N. M. AĞABƏyli


§ 8. Aktiv mineral əlavələr



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə98/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   94   95   96   97   98   99   100   101   ...   104
N. M. A AB yli

 
 § 8. Aktiv mineral əlavələr 
Əhəngə qarışdırdıqda ona suda bərkimə qabiliyyəti verən, port-
landsementə qarışdırdıqda isə onu minerallı suların təsirinə davamlı 
edən maddələrə aktiv mineral əlavələr deyilir. 
Aktiv mineral əlavələr insanlara hələ qədim zamanlardan mə-
lumdur. Qədim Romanın dəniz tikintilərində püskürülmüş süxurlara 
putsolan torpağı əlavə edilmişdir. Buna görə də əvvəllər bütün təbii 
aktiv əlavələrə çox zaman putsolan adı verilirdi. 
Mineral əlavə aktiv hesab edilmək üçün üç tələbi ödəməlidir: 
1) əlavə ilə hidrat əhəngdən şazırlanmış xəmirin tutmasının 
sonu 7 gündən gec olmamalıdır; 
2) həmin xəmirdən hazırlanan nümunə tutmanın qurtarmasından 
sonra 3 gündən gec olmayaraq suyadavamlılığı təmin etməlidir; 
3) çöküntü süxurladan olan təbii əlavələrin 30 gün ərzində 
əhəng məhlulundan udduğu CaO-in miqdarı 30

150, püskürülmüş 
süxurlardan olanlar üçün isə 50

60 mq/q-dan çox olmamalıdır. 
Aktiv mineral əlavələr iki qrupa bölünür: təbii və süni. 

Təbii aktiv əlavələr. Bu əlavələr mənşəinə görə iki qrupa 
bölünür: çöküntü və püskürülmüş süxurlardan olan əlavələr. 


133 
133 
Çöküntü süxurlarından olan aktiv mineral əlavələrə diatomit, 
trepel, opoka və qliyej aiddir. 
Püskürülmüş süxurlardan olan aktiv mineral əlavələrə vulkan 
külləri, vulkan tufları, traslar və süngərlər aiddir. 

Süni aktiv əlavələr. Bu əlavələrdən ən çox işlədiləni tez-
soyudulmuş domna posaları, nefelin (belit) şlamı, yanacaq külləri və 
bişmiş gil materiallarıdır. 
 
§ 9. Putsolanlı sementlər 
 
Putsolanlı portlandsement 
Portlandsement klinkerinin lazımi miqdarda gips və aktiv mi-
neral əlavələrlə birlikdə üyüdülməsindən ya da ayrıca üyüdülərək 
mükəmməl surətdə qarışdırılmasından alınan yapışdırıcıya putsolanlı 
portlandsement deyilir. 
Putsolanlı portlandsementdə çöküntü süxurlarından olan aktiv 
əlavələrin miqdarı sementin kütləsinin 20

30%-i qədər, püskürülmüş 
süxurlardan olan aktiv əlavələrin miqdarı isə 25

40 %-i qədər ola 
bilər. 
Sementdə SO
3
-ün miqdarı 3,5 %-dən, işlədilən klinkerdə isə 
MgO-nin miqdarı 5 %-dən çox olmamalıdır. 
Putsolanlı portlandsementin istehsal texnologiyası portland-
sementdən fərqlənmir. Fərq yalnız ondadır ki, aktiv mineral əlavə bir 
qədər çox miqdarda qatılır. Əlavə əvvəlcə daşqıranda xırdalanır, 
qurudulur və çəkilərək dəyirmana verilir ki, burada o, klinker və 
gipslə birlikdə üyüdülür. Üyütmə vaxtı putsolanlı portlandsementə 
plastikləşdirici və hidrofob əlavələr qatmaq olar. 
Putsolanlı portilandsement su ilə qarışdırıldıqda aşağıdakı 
reaksiya gedir:
Ca(OH)
2
+ SiO
2
+ mH
2
O = CaO

SiO
2

mH
2
O. 
Bundan başqa aktiv silisium 4-oksid üçkalsiumlu hidroalümi-
natla da aşağıdakı reaksiya üzrə əlaqəyə girir: 
3CaO

Al
2
O
3

6H
2
O + SiO
2
= CaO

SiO
2

nH
2
O +
+ 2CaO

Al
2
O
3
(6 

n)H
2
O. 


134 
134 
Beləliklə, sementin hidratasiyası nəticəsində alınan bütün 
sərbəst əhəng, demək olar ki, suda həll olmayan birləşmələr halına 
keçir. Buna görə də yaxşı bərkimiş putsolanlı portlandsement içməli 
suyun təsirindən yuylmur. 
Aşağı temperaturun putsolanlı portlandsementə təsiri adi 
portlandsementə olan təsirindən daha güclüdür. 

10 
0
S –dən aşağı 
temperaturda həmin sementin tutması və bərkiməsi mühüm dərəcədə 
yavaşıyır. Buna görə putsolanlı portlandsementi soyuq vaxtlarda 
işlətmək məsləhət deyildir. 
Yüksək temperaturun putsolanlı portlandsementə təsiri port-
landsementdən daha güclüdür. Bu xassəsinə görə putsolanlı port-
landsementdən hazırlanan məmulatı avtoklavda buxara vermək 
məsləhət görülür. 
Putsolanlı portlandsement adi portlandsementdən daha açıq 
rəngli olur. Onun həqiqi sıxlığı 2800

2900, tökmə sıxlığı sıxlaşdırıl-
mamış halda 800

1000, sıxlaşdırılmış halda isə 1200

1500 kq/m
3
-
dur. Normal qatılıqlı xəmir almaq üçün putsolanlı portlandsementə 
30

40 %, yəni portlandsementdən daha çox su qatmaq lazım gəlir.
Putsolanlı portlandsementin markaları 300 və 400-dür. Onun 
bərkimənin ilk günlərində və həftələrində mghkəmliyinin artması adi 
portlandsementinkinə nisbətən tədricən gedir. Lakin müəyyən vaxt 
keçdikcə möhkəmliklər arasındakı fərq yavaş-yavaş azalır və 6 ay 
keçdikdən sonra putsolanlı portlandsement əlavə qatılmış 
portlandsement kimi möhkəmliyə malik olur. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin