdı. Bu gündən ərinin sözlərinə cavab qaytarardı. Belə bir cürətli olmağına özü də təəccüb 

edirdi. Özünü  aslan hesab edirdi. Ərindən başlamış hamını özünə düşmən bilirdi. İstəyirdi bir 

şey etsin, bir şeyi cırsın, dağıtsın, bir söz desin, fəqət bir söz ki, onun acılığı bu xalqı yandırsın. 

Sonra istehza ilə qəhqəhə çəkib bunların üstə gülsün.... Bunların hamısını istəyirdi, ürəyindən 

qovurdu, keçirirdi, beyni qaynayırdı. Fikri-fikri çaparaq qovurdu da bütün bədənini iztiraba 

salırdı. Hazır neftə basılmış bir quru ot idi, bir qığılcıma bənd idi.... 

 

  

 



Doğrudur, bundan əvvəl də pirin adını eşitmək istəməzdi. Hətta arvadlar pir söhbəti edəndə, bu, 

içindən gülərdi, istehza edərdi. Fəqət açıq-açığına deməyə ixtiyarı yox idi. Nə üçün? Ondan ötəri 

ki, qurana and içmişdi.... 

 

  



 

Bilməyirəm, Gülbadamın vicdanı bu vaxtadək pirin gizlin qalmasına neçə davam edirdi? Özü 

görürdü: kor, şil, kar, çaxotkalı, kif azarı tutmuş bu pirə pənah aparıb müalicədən bilmərrə üz 

çöndərmişdilər. Nə üçün bu biçarələrin bədbəxtliyinə səbəb olurdu? Bu naxoş validələrdən Cəbi 

kimilərinin dünyaya gəlmələrinə və Cəbi kimi müalicəsiz qalmalarına nə üçün səbəb olub da bu 

vaxtadək pirin sirrini açmırdı? Bilmirəm, bu suallar Gülbadamın başından keçirdimi və keçirdisə 

necə cavab verirdi? Bilmirəm, fəqət bunu bilirəm ki, Gülbadam pirin sirrini iki səbəbdən 

gizlədirdi, bir səbəb öz namusunu güdmək, ikinci səbəb qurana and içməyi idi....  Namusunu, 

ismətini qorumaq üçün Gülbadam söyləməyirdi, çünki fikir edirdi. Hərgah əhvalatı açsa, ola 

bilsin bir çox adam bunun haman vaxt təmiz qalmağına inanmayalar, bəlkə bir iş olubdur deyə 

özü də, əri də bədnam olalar....  Bu əhvalatı həmin gecə, yainki həmin gecənin səhəri açıb desə 

 

82




idi, bəlkə inana idilər....  Bu əhvalatdan bir neçə vaxt keçmiş, yəni pir şöhrət tapandan sonra 

əhvalatın açılması həqiqət bir çox adamı şübhəyə salardı. Öz aləmində vaxtını keçirtmiş idi. 

Fəqət nə üçün keçirtdi? Ondan ötəri ki,qurana and içmişdi. Qurana and içməyinə də səbəb yenə 

bunun namusu oldu. Həmin dəqiqə Gülbadam bu hiylənin aqibətinidüşünsə idi, bəlkə də and 

içməyə idi. Fəqət həmin dəqiqə Gülbadamın ancaq bir fikri var idi: namusunu saxlamaq, təmiz  

qalmaq, zəhərli ilandan  özünü xilas etmək. 

 

  

 



Bundan savayı başqa bir fikri yox idi. Bu da qurana and içməyinə səbəb oldu. Qurana and 

içəndən sonra da sirr vermək Gülbadam kimi inanmış bir adama asan deyildi. Gülbadama tərbiyə 

belə verilmişdi. Heç bir şeyə and etməmək, xüsusən  allaha və qurana, bunlara  and etdin əməl 

etmək gərəkdir. Anası Gülbadama deyərdi: "Qızım, olmaya-olmaya qurana and içəsən. Çox 

adamlar qurana and içib  sonra andlarını pozub, böyük bəlalara giriftar olublar. Bundan böyük 

and yoxdur, qızım...." deyib həmişə təkrar edərdi. Uşaqlıqdan bu, qulağında qalmışdı. Doğrudan 

da, Gülbadam and içmək sevməzdi.  Xüsusən qurana heç vaxt and içməzdi. Bu gecə ömründə 

əvvəlinci dəfə idi ki, ürəkdən qurana and içdi, ancaq bundan ötəri ki, təmiz qalsın....  İlanın 

soyuq, çirkin əllərindən xilas olsun. Bu da arvadların bir sirridir: təmiz qalıb tərlan kimi gəzmək, 

bir çox heyvandan seçilməyən kişilərə yuxarıdan aşağa baxmaq bir çox arvadın sirridir.... 

 

  

 



Doğrudan da, ertəsi gün Gülbadam bir ağır daşı üstündən atan bir zor, dəhşətli müharibədə qalib 

gələn pəhləvan, bir təhlükəli vaqiədən xilas olan adam kimi özünü hiss edirdi....  Fəqət bir söz də 

deyə bilmirdi. 

 

  



 

Əcəba! İndi nə üçün şirə dönüb istəyir bir söz söyləsin? Bu sual Gülbadamın başından keçərkən 

yavaş-yavaş gəlib balası Cəbiyə baxdı, gördü ki, işarə ilə dodaqlarını uzadır, su istəyir, su verib 

də birdən fikrinə gəldi: "Bəlkə pirdə gecə su  istədi, kim verəcəkdir?" Bu fikri başından keçirib 

ildırım çaxmış kimi uşağın üstünə döşənib ağladı və sonra özünə gəlib dedi: 

 

  



 

"Yox! Balacığım, mən səni gözümdən iraq vermərəm. Yox! Mən nifrət etdiyim məbuda qurban 

vermərəm!"--deyib hünərləndi, guya bir adam, ya bir qüvvə ona ürək verirdi, guya buna 

deyirdilər: haqq sən tərəfdədir, de, söylə, bag?r!.... 

 

  

 



Sonra bir az fikrə gedib öz-özünə dedi: "Bəs andım? Mən qurana and içdim! Ah, rəbbim! Ah, 

mənim allahım! Mənə yol göstər!"  Uca səslə yenə uşağın üstünə düşüb ağladı.... 

 

  

 



Əlbəttə, ana hamı övladını bir gözdə görər. Hamısı bir qüvvətdə, bir dərəcədə cigərparasıdır. 

Fəqət balalardan zəifi, həmişə naxoş bala ana ürəyinin ən hissli guşəsində yer tapar....  Balaca 

Cəbi tək olduğuna, həmişə dilsiz, ayaqsız, zəif olmağına cəhət Gülbadamın bütün vücudunu 

məşğul etmişdi. Yuxusuz gecələrmi, ya bir vücuda həmişə diqqətini cəlb etməkmi, yainki 

Cəbinin məzlumluğu, hərəkətsizliyi, istədiyi şeyi söyləməyə imkanı olmamağımı, bilmirəm. 

Fəqət onu bilirəm ki, Cəbiyə bağladığı məhəbbət Gülbadamı bütün-bütünə yandırırdı. 

 

83



 

  

 



Məşədi Allahverən də, əlbəttə, balasını sevirdi və çox da sevirdi: o da bütün-bütünə bunun 

uğrunda yanırdı. Fəqət ikisinin məhəbbətində bir az fərq var idi. Məşədi Allahverən çalışırdı ki, 

Cəbi tez ayaq tutsun, gəzsin, söyləsin, bir bunu söysün, saqqalından tutsun, yolsun, sonra 

böyüyüb dükanda otursun, sonra buna toy etsin və daha ...  nə ...  nə....  Əlbəttə, Gülbadam da 

bunları istəyirdi. Fəqət vaxt olurdu ki, Gülbadamın başından bu da keçirdi: "Belə də qalsa, 

qalsın, təki ölməsin". Məşədi isə deyirdi: "Xeyr, belə qalmağın nə ləzzəti?" 

 

  

 



  

 

  



 

  

 



VIII 

 

  



 

  

 



"Allahu-əkbər! Allahu-əkbər! Əşhədu-ən la ilahə illəllah!...." Səhər sübh vaxtı gün çıxmamış 

tamam canlı şeylər hələ yuxuda ikən təbiətin sükut bir zamanında yarıoyanmış, yarıyuxuda iraq 

bir minarədən bu sözlər, bu səda sizə necə təsir edir, bilmirəm, fəqət mən sevirəm. Mən çalışıram 

bu sözləri aşkar, aydın eşidəm. Bilmirəm bu əzanın musiqisimi, ya bu sözlərin mənasımı, yainki 

uşaqlıqdan qulaqlarımın bu sözləri adət etməyimi, bilmirəm hankısı, fəqət onu bilirəm ki, bunda, 

bu sözlər sübh vaxtı məni bir qeyri aləmə dəvət edirlər. Hələ cocuqkən sözlərin mənasını 

düşünmürdüm, yenə də bu sözlər mənim üçün təsirsiz deyildi. O vaxt bunu düşünürdüm ki, dua 

edirlər. Fəqət nə deyirlər,nə demək istəyirlər, bilmirdim. Mənasını biləndən sonra bu sözlər məni 

daha artıcaq maraqlandırdı. "Allah böyükdür. Şəhadət verirəm ki, bir allahdan başqa yoxdur 

qeyri-məbud". Əcəba, təbiətin belə bir sükut, gözəl vaxtında allahın varlığına və birliyinə şəhadət 

verənlər nə üçün qeyri-məbud gərəkdir arasınlar? N...  şəhəri müsəlman şəhəridir; yəni üçdən iki 

hissəsi müsəlmandırlar. Məscidləri  var, məscidlərinin uca minarələri var. Bu uca minarələrdən  

müəzzinlər səhər, günorta, axşam hamı bir ağız gözəl səslə deyirlər: "Şəhadət veririk ki, bir 

allahdan başqa qeyri məbud yoxdur". Bunlar heç! Hər bir müsəlman özlüyündə namazdan 

müqəddəm bu sözləri deyib də sonra namaza şüru edir.... 

 

  



 

Odur, Məşədi Allahverən də səhər namazına durub bu sözləri deyir, onun qonşusu Hacı filan da 

bu sözləri deyir, hamı bir ağızdan şəhadət verirlər: bir allahdan başqa qeyri məbud yoxdur. 

 

  



 

 Əcəba, nə üçün bunlar pirə hazırlaşırlar?....  Hətta bir çoxu namaz vaxtında bu sözləri deyə-deyə 

pirə getməklərini  fikir edirdi. 

 

  



 

 

84




Həqiqət, bu cümə pirə hazırlaşan çox idi. Molla Cəfərqulunun qəflətən ölməyi və ölümü 

barəsində dürlü-dürlü xəbərlər, danışıqlar çox adamı həyəcana gətirmişdi. Bir çoxu da gedirdi ki, 

bu müxtəlif xəbərlərin hansı biri  doğru olmağını bilsin....  Məşədi Allahverən üçün müxtəlif 

xəbər yox idi. Bu, bildiyini bilirdi, inanmışdı. Hətta bu gecə yuxusunu da bir az qarışdırmışdı və 

səhər duranda öz-özünə dedi: "Bəlkə işi təxirə salmaqdan yuxumu da qarışdırıram. Gərəkdi yuxu  

gördüyüm  gecəsinin səhəri uşağı apara idim". 

 

  

 



Gecə hətta Gülbadamla sözləşdi, Gülbadam yenə razı olmurdu. Məşədi ağzına gələn yamanı 

deyib Gülbadamı döymək də istədi. Haman bu gecə cümənin axşamı idi. Məşədi Allahverən 

çığırıb-bağırıb sonra tez yuxuya getdi. Gülbadam isə xeyli vaxt oyaq qalıb min-min fikirlərə 

düşdü. Bilirdi ki, əri sabah Cəbini aparıb pirə atacaqdır. Yenə səhərdən axşamadək olsa, yaxşı. 

Lakin əri yuxusunda bir gün-bir gecə görmüşdü. Naçarlıqdan gündüzə davam etmək olar, bəs bu 

qaranlıq gecədə, quru yerdə işarə ilə su istəsə kim su verəcəkdir? Yenə yuxuda olarsa, yaxşı. 

Bəlkə birdən ayıldı? Qaranlıqda qorxub daha yaman olmazmı?....  Bu tövr fikirləri başından 

keçirib də gahöz-özünə deyirdi: "Yox! Gözüm görə-görə balamı murdar bir yerə dəxil salmağa 

qoymaram. Nə olursa-olsun, açıb tamam əhvalatı söyləyəcəyəm....". Bu  sözlərdən sonra həmişə 

qurana and içməyi də fikrinə gələrdi....  Yenə vicdansız Molla Cəfərqulu sağ olsa idi, gizlin  

gedərdi, yalvarardı ki, bəlkə ərini bu fikirdən daşındırsın....  O da öldü....  Ölməyi heç. Bunun 

ölməyi pirin mənəvi cəhətcə daha artıq şöhrət tapmağına səbəb oldu. İndi bunun sözlərinə kim 

inanacaqdır? Bu fikirləri başından  keçirib ürəyi sıxılardı: zavallı gah həzin-həzin yorğan altında 

ağlardı, gah birdən yorğanı üstündən atıb durub oturardı və hərdənbir balasına baxıb ürəyi od 

tutub yanardı. "Yox! Mən səni əlimdən buraxmaram....  Səni diri-diri  qəbrə qoymaram!...." 

 

  



 

Yox! Bu sözləri deyirdi....  Fəqət müəyyən bir yol da tapa bilmirdi. Vaxt olur ki, belə bir halətdə 

insan əlacsız qalıb  özünü, bəxtini zəmanəyə, keçinəcəyə tapşırır. Bilmirəm nə yolla, fəqət "bu iş 

baş tutmasın gərəkdir" deyib də axırıncı dəqiqəni gözlüyür....  Gülbadam da bu halətdə, bu 

fikirdə ikən yuxuya getdi. Fəqət çox da yatmadı. Məşədi  Allahverənin "allahu-əkbər!" səsi bunu 

oyatdı. 


 

  

 



Gulbadam bir söz də söyləməyib getmək üçün hazırlaşırdı. Məşədi Allahverən gecəki çovğundan 

sonra bunun  sözsüz yığışmağını görüb ürəkdən şad oldu ki, arvadı da bunun fikrinə şərikdir, 

"davasız-qalmaqalsız" iş tamam olacaqdır. Məşədi  Allahverən hətta dünənki hərəkətindən bir az 

da xəcalət çəkirdi. Nə üçün Gülbadama elə sözlər dedi və döymək istədi. Sonra yenə öz-özünə 

deyirdi: "Xeyr, arvad xeylağını xoş sözlə yola gətirmək çətindir. Gərəkdir bir az çığırmaq, 

bağırmaq və hətta hərdənbir də üzünü silləyə öyrətmək...." Bu fikirləri başından keçirərkən 

Gülbadamın gah bu yanına, gah o yanına keçirdi, istəyirdi könlünü alsın, fəqət Gülbadam bir söz 

də söyləməyib lazım  olan tədarükü görürdü. Ərinin sözlərinə ancaq "hə-yox" deyib tələsirdi.... 

 

  

 



Əcəba! Nə üçün bu zavallı arvad istəmədiyi bir vaqiənin tez olmasına tələsirdi? Gərək hər 

dəqiqənin, hər saatın  uzanmasına  şad ola idi, fəqət, biləks,bu tələsirdi.... 

 

  

 



 

85



Bu bir həftənin müddətində daxili müharibə bunu büsbütün yormuşdu, əzmişdi, tamam hiss 

damarlarını  çaxnaşdırıb boşaltmışdı. Bir elektrik qüvvəsi lazım idi ki, bu hiss damarlarını 

birdən-birə hərəkətə gətirsin....  Bəlkə Gülbadam tələsirdi ki, bu halətdən tez xilas olsun! Ürəyini 

ağır bir daş basırdı. 

 

  

 



İstəyirdi biryolluq bu ağır daşı atsın, çünki bu daşın ağırlığına daha davam gətirə bilməyirdi.... 

 

  



 

Nə isə, balasını götürüb faytona mindi, əri də şad-xürrəm Cəbinin üzünə baxa-baxa fikir edirdi: 

indi qucaqda gedirsən, sabah  oynaya-oynaya gələcəksən.... 

 

  



 

Yolda yenə pirə gedənlər bir-birini çaparaq qovurdular. Bu dəfə hava isti deyildi. Sübhdən göyün 

üzünü qara buludlar tutmuşdu....  Gəlib çatdılar....  Ziyarətə gələnlər çox idi: korlar, şillər, dürlü-

dürlü naxoşlar hələ dünəndən gəlib dəxil  düşmüşdülər. Həqiqət, Molla Cəfərqulunun yoxluğu 

məlum olurdu.... 

 

  



 

Hamı sanki bir yasa batmışdı. Kişilər öz aralarında bir-birinə pirin barəsində söyləyirdilər. Molla 

Tutu da arvadların arasında istədiyini işlədirdi. Bu dəfə qeyri kənddən gələn bir molla meydanı 

boş görüb pirin kəramətlərindən söyləyirdi. Hamı: arvad, uşaq, kişilər qoz aqacının altına yığılıb 

qulaq asırdılar. Molla  Cəfərqulunun əhvalatını nəql edən vaxt: "Allah sənə çox şükür!" deyib 

xalq bir-birinə dəydi. 

 

  

 



Çolaqlar, korlar, çaxotkalılar: "A kişilər, bircə qoyunuz bizi pirə yavuq gedək" deyib qoz ağacına 

tərəf  sürünürdülər. Bu hində Məşədi Allahverən öz yuxusunu söylədi və indi balasını sabaha 

kimi pirə dəxil salmağını  da elan etdi. Bu əhvalat daha artıcaq xalqı tərənnümə gətirdi. "Allah 

sənə çox şükür!" sədası daha da ucaldı.... 

 

  

 



Göy guruldayır idi, şimşək oynayır idi.... Məşədi Allahverən arvadına tərəf gedib oğlunu 

anasından aldı. Gulbadam bir söz də söyləməyib Cəbini verdi. Fəqət verən vaxt Cəbi anasına 

baxdı.... 

 

  



 

Bu baxışda bir sirr vardı. Bilmək olmurdu nə sirrdir. Cəbi  həmişə anasına baxardı, fəqət indiki 

baxışda bir atəş, bir elektrik qüvvəsi vardır. Bu qeyri bir baxış idi. Guya anası bu baxışda hiss 

etdi ki, dilsiz Cəbi istəyir desin: 

 

  

 



"Anacığım! Sən məni nifrət etdiyin quru yerə nə üçün buraxırsan?" 

 

 



86


  

 

Gülbadam özünü itirib tam bədəni iztirabda ikən, dizi üstə çökdü, əllərini yuxarı tutub dedi: "Ey 



mənim allahım! Mənə bir qüvvət ver ki, ürəyimdəkini deyə bilim".... 

 

  



 

Bu vaxt xalq bir-birinə keçdi. Arvadlar həyəcana gəldilər. Dünəndən bəri dilsiz, heykələ bənzər 

Gülbadam indi  dəhşətli, yırtıcı bir şirə oxşayırdı. Gözləri parıldadı.... Bütün bədəni titrəyərək 

uca səslə dedi: 

 

"Mən nifrət etdiyim məkandan balama nicat gözləməyirəm!" 



 

  

 



Bu sözlərn dedikdə hamı bir ağızdan:--İstiğfar et! Allah amandır! Arvad dəli olubdur! 

 

  



 

"Yox! Mən dəli olmamışam, fəqət sizin dəli olmağınıza səbəb olmuşam." 

 

  

 



"Yumsana bunun ağzını!"--deyib Məşədi Allahverənə tərəf hamı üz çöndərdi. 

 

  



 

Məşədi əlində balası, arvadın tərəfinə hirsli gələrkən, Gülbadam sanki bir arslan olub dedi:--

Gəlmə yavuq! Mən  indi bu hində bir allahdan başqa kimsəni böyük bilməyirəm. 

 

  



 

Haman allahdır məni indi danışdıran. Kimsə mənim ağzımı yuma bilməz. Bu vaxtadək mənim 

ağzımı yuman da  haman allahın  kəlamı idi. Namusumu təmiz saxlamaq üçün mən hənuz burada 

qurana and içdim ki, o yatan bədbəxtin  hiyləsini ölənədək söyləməyim--əlini mollanın qəbrinə 

uzadır--haman bu yerdə mənim ismətimə, namusuma əl uzatdı. Mən çığırdım, qəşş etdim. 

Ayılandan sonra qurana and içdi ki, mənim namusuma əl uzatmasın, mən də qurana and içdim 

ki, ölənədək bunun hiyləsini aşkar etməyim....  Fəqət çoban olmasaydı, bu pir də olmazdı. 

 

  



 

Hamı bir-birinə baxıb heyran qaldılar. Bu vaxt kişilərin içindən bir şəxs ayrılıb əlində böyük bir 

daş, günbəzə tərəf gəldi  və daşı günbəzə vurub dağıtdı və dedi: 

 

  



 

"Bu torpaqlara əvvəlinci üzünü sürtən mən olmuşam...."   Bu vaxt Gülbadam uca səslə 

dedi:"Balamı mənə veriniz! Veriniz balamı!" Bütün bədəni titrəyib yıxıldı, qəşş etdi. 

 

  



 

Arvadlar tab gətirə bilməyib ağladılar, kişilər başlarını yerə dikdilər.... 

 

87



 

  

 



Bilməyirəm bu vaqiədən sonra bu mahalın müsəlmanları həqiqi məbudlarını tapdılarmı? 

 

88



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin