MÜNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə19/20
tarix01.01.2017
ölçüsü2,49 Mb.
#4003
1   ...   12   13   14   15   16   17   18   19   20

Ключевые слова:   Онтологические  связи,    эпоса  «Китаби  Деде 
Коркут»,  Великий  шелковый  путь,  фольклор,  трансевразийский 
магистраль, 
 
 
EPĠK MƏTNLƏRĠN TOPLANMASI TARĠXĠNDƏN 
(Naxçıvan materialları əsasında) 
SƏDAQƏT NEMƏTOVA 
Naxçıvan Dövlət Universiteti 
sedaqet_nemet@mail.ru 
 
Naxçıvanda  folklor  mətnlərinin  toplanması  tarixi  XIX  əsrin  ikinci 
yarısına təsadüf edir. Nuh peyğəmbər, Əshabi-Kəhf, Ġlan dağla bağlı ilk əfasanə 
və rəvayətlər də həmin dövrdə toplanıb hazırlanmıĢdır. 
Məlumdur  ki,  folklorun  öyrənilməsi  mətn  materiallarının  toplanıb  nəĢr 
edilməsindən baĢlanır. 
XIV əsrin sonlarından baĢlayaraq Naxçıvanda folklora həssas münasibət 
bu yönümdən ciddi əhəmiyyət daĢıyır.  
1923-cü  ildən  baĢlayaraq  Azərbaycan  Tədqiq  və  Tətəbö  Cəmiyyətinin 
Naxçıvan Ģöbəsi bu sahədə örnək fəaliyyət göstərir. 
1930-cu 
ildə  Hümmət  Əlizadə  Ordubadda  AĢıq  Muxtardan 
―Koroğlunun ballıca səfəri‖ qolunu toplayır. Həmin illərdə BaxĢəli Sultanovdan 
―Gül  Sənavərə  neylədi,  Sənavər  Gülə  neylədi‖,  ―Üç  bacının  nağılı‖,  ―Üç 
Ģahzadə‖,  ―Hazarandastan  bülbülü‖,  ―Hambal  Əhməd‖,  Bağır  Qədimovdan 

Tezislər 
 
153 
―ġahzadə  Mütalib‖,  Kərbəlayi  Həsən  Yusif  oğlundan    ―Qırx  qonça  xanım‖  , 
―Beçə  dərviĢ‖,  Əbdül  Hacı  oğlundan  ―Dərzi  Ģagirdi  Əhməd‖,  Ġbrahim  Əli 
oğlundan  ―Məlikməhəmməd  və  Məlikəhməd‖,  Məhəmməd  Nəriman  oğlundan 
―ġükufə xanım‖, ―Cəlayivətən‖ kimi nağıllar toplanır. 
FolklorĢünas  Rafiq  Babayev  haqlı  olaraq  bölgədə  ağız  ədəbiyyatı 
örnəklərinin  toplanma,  nəĢr  və  tədqiq  tarixini  1920-  ci  ilə  qədərki  dövr, sovet 
dönəmi  və  müsəqillik  illəri  olmaqla  üç  yerə  ayırır.  Bu  bölgü  milli-mənəvi 
dəyərlərimizin  bərpasına  münasibətin  bir  sıra  mühüm  cəhətlərini  aĢkarlamağa 
imkan verir. 
Təqdim  edəcəyimiz  yazıda  bütün  bunlar  əsasında  bölgədə  epik  folklor 
mətnlərinin toplanıb nəĢr etdirilməsi tarixinin elmi mənzərəsi yaradılmıĢdır.  
Açar sözlər: folklor, epik mətn, əfsanə, rəvayət, nağıl 
 
 
NAXÇIVAN FOLKLOR ÖRNƏKLƏRĠNĠN XARAKTERĠK 
CƏHƏTLƏRĠ  
(ġərur nümunələri əsasında) 
FĠDAN QASIMOVA 
AMEA Folklor Ġnstitutu 
fidanqasimova@rambler.ru 
 
 
 
 
 
   
 
Azərbaycanın ən qədim bölgələrindən olan Naxçıvan tarixiliyi ilə yanaĢı 
zəngin  folklor  örnəkləri  ilə  də  diqqəti  cəlb  edir.  Təkcə  ġərur  bölgəsində 
ezamiyyətdə  olduğumuz  zaman  buranın  yaĢlı  sakinlərindən  xeyli  folklor 
nümunələri  topladıq.  Məruzə  ġərur  rayonundan  toplandığımız  bu  folklor 
janrları əsasında qurulacaqdır. 
 
Bildiyimiz  kimi,  Ģifahi  xalq  ədəbiyyatı  mənsub  olduğu  xalqın  tarixini, 
mədəniyyətini,  ədəbiyyatın  yaranmasını,  inkiĢafını,  janrlarını  və  s.  əks  etdirir. 
Dünyanın yaranması, sonu, insanın yaranması, müxtəlif mövzulu miflər, əfsanə, 
rəvayətlər,  nağıl,  lətifə,  atalar  sözü,  bayatı,  yer,  tayfa  və  nəsil  adları, 
gülümeylər,  haxıĢtalar,  laylalar,  nazlamalar,  ziyarətgahlar  və  s.  hər  birinin 
Naxçıvanın  qədim  tarixini,  adət-ənənələrini,  milli-mənəvi  dəyərlərini, 
mədəniyyətini  müxtəlif  cəhətdən  ifadə  etməsi  və  özünəməxsusluğu  əsas 
tədqiqat obyekti kimi götürülmüĢdür.  
 
Məsələn, müxtəlif dövrlərdə yadelli iĢğalçıların  hücumuna məruz qalmıĢ 
Naxçıvan  xalqının  yaddaĢında  dərin  iz  salmıĢ  bayatılarla  rastlaĢdıq.  Bu 
bayatıları  ürək  ağrısı  ilə  dinlədik.  Nənə  və  babalarımız  bu  bayatıların  necə 
yarandığını izah edir və sonra bayatını deyirdilər: 
Ay qardaĢ, 
QaĢ-gözü yay qardaĢ, 
Ölür qoy bacılar ölsün, 
Heç deməsin vay qardaĢ. 

Beynəlxalq  İpək Yolu  
 
 
154 
Ay qardaĢ, sağında mən olaydım, 
Solunda mən olaydım, 
Sən ki, inildiyirdin, 
Yanında mən olaydım. 
 
Dağda duman olarmı, 
Duman boran olarmı, 
Burda bir iyid ölüb 
Onu görən olarmı. 
 
Ağlaram ağlar kimi
Yaram var dağlar kimi, 
Xəzəl ollam tökülləm, 
Virana bağlar kimi... 
Atalar  sözü  və  məsəllər  folklorun  ən  maraqlı  janrlarından  biridir.  Onlar 
vasitəsilə  öyüd-nəsihət  verilir,  dünya,  yaĢayıĢ  haqqında  fikirlər  söylənilir. 
Burada konkret Ģəxslərin deyil, bütöv xalqın rəyi, ağlı ifadə olunur. Bunu ġərur 
bölgəsinə məxsus atalar sözləri də təsdiq edir. Məsələn, ―Mənnən sənə öyüd öz 
dənii  özün  üyüt;  Ətə  pul  verməz  küftənin  yekəsinnən  yapıĢar;  Yorğana  pul 
verməz  ortasında  yatar;  Bəylə  bostan  əkənin  tağı  çiynində  olar;  Qız  anadan, 
oğul atadan götürər; Su axır samanlıxdan, nə çıxar yamanlıxdan...‖. 
 
Açar sözlər: Naxçıvan, atalar sözləri, ġərur rayonu 
 
 
“OĞUZ KAĞAN” DASTANINDA EPĠK ƏNƏNƏNĠN 
ÖZÜNƏMƏXSUSLUĞU 
ƏKRƏM HÜSEYNZADƏ 
AMEA Naxçıvan Bölməsi 
ekrem.h@mail.ru 
 
Ozanların  yaratdıqları  oğuznamələr  canlı  bir  tarixdir.  Eləcə  də 
oğuznamələr  dastançılıq  ənənələrinin  yaranmasının  xüsusi  bir  mərhələsidir. 
Tədqiqatçıların  fikrincə,  Oğuzların  dastan  dövrü,  onların  baĢqa  türk  tayfaları 
kimi qədim türk törəsinə söykənərək yaĢadığı alplıq dövrünün ideologiyası idi.  
Azərbaycan 
türklərinin 
soykökünə 
dayanan 
oğuzların 
epik 
mədəniyyətini  əks  etdirən  ―Oğuz  Kağan‖  dastanı  müxtəlif  müstəvilərdən 
araĢdırılmaqla geniĢ və çoxcəhətli tədqiqatla perspektivlər açmıĢdır.  
Təbii  ki,  ―Oğuz  Kağan‖  ənənə  hadisəsidir.  Eləcə  də  bu  abidə  ilə  yeni, 
orijinal  ənənələr  yaranmıĢ,  sonralar  türk  dastançılıq  ənənələrinin 
formalaĢmasında bunlar əhəmiyyətli rol oynamıĢdır. 
Təqdim  olunacaq  məruzədə  bu  ənənələr  haqqında  söz  açılacaq, 
müqayisələr  nəticəsində  ümumtürk  dastançılıq  ənənəsində  ―Oğuz  Kağan‖ 
hadisəsi araĢdırılacaq.  
Açar sözlər: Oğuz Kağan, ümumtürk ənənəsi, dastançılıq, abidə 

Tezislər 
 
155 
AZƏRBAYCAN YARADILIġ ƏFSANƏLƏRĠNDƏ UCUBILIX 
(UCUQULU) OBRAZI(Naxçıvan bölgəsinin materialları əsasında) 
ELÇĠN QALĠBOĞLU -ĠMAMƏLĠYEV  
AMEA Folklor Ġnstitutu  
elcin.galiboglu@gmail.com  
 
YaradılıĢın  ümumi  kosmoqonik  sxemi  xaosdan  kosmosun  yaranmasını 
əks  etdirir.  Mifologiyada  dünyanın  və  insanın  yaranması  ayrılmaz  və  vahid 
proses  kimi  təsəvvür  olunur.  Mifik  düĢüncədə  dünya  (kosmos)  ilk  əcdadın 
bədənindən yaranır. 
Yəni ilk əcdad öldükdən sonra onun bədənindən dünya yaranır. Burada 
mövzumuz baxımından diqqəti cəlb edən ən mühüm məqam ondan ibarətdir ki, 
dünyanın  yaranması  üçün  ilk  əcdad  ölməlidir.  YaradılıĢın  mahiyyətində  ölüm 
durur.  Kosmoqoniya  –  yaradılıĢ  deməkdir,  yaradılıĢ  ölümdən  keçir.  Beləliklə, 
yaradılıĢ hadisəsindən əvvəl hökmən ölüm (məhv olma, əvvəlki vəziyyətin sona 
çatması)  hadisəsi,  yəni  xaos  vəziyyəti  olmalıdır.  Bu,  xaosdan  kosmosun 
yaranması deməkdir.  
Biz yaranıĢın bu mifik modelini əfsanələrdə də görürük. Burada insanın 
yaradılıĢı həm də onun dünyasının, baĢqa sözlə, insanın, ailənin, elin, tayfanın, 
nəslin,  insanın  dünyasına  aid  olan  qalaların,  quyuların,  ovdanların,  arxların, 
məzarların, abidələrin, türbələrin, ziyarətgahların və s.  yaradılıĢı ilə birbaĢa və 
ayrılmaz  Ģəkildə  bağlıdır.  Və  burada  yaradılıĢ  öz-özünə  baĢ  vermir:  kosmos 
(həyat) xaosa (ölümə), o da yenidən kosmosa keçir. 
Naxçıvan  bölgəsinin  materialları  əsasında  Ucubılıx  (Ucuqulu)  obrazı 
haqqında danıĢcağıq.  
Təhlil  olunan  əfsanələrdə  insanlığın  iki  mərhələsi  var:  nəhəng  hal  və 
çırtdan hal. Bu iki hal arasında xaotik hal, hadisə var. Ġnsanların əvvəlki halı – 
kosmos,  biclikləri  –  xaos,  indiki  halları  –  xaosdan  yaranan  hazırkı  kosmos 
deməkdir. 
Kosmosun  yaranması  ilk  əcdadın  ölümü  ilə  baĢ  tutur.  Ġnsanların  əvvəl 
nəhəng  olduğunu,  sonradan  cırlaĢdığını  nəzərə  alsaq,  Ucubılıx  (Ucuqulu)  elə 
onların  əcdadıdır.  Bu  əcdad  yaradılıĢ  konsepsiyası  baxımından  xaosdur. 
Bununla  yaradılıĢ  mifinin  həqiqəti  təsdiq  olunur:  mifə  görə  kosmos  məhz 
xaosdan təĢəkkül tapır. 
Azərbaycan  əfsanələri  Oğuzu  mif  dünyasının  davamı  olaraq 
mifologiyamızın unudulmuĢ məqamlarını bərpa etməkdən ötrü bizə indiki halda 
olduğu kimi qiymətli material verə bilər.   
 
Açar sözlər: Ucubılıq, kosmoqonik miflər, Naxçıvan 
 
 
 
 

Beynəlxalq  İpək Yolu  
 
 
156 
NAXÇIVAN VƏ QAZAX AġIQLARININ OXġAR 
VƏ FƏRQLĠ CƏHƏTLƏRĠ 
                                                                                  
ĠLHAMƏ QƏSƏBOVA 
AMEA Folklor Ġnsitutu 
ilhame92@ mail.ru 
 
           Dünyanın  ən  unikal  poetik  sənət  hadisələrindən  olan  aĢıq  sənəti  28 
sentyabr  –  2  oktyabr  2009-cu  il  tarixində  BirləĢmiĢ  Ərəb  Əmirliyinin  Qeyri-
maddi  mədəni  irsin  qorunması  Komitəsinin  4-cü  sessiyasının  yekun  qərarına 
əsasən YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiĢdir.  
          AĢıq  sənəti sinkretizmi ilə sənətkarlığın  ən bariz göstəricisi sayılır. AĢıq 
yaradıcılığı ġifahi xalq ədəbiyyatının  ən geniĢ qollarından sayıldığı kimi   aĢıq 
mühitləri içərisində Qazax aĢıq mühiti və Naxçıvan ərazisinin aĢıq yaradıcılığı 
mühüm yerlərdən birini tutur. Azərbaycan aĢıq mühitlərinin araĢdırılması milli 
folklorĢünaslığın  mühüm  məsələlərindən  biri  olaraq  yenə  də  qalmaqdadır. 
Ġndiyədək  bu  istiqamətdə  nəzərəçarpacaq  sayda  tədqiqat  aparılsa  da  AĢıq 
ədəbiyyatını  öyrənməyin  və  onun  çoxsahəli  fəaliyyətini,  zəngin  repertuarını 
aĢkarlamağın  əsas  yolu  bu  sənətin  regional-mədəni  özünəməxsusluqlarına 
xüsusi diqqət yetirməkdir. Ona görə də Azərbaycan aĢıq yaradıcılığının zəngin 
bir  qolunu  təĢkil  edən  Naxçıvan  və    Qazax  aĢıq  sənətinin  qarĢılıqlı  əlaqədə 
öyrənilməsi  folklorda  və  əsasən  də  aĢıq  ədəbiyyatında  yenilikləri  ortaya 
çıxarmaqda özünəməxsus rol oynayacaqdır. 
AĢıqların yaradıcılığının regional və lokal kontekstdə öyrənilməsi folklor-
Ģünaslığın  aktual  problemləri  sırasına  daxildir.  Ayrı-ayrı  mühitlərin  Naxçıvan 
və  Qazax  aĢıqlarının    oxĢar  və  fərqli  cəhətləri  və  tədqiqi  bütövlükdə  mədəni 
sistemin mükəmməl öyrənilməsi üçün zəruridir.  
         Qazax  aĢıq  mühitinin  aĢıqları  ilə  Naxçıvan  aĢıqlarının  istər  ifa  tərzində, 
istərsə  də  üslubunda  oxĢar  və  fərqli  cəhətlər  çoxdur.  Naxçıvan  aĢıq  mühiti, 
onun ustad sənətkarlarının yaradıcılığı və ifaçı aĢıqlarının ifa tərzləri ilə qüdrətli 
nümunələr yaradan aĢıqları çoxdur. Naxçıvan aĢıq mühitinin tarixən Dərələyaz, 
Göyçə,  Qaradağ-Təbriz,  Ġrəvan  aĢıq  mühitləri  ilə  təmasda  olması,  öz  sənət 
əlaqələrində  bu  bölgələrdən  bəhrələnməsi  eləcə  də  qarĢılıqlı  sənət  əlaqəsində 
daha  da  peĢəkar  aĢıqların  yetiĢməsinə  səbəb  olmuĢdur.  Qazax  aĢıq  mühiti  də 
coğrafi baxımdan Göyçə, Dərələyəz, Qarabağ və Ġrəvan aĢıq mühitləri ilə sənət 
əlaqəsində  olmuĢdur.  Məqalədə  bu  barədə  geniĢ  Ģərhlər  verilmiĢdir.  Naxçıvan 
aĢıq  mühitində  olan  özəlliklər  araĢdırılaraq  Qazax  aĢıq  mühiti  ilə  müqayisə 
edilmiĢdir.  
 
Açar sözlər: AĢıq yaradıcılığı, Naxçıvan, Qazax, qarĢılıqlı əlaqə 
 
 
 

Tezislər 
 
157 
“KĠTАBĠ-DƏDƏ QОRQUD”DA PAREMĠOLOJĠ VAHĠDLƏR 
XANKĠġĠ MƏMMƏDOV 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
xankisi_memmedov@mail.ru
 
 
Türk  dünyasının  böyük  tarixini  yaĢadan  sənət  nümunələrindən  biri 
Аzərbаyсаn  türklərinin  ədəbi-bədii,  əfsanəvi,  tarixi-соğrаfi,  fəlsəfi-psixoloji, 
еtnоqrаfik,  etnogenetik,  ictimai,  əxlaqi  görüĢlərinin  ən  mötəbər  qaynağı,  ana 
dilimizin ulu kitabı "Kitabi-Dədə Qorqud" еpоsudur. ġübhəsiz, deyə bilərik ki, 
türk ədəbiyyatının  bütün  əsərləri tərəzinin bir  gözünə, "Dədə  Qorqud" kitabını 
isə  digər  gözünə  qoyulsa,  türk  alimi  Mehmet  Fuad  Köprülüzadənin  də  dediyi 
kimi,  tərəzinin  dibində  qalan  "Dədə  Qorqud"  olar.  Dünya  ĢərqĢünaslarının 
həmiĢə  maraq  mərkəzində  olan  bu  əsərin  təkrar  təkrar  araĢdırılması  və  təbliği 
bu gün də öz aktuallığılnı qoruyub saxlamaqdadır. 
Eposdakı paremioloji vahidlər dörd istiqamətdə qruplаĢdırılsa da, onları 
daĢıdığı  məna  və  əhatə  etdiyi  sahələrə  görə  doqquz  qrupa  ayıra  bilərik  (bu 
bölgü E.Əlizadənin bölgüsündən fərqlidir): 
a)  Allaha  sitаyiĢ  və  islаmi  təsəvvürlər  əsаsındа  çıхаrılаn  nəticələrin  bədii 
ifаdəsi;  
b)  vаlidеyn-övlаd  və  аilə-məiĢət  münаsibətləri  əsаsındа  çıхаrılаn 
nəticələrin bədii ifаdəsi;  
c)  ümumi  həyаt  yоlunun  müəyyən  оlunmuĢ  fikirləri  əsаsındа  çıхаrılаn 
nəticələrin bədii ifаdəsi;  
ç) хəlqi kеyfiyyət, məĢğuliyyət əsаsındа çıхаrılаn nəticələrin bədii ifаdəsi;  
d)  dоstluq-düĢmənçilik  münаsibətləri  əsаsındа  çıхаrılаn  nəticələrin  bədii 
ifаdəsi;  
e) еl аĢığı, оzаn hаqqındа yаrаnаn təsəvvürlərdən çıхаrılаn nəticələrin bədii 
ifаdəsi;  
ə) igidlik, mərdlik-nаmərdlik əsаsındа çıхаrılаn nəticələrin bədii ifаdəsi;  
f) təbiət hаdisələrinin gеdiĢi əsаsındа çıхаrılаn nəticələrin bədii ifаdəsi;  
g) hеyvаnlаrа münаsibət əsаsındа çıхаrılаn nəticələrin bədii ifаdəsi.
  
Əlbəttə,  eposdakı  bəzi  paremioloji  vahidlərin  "Oğuznamə"dəki 
nümunələrlə üst-üstə düĢməsi diqqət çəkən məsələlərdən biridir. 
Allaha  güvən ilə əlaqədar "Kitab"da çox sayda  atalar sözü verilmiĢdir. 
AraĢdırmalarımızdan  bu  nəticəyə  gəlmək  olar  ki,  Türkün  Allaha  bu  cür 
inancının nəticəsidir ki, Ulu Tanrı Türkü daha çox sevir və elə ona görə də hər 
keçən gün qüdrətlənir. 
Dastanın ana xəttini təĢkil edən üç əsas dəyərlərdən biri ana faktorudur. 
Əsərdə ana xarakteri vətən simvolu olaraq ümumiləĢdirilir və ana haqqı Tanrı 
haqqı kimi qiymətləndirilir. 
Bizcə,  paremioloji  vahidlərin  araĢdırılmasında  formalaĢan  mövcud 
istiqamətlər  sistemində  az  araĢdırılan  sahələrdən  biri  onların  etimoloji 

Beynəlxalq  İpək Yolu  
 
 
158 
baxımdan araĢdırılmasıdır. Bu sahədə iĢlərin davam etdirilməsi əhəmiyyətlidir. 
Ən azından özümüzü yaxĢı tanımaq üçün. 
Açar  sözlər:  Epos,  Dədə  Qorqud,  folklor,  paremoloji  vahidlər,  atalar 
sözləri 
 
 
NASREDDĠN HOCANIN ĠPEK YOLU CĠVARINDAKĠ ÜLKELERDE 
HALK KÜLTÜRÜ ÜZERĠNDEKĠ ETKĠSĠNĠN ĠNCELENMESĠ 
TAYYĠBE PERTOVÎ RAD, YAġAR YEġĠM AMAÇ 
Ġsfehan Üniversitesi  
 Ġstanbul Üniversitesi  
sdtr_er@rambler.ru 
 
Ġpek yolu, ticaret yeri olmasının yanı sıra, yüzyıllar boyunca farklı millet 
ve  kavimlerin  fikir  ve  kültürlerinin  değiĢim  yeri  olmuĢtur.  Bazı  kültürel 
akımların etki ve dağılımı ya da bazı Ģair ve yazarların Ģöhretlerinin yayılması, 
bu  coğrafyanın  sınırlarında  fikir  ve  kültür  akımlarının  yayılmasındaki  komĢu 
ülkeler  arasında  birlik  ve  barıĢın  temellerinin  sağlam  atılabilmesi  bu  yerin 
iliĢkilerinde  önemli  bir  göstergedir.  Ġpek  yolunun  sürekli  geliĢmesi  ve 
ekonominin  canlanması  doğrultusunda  ortak  kültür  unsurlarını  dikkatle 
araĢtırmak  elzem  olduğundan,    bu  makalede  Ġran,  Nahcivan,  Azerbaycan, 
Türkiye  ve  bazı  diğer  Arap  ülkelerinin  kültürel  ortak  sermayelerinden  birisi 
olarak  Nasreddin  Hocanın  rolü  incelenerek  ve  tahlil  yoluyla  açıklanarak 
Nasreddin  Hoca  hakkında  bu  ülkelerdeki  mevcut  kaynaklara  yönelerek  halk 
kültürü üzerindeki onun muhteĢem etkisini göstereceğiz.  
Bu makale, Nasreddin Hocanın doğum  yeri, hayatı ve ölümü hakkında 
yaygın  münakaĢalardan  uzak,  onun  Ģahsına  yönelik  kültürel  ortaklıkları  teyit 
ederek  ipek  yolunun  ticaret  ülkeleri  arasında  ortak  kültürlerinin  yayılmasında 
siyaseti bırakma  yönünde düĢmanca siyasi tavırlardan uzak durarak bu tahsilli 
insanlara  nükteyle,  fıkrayla  ve  mizahla  nasıl  fayda  gözetebildiğini  gösterir. 
Doğal olarak bu iĢ ile dostun kültür seyyahı geliĢir. 
Anahtar  kelimeler:  Ġpek  yolu,  Nasreddin  Hoca,  Halk  kültürü,  Kültür 
seyyahı 
 
 
UġAQ FOLKLORUNDA SANAMALAR VƏ TƏKƏRLƏMƏLƏR 
(Naxçıvan materialları əsasında) 
ġÖLƏ ƏLĠYEVA 
Naxçıvan Müəllimlər Ġnstitutu 
shole.qadirqizi@mail.ru 
 
Naxçıvan  folklor  muhitində  uĢaqlarla  bağlı  mətnlər  çox  rəngarəngdir. 
Bu mətnləri iki yerə ayırmaq olar: 
1. Böyüklərin uĢaqlar üçün  yaratdıqları  örnəklər;  

Tezislər 
 
159 
2. UĢaqların uĢaqlar üçün yaratdıqları örnəklər. 
Bu  nümunələrdə  uĢaqların  dünyagörüĢu,  maraq  dairəsi,  yaĢ 
xüsusiyyətləri nəzərə alınmıĢ, nəticədə ciddi təsir gücünə malik, maraqlı folklor 
mətnləri formalaĢmıĢdır. Bu yönümdən sanama və təkərləmələr xüsusi iĢləklik 
tezliyinə malikdir. 
Bir qisim sanamalar saylar üzərində qurulur. Hər bir say iĢləndiyi mətnə 
uyğun mənalandırılır. Bunun nəticəsində onların çoxfuknsiyalılığı təmin olunur. 
Belə  sanamalarda  da  qafiyələnmə  əsas  Ģərtlərdən  biridir.  Bu  isə  ahəngdarlıq 
yaradır, mətnin tez əzbərlənməsinə, geniĢ dairədə yayılmasına səbəb olur: 
Qırx iki – tale yazandı, 
Qırx üç – qaynar qazandı. 
Qırx dörd – Nahid, dənizdi, 
Qırx beĢ – gözəl kənizdi. 
Qırz altı – atdı, 
Qırx yeddi – muraddı. 
Mətndə qafiyələnmə özünəməxsus ahəng təĢkil etmiĢdir. 
Bir qism sanamada isə saylar iĢtirak etmir. 
Filologiya üzrə elmlər doktoru Ramazan Qafarlı bu qismə təkərləmələri 
də əlavə edir. Ancaq bizə belə gəlir ki, oynaq ahəng, müxtəlif sözlərin, səslərin, 
səs birləĢmələrinin təkrarı ilə əmələ gələn təkərləmələr müstəqil janrdır. 
Tədqiqatçılar  nağıların  əvvəlində  iĢlədilən  təkərləmələr  barədə  geniĢ 
araĢdırmalar aparmıĢdır. 
Təqdim  edəcəyimiz  mətndə  sanama  və  təkərləmələrin  janr 
xüsusiyyətlərindən,  səciyyəvi  cəhətlərindən  Naxçıvan    nümunələri  əsasında  
bəhs ediləcəkdir. 
Açar sözlər: folklor mühiti, sınama, təkərləmə, janr, qafiyə 
 
 
NAXÇIVAN VƏ KƏLBƏCƏR BÖLGƏLƏRĠNƏ AĠD MÜQƏDDƏS 
YERLƏR 
    AYTAC ABBASOVA  
AMEA Folklor Ġnstitutu 
folklorgirl@mail.ru 
 
 
Folklorun  epik  növünə  daxil  olan  pir  və  ocaqlarla  bağlı  rəvayətlər  də 
digər  janrlar  kimi  mövzu  və  süjet  baxımından  zəngin  olub  xalqın  tarixini, 
etnoqrafiyasını,  milli  əlamətlərini,  xarakter  və  psixologiyasını  özündə  əks 
etdirir. Pir və ocaqlarla bağlı rəvayətlər toponimlərin öyrənilməsi üçün bol-bol 
material  verir.  Оdur  ki,  bəhs  edəcəyimiz  müqəddəs  yerlər  yalnız  Azərbaycan 
xalqının  yaĢam  və  mifоlоji  düĢüncə  tərzinin  öyrənilməsi  üçün  dеyil,  həm  də 
bölgəyə  məxsus  toponimlərinin  öyrənilməsi  üçün  оlduqca  vacibdir.  Naxçıvan 

Beynəlxalq  İpək Yolu  
 
 
160 
və  Kəlbəcər  ərazisinə  məxsus  müqəddəs  yerlərin  müəyyən  bir  qismi  birbaĢa 
rеgiоnun cоğrafiyası, təbiəti, qədim yaĢayıĢ yеrləri ilə əlaqəlidir. 
 
AraĢdırma obyekti kimi götürdüyümüz Naxçıvan və Kəlbəcər bölgəsinə 
aid  olan  pirlər  yaranma  və  sahib  olduqları  mistik  güc  baxımından  rəngarəng 
olub  bir-birindən  fərqlənir.  Bu  müqəddəs  yerlər  əsasən  ayrı-ayrı  müqəddəs 
Ģəxslərin  adları  ilə,  daĢ,  ağac,  su-bulaq,  qəbir  və  s.  digər  vasitələrlə 
əlaqələndirilmiĢdir.  Buna  baxmayaraq,  pir  və  ocaqların  ziyarət  edilməsi 
səbəblərini  birləĢdirən  ümumi  cəhətlər  də  var.  Hər  iki  bölgəyə  aid  pir  və 
ocaqların daha çox müalicəvi xüsusiyyətə malik olması, müəyyən xəstəliklərin 
sağaldılması,  sonsuz  qadınların  niyyətlərinin  gerçəkləĢməsinə  olan  inam  əsas 
ziyarət  səbəblərindən  idi.  Naxçıvanda  ―Əshabi-kəhf‖,  ―Qoç  daĢı‖,  ―ġıx  Baba‖ 
ocağı,  ―Tək  tut‖  ocağı,  ―Mirqasım‖,  ―Dədəli  bulağı‖,  ―Qara  daĢ‖,  ―Hadıqayıt 
ocağı‖  və  s.,  Kəlbəcərdə  ―Əli  daĢı‖,  ―Dağdağan  ağacı‖  ―Qara  daĢ‖,  ―Seyid 
Manaf ağa ocağı‖, ―ġıx Həsən‖ kimi  pir və ocaqlar xalqın inandığı  və ziyarət 
etdiyi məkanlardandır.  
Açar  sözlər:  Naxçıvan,  Kəlbəcər,  ocaq,  pir,  müqəddəs  yerlər,  folkor, 
mif 
 
 
XALQ MƏDƏNĠYYƏTĠNDƏ MƏRASĠM FOLKLOR 
NÜMUNƏLƏRĠNĠN YERĠ  
(Ordubadda folklor nümunələrinin əsasında) 
AYTƏN CƏFƏROVA 
AMEA Folklor Ġnstitutu 
ceferli_ayten@mail.ru 
 
Ordubad folklor aləmində mərasim folkloru – mərasimlərlə bağlı yaranan 
poetik  mətnlər,  deyimlər,  inamlar  öz  qədimliyi  ilə  böyük  maraq  cəlb 
etməkdədir.  Bunların  bəziləri  zaman  keçdikcə  unudulmaq  təhlükəsi  ilə 
üzləĢmiĢ, ancaq əhalinin yaĢlı nəslinin yaddaĢında müəyyən dərəcədə yaĢayaraq 
müasir dövrümüzə qədər gəlib çata bilmiĢdir. 
Mərasim  folkloru  dedikdə,  müxtəlif  mərasimlərlə  bağlı  olan  folklor 
mətnləri xatırlanır. Mərasim nəğmələri adı altında yayılan bu poetik nümunələr 
öz mövzu və məzmun xüsusiyyətlərinə görə iki qrupa ayrılır: mövsüm mərasim 
nəğmələri;  məiĢət  mərasimi  nəğmələri.  Bu  bölgünü  Ordubad  mərasim 
nümunələrinə  də  tətbiq  etmək  olar.  Lakin  burada  mərasimlər  özünü  təkcə 
nəğmələrdə deyil, həm də bir çox kiçik janrlarda – alqıĢ, qarğıĢ, inam, sınama, 
fal,  ovsun  kimi  nümunələrdə  də  göstərir.  Bu  bölgüyə  əlavə  olaraq,  əraziyə 
məxsus  dini  mərasim  folkloru  nümunələrini  də  daxil  etmək  olar.  Bunlardan 
―Müsəllaya  çıxma‖  adı  ilə  tanınan  ayin  hazırda  da  icra  olunur.  Əgər  uzun 
müddət quraqlıq olarsa, yaxın  məhəllələrin  sakinləri  bir  yerə toplaĢaraq Bəlkə 
dağının  ətəklərinə  doğru  üz  tuturlar.  Qurandan  müxtəlif  dualar  oxuya-oxuya 

Tezislər 
 
161 
dağın  yüksəkliyinə  çıxmağa  çalıĢırlar.  Əhali  tərəfindən  maliyyələĢdirilmiĢ  bir 
Ģəxs  dağın  lap  yüksəkliyinə  qalxar.  Orada  xalq  adından  Allaha  dualar  edər, 
tezliklə  yağıĢ  yağmasını,  quraqlıq  bəlasından  xalqın  qurtulmasını  Allahdan 
diləyərdi.  Qeyd  edək  ki,  bu  Ģəxs,  əsasən,  yas  məclislərini  idarə  edən 
mollalardan biri olmalı idi. 
Ərazinin  mövsüm  mərasimləri  ilə  bağlı  yaranan  folklor  nümunələrindən 
yağıĢla  bağlı  mətnlər  çox  maraqlıdır.  Ordubadda  yağıĢ  çağırmaq  üçün 
―Çömçəxatun‖ mərasiminə əməl edilərdi. Bir çömçə götürüb üstünə qara parça 
salar,  qapı-qapı  gəzib  mahnı  oxuyardılar.  Hər  evdə  onlara  pay  verərdilər, 
çömçəyə isə bir az su tökərdilər. UĢaqlar payı özlərinə götürər, çömçədəki suyu 
bir  ağacın  dibinə  tökər,  çömçəni  də  həmin  ağacdan  asardılar.  Bu  ayinlərin 
icrasında məqsəd bol məhsul arzusu, quraqlıqdan qurtulmaq istəyidir. 
Hazırda  bu  mərasimlər  və  onlarla  bağlı  yaranan  mətn  nümunələri 
itməkdədir. Lakin indiki dövrdə xalqımızın keçmiĢ adət və ənənələrini, dünyaya 
baxıĢını,  təbiətə,  cəmiyyətə  münasibətini  öyrənmək  iĢində  bu  mərasimlərin 
böyük elmi əhəmiyyəti vardır. 
Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin