Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri. Mülki müdafiə üzrə idarəetmə. Mülki müdafiə qərargahları və onların əsas vəzifələri



Yüklə 44,65 Kb.
səhifə7/17
tarix12.01.2023
ölçüsü44,65 Kb.
#78993
1   2   3   4   5   6   7   8   9   10   ...   17
MM və İTY müh 1.pptx

MÜLKİ MÜDAFİƏ SAHƏSİNDƏ
AZƏRBAYCAN
RESPUBLİKASI VƏTƏNDAŞLARININ HÜQUQLARI

  1. fövqəladə hadisələr baş vermiş ərazilərdə zəruri təhlükəsizlik tədbirləri haqqında tam və obyektiv məlumat almaq;

  2. fövqəladə hadisələr baş vermiş ərazilərdə fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etmək;

  3. fövqəladə hadisələrin qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında müəyyən

olunmuş qaydada iştirak etmək;

  1. mülki müdafiə məsələləri ilə bağlı müvafiq dövlət orqanlarına şəxsən müraciət etmək və ya yazılı təkliflər vermək;

  2. fövqəladə hadisələr nəticəsində səhhətinə və əmlakına dəymiş ziyana uyğun ödənclər almaq;

  3. fövqəladə hadisələr baş vermiş ərazilərdə yaşamağa və işləməyə görə müavinətlər almaq;

Mülki Müdafiənin təşkil edilmə prinsipləri və məqsədləri
1.ərazi prinsipi (mülki müdafiə tədbirlərinin
Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi);
2.fərqli və kompleks yanaşma prinsipi
(Azərbaycan Respublikasında mülki müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin,
istehsal və sosial təyinatlı obyektlərin hərbi-
strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi);
3.kütləvilik və məcburilik prinsipi (mülki müdafiə tədbirlərinin bütün əhalini əhatə etməsi və məcburi xarakter daşıması);
4.daimi hazırlıq prinsipi (mülki müdafiə sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli
fəaliyyətə başlamağa hazır vəziyyətdə olması);
5.dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr haqqında əhaliyə dərhal məlumat verilməsi);
6.qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təmin edilməsində iştirak edən dövlət
orqanlarının və mülki müdafiə qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi).

Yüklə 44,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin