N Ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 6,48 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix31.01.2017
ölçüsü6,48 Mb.
#7256
1   ...   4   5   6   7   8   9   10   11   12

 
 
 
 
 
M Ü Z A K İ R Ə L Ə R  
 
 
 
İLHAMİ CƏFƏRSOY 
 
CƏNUBİ QAFQAZ VƏ ŞƏRQİ ANADOLUNUN 
XRİSTİAN-TÜRK ABİDƏLƏRİ 
 
 
X ü l a s ə .  Məqalədə  belə  bir  problem  müzakirəyə  çıxarılır  ki,  Cənubi  Qafqaz  və  Şərqi 
Anadolunun  qədim  məbədlərinin  xeyli  hissəsi  xristian-türk  nəsilləri  tərəfindən  inşa  edilmişdir. 
Həmin məbədlər David Qaraca mağara-monastırları, Tibet kilsəsi, Bata monastırı, Dizaq monastı-
rı, Ani kilsəsi, Qoqel monastırı, İncələr kilsəsi və başqalarıdır. 
David  Qaraca  kompleksinə  daxil  olan  Mroval-mta  mağara-monastırında  divarlarda  6  dildə 
dualar var. Həmin dualardan biri uyğur əlifbası ilə türk dilində yazılmışdır. Duanın mətni belədir: 
«Ari tanqri, ari acalses, ari yuca, İisa ki xaça çəktənk, rahmat qalgil biza».  
 
Açar sözlər: məbəd, kilsə, sami dilləri, yafəs dilləri, panteon, salnamə, etnonim 
 
 
Erməni və gürcü tarixçiləri keçən əsrin 20-ci 
illərindən  Azərbaycanın  şimal  torpaqlarına  iddi-
alar  qaldırmışlar.  Həmin  iddialar  gah  elmi,  gah 
siyasi müstəvidə hələ də davam etməkdədir. Gür-
cüstan Respublikasının keçmiş  baş  naziri Bdzina 
İvanişvili  ölkəmizə  səfəri  ərəfəsində  bildirdi  ki, 
Keşikçi dağ kilsə və monastırları Azərbaycan tə-
rəfi ilə yenidən müzakirə ediləcəkdir. 
Gürcüstan  Təhsil  Nazirliyinin  nəşr  etdiyi 
dərsliklərdə  David  Qaraca,  Satberdi,  Tibet,  Ucar-
ma, Ana, Alaverdi və b. monastırlar gürcülərin ta-
rixi-memarlıq  abidələri  kimi  təqdim  olunur.  Bu, 
akademik  səviyyədə  Azərbaycanın  tarixi  coğrafi-
yasına  və  maddi-mədəniyyət  abidələrinə  yiyələn-
mək cəhdidir. 
XIX  əsr  tarixçilərinin  əsərlərindən  və 
V–XII  əsr  gürcü  salnamələrindən  görürük  ki, 
nəinki  Kaxeti,  ümumiyyətlə,  bütün Şərqi  Gür-
cüstan  Azərbaycan  türklərinin  tarixi  torpağı 
olmuşdur. 
İndiki  gürcülərin  əcdadları  olan  baqrati-
onlar İberiyaya  albanlardan  və  iberlərdən son-
ra gəlmiş, əsrlərlə davam edən çarpışmalardan 
sonra  yerli  əhalinin  çoxunu  gürcüləşdirmişlər 
[1. S.10; 2. S.17–26; 3. S.199–260]. 
VI əsrdə David Qaraca monastırı tikilən-
də  indiki  gürcülər Türkiyə  ərazisində  –  Çorox 
çayı vadisində yaşayırdılar. Qaraca ləqəbli Da-
vid gürcülərin əcdadı baqrationların soydaşı de-
yildir.  On  üç  yoldaşı  ilə  İberiyaya  xristianlığı 
6 «Türkologiya», № 2 

İLHAMİ CƏFƏRSOY 
 
 
82 
yaymağa  gələn  suriyalı  keşişdir  [2.  S.17,  20–21; 
4. S.23–24]. 
David  Suriyadan  Albaniyaya  gələnə  qə-
dər Qarayazı çölü Qaraca adlanırdı. David Qa-
raca  adını  özünə  ləqəb  götürdü.  Sonralar  hə-
min  mahalın  adı  Sa  +  qareco,  monastırın  adı 
Qareci  formasına  salındı [4. S.85]. Qaraca ke-
şişin  ləqəbi  və  ya  təxəllüsü,  -sa  sami  mənşəli 
dillərdə  nəsil,  yurd  anlamı  yaradan  şəkilçidir 
[5. S.86; 6. S.64].  
Nəzərə almaq lazımdır ki, bütün gürcü mən-
bələrində Qaraca çölü Saqareco kimi  yazıya alın-
mamışdır. Kartli çarı VI Vaxtanq (1675–1737) bir 
şeirində  Qaraca  çölünü  Saqareco  yox,  Qarece 
adlandırır  [4.  S.13].  Bundan  əlavə,  A.Saqareli 
Davidin  ləqəbinin  bəzi  mənbələrdə  Qareceli 
kimi  yazıldığını  bildirir  [7.  S.104].  Gürcü  so-
yadlarındakı  -li  şəkilçisi  türk  dillərindən 
keçmədir. 
L.M.Meliksetbekov  1940-cı  ildə  çap  etdir-
diyi erməni və gürcü epiqrafiyasına aid kitabında 
mağara-monastırı  David  Qareçi  yox,  Qareca  ad-
landırır.  Müəllif  bildirir  ki,  Qareca  kompleksinə 
daxil olan Mroval-mta mağara-monastırının diva-
rında uyğur əlifbası ilə yazılan türkcə mətnlər ol-
muşdur [3. S.18; 8. S.153–159]. 
İndi  həmin  yazılar  yoxdur.  Belə  hesab 
edirik ki, gürcü millətçiləri 1937-ci ildə Tiflis-
də  Şah  Abbas  məscidini  sökməklə  kifayətlən-
məmiş, Kaxetinin qədim Ucarma, Tokuz Çox-
ra  Kapi,  Qaraca  məbədlərinin  türk  dilində  ya-
zılan xristian epitafiyalarını məhv etmişlər. 
K.S.Kekelidzenin  fikrincə, 13  atadan  bir 
neçəsi, o cümlədən David  suriyalı  deyil.  Suri-
yada  təhsil  alıb,  vətənə  qayıdan  müqəddəslər-
dən biridir [4. S.23–24]. Bu fikir e.ö. I minilli-
yə aid mixiyazılı mənbələrlə təsdiq olunur. 
Urartu  kitabələrində Göyçə gölünün  şər-
qində  yaşayan  19  qəbilədən  biri  və  həmin  qə-
bilənin  yol  tanrısı  Xara,  yəni  qara  adlandırılır 
[9. S.280]. Buna uyğun olaraq bəzi türk etnos-
ları  yer tanrısını Yer və Kara Yir adlandırmış-
lar.  Altay  şamanizmində  Kara  yeraltı  bədxah 
ruhlara deyilir [10. S.1–8]. 
X–XII  əsrlərdə  Qaraca  mahalında  yazılı 
ədəbiyyat  və  kitabxana  yaradılmışdı  [11.  S.20]. 
suriyalı  missionerlər  Albaniya  və  İberiyada 
xristianlıqdan  qabaq  yaradılan  yazılı  ədəbiy-
yatı,  tarixi  memarlıq  abidələrini  məhv  etdilər 
[12. S.91–93]. 
Həmin abidələr – məbədlər, pirlər, ocaq-
lar  İberiyanın  gürcülərəqədərki  etnoslarının 
müqəddəs  səcdəgah  yerləri  idi.  Xristianlığın 
təbliği  ilə  onlar  sökülmüş,  yerində  kilsələr 
tikilmişdir. 
Yadelli  apostolların  fitvası  ilə  Albaniya 
və  İberiyada  qədim  tarixi  memarlıq  abidələri 
dağıdıldı. Gürcü tarixçiləri özləri təsdiq edirlər 
ki,  ilk  xristian  kilsələri  ay,  ulduz,  əcdad 
məbədlərinin  xarabaları  üzərində  tikilmişdir. 
Albaniya  və İberiya arasındakı  Ay  məbədini Su-
riyadan  gələn  keşişlər  sökdürüb,  yerində  mü-
qəddəs Qriqori kilsəsi tikdirmişlər [12. S.92–93]. 
Xristian  missionerlər  qədim  məbədləri 
sökdürməklə  kifayətlənmir,  Cənubi  Qafqazda 
bütün  etnik  mədəniyyəti  məhv  edirdilər.  Sal-
namələri  yandırır,  bütləri  sındırır,  müqəddəs 
ağacları – pirləri kəsdirirdilər. 
N.A.Berdzenişvili  və  V.D.Dondua  yazır-
lar:  «Xristianlıqdan  qabaq  İberiyada  yunan  və 
suriya əlifbaları ilə ilk ədəbi nümunələr yaradıl-
mışdı.  Xristian  missionerlər  onları  yandırdılar» 
[13. S.247]. İndiki dərslik  müəlliflərindən  fərqli 
olaraq XIX əsr gürcü tarixçiləri təsdiq edirlər ki, 
həmin  ədəbi  və  tarixi-memarlıq  abidələrinin  bir 
qismini albanlar yaratmışlar. 
Arxeoloq və tarixçi P.İoseliani 1866-cı ildə 
nəşr etdirdiyi  «Çolak knyaz  nəslinin tarixi» kita-
bında yazır: «Albaniyanın seçmə nəsilləri cənub-
dan gələn işğalçılara tabe olmamış, Kaxetiyə kö-
çərək  xristianlığı qəbul etmiş,  Gürcüstan tarixinə 
görkəmli sərkərdələr, dövlət xadimləri vermişlər» 
[14. S.9–16]. 
Əslində  isə  P.İoselianinin  gəlmə  adlan-
dırdığı  nəsillərin  çoxu  Şərqi  Gürcüstanın  qə-
dim  sakinləri  idi.  Onlar  Gürcüstan  ərazisində 
indiki  gürcülərin  əcdadlarından  qabaq  yaşa-
yırdılar.  

CƏNUBİ QAFQAZ VƏ ŞƏRQİ ANADOLUNUN XRİSTİAN-TÜRK ABİDƏLƏRİ 
 
 
83 
Əfqan  mənşəli  armenist  Kerop  Patka-
nov hələ XIX əsrin sonlarında yazırdı ki, baq-
rationlar  İberiyaya  hamıdan  sonra  gəlmişlər 
[3.  S.201–202].  Baqrationlar  ilk  dəfə  iberlərin 
qonşuluğunda 575-ci ildə göründülər [15. S.230; 
16. S.200; 17. S.188–189]. 
Baqrationlar  hələ  İudeyada  ikən  İberiyada 
Turan  mənşəli  iberlər,  türenlər,  buntürklər,  abas, 
xəzər  və  erlər  yaşayırdılar  [3.  S.201;  18.  S.159; 
19. S.225 və s.]. K.Patkanov «Albaniya tarixi»nə 
istinadən yazır ki, iber və türenlər Yafəs övladla-
rıdır.  Onlar  Gürcüstanın  ən  qədim  xalqlarıdır 
[3. S.200–201]. 
R.İ.Şor 1931-ci ildə SSRİ Elmlər Akade-
miyasının  «Məruzələri»ndə  çap  etdirdiyi  «K 
voprosu  o  jafetičesko-tureckom  jazykovom 
smešenii»  məqaləsində  yazır  ki,  iberlər  Ön 
Asiyanın qədim  xalqlarından  biridir.  Onlar  ari 
və  ya  sami  mənşəli  deyillər  [19.  S.225,  230]. 
Həmin  fikri  XIX  əsrdə  yaşamış  armenistlər  bir 
qədər  başqa  şəkildə  söyləmişdilər.  Onlara  istina-
dən İ.İ.Şopen yazır: «Türenlər iberlərin övladları-
dır.  Onlar  tamamilə  başqa  mənşəli  xalq  olub, 
kartvel tayfalarına qohum deyildir» [16. S.200]. 
Türenlər eyni zamanda Albaniyada yaşa-
yırdılar. Onların bu coğrafiyada tarixi varlığını 
Türyan  çay  etnohidronimi  təsdiq  edir.  Fikri-
mizcə, türen turan etnoniminin bir variantıdır. 
İberləri  və  türenləri  orta  əsr  səyyahları 
indiki gürcülərin əcdadlarına yad etnoslar kimi 
təqdim  edirlər.  Onların  dili  və  dini  inancları 
gürcülərdən fərqlənirdi. 
Əmir  Teymurun  səfiri  kimi  Avropaya 
göndərilən  Sultaniyyə  arxiyepiskopu  İohann 
de  Kalonifontibus  yolüstü  iberlərin  qonağı  ol-
muşdu. O yazır ki, iberlərin öz dili var. Dinləri 
yunanların dininə bənzəyir. Onlar daim gürcü-
lərlə vuruşurlar [20. S.22]. 
İ.İ.Meşşaninov  da  gürcülərlə  iberlərin 
yad  mənşəli  etnoslar  olduğunu  bildirir.  O,  ya-
zır  ki,  qədim  iberlərin  dili  yafəs  dillərindən 
biridir. Yafəs dilləri həm türk, həm sami dillə-
rinə bənzəyir [21. S.27]. 
R.İ.Şor  məsələyə  daha  dərindən  yanaşaraq 
bildirir  ki,  türk  və  iber  dillərinin  oxşarlığı  zahiri 
oxşarlıq  deyil.  Başqa  yafəs  dilləri  kimi,  iberlərin 
dili türk dilləri ilə ari və sami mənşəli dillərin qa-
rışması nəticəsində yaranmışdır [19. S.227]. 
Bütün  bunlar  belə  bir  gerçəkliyi  təsdiq 
edir ki, İberiya Azərbaycan və Anadolu türklə-
rinin qədim yurdudur. O ölkənin xristianlıqdan 
öncəki  məbədlərini  və  xristian  abidələrini  sa-
milərlə  yanaşı  biz  yaratmışıq.  N.Y.Marr,  R.İ.Şor 
və  b.  yazdıqlarına  görə,  İberiyada  iberlərin  haki-
miyyəti  570-ci  ildə  sonra  yetir.  Bundan  sonra 
onları  kartvel,  laz  və  can  tayfaları  əvəz  edirlər 
[17. S.188; 21. S.230; 22. S.4–76]. 
İberiyanın qədim türk etnoslarından biri də 
xəzərlərdir.  Leonti  Mroveli  yazır  ki,  Makedoni-
yalı  İsgəndərin  zamanında  Kartlidə  əski  Xəzər 
(Xazarauli) dilində danışırdılar [23. S.27]. Baqra-
tionlara qədər əski və yeni Xəzər dilləri İberiyada 
6 tayfa dilindən biri idi [16. S.230]. 
Kerop Patkanov salnaməçi Arçilə (VIII əsr) 
istinadən yazır ki, xəzərlər İberiyaya e.ö. II əsr-
də  gəlmişdir  [3.  S.213].  Ancaq  bəzi  gürcü  və 
erməni  tarixçiləri  belə  hesab  edirlər  ki,  bu, 
mümkün  deyil.  Çünki  xəzərlər  Şimali  Qafqaz 
çöllərində  VI  əsrdə  görünmüşlər.  Əslində  isə 
Xəzər  xaqanlığını  yaradan  xəzərlər  kam  nəs-
lindən  olan  qədim  Ön  Asiya  kazarlarının  bir 
qoludur.  Bunu  başa  düşən  Y.B.Levin  hələ 
1866-cı  ildə  yazırdı:  «İndiyədək  heç  kəsin 
ağlına  gəlməyib  ki,  xəzərlər  uzaq  Afrikadan 
kamların  ölkəsindən  çıxıblar»  [24.  S.25].  Mə-
lumdur  ki,  kam  nəsilləri  Aralıq  dənizinin  şərq 
sahillərində  arilərdən  və  samilərdən qabaq  ya-
şayırdılar. 
Moisey  Misirdən  Kənan torpağına gələndə 
Xett dövlətinin paytaxtı  Kadeş şəhərinin  yaxınlı-
ğında  Xazerot  adlı  şəhər  vardı  [25.  S.166].  Bu 
fakt onu göstərir ki, xəzərlər Ön Asiyanın qədim 
etnoslarından biridirlər.  
İ.İ.Şopen  köhnə  nəsil  erməni  və  gürcü  ta-
rixçilərinə istinadən  yazır ki, İberiyadakı Xazaria 
və  Qazaria  ayrı-ayrı  mahallardır  [16.  S.210]. 
6 * 

İLHAMİ CƏFƏRSOY 
 
 
84 
Fikrimizcə,  Qazaria  əski,  Xazaria  yeni  xəzər-
lərin İberiyadakı yurd yeridir.  
Orta  əsr  yəhudi  tarixçilərinin  əsərlərində 
xəzərlərin  adı  Kozar  formasında  göstərilmişdir. 
Kozar  tayfasının  bir  başçısı  İberiya  çarı  Asparu-
xun  (262–265)  zamanında  Somxetidə  (ermənilər 
üzərində)  hökmran  olmuşdur.  Onlar  kəsralarla, 
yəni sasanilərlə vuruşurdular [16. S.262]. 
İbn  əl-Əsir  (XIII  əsr)  «Əl-kamil-fit-ta-
rix» əsərində yazır ki, gürcülərə gürcü deyildi-
yi kimi, xəzər də deyilir [26. S.149]. Bu məlu-
mat onu göstərir ki,  xəzərlər  baqrationların  ən 
güclü  dövründə  belə  Gürcüstanın  aparıcı  et-
noslarından  biri  olmuşdur.  Ona  görə  də  Gür-
cüstandakı  bütün  xristian  kilsələrini  gürcü  ta-
rixi  mədəniyyət abidələri kimi  qələmə  vermək 
əsassızdır.  Məsələn,  Anci  kilsəsi  incə,  Tibet 
monastırı  tibet  tayfasının  səcdəgah  yeridir. 
Xəzərlərdən  başqa digər türk  etnosları  da İbe-
riyada  hökmranlıq etmişlər. Öncə qeyd  etdiyi-
miz kimi, iberlərin bir çarı Asparux (262–265) 
soyadı  daşıyırdı  [16.  S.261].  Məlumdur  ki, 
Dunay  Bulqar  dövlətinin  banisi  Asparux  xan 
olmuşdur. 
 N.A.Baskakov  Asparux  adını  ‘qurd’ 
mənasında  izah  edir.  Fikrimizcə,  Asparux  xa-
nın  adı  qurdun  yox,  qurddan  böyük  yırtıcı  bir 
heyvanın,  çox  ehtimal  ki,  barsın  bir  növünün 
adından törəmişdir. Mahmud  Kaşğarinin  lüğə-
tində  ar  börü,  as  börü  qurddan  böyük  yırtıcı 
heyvanların adlarıdır [27. S.201].  
Osmanlı  ordusu  qərargahının  1721-ci  il-
də  tərtib  etdiyi  «Dəftəri-müfəssəli-Tiflis»də 
göstərilir  ki,  Tiflis  şəhərinin  yaxınlığında  so-
ğanlı  camaatı  yaşayır. Onlar  Borçalı  elinin  bir 
qoludur.  B.Ə.Budaqovun  və  Q.Ə.Qeybullayevin 
fikrincə, soğanlı nəsli Cənubi Qafqaza monqolların 
tərkibində gəlmişdir [28. S.144, 162, 281]. 
Yəhudi  tarixçisi  İosif  Flavinin  (I  əsr) 
yazdığına görə, İudeyada Soqana adlı şəhər ol-
muşdur.  Nəzərə  alsaq  ki,  İudeya  bir  ölkə  və 
dövlət kimi e.ö. II minilliyin sonlarından yara-
nıb,  onda  soğanlı  elinin  İberiyaya  gəlişini 
monqol dövrü ilə məhdudlaşdırmaq yanlışdır.  
İberiyanın ilk xristian kilsələrindən biri Senax 
və  ya  Sana  olmuşdur.  Ernst  Renan  yazır:  «Xett 
mənşəli  köçəri  sana  tayfası  yevreylər  üzərində 
güclü nüfuza malik idi. Onlar h`iksoslardır. Samiləri 
özlərinə tabe edib, e.ə. III minilliyin XXIII əsrində 
Nil vadisini tutmuşdular» [29. S.102–103]. Müəllif 
onu da bildirir ki, sana h`iksosları həm də beni-İosif 
və  ya  İosephel  adlanırdı  [29.  S.103].  Beni-İosif 
Qurandakı  Yusif  peyğəmbərin  övladlarıdır.  Sonra-
lar yunanların Finikiya adlandırdığı Sana ölkəsi qə-
dim dünyanın mədəniyyət və ticarət mərkəzinə çev-
rilmişdir. Qədim Finikiya və ya sami yazısı çoxtay-
falı Sana ölkəsində yaranmışdır [29. S.101].  
Sana  etnoniminin  arxaik  forması  sanax 
olmuşdur.  Samidilli  yazılarda  çox  zaman  türk 
etnik adlarının son samiti  yazılmır. Sana etno-
nimi  iber  dilinə  öz  ilkin  formasında  –  sanax 
şəklində gəlmişdir.  
Sanax tayfası İberiyaya köçüb, Senax ta-
rixi  mahalını  yaratmış  və  xristianlığı  qəbul 
edəndən sonra ilk səcdəgahları olan Sanax mə-
bədinin  bünövrəsi  üzərində  Senax  monastırını 
tikmişdir [17. S.200; 30. S.89].  K.S.Kekelidze 
belə  hesab edir ki, Senax  mahalı VI  əsrdə  indiki 
Kutaisi  yaxınlığında  olmuşdur  [31.  S.29,  304]. 
Həmin  ərazidə Senak  yaşayış  məskəni  XX əs-
rin əvvələrinə qədər qalırdı [32. S.301]. 
Orta  əsr  gürcü  salnamələrində  verilən 
məlumatlara görə, Senexia baqrationların xris-
tianlıqdan  öncəsi  tanrılarından  biri  olmuşdur 
[16.  S.70].  Bu  da  onu  göstərir  ki,  sambat  və 
baqrat nəsillərinin heç də hamısı sami mənşəli 
olmamış,  türklərlə  samilərin  qatışığından  ya-
ranmışdır. 
İberiyanın ortaq tarixi-memarlıq abidələ-
rində yəhudi dini atributlarına çox təsadüf edi-
rik.  Dulusxan  kəndindəki  qədim  kilsədə  6  gu-
şəli  ulduz  və  yəhudi  müqəddəslərinin  təsviri 
vardır. Bu da onu göstərir ki, İudeyadan Cənu-
bi Qafqaza gələn etnosların bir qismi türkdilli, 
ancaq  yəhudi  dinli olmuşdur.  Ona görə də  biz 
akademik  səviyyədə  yalnız  Gürcüstanın  xris-
tian  abidələrinə  yox,  yəhudi  məbədlərinə  də 
varislik  iddialarımızı  qaldırmalıyıq.  Xüsusilə 

CƏNUBİ QAFQAZ VƏ ŞƏRQİ ANADOLUNUN XRİSTİAN-TÜRK ABİDƏLƏRİ 
 
 
85 
nəzərə almalıyıq ki,  yevreylər, yəni  iverlər İu-
da nəslindən deyillər.  
Kutaisi  yaxınlığında  yaşayan Sanak əha-
lisi  xristianlıqdan  sonra  tədricən  gürcüləşmiş, 
Borçalı mahalında yurd salanlar isə islam dini-
nə iman gətirərək öz türk əslini qoruyub saxla-
mışdır.  1721-ci  il  siyahıyaalınmasına  görə, 
Tiflis  şəhəri  yaxınlığında  Sənəkli  türk  kəndi 
olmuşdur  [28.  S.16].  Azərbaycan  dilinin  Bor-
çalı  ləhcəsində  sənək  2  yaşar  təkəyə  deyilir. 
Sənək etnik adı təkəyə sitayişlə bağlıdır.  
Kaxetidə  albanların  qədim  məbədlərindən 
bir  neçəsi Tokuz  çoxra kapi  adlanırdı. Sonra hə-
min  məbədlərin  yerində  Tanrı  anası  kilsələri  ti-
kildi. Yerli əhali bütpərəst məbədləri də, üzərində 
tikilən kilsələri də Çoxra kapi adlandırırdı.  
P.İoseliani  yazır  ki,  tokuz  çoxra  kapi 
alban  və  ya  tatar  sözü  olub,  ‘Doqquz  bulaq’ 
deməkdir  [14.  S.9].  Çoxra  və  kapi  türk  sözlə-
ridir. Azov dənizi boyunda yaşayan urum türk-
lərinin  bayatılarında  çoxrax  sözü  ‘bulaq’  mə-
nasında işlənir: 
 
Bardım çoxrax başına, 
Yazı yazım taşına. 
Sevda nedir bilmedim, 
O da qeldi başıma [33. S.26]. 
 
Krımda və Dnestr çayı boyunda  yaşayan 
bir  çox  türk  etnosları  su  quyularına  çoxrax 
deyirdilər. P.İoselianiyə  görə,  kapi də türk  sö-
züdür  [14.  S.9].  Ancaq  o,  Azərbaycan  türkcə-
sindəki qapı sözü ilə bağlı deyil. 
XVII  yüzildə  yaşamış  türk  əsilli  gürcü 
alimi  Sulxan  Saba  Orbeliani  «Kartuli  leksi-
koni»  əsərində  yazır  ki, kapi tatar  sözüdür. O, 
gürcü  dilinə  keçib  ‘köpük’  mənasında  işlənir 
[34.  S.5].  Deməli,  Kaxeti  türkləri  bütün  su 
mənbələrinə yox, qaynayıb, köpüklənib yerdən 
çıxan bulaqlara kapi demişlər.  
İbn  Xordadbehin  (IX  əsr)  yazdığına  gö-
rə,  Albaniyanın  bir  vilayəti  Kərəm  şah olmuş-
dur [35. S.5]. Kərəm eyni zamanda həmin şah-
lığın (əslində vilayətin) əsas qalası idi. 
Səfəvi  tarixçilərinin  verdikləri  bilgilər 
Kərəm şəhərinin və mahalının  yerini dəqiqləş-
dirməyə  imkan  verir.  Həsən  bəy  Rumlu  yazır 
ki, Şəki hakimi gürcülərin basqınlarının qarşısını 
almaq  üçün  Şah  İsmayıldan  yardım  istədi.  Ona 
kömək üçün Div Sultan Rumlunun başçılığı altın-
da qoşun göndərildi. Div sultan 1521-ci ildə Ala-
zan və İori çaylarını keçərək Kaxetiyə girdi. Gür-
cülərin  tutduğu  Zaqem  və  Qerem  qalalarına  hü-
cum  etdi  [36.  S.113].  Deməli,  Kərəm  qalası  Zə-
yəm qalasının yaxınlığında, Kərəm  mahalı Xram 
çayı boyunda – Sınıq körpünün o üzündə yerləş-
mişdir.  
Gürcü  tarixçiləri  Kərəm  şəhərinin  adını 
Qrami, Kərəm çayının adını Xrami şəklinə sal-
dılar  [37.  S.327].  Halbuki  XIX  əsrin  bir  çox 
rus  tarixçiləri  həmin  toponimik  vahidləri  Ka-
ram kimi yazıya almışlar [16. S.2017]. 
Yüzilliklər boyu Gürcüstanda bir çox etnik 
azlıqlar,  o  cümlədən  Kərəm  mahalının  əhalisi 
gürcüləşdirildi.  İndi  Xram  çayı  boyunda  Kərəm 
şəhərinin yalnız xarabalıqları qalmışdır. 
Biz  Gürcüstanın  razılığını  alıb,  Kərəm, 
Ucarma,  Bazar  şəhərlərinin  xarabalıqlarında 
arxeoloji  qazıntılar  aparsaq,  Albaniya  və  İbe-
riya tarixinin bir çox qaranlıq məqamlarına ay-
dınlıq gətirə bilərik.  
Kərəm  Albaniya  ilə  İberiya  arasında  in-
diki  gürcülərdən  qabaq  yurd  salan  qədim  bir 
etnosun  adıdır.  Onlar  XIX  əsrin  sonlarına  qə-
dər  qismən  öz  dilini,  etnik  mənsubiyyətini 
qoruyub saxlaya bilmişdilər. Orta əsr salnamə-
çiləri  yazırlar ki,  Kərəm  və gürcü  xalqları  bir-
birindən fərqlənirlər [16. S.217]. 
Kərəm  və  Əsli  yalnız  nakam  bir  sevgi 
dastanının  surətləri  deyildir.  Tarixi  şəxsiyyət-
lər olan I və II Kərəm çar Davidin və oğlu Sü-
leyman peyğəmbərin (e.ö. XI–X əsrlər) zamanın-
da yaşamışdır [38. S.54; 39. S.497]. Tir çarı Kə-
rəmin  babasının  ləqəbi  İtobel  idi  [40.  S.91,  95]. 
İtobel  Babil  hökmdarı  Belin,  Qurandakı  Nim-
rudun iti deməkdir. 
Çuvaşlar xristianlığı qəbul edənə qədər ila-
hə  Əsliyə  və  Kərəmə  sitayiş  edirdilər.  Maksim 

İLHAMİ CƏFƏRSOY 
 
 
86 
Arzamasov  (XIX  əsr)  yazır  ki,  çuvaşlar  Seren 
(sevgi) ayininin  icrası  zamanı  ətrafı  Kərəm adla-
nan bulaq başında paklıq və bakirəlik ilahəsi Asli 
İraya ağ qaz qurban kəsərdilər [41. S.21–22]. 
İlk xristian salnamələrinin təhlili göstərir 
ki,  Kərəm  kultu  Aran  nəsilləri  arasında  daha 
geniş yayılmışdır. İ.İ.Şopen yazır ki, Xiram və 
İzebel  Aran  nəsillərinin  dini təsəvvüründə ox-
şar obrazlar olmuşdur [16. S.103].  
İberiyanın  xristian  kilsələrindən  biri 
Upali  adlanırdı.  Upali  məbədi  və  şəhəri  Tifli-
sin  şimal qərbində –  Kür çayının  sol  sahilində 
salınmışdı  [37.  S.2].  Orta  əsr  gürcü  salnamə-
çiləri  Upali  şəhərinin  adını  Uplis  sixe  eləyib-
lər.  K.Patkanova  görə,  Upali  xalis  iber  sözü-
dür.  Yunan  təhsilli  salnaməçilər  –  os  şəkil-
çisini  artıraraq  onu  Uplos  formasına  salıblar 
[3. S.244]. 
N.Y.Marr  da  Uplis  sixe  şəhərinin  adının 
ilk variantının Upali olduğunu təsdiq edir. Bil-
dirir  ki,  Upali  adı  İberiyaya  Suzianadan  gəl-
mişdir [22. S.44]. O da maraqlıdır ki, türk dillə-
rində  olduğu  kimi,  Suziana  yazılarında  ‘vətən’, 
‘yurd’ anlamında oba sözü işlənir [22. S.44]. Bu 
uyğunluqları  ilk olaraq alman alimi F.H.Vays-
bax  görmüş  və  hələ  1890-cı  ildə  yazmışdı  ki, 
Suziana  yazılarının  dili  türk  dillərinə  qohum-
dur [42. S.3–241].  
K.Patkanovun fikrincə, Uplis sixe iber sözü 
olub, ‘mağara-şəhər’ deməkdir [3. S.244]. Bu söz 
eyni  mənada türk dillərinin tarixi  leksikasında 
mövcud  olmuşdur.  Bəzi  türk  xalqları  insanla-
rın bu dünyadakı, bəziləri o dünyadakı yaşayış 
məskənlərinə upa, oba deyirdilər.  
V.V.Radlov  XX  əsrin  əvvəllərində  gör-
müşdü  ki,  qırğızlar  dağ  aşırımlarında  və  göl 
sahilində  Uba  adlandırdıqları  daş  topaları  yı-
ğır, orada  dağın  və  suyun  yiyəsinə qurban  kə-
sirlər  [43.  S.619].  Çokan  Valixanov  yazır  ki, 
qırğız-qaysaxlar  bütün  qəbirüstü  kurqanları 
oba adlandırırlar [44. S.209]. 
Orta  əsr  mənbələrində  göstərilir  ki,  İrə-
van  bəylərbəyiliyində  Ovaik  adlı  qəbilə  yaşa-
yır [15. S.298]. Bundan əlavə, başqurdların bir 
neçə nəsli özünü oba, ova, upa, ufa adlandırır-
dı [43. S.117; 45. S.56]. Bu da onu göstərir ki, 
Obaya  –  dağların  və  suların  yiyəsinə  tapınan 
əcdadlarımız yalnız Albaniya və İberiyada yox, 
Volqaboyunda və Sibirdə də yaşamışlar. 
İberiyada türklərin Kizik adlı kilsəsi var-
dı. Kiziklər S.T.Yeremyana görə, III–V əsrlər-
də Kaxetinin qonşuluğunda yaşayırdılar. Kizik 
məbədində müqəddəs Ninaya qədər ‘Tanrıların 
anası’ ayini keçirilərdi. Xristianlığın yayılması 
ilə həmin məbəd söküldü və bünövrəsi üzərin-
də kilsə tikildi.  Kizik türkləri  əsrlərlə öz  etnik 
cizgilərini qoruyub saxladılar və asanlıqla gür-
cüləşmədilər. Orta əsrlərdə onların ayrıca arxi-
yepiskopluğu  və  gürcülərin  inancından  fərqlə-
nən dini təriqəti vardı [14. S.62].  
Musa  Xorenlinin  təfsirçiləri  kizikləri  bir 
etnos kimi gürcülərdən  fərqləndirirlər. Onların 
dili arxaik türk leksikası ilə zəngin idi. Kiziklər 
XX əsrin əvvəllərinə qədər bizim H`Al anası və 
Albastı adlandırdığımız mifik qadına Al deyir-
dilər [46. S.92]. 
Kizik türkləri yalnız Kaxetidə yox, Albani-
yada da yurd salmışdılar. Adam Oleari (XVII əsr) 
Qafqaza  səyahəti zamanı onların Şabran  yaxınlı-
ğında bir kəndini görmüşdü [47. S.485]. 
Kiziklər Qafqaza gəlməzdən öncə e.ö. I min-
illiyin  əvvəlində  Qərbi  Anadoluda  yaşayırdılar 
[48. S.364; 49. S.113]. Bu barədə antik və son 
ellin  tarixçilərinin  əsərində  məlumatlar  var. 
Kizik  çölündə  baş  verən  döyüşdə  Roma 
sərkərdəsi  Lukull  Mitridatın  ordusuna  qalib 
gəlmişdi [50. S.117].  
Musa  Xorenli  yazır  ki,  Kizik  Asiyada  bir 
vilayətdir.  Həmin  vilayətin  mərkəzi  şəhəri  e.ə. 
VIII əsrdə salınmışdır [50. S.5]. Rəşidəddin Fəz-
lullah  yazır  ki,  Kızık  oğuzların  22  boyundan 
biridir.  Onun  qələmə  aldığı  şəcərəyə  görə,  Kızık 
Yulduz  xanın  oğludur.  Etnonimin  mənası  ‘qüv-
vətli’,  ‘döyüşü  sevən’  deməkdir  [51.  S.65]. 
Kizik  türk  dillərindəki  kızmaq-coşmaq  feilin-
dən törəmişdir.  
İberiyanın  qədim  məbədlərindən  biri 
Alaverdi  idi. Həmin  məbədin  yerində  eyniadlı 

CƏNUBİ QAFQAZ VƏ ŞƏRQİ ANADOLUNUN XRİSTİAN-TÜRK ABİDƏLƏRİ 
 
 
87 
kilsə  tikilmişdir.  P.İoseliani  yazır:  «VII  əsrdə 
tikilən  Alaverdi  kilsəsi  XIX  əsrə  qədər  yepis-
kopluq  mərkəzi  kimi  fəaliyyət  göstərmişdir» 
[14.  S.17,  62;  52.  S.34].  Alaverdi  kilsəsinin 
başqa bir adı Manas olmuşdur. Manas qırğızla-
rın alplıq  eposunun  və  eposun  baş qəhrəmanı-
nın adıdır.  
Verdi  feilinin  etimoloji  mənası  haqqında 
danışmağa  ehtiyac  yoxdur.  Ala  sözünə  isə  Ön 
Asiyanın qədim dillərində həm etnik, həm teofor 
ad  kimi  rast  gəlirik.  Suriyada  III  əsrdə  yaşamış 
kahinlərdən biri Ala adı daşıyırdı [31. S.89]. Eyni 
zamanda abxaz mifində Ala xristianlıqdan öncəki 
totemlərdən biri idi [17. S.187].  
Xristianlıqdan qabaq İberiyada Çoqa adlı 
məbəd  vardı.  Həmin  məbədə  buğa  formasında 
büt  qoyulurdu  [16.  S.276].  Buğa  qədim  İberi-
yada  ən  müqəddəs  heyvan  idi.  İ.İ.Meşşaninov 
yazır ki, Buğa kultu Qafqaz və Pireney iberlə-
rini birləşdirir [53. S.28]. 
Çuğaların adı ilə bağlı Gürcüstanda xeyli 
etnotoponim  qalmışdır.  XX  əsrin  əvvəllərində 
Tibet (Deved)  çayının  bir  qolu Çoqa  adlanırdı 
[32. S.159]. Eyni zamanda XIX əsrdə Kutais qu-
berniyasında  Çuqa  adlı  qəsəbə  vardı  [54.  S.55]. 
İ.İ.Şopen yazır ki, çoqa tayfası Cənubi Qafqaz-
da  bir  neçə  yerdə  yaşayır [16. S.216]. Onların 
adını daşıyan qədim şəhər Naxçıvanın yaxınlı-
ğında  idi  [15.  S.64].  Musa  Xorenli  yazır  ki, 
Cuxa  şəhəri  Qoxten  mahalında  Araz  çayının 
sahilindədir  [55.  S.293].  Cuğa  boyu  İ.İ.Şope-
nin  yazdığı  kimi,  yalnız  Cənubi  Qafqazda  ya-
şamamışdır.  Türk  xalqlarının  yaşadıqları  torpaq-
larda  onların  adına  çox  rast  gəlinir.  XIX  əsrin 
ortalarında  Simbirsk  quberniyasında  Cukalı 
kəndi vardı [54. S.55].  
I  Təhmasibin  təkəli  tayfasından  Cuğa 
sultan  adlı  əmiri  olmuşdur  [56.  S.51].  Ton-
yukuk  abidəsində  isə  Çuqay  yer  adıdır.  Orada 
deyilir  ki,  biz  yaşamaq  üçün  Kuz  Çuqayı 
seçdik [57. S.65].  
İberiyanın  orta  əsr  monastırlarından  biri 
Bata  adlanırdı  [31.  S.19,  303].  Bata  və  buta 
türk etnoslarıdır. Özbəklərin bataş adlı qəbiləsi 
vardı  [58.  S.385].  Altay  şaman  əcdadlarından 
biri  Kuy  Batak  adlanırdı  [10.  S.143].  Kuy 
Batak, Batakın küyü, yəni səsi deməkdir. 
Bata  nəslinin  bir  qolu  1622-ci  ildə  Kızıl 
Ordadan Rusiyaya köçmüş, Bataşev zadəgan nəs-
lini yaratmışdır. N.A.Başkakov belə hesab edir ki, 
Bataşev soyadı noqay və qaraqalpaqca bata ‘dəvə 
balası’  və  kiçiltmə  anlamı  yaradan    şəkilçisin-
dən düzəlmişdir [27. S.180]. 
Xristianlıqdan  qabaq  İberiyada  Kaçi  adlı 
məbəd vardı. Kaçi məbədi keçi kultunun ibadət 
yeri  idi.  Metex  qalasında  Ay  məbədinin  qar-
şısında iber çarı Armazın bütünün sağ tərəfində 
qızıldan keçi bütü qoyulmuşdu [59. S.301].  
Qədim  «İber  salnaməsi»nə  görə,  Kaçios 
Kartlosun  beşinci  oğludur  [3.  S.228,  224]. 
Əslində  keçi  kartvel  tayfası  deyildir.  Onlar 
iberlərin yaratdığı tayfa ittifaqına qoşulmuşdu-
lar.  Adın  sonundakı  –  os  yunan  dilindən  alın-
ma şəkilçidir [3. S.201, 244].  
K.Patkanov  yazır  ki,  Kaçi  Gürcüstanın 
tərkibində  ayrıca  eristavlıq  olmuşdur  [3.  S.244]. 
P.İoselianinin verdiyi məlumata görə, kaçi tay-
fasının yaratdığı knyazlıq 18-ci əsrin ortalarına 
qədər qalırdı [52. S.126].  
Osmanlı  səyyahı  Övliya  Çələbi  (XVII  əsr) 
həmin kaçiləri keçi adlandırır. Yazır ki, keçi Aba-
za  tayfasıdır.  Qaqra  şəhəri  yaxınlığında  yaşayır-
lar.  Onların  Qara  dəniz  sahilində  öz  limanı  var. 
70 kənddən ibarət olan keçililər döyüşə 10 minlik 
seçmə qoşun çıxardırlar [60. S.33, 49].  
Kaçi  etnik  adı  keçiyə  sitayişlə  bağlıdır. 
A.Anoxin keçən əsrin 20-ci illərində müşahidə 
etmişdi  ki,  Altay  şamanları  öz  əcdadlarından 
birini kaçi kam adlandırırlar [10. S.111].  
Keçiyə  tapınan  etnoslar  yalnız  Albaniya 
və  İberiyada  yaşamırdılar.  Onların  bir  qolu 
Volqa Bulqar dövlətinin tərkibinə daxil olmuş-
dur. Qədim rus salnamələrində  verilən  bilgilə-
rə görə, XII əsrdə onların Volqa sahilində Kaçi 
saray  adlı  şəhəri  və  Kazanka  çayı  boyunda 
kəndləri olmuşdur [61. S.218].  
Albaniya  və  İberiyanın  xristianlıqdan  ön-
cəki  etnoslarının  keçiyə  tapınmasını  arxeoloji 

İLHAMİ CƏFƏRSOY 
 
 
88 
nümunələr təsdiq  edir.  1893-cü  ildə  Goranboy 
və  Şəmkir  kurqanlarından  keçi  təsvirləri 
tapılmışdır.  Onların  biri  bürünc  qalxan,  biri 
mis  kasa üzərindədir.  Başqa  bir  nümunə  Kilik 
dağ  kurqanından  tapılıb.  Kasa  üzərindəki 
həmin təsvirdə keçi və  iki balasının qarşısında 
əllərini  göyə  qaldıraraq  tanrıya  dua  edən 
insanın təsviri var [62. S.90–91]. Bundan əlavə 
Urartu  möhürlərinin  bəzilərində  keçi  təsvirlə-
rinə təsadüf edirik [63. S.230].  
Abxazlar  keçiləri  qoruyan  ruha  davran 
deyirdilər  [64.  S.132;  65.  S.24].  Buna  uyğun 
olaraq türk dillərində dıvır, dıbır, davar sözləri 
vardır.  Dıbır  Azərbaycan  dilinin  ləhcələrində 
keçinin erkəyinə deyilir.  
İberiyanın  bəzi  etnosları  xristianlıqdan 
qabaq ata və atlı adamlara sitayiş edirdilər. Ar-
xeoloji  qazıntılar  zamanı  Albaniya  və  İberiya 
kurqanlarından  at  fiqurları  tapılmışdır.  Aqik 
kəndindən tapılan bürünc lövhə üzərində ilanla 
vuruşan atlı təsviri var [12. S.92–93].  
Musa  Xorenlinin  yazdığına  görə,  Payta-
karanın  bir  vilayəti  Atli  olmuşdur  [15.  S.75; 
55.  S.293].  Belə  hesab  edirik  ki,  Albaniyanın 
ata  sitayiş  edən  nəsillərindən  biri  İberiyaya 
köçmüş,  atla  bağlı  etiqadlarını  özləri  ilə  yeni 
vətənlərinə gətirmişdir.  
İ.İ.Meşşaninov  yazır  ki,  atli  Aran  sözü 
olub ‘süvari’ deməkdir. Eyni zamanda at Urar-
tuya  qonşu  olan  bir  çox  Qafqaz  etnoslarının 
müqəddəs heyvanı olmuşdur [53. S.1]. N.Y.Marr 
yazır  ki,  at  yalnız  Urartunun  yox,  etruskların 
da totemi idi [65. S.29]. 
Urartunun  qəbilə  tanrılarından  biri  At  xan 
Anau adlanırdı. Ayin zamanı ona 1 buğa, 2 qoç qur-
ban kəsərdilər [9. S.278]. Urartunun başqa bir qəbilə 
tanrısı At (bini) idi. O, mixiyazılı kitabələrdə dinqir, 
yəni tanrı sillabik işarəsi altında verilir [5. S.421]. 
Xristian  apostollar  Atlı  məbədlərini  da-
ğıtsalar da, alban və iberlərin ata olan inancla-
rını  uzun  zaman  yaddaşlardan  silə  bilmədilər. 
Bu  fikrimizi  Azərbaycanda  və  Şərqi  Gürcüs-
tanda XX əsrin əvvəllərinə qədər Ağ Atlı, Qa-
ra Atlı pirlərinin mövcudluğu təsdiq edir.  
Həm  Azərbaycanda,  həm  də  İberiyada 
Pana  və  Panak  adlı  məbədlər  vardı.  Gürcü  ta-
rixçiləri  yazırlar  ki,  Bana  kilsəsi  Panak  məbə-
dinin  yerində  tikilmişdir  [66.  S.16,  35].  Pana 
məbədləri  xristianlığın  yayılmasına  qədər  pa-
nak etnosunun müqəddəs ibadət yeri idi.  
Övliya  Çələbi  yazır  ki,  osmanlılar  Men-
qreliyada Panak  qalasını tutdular.  Panak  şəhə-
rində  Pana  adlı  gürcü  kilsəsi  vardı.  Səyyah 
əsərin  başqa  bir  yerində  göstərir  ki,  Panak 
qalası  onu  salan  gürcü  çarının  adını  daşıyır 
[60. S.191, 222]. Deməli, Panak İberiyanın ha-
kim  nəsillərindən  biri  olmuş,  ölkəni  bir 
müddət idarə etmişdir. 
Panak  mahalının  əhalisi  indiki  gürcülərin 
əcdadı  deyildir.  Tarixi  mənbələrdə  Pana,  Panak, 
Bənək türk boyu kimi göstərilir. Övliya Çələbinin 
yazdığına  görə,  Marağa  vilayətinin  bir  nahiyəsi 
Pana  Çun  olmuşdur  [60.  S.138].  Əbdürrəşid  əl-
Bakuvi  yazır:  «Türküstanda  yerli  qəbilənin  adını 
daşıyan Panak adlı dağ vardır» [67. S.119].  
Panak  etnosu  e.ö.  II–I  minilliklərdə  indiki 
Türkiyənin  cənub-şərq  torpaqlarında  yaşayırdı. 
Musa  Xorenlinin  yazdığına  görə,  Panak  h`ayların 
zadəgan  nəsillərindən  biri  olmuşdur  [55.  S.117]. 
Məlumdur ki, h`ayların zadəgan  nəsillərinin çoxu 
türk mənşəli və iltisaqidilli idi [68. S.80–86].  
Panak boyunun az bir hissəsi döyüşlərdə 
qırılıb  getməmiş,  XIX  əsrə  qədər  öz  varlığını 
qoruyub  saxlamışdır.  İ.İ.Şopen  yazır  ki,  Pa-
naklı  Naxçıvanda  yaşayan  Kəngərli  elinin  bir 
qoludur [15. S.538]. Onlar  Azərbaycan dilinin 
arxaik bir ləhcəsində danışırdılar. 
Tikmədaşlı Xəstə Qasımın «Sənəm, gəl» 
rədifli qoşmasında belə bir yer var: 
 
Xəstə Qasım deyər hənək-hənəkli, 
Ağ üzündə qoşa xallar bənəkli [69. S.10]. 
 
Bənək  Azərbaycan  türkcəsində  üzdəki 
tüklü  xallara  deyilir.  Anadolu  türkləri  isə  xallı 
marallara  bənəkli  maral  deyirlər.  Bənəkli,  yəni 
xallı maral qədim bir türk boyunun totemi – ər-
vah heyvanı olmuşdur. 

CƏNUBİ QAFQAZ VƏ ŞƏRQİ ANADOLUNUN XRİSTİAN-TÜRK ABİDƏLƏRİ 
 
 
89 
XVIII  əsrdə  Gürcüstanda  Dada  ben  adlı 
monastır  vardı  [30.  S.63].  Monastırın  tikilmə-
sindən  çox  qabaq  –  politeizm  dövründə  İberi-
yada  Deda  oba  adlı  qala  və  məbəd  olmuşdur. 
Sonrakı gürcü mənbələrində həmin şəhər Deda 
sixe kimi yazıya alınmışdır [3. S.228]. 
Dədə  sözü  türk  dillərində  olduğu  kimi 
iber,  kartvel,  menqrel  dillərində  də  bir  neçə 
mənada  işlənmişdir.  Onların  bir  qismində 
anaya və ananın atasına, bəzilərində isə yalnız 
ananın atasına dədə deyilirdi.  
Kartvellərin  dilində  deda  sözü  ‘igid’, 
‘cəsur’ mənalarında işlənirdi [16. S.295]. İndi-
ki  gürcülər  isə  deda  anaya  deyirlər.  Qədim 
«İber salnaməsi»ndə də deda sözü ‘ana’ məna-
sındadır [3. S.212, 228].  
Həm menqrel dilində və bəzi yafəs dillə-
rində  [70.  S.35–36],  həm  də  Dədəmiz  Qor-
qudun  kitabında  dədə  ananın  atasına  deyilir 
[71. S.119].  
Belə  bir  sual  qarşıya  çıxır:  Dədə  türk, 
yoxsa gürcü sözüdür? Dədə gürcü dilinə keçən 
türk sözüdür. Çünki gürcü millətinin etnogene-
zinə samilərlə yanaşı türklər də daxil olmuşlar. 
«İber  salnaməsi»nin  ilk  tədqiqatçılarından 
biri  Kerop  Patkanov  yazır:  «Qədim  Gürcüstanda 
yevreylər,  ermənilər,  xəzərlər,  türklər,  suriyalılar 
yaşayırdılar. Onların qatışığından gürcü milləti və 
gürcü dili yarandı» [3. S.232, 250]. 
Ancaq belə bir fakt danılmazdır ki, dədə 
sözü  tarixən  türk  dillərində  daha  geniş  məna-
lara  malik  olmuşdur.  Ananın  atası  ilə  yanaşı, 
dərviş  təriqət  başçılarına,  yaradıcı  aşıqlara, 
sarayda  şahzadələrin  tərbiyəçilərinə  də  dədə 
deyilirdi [58. S.108; 71. S.119].  
Rusiyanın knyaz nəsillərindən biri Dede-
nev  soyadı daşıyırdı. Onlar çar  Mixail  Fyodo-
roviçin zamanında (1613–1645) rus təbəəliyini 
qəbul  etdilər.  N.A.Baskakova  görə,  həmin  so-
yadı türk  dillərindəki  dədə  ‘dərviş təriqət  baş-
çısı’ titulundan törəmişdir [27. S.108].  
Bəzi  rus  dilçilərinə  görə,  dədə  sözü  ari 
mənşəli  deyil  [27.  S.108].  İ.İ.Meşşaninov  ya-
zır:  «Mixiyazılı  mənbələrdəki  və  Qafqaz 
dillərindəki  Dede  və  Dedalı  teofor  adlarını 
xald sözü kimi qəbul etmək olmaz» [72. S.95].  
Qədim  gürcü  salnamələrindəki  bu  ad  ari 
və  sami  sözü  deyilsə,  onun  türk  sözü  olduğu 
şübhə doğurmur. Bu teofor ada ilk olaraq şumer 
gil  lövhələrində  rast  gəlirik.  Şumer  panteo-
nunda tufan tanrısı Tata adlanırdı [65. S.142].  
Məlumdur ki, şumer və elam etnoslarının dili 
bir-birinə  çox  yaxın  olmuşdur.  E.ö.  III–II  minil-
liklərə  aid  Şuşa  (Suziana)  mətnlərində  dədə  titu-
luna daha çox təsadüf edirik. E.ö. 1570-ci ildə ya-
zılan  bir  gil  lövhədə  Tata  adlı  yüksək  rütbəli 
Elam  hakimindən  bəhs  edilir.  Eyni  zamanda  on 
altıncı  Elam  hökmdarının  adı  Tata  olmuş,  o, 
e.ö.  1600–1580-ci  illərdə  şahlıq  etmişdir 
[73.  S.100,  179].  Elamın  Tata  adlı  başqa  bir 
hökmdarı Assuriyanı məğlub edərək ilahə Nənənin 
bütünü  Şuşaya,  yəni  Suzianaya  gətirmiş  və  e.ö. 
1635-ci ildə Elam taxtına çıxmışdır [74. S.52, 71–72].  
Öncə qeyd etdiyimiz kimi, Deda sixe şə-
həri  əvvəllər  Dede  oba  adlanırdı.  N.Y.Marrın 
və  F.H.Vaysbaxın  gəldikləri  nəticəyə  görə, 
oba sözü gürcülərin dilinə Suzianadan gəlmiş-
dir  [22.  S.41;  42.  S.3–241].  Deməli,  dədə  və 
oba Suz mənşəli türk sözləridir. 
Daha sonra Tata, Tatax teofor adlarına Xat-
ti  və  Urartu  mixiyazılı  abidələrində  rast  gəlirik. 
Xetlər  indiki  Türkiyənin  cənub-şərqinə  gələndə 
orada Tataxa adlı Xatti şəhəri vardı [6. S.227]. Bu 
da  ‘totemik  tanrısı  Tata  olan  etnosun  yurdu’ 
deməkdir.  
Övliya  Çələbi  yazır  ki,  Tata  Macarısta-
nın  vilayətidir [60. S.231]. Bu da onu  göstərir 
ki, tata etnosunun bir hissəsi Anadoludan Qaf-
qaza, bir hissəsi isə Avropaya köçmüşdür. Os-
manlı  dövründə  Tata  Dunay  çayı  boyunda 
ayrıca  bir  sancaqlıq  olub,  Macarıstanın  böyük 
bir hissəsini əhatə edirdi.  
İberiyanın  xristianlığa  qədərki  məbədlə-
rindən  biri  Ana  olmuşdur.  Sonra  Ana  məbəd-
lərinin  xarabaları  üzərində  Ana  monastırı  və 
Anaur  Uspenski  kilsəsi  tikildi.  P.İoselianinin 
yazdığına görə,  həmin dini  abidələr  XIX  əsrin 
ortalarına qədər qalırdı [30. S.62–63, 79].  

İLHAMİ CƏFƏRSOY 
 
 
90 
Ana məbədi Ana kultunun səcdəgahı idi. 
İlahə ananın adı müxtəlifdilli mənbələrdə Ana, 
Anna,  in  Anna,  Ani,  Eni,  Anaşe,  Anait,  Ana-
luk,  Aynina  və  Enian  variantlarında  yazıya 
alınmışdır [5. S.14; 74. S.81–87]. 
Ana kultu İberiyaya e.ə. III əsrdə gəlmiş-
dir.  Çar  Saurmak  ilahə  Ana  və  Nənə  bütlərini 
Metex  (Mtsxeti)  yolunun  üstündə  qoydurmuş, 
Asurestanın  vassalı  kimi  75  il  ölkəni  idarə  et-
mişdir  [16.  S.239;  75.  S.9–10].  Ana  kultu  Al-
baniyada  daha  geniş  yayılmışdı.  Ana  etnosu-
nun bir qolu e.ö. III əsrdə Albaniyaya köçmüş, 
Bərdə  ilə  Beyləqan  arasında  Ana  şəhərini  sal-
mışdır  [76.  S.81–86;  77. S.420].  Ancaq  yanlış 
olaraq  yunan  və  latın  mənbələrinə  istinadən 
R.Məlikov  Albaniyanın  həmin  antik  şəhərini 
Ayniana və Enian adlandırır.  
Müqəddəs  Ninanın  və  Qriqorinin  təbliğatı 
nəticəsində Ana məbədləri sökülüb, yerində kilsə-
lər tikilsə də, İberiyada ilahə Ananın adı unudul-
madı. Yeni inşa edilən kilsə və monastırların Ani, 
Anaur adları saxlanıldı. N.Adons  yazır:  «Enian-
lar əvvəl Araz çayının cənubunda yaşayırdılar. 
Sonra onlar Kür çayı boyuna köçüb, H`Ani şə-
hərini  saldılar»  [78.  S.420].  N.O.Emin, 
M.X.Abeğyan  və  b.  görə,  Ana  (onların  fikrin-
cə,  Anait)  Assuriya  və  Babil  mənşəli  ilahə ol-
muşdur [79. S.14; 80. S.15, 17].  
Ana  Assuriya  və  Babilin  sami  və  ari 
etnoslarının ilahəsi deyildir. Həmin etnoslar öz 
Ana  ilahələrini  Ardvisur,  Kibela,  Afrodita, 
Pedrita  və  s.  adlandırırdılar.  Ana  Dəclə-Fərat 
çayları  arasının  arilərə  və  samilərə  qədərki  et-
noslarının  –  Xatay,  Kam  və  Kuş  nəsillərinin 
ilahəsi olmuşdur.  
Ernst Renan və Henrix Qrets  yazırlar ki, 
ana (Bibliyada anakim, enakim) tayfası Aralıq 
dənizinin şərq sahilindəki torpaqlarda samilər-
dən qabaq yaşayırdı [25. S.224; 29. S.35].  
XIX  əsrin  sonlarında  semitoloqlar  özləri 
yazırdılar ki, arilərin və samilərin Aralıq dəni-
zinin  şərq  sahillərinə  gəlişinə  –  e.ö.  XX  əsrin 
əvvəllərinə  qədər  o  torpaqlarda  qeyri-ari  və 
qeyri-sami etnoslar yaşayırdılar. Cənubdan gə-
lən  samilər  bölgənin  qədim  əhalisini  samiləş-
dirdilər.  Sonra  da  şimaldan  arilərin  təzyiqləri 
başladı [29. S.32, 34–35; 81. S.4–9]. 
İ.İ.Meşşaninova  görə,  Urartu  mixiyazılı 
abidələrindəki Anaşe ‘ilahə Ana şəhəri’ deməkdir 
[5. S.14, 16]. Urartu dövrünün (e.ö. IX–VI əsrlər) 
analuk, ana etnosları [5. S.14, 16; 9. S.273] ilahə 
Anaya sitayiş edirdilər. İndiki Türkiyə və Cənubi 
Azərbaycan ərazisinin arilərə və samilərə qədərki 
Suz, Xatti, Palay, Likiya və b. etnoslarının öz et-
nik cizgiləri ilə bir-birindən fərqlənən Ana ilahə-
ləri vardı [74. S.69, 103; 80. S.9; 81. S.235–236]. 
Z.A.Raqozina  yazır  ki,  qədim  yunanlar 
bir çox tanrıları, o cümlədən ilahə Ana və Nə-
nəni Anadolunun qədim etnoslarından  mənim-
səmiş, onların adını Afrodita və Artemida şək-
lində öz dillərinə tərcümə etmişlər [80. S.236]. 
Ona  görə  də  təsadüfi  deyil  ki,  Ellada  panteo-
nundakı  Afrodita  ilə türklərin  Ağ  Ana  ilahəsi-
nin  bir  çox  əlamətləri  uyğun  gəlir.  Qədim  yu-
nanların  inancına  görə,  Afrodita  dəniz  üzərin-
dəki  ağ  körpükdən  yaranmışdır  [16.  S.35]. 
«Yaradılış»  dastanında  buna  uyğun  olaraq  Ağ 
Ana dalğaların üzərindəki ağ köpüklərin içində 
Tanrının gözlərinə görünür.  
İberiyanın  ən  qədim  etnoslarından  biri 
acarlardır.  Acarlar  Azərbaycandan  Kənan  tor-
pağına,  oradan  İberiyaya  gələndə  Azər  totem 
adı  daşıyırdılar.  Biz  qədim  Misir  və  yəhudi 
mənbələrinə  istinadən  bu  fikirdəyik  ki,  Azər-
baycan  və  Acarıstan  ölkə  adları  eyni  teonim-
dən törəmişdir. 
Bu gün Gürcüstanın tərkibində olan Aca-
riya tanrı Azərə tapınan əcdadlarımızın vətəni-
dir. Qədim  mənbələrin  heç  birində  Acar  adına 
təsadüf  etmirik.  Sonralar  gürcü  salnaməçiləri 
Qara  dəniz  civarındakı  Azər  ölkəsinin  adını 
Acareti  şəklinə  salmışlar.  -ti,  -eti  gürcü  dilinə 
Şuşa  (Suziana)  yazılarından  gəlib,  ‘yer,  yurd’ 
anlamı yaradır [17. S.184, 186].  
Strabon  (I  əsr)  yazır  ki,  Araz  çayı  Azar 
ölkəsinin yanından ötərək Araksena düzünə çı-
xır.  Musa  Xorenli  də  Acarıstanı  Azar  ölkəsi 
adlandırır.  Bildirir  ki,  Azaria  İberiyanın  bir 

CƏNUBİ QAFQAZ VƏ ŞƏRQİ ANADOLUNUN XRİSTİAN-TÜRK ABİDƏLƏRİ 
 
 
91 
vilayətidir. İbn Xordadbeha görə, Azərbaycandan 
başqa  Ərməniyyə  sınırında  daha  bir  Azər  ölkəsi 
(mətndə Azarbazqan) olmuşdur [82. S.106].  
Düşünürük ki, İbn Xordadbeh Ərməniyyə 
sınırı  dedikdə  Naxçıvan  yaxınlığındakı  Azər 
ölkəsini  nəzərdə  tutmuşdur.  Çünki  azər  tayfası 
orta  əsrlərdə  yalnız  Ərdəbil  ətrafında  yox, 
Naxçıvan  yaxınlığında  da  yaşayırdı.  Təsadüfi 
deyil  ki,  Yaqut  Həməvi  öz  əsərində  Naxçıvan 
zadəganları  arasında  əl-Azəri  nisbəli  bir  neçə 
tarixi şəxsiyyətin adını çəkir [83. S.51].  
Məsudi (X əsr)  yazır ki,  bu kitab  yazılan 
vaxt Şəki mahalının hakimi Azər ibn Nəbih ibn 
Mühacirdir [82. S.61]. Şəki tarixi mahalı indiki 
Şəki deyildi. Araz çayının şimalında, Naxçıvan 
yaxınlığındakı  Şəki  idi.  Ərəb  səyyahları  2-ci 
Azərbazqan deyəndə Şəki mahalına qonşu olan 
Azər ölkəsini nəzərdə tuturdular.  
İran  dilçilərinə  görə,  Azər  (onların  fik-
rincə,  Azəri)  dili  fars  dilinə  yaxın  olmuşdur. 
Əslində  isə  azərlər  farslar  kimi  flektiv  yox, 
iltisaqidilli idilər. Onlar uzun illər İran mənşəli 
xalqlarla qonşuluqda  yaşadıqlarına görə, dillə-
rinə çoxlu fars sözləri keçmişdir. 
Ərəb  tarixçisi  əl-Yaqubi  (IX  əsr)  yazır: 
«Azərbaycanın  şəhər  və  vilayətlərinin  əhalisi 
Azər övladları ilə köhnə cavidanilərin qatışma-
sından ibarətdir. Azər və cavidan övladları Ba-
bəkə qədər ərəblərə qarşı Azərbaycan xalqının 
azadlıq  mübarizəsinə  başçılıq  edirdilər.  Səid 
Nəfisi  yazır  ki,  azərlər  cavidanilərlə  birlikdə 
Bəzz  qalasında  və  onun  çevrəsindəki  kəndlər-
də  yaşayırdılar. Onların bir nümayəndəsi Azə-
rək oğlu Həmzə Babəkə qədərki Xürrəmi hərə-
katı başçılarından biri idi» [83. S.27, 31].  
Azər  nəsli  yalnız  Azərbaycanın  deyil, 
Suriya,  Fələstin  və  İudeyanın  siyasi  tarixində 
böyük  rol  oynamışdır.  E.ö.  I  minilin  əvvəllə-
rində  Suriya  ərazisindəki  Balbek  şəhərində 
tanrı  Azərin  böyük  bütü  qoyulmuşdu.  Azər 
kultunun  kahinləri  həmin  bütün  qarşısında 
buğa qurban kəsərdilər [84. S.202].  
Henrix  Qrets  yazır  ki,  David  nəslindən 
Azaria adlı çar çıxmış və e.ö. 805–755-ci illər-
də  İudeya  və  İsrail  üzərində  hökmran  olmuş-
dur [25. S.78].  
Başqa bir Azər Davidin oğlu Solomonun 
zamanında  (e.ö.  X  əsr)  yaşamış  və  çarın  fər-
manı  ilə  Yerusəlim  məbədinə  baş  kahin  təyin 
edilmişdi.  Din  tarixçilərinin  yazdığına  görə, 
həmin  Azər  Satukun  (mətndə  Sadokun)  oğlu 
idi.  Satuk  türklərin  totem  adlarından  biridir. 
Qaraxanlı  sultanı  Buğra  xanın  ləqəbi  Satuk 
olmuşdur. 
Moiseyin  kitabında  deyilir  ki,  Azər  ağ 
çörəkdir. O, şah süfrəsini gözəl nemətlərlə bə-
zəyir.  Kitabın  başqa  bir  yerində  göstərilir  ki, 
Azər  səhrada  çuxuru  qazıb,  su  tapan  adamdır 
[29. S.226]. 
İsrail övladları səhrada azıb susuzluqdan 
qırılmaq təhlükəsi ilə üzləşəndə Azər 2 dananı 
buynuzlarından  bir-birinə  bağlayıb,  yorulunca 
qovmuş,  danaların  ayaqları  ilə  eşdiyi  çuxuru 
qazıb,  su  tapmışdı.  Danaların  hissiyyatı  ilə  su 
mənbəyini  tapmaq  türklərin  adətidir.  Həmin 
adətin oxşarı «Oğuznamə»lərdə vardır. 
Ağ  çörək  və  su  quyuları  barədə rəvayət-
lər  göstərir  ki,  Azər  övladları  İsrail  xalqını 
düşmənlərdən  qorumaqla  yanaşı,  onlara  əkin-
çiliyi,  suvarmanı,  taxılın  üyüdülməsini  öyrət-
mişdir.  İudeyanın  Assuriya,  daha  sonra  Roma 
tərəfindən  işğalı  bir  zaman  çar  Davidin  ətra-
fında  birləşən  tayfaları,  o  cümlədən  Azər  öv-
ladlarını  vətənindən  didərgin  saldı.  Azər  öv-
ladları  baqrationlardan  çox  qabaq  İberiyaya 
köçmüşlər.  Onlar  indi  özlərini  Acar  adlandırır 
və  dilləri,  adət-ənənələri  ilə  gürcülərdən  fərq-
lənirlər, Gürcüstanda yaşayan digər xalqlardan 
fərqli olaraq islam dininə iman gətirirlər. 
Z.A.Raqozina  «Assuriya  tarixi»  kita-
bında  yazır:  «Ozia  elə  Azariadır.  Çar  Azaria 
bir zaman İudeya üzərində hökmran olmuşdur. 
Ozia və ya Azarianın Samaria sarayında çarlıq 
etdiyini  fransız  semitoloqu  Rollen  də  təsdiq 
edir» [85. S.39]. 
Arximandrit İeronim XIX əsrin sonların-
da  əldə  olunan  arxeoloji  materiallara  əsasən 
belə  nəticəyə  gəlmişdir  ki,  həm  Ozia,  həm 

İLHAMİ CƏFƏRSOY 
 
 
92 
Azaria adı  ilə tanınan  etnos  çar  və peyğəmbər 
Süleymanın  zamanında  İudeyada  güc  və  qüd-
rət sahibi olmuşdur [81. S.20]. 
Acarlar  –  Azər  övladları  bizim  yurdundan 
və tarixi köklərindən qoparılmış soydaşlarımızdır. 
 
Yüklə 6,48 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin