N. Q. quyularınıb sınağının texnoloji avadanlıqları Qaz karotaji



Yüklə 195,26 Kb.
səhifə7/12
tarix05.04.2023
ölçüsü195,26 Kb.
#93671
1   2   3   4   5   6   7   8   9   ...   12
Belge (5) (1) (1)

Quyunun dibi bəzən qeyri-məhsuldar laya daxil olur. Buna zumpf deyilir. Quyunun gövdəsindən uçan və istismar zamanı maye ilə laydan gətirilən süxur dənələri zumpfda çökə bilər.
Quyu üçün qəbul edilmiş konstruksiya onu işlətməkdən ötrü normal şərait yaranmasını təmin etməlidir. Buna görə də istismar kəmərinin diametri, nasos kompressor borularının, dərinlik nasoslarının, nefti çıxarmaq üçün lazım olan başqa avadanlığın, eləcədə quyuları qum tıxaclarından təmizləmək, yumaq, baş vermiş qəzaları aradan qaldırmaq və quyuda digər təmir işləri aparmaq üçün lazım olan avadanlığın quyuya endirilməsini təmin etməlidir.


Şəkil 1. Quyu konstruksiyalarının sxemləri:
a – məhsuldar layın qarşısında gövdəsi bərkidilməmiş quyu; b – məhsuldar layın qarşısında quyunun gövdəsində süzgəc qoyulmuşdur; c – manjetli sementlənmiş quyu; d – başdan – başa sementlənmiş və boru kəmərində deşik açılmış quyu;
1 – gövdənin bərkidilməmiş hissəsi; 2 – süzgəc; 3- manjet; 4 – açılmış deşiklər;
5 – sement basmaq üçün açılmış deşiklər; 6 – sement; 7 – su; 8 – gil; 9 – neftli lay.





Quyuların sementlənməsi üsulları.
Quyuda sementlənmə işinin aparılması zərurəti aşağıdakı hallarda yaranır:

  1. Məhsuldar obyektin sulardan təcrid edilməsi;

  2. Quyudibində sement stakanı və ya istismar kəmərində sement körpüsünün yaradılması;

  3. Yuxarı və aşağı horizonta keçilmə ilə əlaqədar süzgəc dəliklərinin bağlanması;

  4. Altdakı yüksək basqılı kənar sulardan etibarlı təcrid edilməsi üçün quyudibi zonada sement halqalarının yaradılması;

  5. İstismar kəmərində yaranmış deffektin ləğv edilməsi.

  6. Məhsuldar obyektə ikinci lülənin qazılmasından sonra, qazılmış intervala endirilmiş istismar kəmərinin və ya istismar quyularına əlavə endirilmiş istismar kəmərinin kənar sulardan və məhsuldar layların bir-birindən təcrid edilməsi;

  7. Qum tıxacı yaranmasının qarşısının alınması məqsədilə quyudibi zonanın bərkidilməsi.

Quyuda aparılan sementləmə texnoloji prosesləri müxtəlifdir və aşağıdakı metodlarla həyata keçirilir:

  1. Təzyiqsiz sementləmə;

  2. Təzyiq altında sementləmə;


Yüklə 195,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin