Mühazirə toplusu İxtisas: 050613 Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi



Yüklə 5,85 Mb.
səhifə10/14
tarix25.12.2016
ölçüsü5,85 Mb.
#3265
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14
Total NET QTY 50 L

CompressedGas UN1072 Total NET QTY 30kg

hlükəli yüklərdən ibarət hər bir bağlama aydın görünən aşağıdakı yazılarla markalanmalıdır:

  1. Düzgün göndərmə adı (proper shipping name) ( mötərizədə texniki adı daxil olmaqla) və qarşısında “UN” və ya “İD” yazılmaqla təhlükəli yükün 4 rəqəmli rəqəmi göstərilməlidir;

  2. Yük göndərənin və yük alanın tam adı və ünvanı;

  3. 1-ci sinif partlayıcılar üçün partlayıcının xalis çəkisi və bağlamanın brutto çəkisi;

  4. 2,3,4,5,6 və 8-ci sinif hər bir bağlamanın üzərində təhlükəli yükün xalis çəkisi göstərilməlidir. Bu tələb bağlamaların sayı 1-dən artıq olduğu halda yerinə yetirilməlidir. Təhlükəli yüklərin siyahısında (DGR 4.2) maksimum miqdar brutto çəkisiylə göstərilibsə, bağlamanın üzərində brutto çəkisi göstərilməlidir. Bu miqdar UN nömrəsi və düzgün göndərmə adının yanında yazılmalıdır;

Qeyd: 9-cu sinfə aid maddə və materialdan ibarət bağlamaların üzərində də xalis çəki və yaxud brutto çəkisi göstərilə bilər. Ancaq onun göstərilməməyi qüsur deyil.

  1. UN 1845 quru buz (Dry İce) üçün hər bağlamanın üzərində təhlükəli yükün xalis miqdarı göstərilməlidir;

  2. 6.2 yarimsinifi üçün cavabdeh şəxsin adı və telefon nömrəsi göstərilməlidir;

  3. 2-ci sinif soyudularaq sıxılmış və ya maye halına salınan qazlar üçün aşağıdakı markalanma həyata keçirilməlidir;

istiqamət bildirən etiket (Label) və “keep upright” sözü 1200 –dən bir bağlamanın üzərinə vurulmalıdır. Bağlama səliqəli formada “DO NOT DROP- HANDLE WITH CARE” yazısı ilə də markalanmalıdır;

  1. UN 3373 –dən ibarət bağlamalar “ Biological Substance CATEGORY B”;

Qeyd: Bioloji maddələrdən ibarət bağlamanın üzərində xalis çəkinin göstərilməsi tələb olunur. Lakin soyutma məqsədiylə Quru Buz istifadə olunduğu halda Quru buzun xalis çəkisi göstərilməlidir.

  1. Protective Breating Equipment (PBE);

Kimyəvi oksigen generatorudan ibarət olduqda və A144 xüsusi əsasnamə ilə daşındığı halda bağlamanın üzərində düzgün göndərilmə adının yanında aşağıdakı ifadə yazılır:

Aircrew Protective Breating Equipment in Accordance with special probision A144

DGR 2.8 bölməsinin Limited Quantity əsasnaməsiylə göndərilən təhlükəli yük bağlamaları “Limited Quantity” və ya “LTD QTY” yazıları ilə markalanmalıdır.

Hər hansı bir şəxs hava nəqliyyatı ilə Salvage Packing ( xilas olunmuş bağlama) göndərməzdən əvvəl onun üzərində “Salvage” sözünün yazılmasına əmin olmalıdır. Bağlama və Overpack-da istifadə olunan markalanmanın ölçüləri ən azı 12 mm olmalıdır. Əgər yükün çəkisi 30 L və ya 30 kg-dan azdırsa, minimum ölçü 6 mm ola bilər.




Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin