Naxçıvan Muxtar Respublikası nın Rabitə və Yeni Texnologiyalar



Yüklə 228,56 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix15.03.2017
ölçüsü228,56 Kb.
#11357
1   2

Xəbərlər şöbəsi

*    *    *

*    *    *

Sədərək Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni

icra başçısı Həbib İbrahimov açaraq məruzə ilə çıxış etmişdir. 

*    *    *

     Naxçıvan Muxtar Respubli ka -

sı Ekologiya və Təbii Sərvətlər Na-

zirliyində 2015-ci ilin birinci yarı-

sının  yekunlarına  həsr  olunmuş

kollegiya  iclasını  Ekologiya  və

Təbii Sərvətlər naziri Hafiz Yaqub -

ov açaraq məruzə ilə çıxış etmişdir. 

    Bildirilmişdir ki, 2015-ci ilin bi-

rinci  yarımilində  muxtar  respubli-

kada mövcud ekoloji vəziyyətin qo-

runması, ətraf mühitin mühafizəsi,

təbii resurslardan səmərəli istifadə

olunması məqsədilə dövlət ekologiya

siyasəti uğurla davam etdirilmiş, bu

sahənin inkişafı məqsədilə bir sıra

tədbirlər həyata keçirilmişdir. Belə

ki,  yaz  əkini  möv-

sümündə muxtar res-

publika  ərazisində,

ümumilikdə,  250

hektar  sahədə  me-

şəsalma və meşəbər-

pa tədbirləri davam

etdirilmiş, yeni mey-

və bağları salınmış-

dır.  Yaşıllaşdırma

tədbirlərində,  ümu-

milikdə,  217  min

ədəd  meşə,  meyvə  və  həmişəyaşıl

ağaclar əkilmişdir. Nazirlik tərəfin-

dən  43  hektar  sahədə  yeni  meşə

massivləri, yaşıllıq zolaqları, meyvə

bağları salınmış, 141,3 hektar sahədə

ting  və  toxumla  meşəbərpa  işləri

görülmüşdür. Meşəsalma, meşəbərpa

tədbirlərində və yeni meyvə bağla-

rının  salınmasında  155  min  ədəd

meşə  və  meyvə  tingləri,  1  tondan

çox meyvə toxumları əkilmişdir.  

    Vurğulanmışdır ki, muxtar res-

publika  ərazisində  aparılan  yaşıl-

laşdırma tədbirlərində meşə və mey-

və  tinginə,  həmişəyaşıl  ağaclara

olan tələbatın təmin edilməsi məq-

sədilə  nazirliyin  tingçilik  təsərrü-

fatları tərəfindən 7,5 hektar sahədə

toxum səpini, tingböyütmə sahələri

yaradılmış,  285  min  ədəddən  çox

əkinəyararlı  ting  yetişdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali

Məclisi Sədrinin 14 fevral 2012-ci

il tarixli Sərəncamı ilə təsdiq edilmiş

“2012-2015-ci  illərdə  Naxçıvan

Muxtar Respublikasında meyvəçi-

liyin və tərəvəzçiliyin inkişafı üzrə

Dövlət Pro qramı”na uyğun olaraq,

cari ilin birinci yarım ilində muxtar

respublika ərazisində 74 hektar sa-

hədə  meyvə  bağları  salınmış  və

bərpa edilmişdir.

    Nazir qeyd etmişdir ki, ilin ilk

6 ayında qanunsuz ov edilməsinə

qarşı mübarizə aparılması məqsədilə

aidiyyəti  orqanlarla  birlikdə  yox-

lama-reydlər keçirilmiş, Azərbaycan

Respublikası İnzibati Xətalar Mə-

cəlləsinə  uyğun  olaraq  tədbirlər

görülmüşdür. 

    İclasda işdə buraxılan nöqsanlara

da toxunulmuş, onların aradan qal-

dırılması  istiqamətində  tapşırıqlar

verilmişdir.



Muxtar respublikanın nazirlik, komitə və təşkilatlarında 

cari ilin ilk 6 ayının yekunları müzakirə edilir

*    *    *



    Bu  gün  ölkəmizdə  təhsil  sahə-

sində dövlət siyasətinin əsasını təh-

silin uzunmüddətli dövr üçün əsas

inkişaf istiqamətlərini müəyyən edən

milli  təhsil  konsepsiyası  və  təhsil

sisteminin  inkişafını  nəzərdə  tutan

dövlət proqramları təşkil edir. Müasir

konsepsiya və proqramların əsas tə-

ləblərindən biri də milli-mənəvi və

ümumbəşəri dəyərlərə dərindən yi-

yələnən,  onları  qoruyan  və  inkişaf

etdirən,  geniş  dünyagörüşə  malik

olan,  təşəbbüs  və  yenilikləri  qiy-

mətləndirməyi bacaran, təhsil aldığı

ixtisas üzrə nəzəri və praktik biliklərə

tamamilə  sahiblənən,  yenilikçi  tə-

fəkkürlü mütəxəssislər hazırlanma-

sıdır. Odur ki, muxtar respublikada

bu  sahəyə  xüsusi  diqqət  yetirilir,

təhsilimizin möhkəm təməllər üzə-

rində qurulmasına şərait yaradılır.

    Təhsilsiz  insan  cilasız  aynaya

bənzər, təhsilli isə öz azadlığını özü

təmin edər. Yaxşı təhsil almış övlad

yetişdirmək, o övladı hər hansı bir

sahədə  uğur  qazanan  biri  kimi  cə-

miyyətin ən ali təbəqələrindən birində

görmək hər bir valideynin ən böyük

arzusudur. Təbii  ki,  dövrün  və  za-

manın tələbləri hər bir gəncin təh-

silinə öz müsbət və ya mənfi təsirini

göstərir. Dünyanın bəzi ölkələrində

yaxşı təhsil almaq üçün yaxşı maddi

vəziyyət,  bəzi  ölkələrində  yaxşı

şərait tələb olunur. Uşaqların maddi

çətinliklər,  yararsız  infrastruktur

üzündən məktəbə gedə bilmədikləri

ölkələr də var.Vaxtilə bu fikirlər bi-

zim  təhsilimiz  üçün  də  deyilib.

Ancaq ötən əsrin doxsanıncı illərinin

ortalarından başlayaraq hər şey də-

yişilib.  Gündən-günə  qüdrətlənən

dövlətimiz elm, bilik arxasınca gedən

hər  bir  şagirdin,  yeniyetmənin  və

tələbənin qarşılaşdığı hər bir çətin-

likdə  onun  yanında  olub.  İndi  kə-

nardan  universiteti  xatırladan  orta

məktəblərimiz də var, təhsilin key-

fiyyətində  başlıca  amillərdən  olan

ən  müasir  texnologiyalar  da.  Nax-

çıvan şəhərindən tutmuş ucqar dağ

kəndlərinə  qədər  hər  bir  yaşayış

məntəqəsi  təhsil  quruculuğu  sahə-

sində həyata keçirilən tədbirlərdən

bəhrələnib. Şərur rayonunda son il-

lərdə bu sahədə görülən işlərin miq-

yası buna əsaslı sübutdur.

    Beləliklə,  Şərur  təhsilinə  doğru

açılan pəncərədən keçmişə boylanıb

bu günün qapılarını açırıq. Sonsuz

bir  maraqla  “Bu  günümüzdə  nələr

var?”– deyib yolumuzu rayonun ge-

niş, işıqlı siniflərlə, ən müasir ava-

danlıqlarla təchiz edilən məktəblə-

rindən salır, təhsil işçiləri ilə, qoca-

man  və  gənc  pedaqoqlarla  rayon

təhsilinin indiki vəziyyəti, perspek-

tivlər,  vəzifələr  haqda  söhbət  açır,

müəllim  fikrinin,  müəllim  düşün-

cəsinin işıq saldığı məsələləri mü-

zakirə edirik.

   Uzun illər uşaqlara elmin sirlərini

öyrədən  Muğanlı  kənd  tam  orta

məktəbinin  direktoru,  Azərbaycan

Respublikasının Əməkdar müəllimi

İsa  Hüseynovla  söhbət  zamanı  öz

təcrübəsindən yola çıxaraq deyir ki,

səriştəli,  peşəkar  pedaqoq  olmaq

üçün  müntəzəm  axtarışda  olmaq,

oxumaq,  öyrənmək  lazımdır.  Hər

bir təhsil işçisi, müəllim yadda sax-

lamalıdır ki, insana xas olan qüsur-

ların  ən  pisi  qeyri-peşəkarlıqdır.

Müəllim elə bir insan – mütəxəssis

olmalıdır ki, uşaqlar, gənclər ondan

öyrənməyə  can  atsınlar.  Təsadüfi

deyil ki, xalq belə bir deyim forma-

laşdırıb:  “Müəllim  o  kəs  deyil  ki,

öyrədir, o kəsdir ki, ondan öyrənir-

lər”.  Burada  bilik,  bacarıq,  peşə-

karlıqla yanaşı, etik normalara riayət

edilməsi  nəticəsində  formalaşan

müəllim nüfuzunun da böyük rolu

vardır.  Sevindirici  haldır  ki,  rayon

təhsili  üçün  intibah  dövrü  sayılan

son 20 ildə Şərur məktəblərində tə-

lim-tərbiyəsi etibar olunan uşaqların

gələcək taleyi üçün yüksək mənəvi

məsuliyyət nümayiş etdirən müəllim

təbəqəsi formalaşıb. Bunun əsas sə-

bəblərindən biri də müəllim əməyinə

dövlətimiz tərəfindən verilən yüksək

qiymətdir.

    Son illərdə Şərur rayonunda 35

yeni məktəb binası tikilib və yaxud

əsaslı  təmir  olunduqdan  sonra  şa-

girdlərin istifadəsinə verilib. Təkcə

2014-2015-ci tədris ilində 198 şagird

yerlik  Axura,  198  yerlik  Dizə,  88

yerlik Diyadin məktəbləri üçün bi-

nalar tikilərək şagirdlərin ixtiyarına

verilib.  Cəlilkənd  tam  orta  məktə-

binin  binasında  əsaslı  təmir  işləri

aparılıb. Rayonun Kürkənd məktəbi

də öz qapılarını müəllim və şagird-

lərin üzünə açıb. Bu gün rayon mək-

təblərində  793  kompüter  işlək  və-

ziyyətdədir  və  onlardan  642-si  in-

ternetə  qoşulub.  Məktəblərdə  127

elektron lövhə quraşdırılıb. Bu tədris

ilində məktəb kitabxanalarına 4200

bədii ədəbiyyat verilib. Bütün bunlar

qazanılan nailiyyətlərin təməlini ya-

radan işlərdir.

    Ümumtəhsil məktəblərinin mad-

di-texniki bazasının gücləndirilməsi

və  həyata  keçirilən  digər  tədbirlər

təhsilin səmərə və keyfiyyətinin yax-

şılaşdırılmasına öz təsirini göstərir.

Belə ki, 2015-ci ildə tam orta mək-

təbləri bitirən 664 nəfərdən 3 nəfəri

qızıl  medala,  2  nəfəri  isə  gümüş

medala  layiq  görülüb.  Ali  və  orta

ixtisas  məktəblərinə  sənəd  verən

məzunların  sayı  bu  il  508  nəfərə

çatıb  ki,  bu  da  ümumi  məzunların

76,5 faizini təşkil edir. Aparılan təh-

lillər onu deməyə əsas verir ki, təhsil

sahəsində nəticələr ötən ildəkindən

daha da sevindiricidir. Rayon üzrə

yüksək nəticə göstərən 47 nəfər mə-

zundan  13  nəfəri  I  qrup  üzrə,  9

nəfəri  IV  qrup,  5  nəfəri  II  qrup,

20  nəfəri  isə  III  qrup  üzrə  yüksək

bal  toplayıblar.  Sevindirici  haldır

ki, I qrup üzrə Zeyvə kənd tam orta

məktəbinin  məzunu  Əli  Allahver-

diyev 700 bal toplayaraq ölkə üzrə

rekord  nəticə  əldə  edib.  III  qrup

üzrə Kürkənd tam orta məktəbinin

məzunu Təranə İsmayılova 692 bal,

IV qrup üzrə Alışar kənd tam orta

məktəbinin məzunu Elşən Cəfərov

686 bal toplayaraq Azərbaycan üzrə

ən yüksək nəticə əldə edən məzunlar

sırasında yer tutublar. 

    Şagirdlərin vətənpərvərlik ruhun-

da tərbiyə olunmasına ciddi diqqət

yetirilir. Çünki bu günün gənci bil-

məlidir ki, Vətən bizə ata-baba əma-

nətidir. Onu qorumaq da bizim və-

zifəmizdir. Bu məqsədlə məktəblərdə

ənənəvi olaraq keçirilən “Cəsurlar”,

“Şahin”,  “Sərhəd”  hərbi-idman  və

turizm oyunlarında məktəblilər fəal

iştirak edirlər. Bu gün tam orta mək-

təblərin  pedaqoji  kollektivlərinin

qarşısında gənc nəslin hərbi-vətən-

pərvərlik ruhunda tərbiyəsi sahəsində

məsul  və  təxirəsalınmaz  vəzifələr

qoyulması heç də təsadüfi deyildir.

Bu  sahədə  Şərur  rayonunun  mək-

təblərində toplanan qabaqcıl təcrübə

hərbi-vətənpərvərlik tərbiyəsini daha

məzmunlu və məqsədəuyğun şəkildə

aparmağa imkan verir. Rayonun pe-

daqoji kollektivləri hərbi-vətənpər-

vərlik tərbiyəsinin forma və üsulla-

rından istifadə etməklə ona nail ol-

mağa çalışırlar ki, həqiqi vətənpər-

vərliyin məzmununu şagirdlər düz-

gün dərk edə bilsinlər.

    Fiziki  tərbiyə  və  idman  dövlət

üçün mühüm əhəmiyyət kəsb edən

məsələlərdən biridir. Bu gün muxtar

respublikanın bütün bölgələri kimi,

Şərur  rayonunda  da  yeniyetmə  və

gənclərin  idmanla  məşğul  olması

üçün əlverişli şərait yaradılıb, şagird

və tələbələr arasında idmanın müx-

təlif  növlərinə  maraq  xeyli  artıb.

Hazırda  rayonun  bütün  məktəblə-

rində  şahmat  fənni  tədris  olunur.

Ötən müddət ərzində aparılan mü-

şahidə və təhlillər göstərib ki, şahmat

fənninin  tədrisi  şagirdlərin  böyük

marağına səbəb olmaqla, onların id-

raki fəallığını xeyli artırır, düşünmə

qabiliyyətlərini  gücləndirir.  Bütün

bunların nəticəsində şagirdlərin digər

fənlər üzrə göstəriciləri də nəzərə-

çarpacaq dərəcədə yüksəlib. Fənnin

tədrisi sahəsində qazanılan uğurlar

şahmat  təliminin  daha  yüksək  sə-

viyyədə davam etdirilməsinə və şah-

matın  əhatə  dairəsinin  genişləndi-

rilməsinə etibarlı zəmin yaradır. 

    Ulu  öndərimiz  Heydər  Əliyev

deyirdi:  “Asudə  vaxt  problemdir,

bunun həll edilməsi ailə və şəxsiy-

yətin, kollektivin və bütövlükdə cə-

miyyətin mənəvi sağlamlığını möh-

kəmləndirməyə  kömək  edir”.  Bu

baxımdan məktəblilərin asudə vax-

tının düzgün qurulmasında məktəb-

dənkənar təhsil müəssisələrinin bö-

yük  rolu  vardır.  Rayon  Təhsil  Şö-

bəsinin nəzdində 6 məktəbdənkənar

müəssisə  – Uşaq-gənclər  idman

məktəbi,  Texniki  Yaradıcılıq  Mər-

kəzi, Ekoloji Tərbiyə Mərkəzi, Uşaq-

gənclər şahmat məktəbi, Turist-Di-

yarşünaslıq Mərkəzi, Uşaq-Gənclər

Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir,

məktəblilərin asudə vaxtının səmərəli

təşkilinə öz töhfələrini verirlər. 

    “Ekoloji  biliklərin  mənimsənil-

məsi də uşaqlara təbiəti daha yaxşı

tanımalarında və sevmələrində, ətraf

mühiti qorumalarında və beləliklə,

gələcəkdə baş verə biləcək ekoloji

təhlükələrin qarşısının alınmasında

kömək edəcəkdir”. Bunu rayon Eko-

loji  Tərbiyə  Mərkəzinin  direktoru

Vaqif Cabbarov deyir. Onun Şərur

rayonunda təhsilin inkişafı ilə bağlı

dediklərindən: – Son 20 ildə muxtar

respublikada,  eləcə  də  Şərur  rayo-

nunda  təhsilin  keyfiyyətlə  həyata

keçirilməsi üçün yeni məktəb binaları

tikilib, zəruri infrastruktur yaradılıb.

Onu da deyim ki, istedadlı uşaqlar

üçün  inkişafetdirici  proqramların

tətbiqinə  başlanılması  rayon  təhsi-

lində  yeni  bir  mərhələnin  əsasını

qoyub. Rayon məktəblərində elektron

təhsilin tətbiqi əhəmiyyətli şəkildə

genişləndirilib, müəllim və şagirdlər

üçün  virtual  öyrənmə  mühiti  for-

malaşdırılıb.  Sözsüz  ki,  bütün  bu

amillər, son nəticədə, rayonda təhsilin

inkişafına xidmət edir. Məktəblilərə

bu fikirlər aşılanır ki, dövlətimiz tə-

rəfindən çəkilən xərclər o məqsədi

daşıyır  ki,  sabah  gənclərimiz  döv-

lətimiz və cəmiyyətimiz üçün faydalı

insanlar olsunlar. 

    Şərurda təhsilin inkişafı ilə bağlı

rayon  Təhsil  Şöbəsinin  əməkdaşı,

şair-publisist İbrahim Yusifoğlu deyir

ki, məktəbli və müəllimlər üçün ra-

hat,  işıqlı  siniflər,  fənn  kabinələri

yaradılıb.  Ən  yeni  texnologiyalar

bilik  öyrədənlərin  və  öyrənənlərin

ixtiyarına verilib. Şagirdlərə isti və

işıqlı siniflərdə dərs keçilir. Uçuq-

sökük, qaranlıq, qapı-pəncərəsi qırıq,

soyuq və şəraitsiz məktəblərdən, bu

məktəblərə aparan palçıqlı yollardan

əsər-əlamət qalmayıb. Bütün bunların

qarşılığında isə zəif oxumağa uşaq-

ların mənəvi haqqı yoxdur. Ona görə

də bu günün məktəblisi öz üzərində

səylə çalışmalı, oxumalı, öyrənmə-

lidir. Vaxtilə milli maarifçilik hərə-

katının  öncülləri  olan  Abbasqulu

ağa Bakıxanov, Mirzə Fətəli Axund -

zadə,  Həsən  bəy  Zərdabi,  Seyid

Əzim  Şirvani,  Mirzə  Şəfi  Vazeh,

Cəlil Məmmədquluzadə, Ömər Faiq

Nemanzadə,  Mirzə  Ələkbər  Sabir,

Abbas Səhhət, Məhəmməd Tağı Sid-

qi,  Firidun  bəy  Köçərli  və  digər

görkəmli  şəxsiyyətlərin  insanların

təhsil  almasında  gördükləri  işlər,

çəkdikləri əziyyətlər əsl fədakarlıq

və vətənpərvərlik nümunəsidir. Mux-

tar respublikada, eləcə də Şərur ra-

yonunda təhsil sahəsində qazanılan

nailiyyətlər  bir  daha  göstərir  ki,  o

fədakarlıqlar indi də davam etdirilir.

İndi bu fədakarlıqlar təkcə ayrı-ayrı

şəxslər tərəfindən deyil, dövlətimiz,

təhsilimizin qayğısına qalan rəhbə-

rimiz tərəfindən edilir. Bu da gələ-

cəyimizin daha etibarlı əllərdə ola-

cağına  əminlik  yaradır,  daha  xoş

sabahlara təminat verir.



    Müdriklərimiz  deyiblər  ki,  elm  və  bilik  öyrənməyə  tələs.  Çünki

bunlar  əldən  heç  bir  zaman  çıxmayan  miras,  bezilməyən  yoldaş,

insanın bəzəyi və hər bir kəsin bütün ömürboyu möhtac olduğu də-

yərlərdir.  Bu iki dəyəri əldə etməyin yolu isə təhsildən keçir. 

“Əgər düzgün fikri tez-tez təkrar etsən, o, öz təsir gücünü itirər”, –

deyirlər. Ancaq  Şərur  rayonunda  təhsilin  inkişafına  göstərilən  dövlət

qayğısını, əldə olunan uğurları, təhsil işçilərinin fədakarlığını gördükdən

sonra, necə deyərlər, bu fikirlə razılaşa bilmirəm. Rayonda  gördüklərimdən

sonra məndə “Gələcəyimiz etibarlı əllərdədir, parlaqdır, işıqlıdır” fikri

formalaşıb. Bu fikri isə nə qədər  təkrar etsəm, öz təsirini itirə bilməz.

Çünki  fikirlərimin  arxasında  konkret  faktlar,  təhsilimizi  intibaha  qo-

vuşduran addımlar, ucqar dağ kəndlərimizdəki möhtəşəm məktəb bina-

larının timsalında əzmkarlıq nümunələri dayanır. 

-

Səbuhi HÜSEYNOV



Yazı “Naxçıvan: müstəqillik illərində” gənclər 

arasında yaradıcılıq müsabiqəsinə təqdim olunmaq üçündür

3

    Naxçıvan  Muxtar  Respublikası

tərkib  hissəsi  olduğu  Azərbaycan

Respublikası ilə quru sərhədə malik

deyil. Ermənistan tərəfindən əhatə

olunan muxtar respublika 1990-cı

ildə Sovet İttifaqından ayrılmışdır. 

    Bura səfər etmək üçün çətin yer

kimi  görünə  bilər.  Ermənistan  və

Azərbaycan  arasında  diplomatik

əlaqələrin olmaması səbəbindən Er-

mənistandan bura səfər etmək müm-

kün deyil. Siz Naxçıvana Bakıdan

təyyarə ilə, yaxud İran və Türkiyə-

dən  keçməklə  avtobus  vasitəsilə

gələ  bilərsiniz.  Bura  səfər  etmək

bir  az  səy  tələb  edir.  Lakin  əmin

olun ki, burada görməli yerlər çox-

dur. “Vice” jurnalı Naxçıvanı Azər-

baycanın paytaxtı istisna olmaqla,

digər  bölgələrlə  müqayisədə  tex-

noloji cəhətdən daha müasir surətdə

inkişaf etdiyinə görə “Qafqaz dağ-

larının San-Fransiskosu” adlandır-

mışdır. Buraya səfər edən xarici tu-

ristlər  macəra  istəyən  hər  kəsin

Naxçıvana  səfər  etməli  olduğunu

qeyd etmişlər.

    Qədim  dövrlərdən  bəri  Böyük

İpək  Yolunun  üzərində  yerləşmiş

Naxçıvan regionun iqtisadi və mə-

dəni baxımdan inkişaf etmiş nüfuzlu

bölgəsi  olmuşdur.  Yunan  coğrafi-

yaçısı Ptolomey yazır ki, “Naksua-

na” (Naxçıvan) böyük ölkənin pay-

taxtıdır. Daha sonra buraya səyahət

edənlər şəhərin gözəlliyini, zəngin-

liyini, qalaların möhtəşəmliyini təs-

vir edərkən, buranın Çingiz xan tə-

rəfindən istilasını da qeyd edirdilər. 

    Coğrafi  mövqeyinə  görə  orta

əsrlərdə də Naxçıvanda ticarət in-

kişaf  etmişdir.  Buradakı  şəhərlər

öz  bacarıqlı  sənətkarları,  xüsusilə

dulusçuları, zərgərləri və şüşə qab

düzəldən ustaları, eləcə də səsli və

simli musiqi alətləri, çox gözəl xal-

çalar,  ipək  parçalar  və  mis  qablar

da istehsal edən ustaları ilə tanın-

mışdır.  Qeyd  olunan  məhsulların

dünyanın müxtəlif ölkələrinə apa-

rıldığı, hətta bu malların İtaliya və

Çin  kimi  ölkələrdə  mükafatlara

layiq görüldüyü qeyd olunmuşdur. 

    Sovet İttifaqının süqutundan sonra

Ermənistan-Azərbaycan münaqişəsi

səbəbindən 1990-cı illərin əvvəllə-

rində  blokada  vəziyyətinə  düşmüş

Naxçıvan 4 il ərzində ticari böhran

yaşamışdır.  Lakin  daxili  investisi-

yanın  inkişafı  nəticəsində  burada

ümumi  daxili  məhsul  48  dəfə  art-

mışdır. Hazırda Naxçıvanda süd, ət,

buğda, yumurta və yun məmulatları

daxil olmaqla, 336 adda məhsul is-

tehsal olunur və Naxçıvan öz ərzaq

təhlükəsizliyini tam təmin edə bilir. 

    Naxçıvan Azərbaycanın qida pay-

taxtı  olma  iddiasındadır.  Əslində,

özünü ərzaqla təminetmə addımları

təbii və yerli istehsal maraqları ilə

də  xarakterizə  edilir.  Bələdçimin

mənə  dediyi  kimi,  “qida  olmadan

mədəniyyət  natamamdır”.  Xalqın

kimliyini  bilmək  üçün  onun  mət-

bəxini tanımalısan. Burada hər növ

təzə və dadlı meyvə-tərəvəzlər vardır.

Azərbaycanın  digər  bölgələrindən

gələn  insanlar  böyük  xoşbəxtliklə

buradakı ət və balın dadından danı-

şırlar və bu məhsullardan dadmaq

üçün  təyyarə  ilə  buraya  gəlirlər.

Naxçıvanda təmiz və içməli su mən-

bələri  vardır.  Dağların  qoynundan

süzülüb gələn bu sulardan yerli araq-

ların istehsalında da istifadə olunur.

Yerli əhali bu sularda yuyunmanın

insan sağlamlığı üçün yararlı oldu-

ğuna inanır. Bakıdan gələn qonaqlar

qayıdarkən  çantalarında  özləri  ilə

bu sulardan aparırlar. 

Naxçıvanda harda 

qalmaq olar 

    Siz Duzdağ Hotelində təmiz və

sakit bir otaqda gözəl gecələr keçirə

bilərsiniz.  Naxçıvanda  hotellərin

qiymətlərinin ölkənin digər yerləri

ilə müqayisədə fərqli olmasına bax-

mayaraq, buradakı suit otaqlar xü-

susilə valehedici təsirə malikdir. 



Naxçıvana necə

gəlmək olar

    Azərbaycan Hava Yollarının Pe-

kindən, Çin Cənub Hava Yollarının

isə  Urumçidən  Azərbaycanın  də-

nizkənarı paytaxtı Bakıya birbaşa

təyyarə reysi vardır. Həmçinin sizin

Moskvadan  buraya  uçmaq  imka-

nınız da vardır. Ölkə daxilində sə-

yahət etmək və Naxçıvana getmək

üçün siz daxili təyyarə reyslərindən

istifadə edə bilərsiniz. Əgər kiçik

büdcə ilə səyahət edirsinizsə, ümu-

miyyətlə, taksi xidməti daha əlve-

rişlidir.  Qeyd  olunanlarla  yanaşı,

ərazidə  avtobuslardan  və  dəmir

yolu nəqliyyatından da istifadə et-

mək olar.

    Çin  vətəndaşlarından Azərbay-

cana səfər etmələri üçün viza tələb

olunmur. Turist kimi siz Azərbay-

cana  səfər  edə  və  burada  90  gün

müddətində qala bilərsiniz.



    “TRAVELPLUS.CN”  beynəlxalq  turizm  jurnalı  dünyanın  bir  çox

ölkəsində  nəşr  olunur.  760  min  tirajla  çap  olunan  bu  jurnal  ən  çox

satılan nəşrlərdən biridir. Jurnalın növbəti nömrəsində ingilis jurnalistlər

Sofiye İbbotson və Maks Lovell-Hoarenin Naxçıvan barədə məqaləsini

(www.travelandleisurechina.com/index.yl)  qəzetimizin  oxucularına

təqdim edirik.

4

    

Yay  mövsümünü  Şahbuz,  Şərur,  Culfa  və  Or-

dubad yaylaqlarında keçirən heyvandarlara, onların

ailələrinə səhiyyə xidmətinin təşkili üçün Naxçıvan

Muxtar Respublikası Səhiyyə Nazirliyi xüsusi həkim

briqadaları yaratmış, həmin briqadaların mövsüm

ərzində daim yaylaqlara getməsi, burada müvəqqəti

yaşayan əhalinin sağlamlığının qorunmasına xidmət

etməsi təmin olunmuşdur. 

    Obalarda yaşayan sakinlərin zəruri dərman həbləri,

sarğı  materialları  ilə  təminatı,  səhiyyə  maarifi  işi

aparılması, mövsümi xəstəliklər, günvurma, ilan və

əqrəbçalmaları, yaralanma zamanı ilk yardım barədə

tibbi  məsləhətlər  verilməsi  də  diqqətdə  saxlanılan

məsələlərdəndir. 

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirli-

yinin  çoxprofilli  həkim  briqadası  cari  il  üçün  iş

planına uyğun olaraq Şahbuz rayonundakı Batabat

yaylağındakı heyvandarlara baş çəkmişdir. Bu yerlərin

etibarlı müdafiəsi, sərin havası, buz bulaqları, zəngin

bitki örtüyü heyvandarlıq üçün əlverişli olduğundan

buradakı obaların sayı ildən-ilə artır. Hazırda təkcə

“Qaraçuq” yaylağında 6 oba məskən salıb. Onların

öhdəsində 4,3 min başdan çox qoyun-quzu var. Ça-

dırlarda fermer və çobanlarla yanaşı, onların 11 ailə

üzvü yaşayır. 

    Həkim briqadası tərəfindən onların hamısı profi-

laktik  tibbi  müayinəyə  cəlb  olunmuş,  ilkin  tibbi

yardım üçün dərmanlar paylanmışdır. Yaylaqda arana

nisbətən  havaların  sərin  keçməsi  səbəbindən  oba-

lardakı  azyaşlı  uşaqların  bir  qismində  qulaqağrısı

və yuxarı tənəffüs yollarının patologiyası müşahidə

olunmuş,  onların  müalicəsi  ilə  bağlı  dərmanlar

verilmişdir. 

    Obalarda  müayinələr  mövsüm  boyu  davam  et-

diriləcəkdir. Nazirliyin çoxprofilli həkim briqadası

ötən  şənbə  Şahbuz  rayonunun  Biçənək  kəndində

də olmuş, həkim ambulatoriyasında əhalini profilaktik

müayinələrdən keçirmişdir. Yüksəkixtisaslı həkim-

lərdən  ibarət  briqada  kənd  ambulatoriyasının  tibb

işçilərinin də fəal iştirakı ilə gün ərzində 22 terapevtik,

27  pediatrik,  14  ginekoloji,  12  cərrahi  müayinə

aparmışdır. Aşkar olunan xəstələrin müvafiq səhiyyə

müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi

məsləhət  görülmüş,  onlara  ambulator  kartlar  açıl-

mışdır.  Üç  nəfərdə  hipertoniya,  1  nəfərdə  xroniki

beyin qan dövranı çatışmazlığı, 1 uşaqda anemiya,

1  uşaqda  revmatizm  aşkar  edildiyindən  dispanser

qeydiyyatına götürülmüş, kənd üzrə dispanser qey-

diyyatında duran xroniki xəstələrin sayı dəqiqləş-

dirilmişdir.  Əhali  arasında  ürək-damar,  yoluxucu,

dəri-zöhrəvi,  şəkərli  diabet,  onkoloji,  vərəm,  göz,

ginekoloji xəstəliklər, günvurma, ilançalma, əqrəb-

sancma zamanı ilkin tibbi xidmət, uşaqların düzgün

qidalanması barədə səhiyyə maarifi işləri aparılmış,

xəstəliklərin profilaktikası ilə bağlı tibbi məsləhətlər

verilmişdir. 

    Ötən şənbə günü Əziz Əliyev adına Naxçıvan

Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının

pediatr, oftalmoloq, stomatoloq, nevropatoloq, en-

dokrinoloq və laborantlardan ibarət həkim briqadası

isə Culfa rayonunun Gülüstan kəndində uşaqlara

profilaktik tibbi xidmət göstərmişdir. Briqada 18

yaşadək  olan  53  nəfəri  profilaktik  müayinədən

keçirmiş, 50 valideynlə səhiyyə maarifi işi apar-

mışdır. Dispanserizasiya işinin düzgün təşkili, pey-

vəndlərin təqvim üzrə aparılması, tibbi sənədləş-

mənin  həyata  keçirilməsi  üçün  həkim  ambu -

latoriyasının  tibb  bacılarına  metodik  məsləhətlər

verilmişdir. Xəstələr pulsuz dərman və sarğı ma-

terialları ilə təmin olunmuşlar. 

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti

    Naxçıvan dağlarının ovcunda onlarla gül-

lü-çiçəkli, buz bulaqlı, xalı çəmənli yurd yer-

lərimiz var. Onlardan biri də Batabat yaylağıdır.

Bu yaylağın çal-çağırını, növrağını neçə illər

fitnə-fəsadlı  ermənilərin  işğalçılıq  planları

pozsa da, indi gözəlliklər oylağı olan bu yurd

yerinin qonaq-qarası kimi, obaları da çoxalıb.

Dağları mehman qəbul edən bu yurd yerinin

hər  guşəsi  bir  obanın  məskənidir.  Dağın  o

üzündə qurd kimi məqam gözləyən düşmən-

lərimizdən nə qorxan var, nə də onları düşünən

var. Çünki milli ordumuzun əsgərləri səngər-

lərimizdə gecə-gündüz ayıq-sayıq keşik çəkirlər.

İqtisadi qüdrəti artan dövlətimizin hərbi qüdrəti

qarşısında yenildiyini hiss edən erməni də Ba-

tabat aşırımının o üzündə bəlkə yenə də qan

tökmək üçün fürsət axtarsa da, qınına çəkilməyə

məcbur  olub.  Batabat  yaylağında  oba  quran

sədərəkli, kəngərlili, şərurlu, culfalı, şahbuzlu

heyvandarlar, çobanlar, naxırçılar, sahmançılar

buz bulaqların başında çadırlar qurur, kənd tə-

sərrüfatının  inkişafına  öz  töhfələrini  verirlər.

Bu obalarda yayın ilk ayından – iyun ayından

məskən  salanlar  ta  sentyabr  ayına  kimi  bu

yurd yerinin gözəllikləri ilə nəfəs alır, təbiətin

əsrarəngiz mənzərəsinin hər anının şahidi olur,

otlaqlarda bəslənən qoyun-quzudan bol məhsul

götürürlər. “Əyri qar”ın başından sübhün gözü

açılar-açılmaz boylanan Günəşin şəfəqlərindən,

yolların  kənarlarında  insan  oğluna  gəl-gəl

deyən güllərin, çiçəklərin qönçə dodağının tə-

bəssümündən, bulaqların zümzüməsindən, göl-

lərin qırçın ləpələrinin təranəsindən pay alan

bu zəhmət adamları el varını göz bəbəyi kimi

qoruyurlar. İndi qonaq-qarası çoxdur Batabatın.

Sıldırım  dağların  bircə  aşırım  o  tərəfindəki

düşmənin  varlığı  belə,  əvvəllər  olduğundan

fərqli olaraq indi heç kəsin yadına düşmür. Bu

yerlərin,  obaların  gözəlliyinə  qənim  kəsilən

qurd xislətli qarı düşmənə Batabatın belə çal-

çağırlı günləri də gözdağıdır. 

    Ömrünü obada, ormanda keçirən bir el çobanı

öz xatirələrini danışaraq keçmişlərdəki oba gün-

lərini yada saldı. Bildirdi ki, illər öncə obaların

sakinləri üçün yaylaqlarda şənliklər keçirilərdi.

“Nəbi səngəri”ndə, “Fərhad evi”ndə əks-səda

verib  dağlara  yayılan  cəngi  sədasından  sonra

nağara, qara zurna və sazın səsindən dağlar, də-

rələr elə bil azmanlaşar, çiçəklər bir az da gö-

zəlləşər, təbiət sanki cilvələnərdi. Mədəniyyət

işçiləri maraqlı konsert proqramı ilə çıxış etmə -

mişdən  bir  gün  əvvəl  obaya  xəbər  yayılardı.

Ehey..! Xançoban, Bəyçoban haradasınız? Oba-

lara, oymaqlara xəbər verin. Görüşümüzə gələn

olacaq. Qaraca Çobanın çoban dədəsinin səsi

ətrafa yayılardı. “Duman, gəl, get bu dağlardan”

adlı el şənlikləri çox maraqlı çal-çağırla başlayar,

biz çobanlar da rəqs edər, sağıcılar, sahmançılarla

bir yerdə günümüzü istədiyimiz kimi keçirərdik.

Elə həmin illərdə keçirilən belə şənliklərdə “Al-

çalı”  bulaqda,  “Ərikli”nin  dolaylarında,

“Turşsu”da, “Qara yoxuş”da qədim türk yay-

laqlarında erməni çobanları da bizə qoşulardılar.

Nə bilərdik ki, onlar bizim qonaqpərvərliyimizdən

istifadə edib isti aşımıza su qatacaqlar. Ancaq

atalarımız  demişkən,  qonşuya  quyu  qazanın

özü düşər. Onlar da əməllərinin cəzalarını bu

gün yoxsulluqla, səfalətlə, aclıqla çəkirlər. Bizsə,

yenə yurdumuzun sahibi və sakinləriyik. Çünki

ulu öndər Heydər Əliyev elə bir dövlət qurub

ki, onu hər istəyən yıxa bilməz. Naxçıvanda da

onun  qüdrəti  ilə  bir  qarış  yurd  yerinə  belə

murdar erməni ayağı dəymədi. Sərhəd kənd -

lərimiz inkişaf etdi, sərhədlərimiz göz bəbəyi

kimi qorundu. Bu, indi də belədir. Ona görə

biz arın-arxayın elin var-dövlətini bu yaylaqlara

gətirir və bir neçə ay ərzində ürəyimiz istəyən

qədər yağ, süd, pendir, ət istehsal edə bilirik.

Mal-qaramız  da  ki  həm  sağlam,  həm  də

gümrah olur…

    Ağsaqqalla  söhbətim  zamanı  elə  bildim

qulağıma qara zurnada çalınan çoban bayatı-

sının sədaları gəldi. Xatırladım ki, ötən illərdə

bura gəldiyim zaman oba-

ların birinin qənşərində bir

gənc  rəssamla  rastlaşmış-

dım. O, əlindəki rəngli qə-

ləmlərlə bir əlçim kağızda

nəsə  çəkirdi.  Gördüm  ki,

kiçik kağız parçasından qar-

tal baxışlı, dağ vüqarlı və

əlində avtomat olan bir gənc

rəsmdə  sanki  mənə  sarı

boylanır. Elə bil ki, əlisilahlı

bu oğlan gözlərini dağların

gədiklərinə zilləmişdi. Onda

qeyri-ixtiyari mən də çev-

rilib o dağlara baxmışdım.

Elə  bu  vaxt  gənc  rəssam

demişdi  ki,  qorxmayın,  o

gədiklərdə indi şəkildə gör-

düyünüz kimi əlisilahlı əs-

gərlərimiz durublar. Gecə-

gündüz səngərlərimizi qo-

ruyur, sinələrini Vətən tor-

pağına sipər edirlər.  

    Nədən bunu xatırladım, bilmirəm. Amma

inandığım  o  idi  ki,  indi  Şahbuz  rayonunun

dağlarında 40-a yaxın obanın olması, el varının

o dağlara qaldırılması səngərlərimizin möhkəm

qorunmasından, yağı düşmənin öz qınından

çıxa bilməməsindən xəbər verən amildir. 

     Qısa  zamanda  da  olsa,  ulu  öndər  Heydər

Əliyevin yurdumuza gəlişinə kimi güllə səslə-

rindən diksinən yaylaqlarımızın gözəlliklərinə

“kənardan” baxmağa məcbur olmuşduq. Gözü

yollarda qalan dağların qonaq-qarasının ayağı

bu yerlərdən kəsilmişdi. Hələ burnu ovulmayan

düşmənin əl-ayaq açdığı o günlərdə qurbanlar

da  verdik,  şəhidlərimiz  də  oldu.  Amma  bir

qarış yox, bir barmaq boyda belə elimizdən,

obamızdan,  torpağımızdan  keçmədik.  Elnən

gələn  dərd  toy-bayramdır  deyib,  inandıq  ki,

dar günün ömrü azdır. İnamımız gerçək oldu.

Şükürlər olsun ki, o günlər arxada qaldı. İndi

vaxtında,  vədəsində  el  yaylağa  qalxır,  oba

qurur,  yurd  salır,  təbii  sərvətlərimizdən  gen-

bol  istifadə  edilir.  Bunun  əsas  səbəbi  də  ulu

öndərin yolunu muxtar respublikamızda ardıcıl

və məqsədyönlü şəkildə davam etdirən muxtar

respublika  Ali  Məclisinin  Sədri  cənab  Vasif

Talıbovun aranımıza, yaylağımıza, sərhəd və

dağ kəndlərimizə, ən ucqar yurd yerlərimizə

yenidənqurma,  inkişaf,  tərəqqi  ruhunu  bəxş

etməsidir. Bu ruh insanlarda torpaq, yurd, ocaq

sevgisini gücləndirib. Çünki o yurdlar, o yuvalar

sevgiyə, istəyə layiq bir formaya salınıb. 



ØßÐÃqapısı

    Naxçıvan Muxtar Respublikası Gənc lər və İdman Nazirliyinin nəzdində

stolüstü  tennis  idman  növü  üzrə  bölmə  fəaliyyətə  başlayıb.  Naxçıvan

şəhərindəki  Üzgüçülük  Mərkəzində  həftənin  1,  3  və  5-ci  günləri  oğlan

qruplarına,  2  və  4-cü  günləri  isə  qız  qruplarına  stolüstü  tennisin  qaydaları

öyrədilir. 

    Məşqçi  Vüqar  Tağıyev  söhbətində  yeni  yaradılan  bölmə  haqda  dedi:

“Bölmə miz lazımi idman avadanlıqları ilə təmin edilib. Üzgüçülük Mərkəzində

yeni  tennis  stolları  quraşdırılıb  və  bu  növlə  məşğul  olmaq  istəyənlər  üçün

hərtərəfli şərait yaradılıb. İki gündür məşqlərə başlamağımıza baxmayaraq,

artıq 20-dən çox yeniyetmə və gənc bölməyə yazılıb. Gənclər və İdman Na-

zirliyinin  əsas  məqsədi  bu  idman  növünə  olan  marağı  idman  ictimaiyyəti

arasında kütləvi hala gətirməkdir”. 

    Qeyd  edək  ki,  stolüstü  tennis  idman  növü  ilə  məşğul  olmaq  istəyənlər

Naxçıvan şəhərindəki Üzgüçülük Mərkəzinə müraciət edə bilərlər.

    Məktəblilərin yay tətilində asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə

Culfa şəhər mərkəzi futbol meydançasının qaçış zolağında “Zərərli vərdişlərə

“yox” deyək, həmişə sağlam olaq” devizi altında yüngül atletikanın kross növü

üzrə  rayon  birinciliyi  keçirilib.  800  və  1500  metr  məsafələr  üzrə  keçirilən

yarışda 60-a yaxın idmançı iştirak edib. Culfa Rayon Gənclər və İdman İdarəsi,

Təhsil Şöbəsi və Uşaq-gənclər idman məktəbinin birgə təşkil etdiyi birinciliyin

yekun nəticəsinə əsasən, 800 metr məsafədə Cəlal Məmmədov bütün rəqiblərini

qabaqlayaraq  qalib  adını  qazanıb.  Bu  məsafədə  Ayxan  Abbasov  və  Həsən

Həsənli digər iki pillədə qərarlaşıblar. 1500 metr məsafədə isə Elgün İmanov

finiş  xəttinə  birinci  çatıb.  Elsevər  Məmmədov  və  Məhəmməd  Quliyev  isə

müvafiq olaraq ikinci, üçüncü pillələri bölüşüblər. 

    Qalib  və  fərqlənən  iştirakçılara  təşkilatçılar  tərəfindən  diplomlar  təqdim

edilib.


    Rayonda həmin deviz altında təşkil edilən tədbirlərdən biri də Əbrəqunus

kənd  tam  orta  məktəbinin  idman  zalında  baş  tutub.  Burada  Əbrəqunus  və

Bənəniyar  kənd  tam  orta  məktəblərinin  komandaları  arasında  voleybol  üzrə

yoldaşlıq görüşü keçirilib. Görüşdə Əbrəqunus kənd tam orta məktəbinin ko-

mandası rəqibini 3:1 hesabı  ilə məğlub edib.



Ceyhun MƏMMƏDOV



Y

aşamaq, yaratmaq üçün hər bir şəraitin olduğu yurd yerlə-

rimizdə məskən salanların, ev-eşik quranların sayı günbəgün

artır. Şəxsi təsərrüfatlardakı mal-qaralar, arı ailələri, ev quşları

günbəgün çoxalır. Aranın, yaylağın dəyərini bilən zəhmət adamları

dolanışığın yolunu da yaxşı bildiklərindən öz işlərini özləri qururlar.

Bu gün onlar Batabat kimi gözəlliyi gözoxşayan təbiətin gözəllik

guşələrində  yerli  məhsulların  istehsalı  ilə  məşğuldurlar.  Onlara

qolunuza qüvvət deyib, yazımı bu məqamda bitirmək istəyirəm.

Şəhla NƏBİYEVA

  

Batabat.

Oğuz  övladlarının  – Beyrəklərin,  Banuçiçəklərin,  Fərhadların,

Şirinlərin, Nigarların, Nəbilərin, Həcərlərin qılınc oynadıb, at minib ov ovla-

dıqları,  qurşaq  tutduqları  yurd  yerlərimizdən  biri.  Ordubad  elinin  başı

üstündən başlayıb Batabatdan Sədərəyə kimi halay vuran Naxçıvan dağları

sanki  igidlər  kimi  çiyin-çiyinə  verib  bu  yurdun  keşiyini  çəkirlər.  Bəlkə  də,

onların əzəmətli duruşudu, qaya baxışıdı Dədə Qorqud övladlarının qanına,

canına hopub. Bəlkə bu qüdrətin sayəsində çomaq dövründən raket dövrünə

kimi yurdumuza hücum çəkən yağı düşmənlər həmişə diz çöküblər. 

El yaylağa qalxıb 

Buz bulaqlı, xalı çəmənli 

Batabat yaylaqları

Yüklə 228,56 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin