Neft-mexanika fakültəsi



Yüklə 280,62 Kb.
səhifə1/7
tarix24.05.2023
ölçüsü280,62 Kb.
#121224
  1   2   3   4   5   6   7
elbeykursisi1.1


Azərbaycan Dövlət Neft VƏ SƏNAYE UNİVERSİTETİ


Neft-mexanika fakültəsi


«Sənaye maşınları» kafedrası
050638 – “Sənaye mühəndisliyi” ixtisası
Kurs: III
Qrup: 441.20
Fənn: “Avadanlıqların quraşdırılması və təmiri”

KURS LAYİHƏSİ



Mövzu: U-varı borulu gövdə-borulu istilikdəyişdiricinin quraşdırılması və təmiri texnologiyası


Tələbə: Kazımlı E.V.


Rəhbər: dos Hacıyeva L.S.


Kaf müdiri: t.ü.f.d., dos Aslanov C.N.


Norma nəzarətçisi: Abbasov N.M.



BAKI – 2023


REFERAT

"U-varı borulu gövdə-borulu istilikdəyişdiricinin quraşdırılması və təmiri texnologiyası" mövzusunda kurs işi 22 səhifə hesabat-izahat yazısından ibarətdir. Hesabat-izahat yazısına giriş, üç bölmə, nəticələr va istifada edilmiş ədəbiyyatların siyahısı daxildir.


Girişdə aparatın quraşdırma və təmir işlərinin müasir neft emalı va kimya müəssisələrində yeri qısa şərh edilmişdir.
Birinci bölmədə aparatın konusturuksiyasının təsviri və quraşdırılma xarakteristikası, quraşdırma meydançasının hazırlanması, aparatın quraşdırılma üçün hazırlanması və aparatın quraşdırılması qaydaları verilmişdir.
İkinci bölmə takelaj vasitələrinin, konkret olaraq, kranın seçilmasi və istilikdəyişdiricini qaldırmaq üçün bağlanma kanatının hesabı vasitəsinin seçilməsinə həsrolunmuşdur.
Üçüncü bölmədə istilikdəyişdiricinin təmiri və sınağı ilə əlaqəli qaydalar verilmişdir. Kurs işini yerinə yetirərkən alınmış nəticələr üzərində yekunda dayanılmışdır. Sonda isə istifadə olunmuş ədəbiyyatların siyahısı verilmişdi
MÜNDƏRİCAT

Giriş......……………………….....……………………………………………....5


1. Aparatın quraşdırılma üsulunun seçilməsi......…………..………………...…6
1.1.Aparatın konstruksiyasının təsviri və quraşdırılma xatakteristikası…...........6
1.2.Quraşdırma meydançasının hazırlanması....……………………………..….8
1.3.Aparatın quraşdırılma üçün hazırlanması..……………………………….....9
1.4.Aparatın quraşdırılması……………………………………………………...9
2. Takelaj tərtibatının hesabı və seçilməsi.……………………………………..11
2.1. Kranın seçilməsi.........………………………………………………….…11
2.2. Kanat asqısının hesabı və seçilməsi..…………. ………………………….11
2.3. Traversin hesabı və seçilməsi………………………………………….....13
2.4. Aparatı bağlamaq üçün kanatın hesabı və seçilməsi………………….….13
3. Aparatın təmir texnologiyası və sınağı..…………………………………….14
3.1. Aparata texniki xidmət və onun təmir.…………………………………...14
3.2. Aparatın sınağı..........………………………………………………….…..18
Nəticələr...................……………………………………………………….….19
Ədəbiyyat..................……………………………………………………….....20


GİRİŞ

Müasir neft-kimya zavodlarında istilikdəyişdirici aparatlar ən çox istismar olunan aparatlardandır biridir. İstilikdəyişdirici aparatlar texnoloji prosesi saxlayaraq, çıxan axınların istiliyinin regenerasiyasını təmin edir, bununla da yanacağın, buxarın, həmçinin soyuducu agentlərin (su, hava və s.) sərfini azaltmaq imkanı verir.


İstilikdəyişdirici aparatlar korrozion, toksiki, yüsək özlülü, yanğın və partlayış təhlükəli müxtəlif mühitlərdə istismar olunurlar. Onları 600°C temperatura və 16 MPa təzyiqə qədər şəraitlərdə istismar edilirlər.
Neft emalı və neft-kimya zavodlarının tikintisində quraşdırma işləri ümumi işlərin 40-50 %-ni təşkil edirlər. Quraşdırılan avadanlıqların ixtisaslaşdırılmış zavodlardakı hazırlanma dərəcəsinin yüksəldilməsi quraşdırma işlərinin yerinə yetirilmə müddətinin azaldılmasına, onların keyfiyyətinin yüksəldilməsinə və istismar zamanı avadanlığın etibarlılığının artırılmasına imkan verir. İstilikdəyişdiricilərin texnoloji təyinatını nəzərə almaq vacibdir.
İstilikdəyişdiricilərdə aparılan proseslərin xarakteri əhəmiyyətli dərəcədə onların konstruksiyasını təyin edir. Məsələn, buxarlandırıcılarda yaranmış buxarların tamamilə kənarlaşdırılmasını təmin etmək lazımdır: Əgər istilik mübadiləsi buxarların kondensləşməsi ilə müşayiət edilərsə, onda kondensatın istilik mübadiləsi səthindən kənarlaşdırılmasını nəzərdə tutmaq lazımdır.
Kurs işi U-varı borulu gövdə borulu istilikdəyişdiricinin quraşdırılması və təmiri texnologiyasının işlənməsinə həsr olunmuşdur. Gövdəborulu istilikdəyişdiricilərin bu konstruksiyasında boruların sərbəst uzanması təmin edilir, nəticədə temperatur gərginliklərinin yaranma ehtimalı aradan qaldırılır.
Bu cür aparatlar gövdə və bir ədəd boru şəbəkəsi ilə U-şəkilli borulardan ibarət olan boru dəstindən ibarətdir. Boru şəbəkəsi, paylayıcı kamera ilə birlikdə aparatın gövdəsinə flǝns vasitəsilə bağlanır. Borularla axan istilikdaşıyıcının girişi və çıxışını ayırmaq məqsədilə, paylayıcı kamerada arakəsmə nəzərdə tutulmuşdur.

5


Yüklə 280,62 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin