Mühazirə toplusu İxtisas: 050613 Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi



Yüklə 5,85 Mb.
səhifə12/14
tarix25.12.2016
ölçüsü5,85 Mb.
#3265
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14
Labeling 7.2 (Etiketləmə)

Etiketlər 2 növdür:



  1. Bir çöx təhlükəli yük sinifləri üçün tələb olunan təhlükəli yük etiketləri;

  2. Bəzi təhlükəli yüklər üçün ya tək, ya da təhlükə etiketinə əlavə olaraq tələb olunan emal etmə etiketləri.

Bütün təhlükəli yük siniflərinin etiketlərinin minimum ölçüləri 100x100 mm (4x4 inch) olmalıdır. İstisna hal kimi infeksion yüklərdən ibarət kiçik bağlamalar olduğu halda 6.2 yarımsinifinin təhlükə etiketinin ölçülərinin 50x50 mm olmasına icazə verilir. Bütün təhlükə etiketləri 450 çevrilərək vurulmalıdır. Təhlükə etiketlərinin üzərindəki simvollar, yazılar və rəqəmlər qara hərflərlə yazılmalıdır. Aşağıdakı istisna hallar mövcuddur:

  1. 8-ci sinif etiketdə yazı və sinif göstərən rəqəm ağ rəngdə;

  2. Tamamilə qırmızı, yaşıl və mavi fonda olan etiketlərin (label) üzərində simbol ağ rəngdə;

  3. 5.2 yarımsinifinin etiketinin üzərində simbol ağ rəngdə göstərilə bilər.

1.4, 1.5, 1.6 yarımsiniflərinin üzərində yuxarı yarımhissədə yarımsinifin nömrəsi, aşağı yarımhissədə isə uyğunluq qrupunun hərfi yazılır.

CAO etiketi (labeli) yalnız yük təyyarəsində daşınmasına icazə verilən yük bağlamalarının üzərinə vurulur. Sərnişin hava gəmisində daşınmasına icazə verilən təhlükəli yüklərin üzərinə CAO etiketi vurulmamalıdır. Cryogenic Liquid emaletmə etiketi kriogen mayedən ibarət bağlama və overpacklərin üzərində 2.2 etiketinə əlavə olaraq vurulur. İstiqamət bildirən etiket (Package Orientation label) maye təhlükəli yüklərdən ibarət kombinə edilmiş bağlamaların və overpacklərin üzərinə ya vurulmalıdır ya da həmin bağlamaların üzərində zavod istehsalı olmalıdır.

Aşağıdakı istisnalar mövcuddur:


  1. əgər daxili qabda tezalışan mayenin miqdarı 120 ml-ə bərabərdirsə;

  2. İnfeksion maddələrin miqdarı 50 ml-ə qədərdirsə;

  3. Radioaktiv materiallardırsa .

Yuxarıda göstərilən 3 halda istiqamət bildirən labelin vurulmasına ehtiyac yoxdur İstiqamət labeli ən azı bağlamanın üzərinə əks tərəfdə olmaqla 2 ədəd vurulmalıdır.

“Keep Away From Heat” labeli self reaktiv 4.1yarımsiinifinin və 5.2 yarımsini əks etdirən təhlükə etiketlərinə əlavə olaraq bağlama və overpackların üzərinə vurulur. “Radioaktive material excepted package” labeli bütün radioaktiv maddələr daşınanan boş qabların üzərinə vurulmalıdır.

7.2.6 Yük CAO olduğu halda, CAO labeli təhlükə sinfini əks etdirən label olan tərəfə vurulmalıdır.




















Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin