Mühazirənin planı Mikroelektonikahaqqında ümumi məlumat İnteqral sxemlərin təsnifatı


İnteqral sxemlərin komponentləri və elementləri



Yüklə 153,5 Kb.
səhifə5/6
tarix26.03.2022
ölçüsü153,5 Kb.
#54225
növüMühazirə
1   2   3   4   5   6
13-cü mühazirə-ME (1)

3. İnteqral sxemlərin komponentləri və elementləri

IS ayrı–ayrı komponentlər və elementlərdən ibarətdir. IS–n komponenti dedikdə müstəqil məmulat kimi baxıla bilən tərkib hissəsi nəzərdə tutulur. Məsələn, hibrid IS–n asma detalları. Bu detallar dtskret komponentlərdən yalnız konstruksiyasına görə fərqlənir.

IS–n elementi onun bölünməyən tərkib hissəsidir. Bu hissələrə müstəqil məmulat kimi baxmaq olmaz. Məsələn, tranzistorun hər bir təbəqəsi IS–n bir elementidir. IS–n elementlərinin diskret cihazlardan fərqi odur ki, onların hər birinin ümumi altlıqla, bəzən isə bir–birləri ilə elektrik əlaqəsi var

Bipolyar tranzistorlu IS–n əsas elementləri n–p–n tranzistorlardır. Bu tranzistorların parametrlərini optimallaşdırmaq üçün bütün texnoloji proses, yəni p–n–p tranzistorların, diodların, rezistorların və s. texnologiyası onlara uyğunlaşdırılır. Buna görə də, texnoloji əməliyyatların sayı mümkün qədər azaldılır və n–p–n tranzistorun hər hansı bir oblastı həm də rezistor kimi, yaxud kondensatorun köynəklərindən biri kimi də istifadə edilir. Bu zaman deyilir ki, baza təbəqəsi rezistor kimi istifadə olunur və ya baza oblastına diffuziya zamanı rezistor yaradılır.

MDY tranzistorlu IS–in əsas elementləri induksiya olunmuş p–kanalı MDY tranzistorlardır və bütün texnoloji proseslər də onlara uyğunlaşdırılmışdır. Son illərdə isə yüksək keyfiyyətli n–kanalı MDY tranzistorların texnologiyası da inkişaf etmişdir. Odur ki, artıq bu tip tranzistorlu IS–lər daha çox yayılmışdır.

YIS–n xarakterik cəhəti odur ki, onların elementləri arasında induktivlik dolaqları, deməli həm də transformatorlar olmur. Bu da onunla bağlıdır ki, indiyə qədər bərk cisimlərin həcmində elektromaqnit induksiyası ilə bağlı hadisələrdən istifadə etmək mümkün olmamışdır. Odur ki, transformator və ya induktivlik dolağı zəruri olduqda onlar asma komponent kimi istifadə edilir.



Yüklə 153,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin