Mühazirə I harmonik rəqslər və onların xarakteristikaları. Yaylı, fiziki və riyazi rəqqaslar və rəqs konturu. Eyni istiqamətdə və eyni tezlikli harmonik rəqslərin toplanması. Döyünmə. Harmonik rəqslərin kinematika və dinamikası



Yüklə 12,54 Mb.
səhifə35/36
tarix03.12.2023
ölçüsü12,54 Mb.
#172325
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   36
C fakepathC fakepathC fakepathC fakepathM hazireler

Bərk cisimlərin lüminesensiyası
Təbiətdə bütün məlum şüalanmalardan ( istilik şüalanması, işığın əksolunması, səpilməsi və s.) xaraktercə fərqli olan bir şüalanma da vardır ki, lüminesent şüalanması adlanır. Bu şüalanmaya misal olaraq, cisimləri görünən, yltrabənövşəyi, rentgen və g - şüaları və s. şüalarla şüalandırarkən onların işıq saçmasıdır. Müxtəlif növlərlə həyəcanlaşdırılarkən işıq saçan maddələr lüminifor adlanırlar.
Lüminesensiya – tarazlıqda olmayan şüalanma olub, verilmiş temperaturda cismin istilik şüalanmasından əlavə şüalanma olub, uzun müddətli, böyük periodlu işıq rəqsləridir.
Həyəcanlanma üsulundan asılı olaraq, lüminesensiyalar fərqlənirlər: fotolüminesensiya (işığın təsirilə), rentgenlüminesensiyası ( rentgen şüalarının təsirilə), katodlüminesensiyası (elektronların təsirilə), elektrolüminesensiya (elektrik sahəsinin təsirilə), radnolüminesensiya ( radioaktiv nüvə şüalanması iıə, məs.,g - şüalanması, neytronlarla, protonlarla ), hemilüminesensiya ( kimyəvi çevrilmələrlə), tribolüminesnsiya ( bəzi kristalları məs., şəkəri, sürtməklvə közərtməklə).
İşıq saçma müddətinə görə, flürosensiya (t < 10-8 san) və fosforasensiya şərti olaraq fərqləndirirlər, çünki onlarda həyəcanlanma qurtardıqdan sonra işıq saçmaları uzun müddət davam edir.
Lüminesent şüalanmanın dağa uzunluğu, həmişə onu həyəcanlandıran işığın dalğa uzunluğundan böyükdür.
Udma spektri lüminesent spektri
(həyəcanlanma)
Kvant nəzəriyyəsinə görə, Stoks qaydası düşən fotonun hv enerjisinin qismən bir hissəsinin qeyri-optik proseslərə sərf olunduğunu bildirir, yəni

Burada νlüm < ν və ya λlüm > λ olması , deyilən qaydaya uyğun gəlir.


Lüminesensiyanın əsas enerji energetic xassəsi, lüminoforun tam işıq saçması zamanı şüalanma enerjisinin, onun udma enerjisinə olan nisbəti ilə təyin edilir. Üzvi
lüminoforlar üçün tipik olan hν - şüalanma enerjisinin, həyəcanlandıran işığın λ – dalğa uzunluğundan asılılığıdır:
Şəkildə orqanik lüminoforlar üçün h çıxış enerjisinin həyəcanlandırıcı işığın l dalğa uzunluğundan asılılığı verilmişdir:



  • Lüminesensiya hadisəsi praktikada çox geniş tətbiqini tapmışdır, məs., lüminesent aval metodu ilə maddənin işıq saçma xarakterinə görə, onun tərkibinin müəyyən edilməsi.

  • Bu metod çox həssas olduğundan ( ~ 10-10 q/sm3 ) , maddə daxilində çox cüzi qarışığın olmasını qeydə ala bilir və biologiya, təbabətdə, yeyinti sənayesində və s. geniş tətbiq olunur.

Lüminesent defektoskoplar vasitəsilə maşın avadanlıqlarının hissələri və digər məhsulların səthində ən nazik çatları müəyyən etmək olur ( tədqiq olunan səth lüminesent məhlul ilə örtülür və silindikdən sonra çatlarda qalır ). Lüminesent lampalarda istifadə olunan lüminoforlar , optik kvant generatorlarında aktiv mühit sayılır.


Yüklə 12,54 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin