MühazirəÇI: dos. Z. Q.Əsgərova, dos. G.Ə. Abbasova MÜhaziRƏNİn plani


partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən



Yüklə 303 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix25.10.2022
ölçüsü303 Kb.
#66147
növüMühazirə
1   2   3
Mühazirə 7


partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən 
asılı olaraq hüquq və qanuni mənafelərinə zərər vurmağa görə Azərbaycan 
Respublikasının Cinayət Məcəlləsinin 109-cu (Təqib), 111-ci (irqi ayrı-seçkilik, 
aparteid), 154-cü (bərabərlik hüququnu pozma), 283-cü (milli, irqi və ya dini 
düşmənçiliyin salınması) maddələri ilə məsuliyyət nəzərdə tutulur.Yeri gəlmişkən 
Cinayət Məcəlləsinin 283-cü maddəsi dövlət əlehinə olan cinayət kimi 
qiymətləndirilir.Azərbaycan Respublikasının 25 avqust 2000-ci il tarixli 387 
nömrəli fərmanının 7-ci bəndinin 2ci hissəsinə əsasən Azərbaycan Respublikası 
Cinayət Məcəlləsinin 283-cü maddəsi üzrə ibtidai istintaqınaparılması səlahiyyəti 
Milli Təhlükəsizlik Nazirliyinə həvalə olunmuşdur.Onu da qeyd etmək lazımdır ki, 
2009-cu il avqust və 2013-cü il avqust tarixləri ərzində 283-cü maddə üzrə MTN 
İstintaq Baş İdarəsinin icraatında cəmi bir cinayət işi olmuşdur. (Süleymanov 
Abgül Nemət oğlunun təqsirləndirilməsinə dair). 
Bu konvensiya əsasında irqi ayrı-seçkiliyin ləğvi üzrə komitə yaradılmışdır.O, 
iştirakçı dövlər tərəfindən seçilən 18 ekspertdən ibarət tərkibdə fəaliyyət 
göstərir.Bir məqam diqqəti çəkir ki, bu komitənin səlahiyyətləri insan hüquqları 
komitəsinin səlahiyyətləri ilə üst-üstə düşür.Mühüm fərq ondan ibarətdir ki, 1963- 
cü il konvensiyasında nəzərdə tutulmuş dövlətlərarası şikayət proseduru məcburi 
xarakter daşıyır.Bu o deməkdir ki, komitənin müvafiq səlahiyyətini tanımaq barədə 



heç bir ilkin bəyanat vermədən istənilən iştirakçı dövlət, öz ərazisində irqi ayrı- 
seçkiliyə yol verən başqa bir iştirakçı dövlətə qarşı komitəyə ərizə ilə müraciət edə 
bilər. 
Bu gün Azərbaycanın əməkdaşlıq etdiyi ən mühüm beynəlxalq təşkilatlardan 
biri də Avropa Şurasıdır.Hələ 1996-cı il iyulun 13-də Ümummilli Lider Heydər 
Əliyev Avropa Şurasının Baş katibinə məktubla müraciət edərək, Azərbaycanın 
Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmasını xahiş etmişdir.Ancaq ölkəmiz 
bu quruma yalnız 2001-ci ilin yanvarın 25dən tam hüquqlu üzv seçildi.Həmin vaxt 
Heydər Əliyev Strasburqda Avropa Şurasının Parlament Assambleyasında öz tarixi 
çıxışı zamanı ölkəmizlə bu qurum arasındakı münasibətlərin əsas istiqamətlərini 
müəyyən etdi.Azərbaycan Respublikası 2000-ci il iyun ayının 13-də Avropa 
Şurasının “Milli azlıqların hüquqlarının müdafiəsi haqqında” Çərçıvə 
Konvensiyasına qoşuldu. 
Bu Çərçivə Konvensiyası milli azlıqların hüquqlarının müdafiəsinə yönələn ilk 
beynəlxalq müqavilədir və milli azlıqların mövcudluğunu, onların mədəniyyət və 
identikliyini ən yüksək səviyyədə qorunması üçün, yalnızca bilinən təməl hüquqlar 
(fikir azadlığı, vicdan azadlığı, dini etiqad azadlığı, sərbəst toplaşma azadlığı və.s), 
eləcə də diskrimminasiyanın qadağan olunmasını nəzərdə tutmur.Bu cür təməl 
hüquqlar İnsan Hüquqları haqqında Beynəlxalq Konvenisya ilə də tənzim 
olunur.Konvensiyada eyni zamanda yalnızca milli azlıqlara şamil olunan qarant 
hüquqlar da müəyyən edilmişdir (Öz dilində danışmaq hüququ, eyni etnik-mədəni, 
dil və din identikliyinə aid şəxlərlə sərbəst ünsiyyət qurma hüququ və.s).Buna 
görədə Konvenisyanın 1-ci maddəsində açıq şəkildə qeyd olunur ki, milli azlıqlar 
və bu azlıqlara məxsus şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, insan 
hüquqlarının beynəlxalq müdafiəsinin ayrılmaz tərkib hissəsidir və buna görədə, 
beynəlxalq əməkdaşlığın bir hissəsi hesab olunur. 
Milli Azlıqların Müdafiəsi haqqında Konvensiyanın qəbul olunmasında 
qarşıya qoyulan məqsəd,milli azlıqların tam və həqiqi bərabərliyini təmin etmək, 
həmçinin hüququn aliliyi, ərazi bütövlüyü və milli suverenlik prinsiplərinə hörmət 
çərçivəsində öz milli fərdiliyini ifadə etmək, qorumaq və inkişaf etdirməyə imkan 



verən şəraitin yaradılmasıdır.Konvensiyada nəzərdə tutulan ən mühüm 
müddəalardan biri ondan ibarətdir ki, onu qəbul edən dövlətlər öz üzərlərinə hər 
hansısa bir şəxsin iradəsi əlehinə assimilyasiya siyasətinin həyata keçirilməməsi 
öhdəliyini götürürlər.3-cü maddədə açıq şəkildə qeyd olunur ki, hər bir milli azlığa 
məxsus şəxs ona bu cür baxılmasını və ya baxılmamasını müəyyən etmək 
hüququna malikdir və bu seçim və ya bu seçimlə bağlı hüquqların həyata 
keçirilməsi həmin şəxsi alçaltmamalıdır. 
Bu qədər həssas bir sahədə mürəkkəb hüquqi və siyasi maneələr olduğundan 
Çərçivə Konvensiyası milli azlıq konsepsiyasının dəqiq anlayışını müəyyən 
etməmişdir, lakin aşağıdakı kriteriaları irəli sürmüşdür: Bu anlayış yalnız din, dil, 
ənənələr və mədəni irslə müəyyənləşdirilən azlıqlara şamil edilir. 
Çərçivə Konvensiyasını ratifikasiya etmiş hər bir dövlət, eləcə də Azərbaycan 
Respublikası, bir il müddətində onun müddəalarını və prinsiplərini yerinə yetirmək 
məqsədi ilə həyata keçirdiyi qanunvericilik tədbirlərini və ya digər tədbirlər barədə 
Avropa Şurasının baş katibinə dolğun məlumat verməlidirlər.Qanunvericilik 
tədbirləri dedikdə nə nəzərdə tutulur?Burada söhbət Konvensiyanın əsas 
prinsiplərinin daxili qanunvercilikdə öz əksini tapmasından gedir.Çərçivə 
Konvensiyasında söhbət mühüm olaraq bərabərlik prinsipindən, ən əsası isə qanun 
qarşısında bərabərlikdə gedir.Burada qeyd olunmalı ən mühüm fakt ondan ibarətdir 
ki, Azərbaycan Respublikası hələ 1992-ci ildə, yəni Çərçivə Konvensiyası 
imzalanmamışdan 3 il qabaq prezidentin “Azərbaycan Respublikasında yaşayan 
milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil 
və mədəniyyətlərin inkişafı üçün dövlət yardımı haqqında” fərmanı ilə onların 
təməl hüquqlarının qorunmasını təmnat altına almışdı.1995-ci il Konvensiyasında 
nəzərdə tutulan bir çox müddəa, (ayrı-seçkiliyə yol verilməməsi, sərbəst dini 
mərasimlərini icra etmək, mədəni, dil və dini özünəməxsusluğu qoruyub saxlamaq, 
öz dilində informasiya almaq hüququ və.s) 1992-ci il prezident fərmanında öz 



əksini öncədən tapmışdı.Digər mühüm müdəalar isə (Öz dilində ifadə vermək 
azadlığı, öz dilində təhsil almaq hüququ və.s) ayrı ayrı daxili qanunvericilik 
aktlarında (Cinayət Prossesual Məcəlləsi, Təhsil haqqında qanun və.s) öz əksini 
tapmışdır. 
Milli azlıqların hüquqlarının müdafiəsi haqqında çərçivə konvensiyası 
özündə aşağıdakı prinsipləri təsbit edir: 

Ayrı-seçkiliyi qadağan olunması; ✓ M illi azlıqlarla əhalinin çoxluğu arasında 
bərabərliyin təmin olunmasına 
yardım etmək; ✓ M illi azlıqların mədəniyyətinin, dininin, dilinin və adət 
ənənələrinin qorunub 
saxlanması və inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması ✓ Söz, 
fikir, vicdan və din azadlığı ✓ Təhsil almaq hüququ ✓ Sərhədyanı əlaqələr və 
əməkdaşlıq ✓ Iqtisadi, mədəni və sosial həyatda iştirak və.s 
Bu Konvensiya ilə dövlətlər öz üzərlərinə milli azlıqlarla bağlı böyük 
öhdəliklər götürmələrinə baxmayaraq, onun hər hansısa müddəası və ya prinsipi 
ayrılıqda hər hansı bir şəxsin beynəlxalq hüquq prinsiplərinə, xüsusilə də dövlətin 
suveren bərabərlik, ərazi bütövlüyü və siyasi müstəqillik prinsiplərinə zidd olan hər 
hansı bir hərəkətə yol vermək hüququnun olmasının güman edilməsi kimi şərh 
oluna bilməz. 
Hazırki Çərçivə Konvensiyasının müddəalarına Razılığa gəlmiş dövlətlər 
tərəfindən əməl olunması məsələsinə nəzarəti Avropa Şurasının Nazirlər Kabineti 
həyata keçirir.Yekun olaraq bu Konvenisya ilə bağlı onu qeyd etmək lazimdır 
ki,istənilən tərəf istədiyi vaxt Avropa Şurasının baş katibinə xəbərdarlıq məktubu 
yazmaqla hazırki Çərçivə Konvensiyasını etibarsız elan edə bilər.Belə etibarsıqlıq 
elanı baş katibin belə xəbərdarlıq məktubu almasından altı ay sonra, gələn ayın biri 
qüvvəyə minir. 
Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası 2001-ci 
ildə “Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyasını imzalamışdır”. 
Milli azlıqlar mövzusunda ATƏT çərçivəsində yaşanan ən əhəmiyyətli inkişaf 
1973-cü ildən 1975-ci ilədək mərhələli şəkildə davam edən konfransın sonunda 35 



iştirakçı dövlət tərəfindən qəbul edilən “Helsinki Yekun Aktı”nda milli azlıqların 
müdafiəsi ilə bağlı hökmlərin olmasıdır.Bu Aktda əvvəlki dövrlərdə hakim olan 
“ayrı-seçkiliyin qarşısının alınması” anlayışı “azlıqların qorunması” anlayışı ilə 
əvəz olunmuşdur.Helsinki Yekun Aktının məcburi hüquqi qüvvəsi olmasa da, ən 
üst səviyyədə siyasi iradə bəyənatı kimi qəbul edilməlidir.Bundan başqa ATƏT 
zonasında azlıqların hüquqlarının lazımi qaydada və ardıcıl tətbiqinə nail olmaq 
üçün daha üç tövsiyyə (Milli azlıqların təhsil hüquqlarına dair Haaqa tövsiyyələri 
(1996), Milli azlıqların dil hüquqlarına dair Oslo tövsiyyələri (1998), Milli 
azlıqların dil hüquqlarına dair Lund tövsiyyələri) və bir rəhbər müddəa (“Yayım 
mediasında azlıq dillərindən istifadə haqqında (2003) qəbuledilmişdir. 
Hazırda ATƏT-in Milli azlıqların işi üzrə Ali Komissarlığı fəaliyyət 
göstərir.Ali Komissarlıq institutu Avropada etnik münaqişələrin irimiqyaslı 
zorakılıqlarına mübarizə forması kimi yaradılıb.Bu vəzifə ATƏT tərəfindən 1992- 
ci ildə təsis edilib.Onun rolu sülhə və əmin-amanlığa təhlükə olan etnik fikir 
ayrılıqlarını aradan qaldırmaq, quruma üzv dövlətlər arasında sülh və əmin- 
amanlıq yaratmaq və ilkin mərhələdə olan münaqişələrin qarşısını almaqdan 
ibarətdir. 
Azərbaycanda çoxmədəniyyətlilik mühitinin formalaşmasında və onun 
qorunub saxlamasında ölkəmizin UNESCO ilə əməkdaşlığı çox böyük əhəmiyyət 
kəsb edir.Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun 
prezidenti Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan-UNESCO 
münasibətləri ən yüksək inkişaf səviyyəsinə yüksəlib.Bu əməkdaşlıq çərçivəsində, 
Azərbaycan Respublikası mədəni müxtəlifliyim qorunması üçün UNESCO-nun iki 
mühüm konvensiyasını ratifikasiya etdi.Bunlar ”UNESCO-nun Mədəni 
Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiya” və 
”Dözümlülük Prinsipi Haqqında Bəyannamə”dir. 
Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiya 20 
oktyabr 2005-ci ildə UNESCO-nun 33-cü sessiyasında qəbul olunmuş və 18 mart 
2007-ci ildə qüvvəyə minmişdir.Azərbaycan Respublikası bu konvensiyaya 26 
noyabr 2009-cu ildən qoşulmuşdur. 


10 
Nədir mədəni müxtəliflik? Ayrı-ayrı qrupların və cəmiyyətlərin 
mədəniyyətlərinin öz ifadəsini tapdığı müxtəlif formalardır.Bu özünüifadə 
formaları qruplar və cəmiyyətlər arasında və onların daxilində ötürülür. 
Mədəni özünüifadə isə ayrı-ayrı fərdlərin, qrupların və ya cəmiyyətlərin 
yaradıcılığının nəticəsi olan və mədəni məzmun daşıyan özünüifadə nəzərdə 
tutulur. 
Konvensiyanın qəbul olunmasında əsas məqsəd aşağıdakılardan ibarətdir. 
• Mədəni özünüifadə müxtəlifliyini qorumaq və təşviq etmək 
• Müxtəlif mədəniyyətlərin çiçəklənməsi və qarşılıqlı səmərəli tərzdə bir- birinə 
sərbəst təsiri üçün şərait yaratmaq 
• Mədəniyyətlərarası hörmət və sülh mədəniyyəti naminə bütün dünyada geniş və 
tarazlı mədəni münasibətləri təmin etmək üçün mədəniyyətlərarası dialoqu təşviq 
etmək 
• Mədəni özünüifadə müxtəlifliyni qorumaq və təşviq etmək sahəsində, xüsusi ilə 
inkişaf etməkdə olan ölkələrin imkanlarını genişləndirmək məqsədilə tərəfdaşlıq 
ruhunda beynəlxalq əməkdaşlıq və həmrəyliyi gücləndirmək və.s 
Konvensiyanın 2-ci maddəsində ondan irəli gələn mühüm prinsiplər öz əksini 
tapmışdır.Bu prinsiplər rəhbər başlanğıclardır və aşağıdakılardır: ✓ İnsan 
Hüquqları və əsas Azadlıqlarına hörmət prinsipi ✓ Suverenlik prinsipi ✓ Bərabər 
ləyaqət və bütün mədəniyyətlərə hörmət prinsipi ✓ B eynəlxalq həmrəylik və 
əməkdaşlıq prinsipi ✓ İnkişafın iqtisadi və mədəni aspektlərinin bir-birini 
tamamlaması prinsipi ✓ D avam lı inkişaf prinsipi ✓ Bərabər imkan prinsipi ✓ 
Açıqlıq və tarazlıq prinsipi 
16 noyabr 1995-ci ildə qəbul edilən “Dözümlülük Prinsipi haqqında 
Bəyannamə” isə cəmiyyətimizdə sülhun genişlənməsi, xalqların iqtisadi və sosial 
rifahının təmin olunması üçün tolerantlıq prinsiplərinin vacibliyini elan edir. 
Bəyannamənin 1-ci maddəsində tolerantlığa bu cür anlayış verilmişdir: 
“Tolerantlıq dünyada mövcud olan mədəniyyətlərin, onların öz zənginlikləri və 
müxtəlifliyi ilə qəbul olunması, tanınması və hörmət olunmasıdır”. 
Tolerantlıq müxtəlifliyin harmoniyasıdır və yalnız mənəvi öhdəlik 


11 
deyil,həmçinin siyasi və hüquqi məcburiyyətdir. Dövlət müstəvisində tolerantlıq, 
qanunvericilik, adminstrativ və məhkəmə fəaliyyətində ədalətlilik prinsipinin 
qorunmasını, həmçinin hər bir şəxsə bərabər sosial- iqtisadi şansların yaradılmasını 
tələb edir. 
Bəyannamənin ikinci maddəsinin məzmunundan aydın olur ki, qeyri- 
tolerantlıq dedikdə, kiminsə güc və ya diskriminasiya ilə sosial və siyasi həyatdan 
təcrid olunması başa düşülür.Harmonik birgəyaşayışı təmin etmək üçün, hər bir 
fərd, qrup və ya cəmiyyət insanlığın multikultural ruhunu qəbul etməli və buna 
hörmət etməlidir.Bəyannamədə həmçinin qeyri-tolerantlığa qarşı mübarizənin ən 
effektiv forması kimi təhsil və tərbiyyə göstərilir.Dözümlülüyün genişlənməsi üçün 
ilk növbədə hər bir kəsə özünün hüquq və azadlıqları öyrədilməli, eləcə də 
başqasının hüquq və azadlıqlarına hörmətlə yanaşmaq aşılanmalıdır. 
Bəyannaməni qəbul edən dövlətlər, qeyri- tolerantıq təhlükəsini ictimaiyyətə 
daha aydın çatdırılması üçün, hər il 16 noyabr tarixini “Dünya Tolerantılq Günü” 
kimi qeyd olunmasını elan edirlər. 
Müxtəlif cəmiyyətlərdə multikultural mühitin təzyiq altında olduğu bir 
vaxtda, Azərbaycanın multikulturalizm siyasətinə önəm verməsi, multikultural 
təhlükəsizliyi dövlət təhlükəsizliyinin tərkib hissəsi kimi qəbul etməsi və bu 
siyasəti genişləndirməsi, beynəlxalq ictimaiyyət tərəfindən bu gün təqdirlə 
qarşılanır.Ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən belə, Azərbaycanın 
tolerantlıq nümunəsi olduğu etiraf olunur. 

Yüklə 303 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin