Neft-mexanika fakültəsi



Yüklə 280,62 Kb.
səhifə4/7
tarix24.05.2023
ölçüsü280,62 Kb.
#121224
1   2   3   4   5   6   7
elbeykursisi1.1

1.4. Aparatın quraşdırılması

İstilikdəyişdiricini quraşdırma meydançasının yaxınlığında yerləşdirilir sonra aparata travers kanat vasitəsi ilə bağlanır və kranın qarmağı traversə bağlanılır daha sonra aparatın qaldırılmasına başlanılır. Bu halda aparatın alt hissəsinə müəyyən bir altlıq qoyulur ki, ştuserlər yerdə maneə yaratmasın. Aparat qaldırılan zaman ləngər vurmaması üçün onun aşağı ştuserinə kanat bağlanılır o kanat isə bucurqada bağlanılır və aparat yavaş-yavaş yerdən qaldırıldıqda artıq aparatın havada ləngər vurmasının qarşısı alınır. Beləliklə istilikdəyişdirici lazımi səviyyəyə qaldırılır. Lazımi səviyyəyə qaldırıldıqda dartqı vasitəsilə aparat tarazlaşdırılır və beton özülün üzərinə qoyulur (şək.1.2). Vəziyyət yoxlanılandan sonra boltla aparat beton özülə bərkidilir. Ştuserǝ keçirdilmiş kanatlar azad olur.



9
Tərpənən dayağın özül boltları bərk bağlanılmamalıdır. Bir qayda olaraq, boru kəmərləri aparata tərpənməz dayaq tərəfdən birləşdirilir. İstilikdəyişdirici aparatların üfqililiyi səviyyə ölçənlə, şaquliliyi isə şaqul və ya səviyyəölçənlə yoxlanılıb düzəldilir.

Şək.1.2. Aparatın quraşdırılma üsulunun təsviri
1-aparat; 2-kanat asqısı; 3-travers; 4-dayaq; 5-kran; 6-postament

10


2. TAKELAJ TƏRTİBATLARININ HESABI VƏ SEÇİLMƏSİ

U- şəkilli borulu istilikdəyişdirici kranın qarmağına travers vasitəsilə bağlanır. Bu zaman aparatı traversə bağlayan və traversi kranın qarmağı ilə əlaqələndirən kanatları hesablayıb seçmək zərurəti yaranır. Bağlamanın hesabi sxemi sǝk.2.2-də verilmişdir.




2.1. Kranın seçilməsi

İstilikdəyişdiricinin kütləsi G-13.8t(138.0kN)-dur. Yük-hündürlük xarakterstikalarına görə (şək.2.1) istehsalatda genis yayılmış olan, qolunun uzunluğu 12.5 m olan CKT-40 kranını seçirik . Həmin kranın qolunun çıxımı l=18 m olduqda qarmağının qalxma hündürlüyü h=10.5 m və yük qaldırma qabilliyyəti GK-40 t olacaq. Bu gösdəricilər layihələndirilən aparatın CKT-40 kranı ilə quraşdırımasını təmin edir. Kranı elə yerləşdirmək lazımdır ki, onun qarmağının çıxımı mümkün qədər az olsun.



Yüklə 280,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin