Mühazirə Tərbiyə prosesinin mahiyyəti, məzmunu, spesifik xüsusiyyətləri prinsip və metodları


Dərsdənkənar təhsil-tərbiyə prosesinin məzmunu



Yüklə 30,31 Kb.
səhifə2/11
tarix02.01.2022
ölçüsü30,31 Kb.
#36037
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
MÜH.7.PED.

Dərsdənkənar təhsil-tərbiyə prosesinin məzmunu. Tərbiyənin məzmunu biliklər, əqidələr, şəxsiyyətin keyfiyyətləri, əlamətləri və sabit davranış vərdişləri sistemi başa düşülür.

I.Dərsdənkənar təhsil-tərbiyə prosesinin bir sıra xüsusiyyətləri vardır:

1) Təhsil-tərbiyə prosesi məqsədyönlü prosesdir. Məqsəd şagirdə yaxın və aydın olanda prosesin təşkili səmərəli olur.

2) Təhsil-tərbiyə prosesi çoxamilli prosesdir. Bu prosesdə çoxlu obyektiv və subyektiv amillər aşkara çıxır. Şəxsiyyətin daxili təlabatını ifadə edən subyektiv amillərin şəxsiyyətin yaşadığı və formalaşdığı obyektiv şəraitə uyğun gəlməsi təhsil-tərbiyə vəzifələrini müvəffəqiyyətlə həll etməyə kömək edir.

3) Təhsil-tərbiyə prosesi mürəkkəb prosesdir. Yəni, onun nəticələri tez nəzərə çarpmır, dinamik və dəyişkəndir. Şəxsiyyət müxtəlif xarakterli təsirlərə məruz qalır, müsbət, həm də mənfi təcrübə toplayır, sonradan bu mənfi təcrübənin korrektə edilməsi tələb olunur.

4) Təhsil-tərbiyə prosesi uzun sürən prosesdir. XVIII əsr fransız filosofu K.A.Helvetsi yazırdı: “Mən oxumağa davam edirəm. Mənim tərbiyəm hələ qurtarmayıb. O nə vaxt qurtaracaq? Mən öləndən sonra. Mənim bütün həyatım əslində uzun sürən tərbiyədir.” Yəni,tərbiyə prosesinin nəticəsi gec bilinir.

5) Təhsil-tərbiyə prosesi fasiləli prosesdir (yəni fasilə yoxdur). Məktəb təhsil-tərbiyə prosesi müəyyən fasilələrlə qurulan prosesdir. Bunun üçün məqsədli iş sistemi lazımdır.

6) Təhsil-tərbiyə prosesi kompleks prosesdir. Bu prosesdə məqsəd, vəzifələr, məzmun, forma və metodlar vəhdət təşkil edir. Şəxsiyyətin keyfiyyətlərinin formalaşması növbə ilə yox, eyni zamanda kompleks baş verir.

7) Təhsil-tərbiyə prosesi dəyişkən, qeyri-müəyyən prosesdir. Eyni şəraitdə təşkil olunan təhsil-tərbiyə prosesinin nəticələri əhəmiyyətli dərəcədə bir-birindən fərqlənə bilər. Bu, subyektiv amillərin təsirindən, tərbiyə olunanların fərdi fərqlərindən, sosial təcrübədən və s. asılıdır. Müəllimin peşə hazırlığı səviyyəsi, ustalığı, prosesi idarə etməsi və s. böyük təsir göstərir.



8) Təhsil-tərbiyə prosesi ikitərəfli prosesdir. O, iki istiqamətdə gedir: müəllimdən şagirdə(birbaşa əlaqə),şagirddən müəllimə (əks əlaqə).Yəni,prosesin idarə olunması şagirdlərdən gələn informasiya üzərində qurulur.


Yüklə 30,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin