Mühazirə Tərbiyə prosesinin mahiyyəti, məzmunu, spesifik xüsusiyyətləri prinsip və metodları


Fəaliyyəti təşkil edən və davranış təcrübəsini formalaşdıran metodlar



Yüklə 30,31 Kb.
səhifə10/11
tarix02.01.2022
ölçüsü30,31 Kb.
#36037
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
MÜH.7.PED.

2. Fəaliyyəti təşkil edən və davranış təcrübəsini formalaşdıran metodlar

Bu metodlar qrupu insanda müsbət adətlər yaratmaq və iradəni möhkəmlətməklə düzgün davranış təcrübəsi formalaşdırmağa xidmət edir.İnsan qəbul etdiyi mənəvi ideyanı,öz əqidə və inamını gündəlik davranış və rəftarında tətbiq edir,müəyyən fəaliyyətə alışır.Buna görə də pedaqoji mənbələrdə bu qrup metodlar alışdırma metodları adlanır.Həmin metodlar müxtəlif formalarda olur.

-İnsanın müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi onda davranış təcrübəsinin formalaşmasında böyük rol oynayır.Şəxsiyyət fəaliyyət prosesində formalaşır və inkişaf edir,yeni-yeni keyfiyyətlərə yiyələnir.Şagirdlərin cəlb olunduğu belə fəaliyyət növləri çoxdur:təlim,oyun,idman,əmək,bədii,ictimai,elmi,texnki və s.

-Tərbiyələndirici situasiyaların yaradılması metodu əvvəlki metodla sıx bağlıdır.Burada da tərbiyəçi müxtəlif fəaliyyət növlərinin vasitəsilə uşağı xüsusi təşkil edilmiş tərbiyəedici situasiyaya salır.Şagirdlərlə tərbiyə işində onları xüsusi ictimai vəzifələrə,tapşırıqlar cəlb etməklə təşkilatçılıq,yoldaşlıq,dəqiqlik və s. keyfiyyətləri formalaşdırmaq olar.

-Tələb metodu insanı müsbət əməllərə sövq etmək və xoşagəlməz hərəkətlərdən çəkindirmək yolu ilə düzgün davranış təcrübəsi formalaşdırmaq məqsədi güdür.Tələblər verilmə formasına görə iki cür olur: bilavasitə-birbaşa verilən tələblər,bilvasitə-dolayısı yolla verilən tələblərdir.

Bilavasitə tələb əmr,sərəncam,tapşırıq şəklində, bilvasitə tələb isə xahiş,məsləhət, işarə,etibar,təqdir,zarafat,yumor,atalar sözlərindən istifadə etməklə verilir.



-İctimai rəy metodu tələbin kollektiv forması olub,müəyyən şəxs v

Hərəkətlə bağlı kollektivin ümumi rəyini,qiymətini ifadə edir.İctimai rəy kollektivin ieradəsini əks etməklə fəal və təsirli qüvvə kimi çıxış edir.

-Rejim insanın həyat və davranışını tənzim edən qaydaların məcmusudur.Uşağın günü rejimlə tənzimləndikdə o, müəyyən qaydalara tez alışır,onda davranış adətləri daha tez və asanlıqla yaranır.Rejimə öyrənən uşaq müəyyən müddətdən sonra heç bir xəbərdarləq olunmadan bu və ya digər fəaliyyəti özü icra edir,vaxtında dərslərə hazırlaşır.


Yüklə 30,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin