MühazirəÇI: dos. Z. Q.Əsgərova, dos. G.Ə. Abbasova MÜhaziRƏNİn plani


Multikulturalizm və xarici siyasət



Yüklə 303 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix25.10.2022
ölçüsü303 Kb.
#66147
növüMühazirə
1   2   3
Mühazirə 7

 
Multikulturalizm və xarici siyasət. 

Multikulturalizm anlayışı dünya siyasətində gənc bir anlayış olmasına 


baxmayaraq, bu siyasətlə bağlı müxtəlif fərqli fikirlər və fikir ayrılıqları 
mövcuddur.Bir sıra dövlətlər bu siyasəti dövlət siyasəti kimi həyata keçirir və onun 
inkişafı üçün daim islahatlar aparırlar, digər qrup dövlətlər isə ümumiyyətlə 
multikulturalizm siyasətindən imtina edir və onun uğurlu gələcəyinin olmadığını 
iddia edirlər.Başqa bir tərəfdən də aydındır ki, hər hansısa cəmiyyətin mövcud 
olması üçün çox əhəmiyyətli olan bir multikulturalizm modeli digər bir cəmiyyət 
üçün uyğun model olmaya bilər. 
Multikulturalizm siyasətinin təməlində xalqların qarşılıqlı əməkdaşlığı, 
tolerantlıq ideyaları və münaqişələrə yol verməmək prinsipləri dayanır.Əsrlər boyu 
böyük mədəniyyətlərin qovuşduğu bir diyar olan Azərbaycanda müxtəlif xalqların 
və dinlərin nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində 
yaşamışdır.Multikulturalizm ideyaları ölkəmizdə əsrlər boyu formalaşsa da onun 
siyasi banisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 
Qeyd etmək lazımdır ki, 80-ci illərin sonları və 90-cı illərin əvvələrində, Sovet 
İttifaqının dağılma ərəfəsində müxtəlif qruplar üçün “milliyətçilik” anlayışı birliyə 
çağırış üçün yeganə kateqoriya idi və Avropa dövlətlərindən fərqli olaraq bu, 
keçmiş sovet ölkələrində və eləcə də regionumuzda da dramatik toqquşmaların 
meydana gəlməsinə səbəb oldu.Bu ölkələrdən biri kimi Azərbaycan da vətəndaş 
müharibəsi astanasına gəlib çatmışdı.Ancaq Ümummilli Lider Heydər Əliyevin 
hakimiyyətə qayıdışından sonra Azərbaycanın həm daxili həm də xarici siyasətində 
köklü dəyişiklər dərhal özünü götərdi.Multikultural, tolerant və humanist 
dəyərlərin ana xətt təşkil etdiyi, insan hüquqlarının ali dəyər hesab olunduğu 



Heydər Əliev siyasəti Azərbaycanı nəyinki vətəndaş müharibəsindən xilas etdi, 
hətta Azərbaycanın multikultural dəyərlərini bir model kimi formalaşdırdı. 
Bu gün bu siyasət Azərbaycanın dövlət siyasətidir və müstəqillik dövründən 
bu günə kimi multikulturalizm sahəsində həyata keçirilmiş islahatlar və atılmış 
addımlar bu istiqamətin möhkəmlənməsinə və yeni perspektivlərinin ortaya 
çıxmasına xidmət etmişdir. 
18 aylıq Xalq Cumhuriyyəti dövrü istisna olmaqla həm Çar Rusiyası zamanı, 
həm də Sovet Hakimiyyəti dövründə Azərbaycan müstəqil xarici siyasət yürüdə 
bilməmişdir.1991-ci ildən özünün müstəqil xarici siyasi xəttini formalaşdıran 
Azərbaycan, multikulturalizmi də xarici siyasətin mühüm amilinə çevirdi.Bu gün 
Azərbaycan multikulturalizmi bir model kimi formalaşmış və bu model artıq 
dünyaya ixrac olunur. 
Milli azlıqlarla bağlı dünyada və xüsusən avropa ölkələrində həyata keçirilən 
siyasətə bu günkü qloballaşma konteksində yenidən baxılması ehtiyacını gündəmə 
gətirib.İstər ənənəvi milli azlıqlar istər də miqrasiya fonunda formalaşmış yeni 
milli azlıqların hüquqlarının tam şəkildə təmin olunması və ayrı-seçkilik hallarının 
aradan qaldırılması, separatçılıq hallarının qarşısının alınmasında və dövlətlərin 
suverenliyi baxımından həyati önəm daşıyır. 
Beynəlxalq aləmdə etimadsızlıq mühitinin hökm sürdüyü, milli dözümsüzlük 
və məzhəb ayrı-seçkiliyinin aktuallaşdığı bir zamanda Azərbaycan hakimiyyətinin 
milli azlıqlar və dini qruplarla həyata keçirdiyi multikultural siyasət dünya ölkələri 
tərəfindən artıq çox böyük bir maraqla öyrənilir.Bu siyasətin həyata keçirilməsi 
məqsədi ilə Azərbaycan BMT, AŞ, ATƏT, Aİ, Islam Əməkdaşlıq Təşkilatı və.s 
kimi bir çox beynəlxaql təkilatlarla əməkdaşlıq edir və müstəqillik dövründən bu 
günə kimi 50 dən artıq beynəlxalq sənədə tərəfdar çıxmış, bu sahədə beynəlxalq 
öhdəliyin həyata keçirilməsində mühüm nəaliyyətlər əldə etmişdir. 
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra 1992-ci il mart 
ayından BMT-yə üzv seçildi və milli azlıqlar və multikulturalizm siyasəti ilə bağlı 
çox mühüm iki konvensiyaya qoşuldu.Bunlar “milli, etnik, dini və dili azlıqlara 
mənsub şəxslərin hüquqları ilə bağlı Bəyənnamə” və “İrqi ayrı-seçkiliyin bütün 



formalarının ləğv olunması haqqında Beynəlxalq Konvensiya” idi. 
“Milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı 
Bəyənnamə” nin birinci maddəsində qeyd olunur ki, dövlət yuxarıda adı çəkilən 
kateqoriyalara mənsub şəxsləri onların yaşadığı ərazilərdə varlıqlarını və məişət 
adət ənənələrinin qorunub saxlanılmasına təminatçıdır.Bəyənnamə həmçinin bu 
kateqoriyaya mənsub şəxslərə öz mədəniyyətlərini, etiqat etdiyi dini ayinləri 
sərbəst həyata keçirməyi, öz dillərindən şəxsi həyatlarında istifadə etmək 
hüquqlarını verir.Onlar eyni zamanda hər hansı ayrı-seçkiliyə yol verilmədən öz 
qrupları və digər milli azlıqların üzvləri ilə hətta ölkə xaricindən kənarda olsalar 
belə sərbəst əlaqələr qura bilərlər. 
“İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Beynəlxalq 
Konvensiya” Azərbaycan Respublikasıda 31 may 1996-cı il 95 İC nömrəli 
prezident qanunu ilə təsdiq olunmuş və qüvvəyə minmişdir.Bu Konvensiyada irqi- 
ayrı-seçkilik ifadəsi məqsədi, siyasi, iqtisadi, sosial, mədəni və ictimai həyatın 
digər sahəsində insan hüquq və azadlıqlarının bərabər əsasda tanınmasını, ifadə 
olunmasını, yaxud həyata keçirilməsini ləğv etmək və ya pisləşdirmək olar, irqi, 
dərinin rəngi, nəsil yaxud etnik mənşə əlamətlərinə əsaslanan hər hansı 
fərqləndirməni, istisnanı və məhdudiyyəti bildirir.Ancaq dəqiq anlaşılmalıdır ki, bu 
konvensiya, onun iştirakçısı olan dövlətlərin, öz vətəndaşları ilə onların 
vətəndaşları olmayanlar arasında qoyduğu fərqlərə, istisna və məhdidiyyətlərə 
yaxud üstün tutmalara şamil edilmir. 
Qeyd etmək lazımdır ki, bu konvensiyada öz əksini tapmış ideya və prinsiplər 
Azərbaycan 
Respublikasının 
həyata 
keçirdiyi 
siyasətin 
əsas 
xəttlərindəndir.Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli 
sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının 
müdafiəsinin səmərəliliyinin artırmaq sahəsində “Milli Fəaliyyət Proqramı” təsdiq 
edilmişdir. “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında 
Beynəlxalq Konvensiya”da öz əksini tapmış hüquqların milli qanunvericilikdə 
daha səmərəli qorunması ilə bağlı “Milli Fəaliyyət Proqramı”nın 1.1 və 1.2 –ci 
bəndlərini xüsusi ilə qeyd etmək lazımdır.Bu bəndlərdə, Azərbaycan 



Respublikasının tərəfdar çıxdığı insan hüquqları və azadlıqlarına dair beynəlxalq 
müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan 
Respublikasının normativ –hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə 
uyğunluğunun təmin edilməsi öz əksini tapmışdır. 
İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması haqqında 
Beynəlxalq Konvensiya əsaslanan “bərabərlik hüququ” Azərbaycan 
Respublikasının Konstitusiyasının 25-ci maddəsində, Cinayət Məcəlləsində, 
Cinayət Prossesual Məcəllədə, Mülki Prossesual Məcəllədə, Ailə, Əmək 
məcəllələrində və digər qanunvericilik aktlarında təsbit edilmişdir.Qeyd etmək 
lazımdır ki, şəxsin milliyətindən, irqindən, dinindən, dilindən, cinsiyyətindən, 
mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi 
Yüklə 303 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin