MÜNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat


Açar sözlər: Naxçıvan, anadolu, dialekt, Ģivə



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə13/20
tarix01.01.2017
ölçüsü2,49 Mb.
#4003
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

Açar sözlər: Naxçıvan, anadolu, dialekt, Ģivə 
 
 
ƏYLĠSDƏ QƏDĠM TÜRK MƏDƏNĠYYƏTĠ 
NĠZAMĠ MURADOĞLU (MƏMMƏDOV
AMEA Folklor Ġnstitutu 
nizamimurad@gmail.com 
 
Azərbaycanın  qədim  mədəniyyət  mərkəzlərindən  biri  olan  Əylis  kəndi 
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda, Araz çayının Ģimalında, 
Ordubad Ģəhərinin qərb hissəsində, 7 (yeddi) kilometrlik bir məsafədə yerləĢir. 
Əylis kəndi orta əsrlərdən baĢlayaraq böyük inkiĢaf yolu keçmiĢ, sənətkarlıq və 
sənayenin  yüksəliĢi  ilə  Ģəhər  səviyyəsinə  gəlib  çatmıĢdır.  Xüsusilə  Əylisdə 
ipəkçiliyin  yüksək  inkiĢafı  digər  sahələrin-toxuculuq  və  ipək  ticarətlərinin 
yaranmasını  da  sitimullaĢdırmıĢdı.  XVI-XVII  əsrlərdə  Əylisdə  bir  çox  ipək 
sexləri,  manufakturalar  yaranmıĢ,  əhalinin  pul  gəlirləri  artmıĢ  və  beləliklə  də 
kəndin ictimai-sosial həyatında köklü dəyiĢikliklər baĢ vermiĢdi.  
Əylisdə  aparılan  adadlıq iĢləri, küçələrin  daĢla döĢənməsi,  ikimərtəbəli 
binaların salınması, kəhrizlər sisteminin yaradılması, o zamankı hakimiyyətin-
Ģahlıq üsul-idarəsinin diqqətini cəlb etmiĢ, bu məkanın təbii relyefinin gözəlliyi 
I  ġah  Abbasın  xoĢuna  gəlmiĢ,  Ģahın  xəzinəsindən  ayrılan  vəsaitlə  nadir 
mədəniyyət abidələrindən olan ġah Abbas məscidi, hamamı, kəhrizi, mədrəsəsi 
kompleksinin  tikintisi  planlaĢdırılmıĢdır.  Beləliklə,  Əylisin  tarixi  abidələri 
sırasına  ġah  Abbasın  adını  daĢıyan  adidələr  kompleksi  də  əlavə  olunmuĢdur. 
Hazırda  həmin  abidələr  kompleksi  Əylis  kəndinin  mərkəzi  ġah  Abbas 
meydanında  öz  həyatını  sürməkdədir.  ġah  Abbas  meydanından  3  (üç) 
istiqamətdə yol ayrılır. ġərqə gedən yolun baĢlanğıcında Xanlar həyətinə açılan 
darvaza ilk növbədə diqqəti cəlb edir. 
Məqalədə  Əylisdə  mövcud  olan  digər  abidələr  ilə  birlikdə  ġah  Abbas 
məscidi və hamamı haqqında ətraflı məlumat vermək nəzərdə tutulur. Belə ki, 
hazırda  bu  abidələrdən  olan  məscid  sovet  dövründə  dağılb  sökülsə  də, 
respublikamız ikinci dəfə müstəqilliyini qazanandan sonra yerli əhalinin daxili 

Beynəlxalq  İpək Yolu  
 
 
102 
imkanları ilə təmir edilib camatın istifadəsinə verilmiĢdir. Təbii ki, burada elmi 
bərpadan  söz  demək  olmaz.  Amma  məscidin  dağılıb  sıradan  çıxmasının 
qarĢısının alınmasında bu iĢin müəyyən önəm daĢıdığını da qeyd etməliyik. 
Hamama  gəlincə  deməliyik  ki,  bu  hamam  üç  gümbəzli  olub  nadir 
abidələrdəndir.  Bu  hamamın  oxĢarı  Naxçıvan  Ģəhərində  elmi  bərpadan  sonra 
mədəniyyət nümunəsi kimi qorunan Ġsmayıl xan hamamıdır.    
Təqribən 600 kvadratmetrlik Əylis hamamını  Ordubad və Naxçıvan Ģəh
ərində olan üçgünbəzli hamam binalarından fərqləndirən cəhəti onun bu ərazidə
 yerləĢən abidələr kompleksinin tərkib hissəsi olmasındadır.  
Açar  sözlər
Əylis, ġah Abbas, məscid, hamam, ipək, ticarət, daĢ, memarlıq  
 
 
NAXÇIVANDA  KĠTABXANALARIN TARĠXĠ 
 AYPARA BEHBUDOVA 
Naxçıvan Dövlət Universiteti 
behbudova_a@mail.ru 
 
 Hər  bir  xalqın  mədəni  inkiĢafında  kitab  və  kitabxanalar  böyük  rol 
oynadığı  kimi,  Azərbaycan  xalqının  da  tərəqqi  və  inkiĢafında  kitabxanalar 
mühüm rolu vardır. Qədim tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvan 
Azərbaycan  maarifçilik  hərəkatına  və  kitab  mədəniyyətinin  inkiĢafına  mühüm 
töhfələr vermiĢdir. 
  XIX  əsrin  birinci  yarısından  etibarən  Naxçıvanda  kitabxanalar  təĢkil 
edilməyə  baĢlamıĢdır.  1837-ci  ildə  Naxçıvan  Ģəhərində  açılmıĢ  ―Rus-tatar‖ 
məktəbi  yanında 844 nüsxə kitab fonduna malik olan kitabxana yaradılmıĢdır. 
Naxçıvanda ilk kitabxana yaradıcısı Eynalı bəy Sultanov olmuĢdur. Onun  Ģəxsi 
kitabxanası  olmuĢ  və  Naxçıvan  ziyalılarının  əksəriyyəti  bu  kitabxanadan 
istifadə  etmiĢlər.  1881-1883-cü  illərdə  Naxçıvanda  ―Müsəlman  incəsənət  və 
dram  cəmiyyəti‖  yaranır.  Bu  cəmiyyətin  üzvü  E.Sultanovun  təĢəbbüsü  ilə 
cəmiyyətin  kitabxanası  təĢkil  olunur.  Bu  kitabxanada  böyük  Azərbaycan 
yazıçısı,  mütəfəkkiri  M.F.Axundovun,  rus  klassik  yazıçılarının  əsərləri 
olmuĢdur.  
Naxçıvanda ən zəngin kitabxanalardan biri də görkəmli ədəbiyyatĢünas 
Əziz  ġərifin  atası  MəĢədi  Qurbanəli  ġərifovun  kitabxanası  olmuĢdur.  Onun 
kitabxanasına  Bağçasarayda  və  Kazan  Ģəhərində  nəĢr  olunan  kitablar  gəlirdi. 
XX  əsrin  əvvəllərində  Naxçıvanda  Hacımehdi  Bağırov,  Heydər  Məmmədov, 
Bəhruz Kəngərli, Əmirovların və baĢqa ziyalıların Ģəxsi kitabxanaları olmuĢdur. 
Bu kitabxanalardan geniĢ xalq kütləsi istifadə etmiĢdir. 
 
1905-ci  ildə  Naxçıvanda  ―Müsəlman  maarif  incəsənət  cəmiyyəti‖ 
tərəfindən  rəsmi  kitabxana  açılıb.  1915-1916-cı  illərdə  Ģəxsi  kitabxanaların 
ayrı-ayrı ziyalılar tərəfindən yaradılması daha da artır. Bu illərdə Musayevlərin, 
ġahbazağa  Kəngərli,  ġahbaz  Kələntərov,  Rza  Təhmasibin,  Həsən  Səfərlinin  

Tezislər 
 
103 
kitabxanalarını  misal  göstərmək  olar.  1917-ci  ildə  Naxçıvan  Ģəhərində  üç 
kitabxana  olmuĢdur.  Bunlardan  biri  ―Hümmətçi‖lərin,  ikincisi  ―Çinovniklər 
klubu‖nun, üçüncüsü isə ―Müsəlman milli komitəsi‖nin kitabxanası idi. 
 
Sovetlər dövründə də Naxçıvanda kitabxanaların fəaliyyətində müəyyən 
dəyiĢikliklər  olmuĢdur.  Müstəqillik  illərində  isə  Naxçıvanda  digər  sahələrlə 
yanaĢı  kitabxanaların  da  təkmilləĢdirilməsi,  elektronlaĢdırılması  sahəsində 
çoxlu  iĢlər  görülmüĢdür.  Hazırda    Naxçıvan  Muxtar  Respublikasında  293-dən 
artıq    kitabxana-  M.S.Ordubadi  adına  Naxçıvan  Muxtar  Respublika 
Kitabxanası,  Adil  Babayev  adına  Naxçıvan  Muxtar  Respublika  UĢaq 
Kitabxanası,  Naxçıvan  Dövlət  Universitetinin  Elmi  Kitabxanası,―Naxçıvan‖ 
Universitetinin  Elmi  Kitabxanası,  Naxçıvan  Müəllimlər  Ġnstitutunun  
Kitabxanası,  Naxçıvan  Kitab  Evi,  Ģəhər  və  rayonlarda  8  MərkəzləĢmiĢ 
Kitabxana  Sistemi  və  onların  tərkibində  285  filial  kitabxanaları  fəaliyyət 
göstərir.
 
Bütün bunlar, bir daha əmin olmağa əsas verir ki, milli –mənəvi irsimiz 
olan  kitabxanalarımız  zəngin  mütərəqqi  ənənələrə,  ümumbəĢəri  dəyərlərə, 
beynəlxalq təcrübəyə əsaslanaraq  daha da inkiĢaf edəcək. 
  
 
Açar sözlər: Naxçıvan, kitabxana, elektron kataloq, ―Müsəlman maarif 
incəsənət cəmiyyəti‖ 
 
 
ĠPƏK YOLU ÜZƏRĠNDƏ TƏHSĠLĠN ĠNKĠġAFININ YENĠ ÜFÜQLƏRĠ: 
“QAFQAZ” UNĠVERSĠTETLƏR BĠRLĠYĠ(KÜNĠB) 
ORHAN SÖYLEMEZ 
Ardahan Universitesi  
info@kunib.com                                   
  
11 Kasım 2009 tarihinde 3 ülkeden 7 üniversitenin bir araya gelmesiyle 
kurulmuĢ  olan  Kafkasya  Üniversiteler  Birliği’nin  (KÜNĠB)  temel  amacı 
Kafkasya coğrafyasındakı paydaĢ ülkelerin sahip oldukları ortak mirastan yola 
çıkarak bu ülkelerdeki üniversiteler aracılığıyla geleceğe ıĢık tutacak bir vizyon 
belirlemek  ve  dil,  kültür,  sanat,  tarih,  ekonomi,  eğitim  gibi  alanlarda  ortak 
bilimsel  çalıĢmalar  yapmaktır.  KÜNĠB,  kısa  zamanda  hızla  büyüyerek  16 
ülkeden  92  üniversitenin  katılımıyla  büyük  bir  strateji  ve  eğitim  iĢbirliği 
organizasyonuna dönüĢmüĢ bulunmaktadır.  
KÜNĠB  olarak  1.  Olağan  Kongremizi  08-13  Mayıs  2011  tarihleri 
arasında  Ardahan’da,  2.  Olağan  Kongremizi  04-05  Mayıs  2012  tarihleri 
arasında  Gürcistan’ın  Batum  kentinde  gerçekleĢtirdik.  3.  Olağan  Kongremizi 
ise 20-21 Mayıs 2013 tarihleri arasında Azerbaycan’ın BaĢkenti Bakü’de, YÖK 
BaĢkanlarımızın,  Milli  Eğitim  Bakanımızın  ve  bölge  ülkelerin  Eğitim 
Bakanlarının katılımlarıyla gerçekleĢtirdik.  

Beynəlxalq  İpək Yolu  
 
 
104 
03-04  Mayıs  2014  tarihleri  arasında  Bakü’de  düzenlenen  I.  KÜNĠB 
Eğitim Fuarında 36 üniversitemiz temsil  edildi  ve  yüksek düzeyde bir katılım 
sağlandı.  Gelen  talepler  ve  elde  edilen  baĢarı  doğrultusunda  2015  KÜNĠB 
Eğitim Fuarları’nın, 14-15 Mart 2015 tarihleri arasında Üsküp -Makedonya’da, 
11-12  Nisan  2015  tarihleri  arasında  da  Bakü  –  Azerbaycan’da  daha  etkin  bir 
Ģekilde yapılmıĢtır. Öncelikli amacımız ülkemize olan yabancı uyruklu öğrenci 
akıĢını  artırmak  ve  böylece  YÖK’ün  uluslararasılaĢma  vizyonuna  katkı 
sağlamaktır.    
  
Türkiye  üniversitelerinin  farklı  coğrafyalarda  tanıtılması  görevini  etkin 
bir Ģekilde yürütmekte olan KÜNĠB, KÜNĠB YÖS’ü (Yabancı Uyruklu Öğrenci 
Sınavı)  internet  ortamında,  bilgisayar  tabanlı  online  bir  sınav  olarak 
uygulamaktadır. KÜNĠB e-YÖS (www.kunibyos.com) ilk kez 15 Ağustos 2014 
tarihinde  Ürdün’de,  17  Ağustos  2014  tarihinde  ise  Türkiye  (Ankara,  Ġstanbul) 
ve  Azerbaycan’daki  (Bakü)  sınav  merkezlerinde  uygulanmıĢtır.  KÜNĠB  e-
YÖS,  günümüz  itibari  ile  Türkiye’de  devlet  ve  vakıf  olmak  üzere  72 
üniversitenin  tanıdığı  bilgisayar  tabanlı  bir  sınavdır.  Bu  yıl  ise  17  farklı 
ülkedeki 21 sınav merkezinde eĢzamanlı ve yine online olarak 17 Mayıs 2015 
tarihinde düzenlenmiĢtir. 
 
Anahtar kelimeler:  KÜNĠB, eğitim, Kafkasya, Bakü, Ankara 
 
 
CULFA ġĠVƏLƏRĠNDƏ TƏSƏRRÜFAT LEKSĠKASI 
RƏġAD ZÜLFÜQAROV 
AMEA Naxçıvan Bölməsi                                                                                                    
reshadzulfugarov@yahoo.com 
 
 
Böyük  Ġpək  Yolunun  üzərində  yerləĢən  Culfa  rayonu  qədim 
zamanlardan  mədəniyyəti,  təsərrüfat  həyatı,  geniĢ  ticarət  əlaqələri  ilə  daim 
diqqət  mərkəzində  olmuĢdur.  Culfa  Ģivələri  özünəməxsus  xüsusiyyətləri  ilə 
ədəbi  dilimiz,  həmçinin  dialekt  və  Ģivələrimizdən  seçilir.  Culfa  Ģivələrinin 
təsərrüfat  leksikası    zəngin  və  əhatəlidir.  Rayonunun  əkinçilik,  maldarlıq, 
heyvandarlıq, atçılıq, əkinçilik, üzümçülük, bağçılıq və bu kimi digər təsərrüfat 
sahələrini  inkiºaf  etdirmək  baxımından  əlveriĢli  mövqedə  yerləĢməsi  burada 
terminlər  sisteminin  zənginliyinə  yol  açmıĢdır.  Dağlıq  və  dağətəyi  əraziləri 
əhatə edən bu rayonda qədim zamanlardan heyvandarlıq təsərrüfatının inkiĢafı 
üçün  əlveriĢli  Ģərait  yaranmıĢdır.  Heyvandarlıq  bölgədə  yaĢayan  əhalinin  əsas 
məĢğuliyyət sahələrindəndir. Təsadüfi deyil ki, ―Naxçıvan sancağının müfəssəl 
dəftəri‖ və N.M. Süleymanovun əsərində burada iribuynuzlu və xırdabuynuzlu 
heyvandarlığın  geniĢ  yayıldığı  və  təsərrüfatın  mühüm  sahələrindən  birinə 
çevrildiyi  qeyd  olunmuĢdur.  Ərazidə  aparılan  arxeoloji  qazıntılar  zamanı  əldə 
edilən maddi-mədəniyyət nümunələri (Culfa rayonu ərazisində e.ə. III minilliyə 
aid  qoyun  və  digər  heyvan  sümükləri,  gil,  keramika  məmulatlar),  Gəmiqaya 

Tezislər 
 
105 
təsvirləri,  xalqımızın  ruhunu,  məĢğuliyyətini  əks  etdirən  çoxlu  sayda 
heyvandarlıqla  bağlı  iĢlədilən  folklor  nümunələri    və  qədim  milli  dil 
elementlərimizi  özündə  saxlayan  Ģivə  sözlərimiz  burada  heyvandarlığın, 
xüsusilə  də  qoyunçuluğun  Eneolit  dövründən  inkiĢaf  etdiyini  göstərməkdədir. 
Məlumdur  ki,  cəmiyyətin  inkiĢafı  zamanı  hər  hansı  bir  təsərrüfat  sahəsinin 
güclü  və  sürətli  yüksəliĢi  bir  tərəfdən  insanların  ehtiyaclarını  qarĢılamaq 
məqsədi  güdürsə,  digər  tərəfdən  əhalinin  məskunlaĢdığı  təbii-coğrafi  Ģəraitin 
verdiyi imkanlardan asılı olur.  
Azərbaycan ərazisində əkinçilik təsərrüfatının yaranması Neolit dövrünə 
aid  olunur.  Tarixən  türk  tayfaları  su  hövzələrində,  çay  vadilərində 
məskunlaĢmıĢlar.  Culfa  rayonunun  Araz,  Əlincə  çayları  boyunca  yerləĢməsi 
buranın  qədim  türk  yurdu,  həmçinin  əkinçilik  təsərrüfatının  inkiĢafı  üçün 
əlveriĢli Ģəraitə malik yer olmasından xəbər verir. Rayonda əkinlə bağlı iĢlənən 
terminlər  müxtəlif  əĢya  və  alətləri,  torpağın  əkilmə  dövrünü,  əkinin 
suvarılmasını,  torpağın  məhsuldarlığını,  Ģum  aparılmasını,  cütə,  xıĢa  qoĢulan 
heyvanların  ad  və  sırasını,  taxılın  əkilməsini,  əkində  iĢtirak  edən  insanların 
vəzifələrinə  görə  adlarını  və nəhayət  məhsulun  yığılması ilə bağlı  adları  ifadə 
edir.  
Açar  sözlər:  Culfa,  Ġpək  Yolu,  heyvandarlıq,  təsərrüfat  leksikası, 
əkinçilik  
 
 
NAXÇIVAN  KĠTABXANALARI: MODERNLƏġMƏ YOLLARI 
AXTARIġINDA 
SEVĠL ZÜLFÜQAROVA  
AMEA Əlyazmalar Ġnstitutu  
nigar-aliyeva81@mail.ru 
 
BəĢəriyyətin XXI  əsrə–  ideya və texnologiyalar  əsrinə qədəm  qoyması 
ilə  əlaqədar  olaraq  cəmiyyətimizdə  bir  sıra  mühüm  dəyiĢikliklər,  yeniliklər 
müĢahidə olunmaqdadır. Bu dəyiĢikliklər fonunda isə digər strateji əhəmiyyətli 
obyektlərlə  yanaĢı,  sosial-mədəni  institutların,  informasiya  mərkəzlərinin,  o 
cümlədən kitabxanaların da rolu durmadan artmaqdadır. Belə ki, artıq sistemli 
informasiyalar  mühiti  dövlətçiliyin  tərəqqisinə  və  inkiĢafına  əhəmiyyətli 
dərəcədə  təsir  edə  biləcək  ehtiyat  sistemi  rolunu  oynayır.  Bu  baxımdan 
kitabxanalar  mühüm  sənəd  saxlayıcısı  kimi  həmiĢə  informasiya  sisteminin  bir 
hissəsi olmuĢdur.  
QloballaĢma Ģəraitində müasir kitabxanalar özünü mədəniyyət mərkəzi, 
elmi  irsin  qoruyucusu,  yaradıcısı  kimi  göstərməklə  yanaĢı,  ən  əsası  müasir 
informasiya sistemi ilə birbaĢa əlaqə yarada biləcək mərkəz rolunu oynayır. Bəs 
kitabxanaların  həyata  keçirəcəkləri  missiya  müasir  Ģəraitdə  necə 
formalaĢdırılır?  Kitabxanaların  fəaliyyəti  oxucuların  informasiya  tələbatı  ilə 

Beynəlxalq  İpək Yolu  
 
 
106 
uyğunlaĢdırılmalı,  ənənəvi  formalardan  fərqli  olaraq,  yeni  yanaĢmalar  tələb 
edən  müəyyən  informasiya  fəzası  yaradılmalıdır.  Kitabxanaların  müasir  sosial 
funksiyası isə ―dünyanın hansı nöqtəsində olursansa olsun hər bir sənət hamı və 
hər kəs üçün dünyanın hər nöqtəsində əlveriĢli olmalıdır‖ konsepsiyası ilə ifadə 
olunacaqdır.  Texnoloji  tərəfdən  həmin  konsepsiya  elektron  kitabxanaların 
yaranması  ilə  və  bu  tip  kitabxanalara  giriĢi  təmin  edən  sistemlərin  tətbiqi  və 
inkiĢafı yolları ilə reallaĢdırılacaqdır.  
Ġnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkiĢaf etdiyi 
bir  mərhələdə  çoxları  kitabxanaların  gələcəkdə  mövcud  olmayacağını 
proqnozlaĢdırırlar.  Lakin  onlar  səhv  edirlər.  Çünki  dünya  təcrübəsi  təsdiq 
etmiĢdir  ki,  kitabxanalarda  yeni  xidmət  formalarına  keçmək  üçün  yeganə  və 
real baza– qabaqcıl telekommunikasiya və informasiya texnologiyalarıdır. Buna 
görə də müasir kitabxanalarda çalıĢan peĢəkar mütəxəssislər cəmiyyətdə gedən 
bu dəyiĢikliklərə nəinki biganə qalmır, həmin proseslərdə aktiv iĢtirak etməklə 
ĠKT  sahəsində  yüksək  nailiyyətlər  əldə  edirlər.  Artıq  cəmiyyətdə  informasiya 
sistemlərinin  avtomatlaĢdırılması  iĢinin  həyata  keçirilməsi  proseslərinə 
baĢlanmıĢdır.  Bu  baxımdan  elektron  texnologiyalara  əsaslanan  müxtəlif 
informasiya  sistemləri  yaranmıĢ  və  bu  sistemlər  funksiyasından  asılı  olaraq, 
informasiya  axtarıĢı,  informasiya–  idarəetmə,  informasiya–  hesablayıcı, 
məlumatın  iĢlənməsi  sistemləri,  avtomatlaĢdırılmıĢ–  informasiya  sistemləri  və 
s. adlandırılmıĢdır.  
Kitabxanalarda  avtomatlaĢdırılma  proseslərinin  tətbiqi  onların  bütün 
fəaliyyət  sistemlərini  əhatə  edir:  ədəbiyyatın  abunəsi,  komplektləĢdirilməsi, 
iĢlənməsi,  kataloqlaĢdırılması,  xidmət  sahələrini:  abonoment  və  qiraət  zalları, 
kitabxanalar  arası  abonument,  ədəbiyyatın  mühafizəsi,  nadir  nəĢrlərin, 
əlyazmaların  konservasiyası,  xarici  ölkələrlə  ədəbiyyat  mübadiləsi  təĢkili 
fəaliyyətin  ən  mühüm  istiqamətlərindən  biri  olan  biblioqrafik  informasiya 
xidməti fəaliyyəti və s. 
Kitabxana– biblioqrafiya proseslərinin avtomatlaĢdırılmasını tətbiq edən 
kitabxanalar ilk növbədə elektron kataloqun yaradılmasından iĢə baĢlayırlar və 
oxucuların  ondan  istifadəsini  təĢkil  edirlər.  Son  zamanlar  avtomatlaĢdırılma 
proseslərinin  kitabxananın  bütün  sahələrinə  müsbət  müdaxiləsi,  kitabxanalar 
arasında informasiya resuslarının mübadiləsini və qarĢılıqlı əməkdaĢlığı daha da 
məqsədəuyğun  etmiĢdir.  AvtomatlaĢdırılmıĢ  kitabxanalarla  əməkdaĢlığın 
yaradılması və inkiĢaf  etdirilməsi  heç bir kitabxana daxili  informasiya balansı 
ilə kifayətlənmədiyindən və kifayətlənməyəcəyindən hər bir kitabxanların digər 
kitabxanalarla iĢ birliyinə və müĢtərək informasiya bölgüsünə ehtiyacı var.  
Müasir kitabxanaçı həm də yaxĢı menecer olmalıdır, müasir kitabxanaçı 
poliqlot  bir  Ģəxs  kimi    bir  neçə  dünya  dilini  mənimsəməli,  həm  də  müasir 
texnologiyalarla peĢəkarcasına davranmalıdırlar.  
Kitabxanaların informasiya mərkəzinə çevrilməsi, informasiyanı müasir 
texniki avadanlıqların  vasitəsi  ilə alması,  paylanması və ötürülməsi,  kitabxana 

Tezislər 
 
107 
proseslərinin  avtomatlaĢdırılması,  Azərbaycan  gerçəkliklərinin  beynəlxalq 
aləmə  çatdırılması  və  s.  kimi  iĢlərin  həyata  keçirilməsində  kitabxanalar  öz 
iĢlərini  daha  effektiv  qurmaq  üçün  sorğular  və  monitorinqlər  keçirməli  və 
gələcək  iĢ  prinsiplərini,  perspektivlərini  müəyyən  etməlidirlər.  Aparılan  sorğu 
və monitorinqlərə  aĢağıdakıların təhlil edilməsi zəruridir: 
1.
 
Bu  gün  hansı  bilik  və  informasiyaya  (məzmununa,  formasına  və 
mənbələrinə görə) güclü tələbat var? 
2.
 
Hansı bilik və informasiyaya sabah tələbat yaranacaqdır? 
3.
 
Ġnformasiyanı  kitabdan,  yoxsa  elektron  informasiya  mənbələrindən 
əldə etmək istəyərdiniz? 
Ġnformasiya  tələbatlarının  kəskin  dərəcədə  artdığı,  ―Ġnformasiya  əsri‖ 
adlandırılan  XXI  əsrdə  qarĢıya  qoyulan  ən  mühüm  vəzifələrdən  biri 
informasiya  cəmiyyətinin  yaradılmasıdır.  Fəaliyyətini  doğru  istiqamətdə 
qurmuĢ kitabxanalar ən dəyərli informasiya mənbələridir. 
 
Açar sözlər: kitabxana, informasiya mərkəzi, qloballaĢma, nadir nəĢrlər 
 
 
HÜSEYN  CAVĠD ĠRSĠNƏ ƏBƏDĠYAġARLIQ QAZANDIRAN 
ÜMUMMĠLLĠ LĠDER HEYDƏR ƏLĠYEV   
SALATIN ƏHMƏDLĠ 
Azərbaycan Memarlıq və ĠnĢaat Universiteti 
huseinjavid@gmail.com 
 
Dünya romantizminin görkəmli nümayəndəsi, Azərbaycan ədəbiyyatında 
romantizm  cərəyanının  banisi  Hüseyn  Cavid  həmiĢə  Heydər  Əliyevin  diqqət 
mərkəzində  olmuĢdur.  1982-ci  ildə  H.Cavidin  cənazəsini  uzaq  Sibirdən 
gətirməsi  və  doğma  Naxçıvan  torpağında  dəfn  etdirməsi,  içərisində  bu  gün 
Cavidlərin  birgə  uyuduğu  möhtəĢəm  məqbərənin  tikilməsi  Heydər  Əliyevin 
böyük qəhrəmanlığı, misilsiz rəĢadəti, təkcə Cavidə deyil, ümumən Azərbaycan 
ədəbiyyatına,  ədəbi-ictimai  fikrinə  tarixi  ehtiramı  idi.  O,  1995-ci  ildə  Hüseyn 
Cavidin məqbərəsinin və ev muzeyinin yaradılmasına həsr edilmiĢ müĢavirədə 
demiĢdir:  ―Bilirsiniz  ki,  Hüseyn  Cavidin  həyatı,  yaradıcılığı  Azərbaycan  üçün 
nə qədər dəyərli, əhəmiyyətli olub, onun qoyduğu ədəbi-mənəvi irs bizim üçün 
nə qədər əhəmiyyətli və gərəklidir. Eyni zamanda onun həyatı faciəli olubdur. 
Ancaq  bu  faciəli  dövrlər  onun  yaradıcılığını  Azərbaycan  xalqının  qəlbindən 
çıxara bilməyib, yaĢadıbdır‖.  
Heydər  Əliyevin  XX  əsr  Azərbaycan  romantizminin  görkəmli  siması, 
romantik  Ģair  və  filosof  H.Cavid  haqqındakı  fikirləri  müasir  cavidĢünaslığın 
metodoloji əsaslarını müəyyən edir: ―Hüseyn Cavid XX əsrdə Azərbaycan ədə-
biyyatının,  mədəniyyətinin  inkiĢaf  etməsində  misilsiz  xidmətlər  göstərmiĢdir. 
Hüseyn  Cavid  Azərbaycan  xalqını,  onun  mədəniyyətini,  ədəbiyyatını,  elmini 
yüksəklərə  qaldıran  böyük  Ģəxsiyyətlərdən  biridir.  Hüseyn  Cavidin  yaratdığı 

Beynəlxalq  İpək Yolu  
 
 
108 
əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər 
üçün  dərslik  kitabıdır.  Hüseyn  Cavidin  bütün  yaradıcılığı,  bütün  fəaliyyəti 
Azərbaycan  xalqının  mədəniyyətini  yüksəklərə  qaldırmaqdan,  xalqımızı  azad, 
müstəqil  xalq  etməkdən  ibarət  olubdur.  Onun  bütün  yaradıcılığı  Azərbaycan 
xalqını milli azadlığa, müstəqilliyə çatdırıbdır. O, həmiĢə öz iradəsi ilə yaĢamıĢ, 
öz iradəsinə, millətinə sadiq olmuĢdur, millətini, xalqını həddindən artıq sevmiĢ 
və millətinə həddindən artıq xidmət edən bir insan olmuĢdur‖. 
Göründüyü kimi, H.Cavidin ədəbi-tarixi mövqeyinə verilən bu konseptual 
dəyərdə  böyük  romantik  Ģair  və  filosofun  yaradıcılığına  xas  bir  neçə  cəhət  öz 
ifadəsini tapır: o, ədəbiyyat və mədəniyyətimizi ucaldır; yaratdığı əsərlər milli 
sərvətimizdir; əsərləri bu günün və gələcəyin dərs kitabıdır; ideyaları azadlıq və 
müstəqilliyə  xidmət  edir;  o  böyük  yaradıcılıq  iradəsi  nümayiĢ  etdirmiĢ; 
millətinə sadiq olmuĢ, onu sevmiĢ və hədsiz xidmət göstərmiĢdir. 
Açar sözlər: ədəbiyyat, türkçülük, Cavid, məqbərə 
 
 
NAXÇIVANIN QƏDĠM SƏNƏT NÜMUNƏLƏRĠNDƏKĠ XAÇ 
ĠġARƏLƏRĠNĠN SEMANTĠK MƏZMUNU  
FĠZZƏ QULĠYEVA 
Naxçıvan Dövlət Universiteti 
fizze25@mail.ru 
 
Naxçıvanın  Eneolit  və  Tunc  dövrünə  aid  yaĢayıĢ  yerlərindən,  qəbir 
abidələrindən  aĢkar  edilmiĢ  sənət  nümunələri  üzərindəki  təsvirlərdən  qədim 
insanların  həyat  tərzini,  məĢğuliyyətini,  həmçinin  onların  mifoloji  və  səmavi 
düĢüncəsini  aydın  Ģəkildə  müĢahidə  etmək  mümkündür.  Həndəsi,  nəbati 
ornamentli  təsvirlərdə  təsvirin  sxematikliyi,  sadəliyi,  informasiyanın  Ģəkli 
olaraq kodlaĢdırılması böyük bir dövr ərzində sənətkarlıq ənənəsi kimi davam 
etdirilmiĢdir. Eneolit və Erkən Tunc dövrü keramika məmulatı  üçün daha çox 
cızma, basma, qabartma üsulu ilə həll olunan təsvirlər xarakterik  olsa da Orta 
və  Son  Tunc  dövrü  təsvirləri  üçün  daha  çox  tipik  xüsusiyyət  onların  boya  ilə 
çəkilməsidir.  Bu  da  həmin  dövrün  sənətkarlıq  yapısının  dəyiĢməsini,  inkiĢaf 
etməsini  göstərir.  Yığıcılıq  və  ovçuluqla  məĢğul  olan  qədim  insan  zamanla 
təsərrüfatı  təkmilləĢdirmiĢ,  əkinçilik  və  maldarlıq  vərdiĢlərinə  yiyələnmiĢ, 
sənətkarlığı  inkiĢaf  etdirmiĢ,  bununla  bağlı  düĢüncələrini  isə  sxematikləĢmiĢ 
Ģəkildə  qayalara,  keramikaya  həkk  etmiĢdir.  Təsvir  edilən  motivlərdə  ov  və 
təsərrüfat  heyvanları  ilə  bərabər  yırtıcı  heyvanların,  quĢların  da  təsvirləri  yer 
almıĢdır.  QuĢları  göy  aləminin  təmsilçisi  hesab  edən  qədim  insan  digər 
heyvanları  quĢ  təsvirlərindən  alt  hissədə  təsvir  etmiĢdir.  Ehtimal  ki,  təsərrüfat 
qablarında quĢ təsviri bərəkətin qorunması ilə bağlı inamları simvolizə etmiĢdir. 
Ġnanclara görə məhsul insanlara  göydəki tanrılar tərəfindən verilmiĢdir. Eneolit 
dövrü  təsvirlərindən  fərqli  olaraq  Orta  Tunc  dövrü  təsvirlərində  zəngin  sujetli 

Tezislər 
 
109 
motivlərlə  yanaĢı  artıq  qabın  səthindəki  təsvirlərin  müxtəlif  mərhələlərə 
bölünməsi də tətbiq olunmuĢdur. AraĢdırmalar göstərir ki, bu tip təsvirlər qədim 
insanların  mifoloji  dünya  ilə  bağlı  təsəvvürlərini  əks  etdirmiĢdir.  ġahtaxtıdan 
tapılmıĢ  küpənin  üzərində  üst  qurĢaqda  quĢların,  orta  qurĢaqda  heyvan 
təsvirlərinin,  alt  qurĢaqda  isə  xaotik  təsvirlərin  verilməsi  bunu  təsdiq  edir.  Bu 
tip  Ģərti  bölgüyə  digər  təsvirlərdə  də  rast  gəlmək  mümkündür.  Əkinçilik  və 
maldarlıq  təsərrüfatının  inkiĢaf  etdiyi  Tunc  dövründə  su  insanların 
ideologiyasında məhsuldarlığın mənbəyi kimi müəyyən yer tutmuĢdur. Bir çox 
mənbələrdə dalğalı xəttin suyun Ģərti simvolikası olduğu irəli sürülmüĢdür. Bu 
tip  dalğalı  xətlərə  təsərrüfat  qablarında  geniĢ  yer  verilməsi  ehtimal  ki,  bu 
ideologiya ilə bağlıdır. Təsvirlərdə rast gəlinən ilan rəsmləri məhsuldarlığın və 
bərəkətin    qoruyucusu  mənasını  ifadə  etmiĢdir.  Ġlkin  məhsuldarlıq  ayinlərinin 
təsvirinə  Cənubi  Qafqaz  və  Mesopotamiyada  yayılan  mədəniyyətlərdə  də  rast 
gəlinir.  Məhsuldarlıq  ilahəsi  Ġnannanyala  bağlı  sujetli  təsvirlər  bu  baxımda 
xüsusilə  diqqətəlayiqdir.  AraĢdırmalar  göstərir  ki,  qədim  dövrdə  məhsuldarlıq 
insanlar üçün hər Ģeydən önəmli olduğu üçün təsvirlər vasitəsi ilə müəyyən fikir 
ifadə  etməyə  çalıĢmıĢ  və  onların  ovsunlayıcı  funksiyasına  inanmıĢlar.  Belə 
nəticəyə  gəlmək  olar  ki,  təsvirlərin  yaranması  zəruri  ehtiyacdan  olmuĢ, 
insanların dini – mifoloji görüĢlərini əks etdirmiĢdir.  
Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin