Mühazirə I harmonik rəqslər və onların xarakteristikaları. Yaylı, fiziki və riyazi rəqqaslar və rəqs konturu. Eyni istiqamətdə və eyni tezlikli harmonik rəqslərin toplanması. Döyünmə. Harmonik rəqslərin kinematika və dinamikası



Yüklə 12,54 Mb.
səhifə34/36
tarix03.12.2023
ölçüsü12,54 Mb.
#172325
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   36
C fakepathC fakepathC fakepathC fakepathM hazireler

Mühazirə XIV
Termoelektrik hadisəsi (Zeybek effekti)
Əgər müxtəlif cinsli metallardan ibarət dövrəni qapamış olsaq, onların temperaturu eyni olarkən kontakt cərəyan olmayacaq, çünki tam kontakt potensiallar fərqi sıfra bərabərdir:

Əgər kontaktların temperaturu müxtəlif olarsa, tam kontakt potensiallar fərqi (dövrənin gərginliyi) sıfırdan fərqli olacaq, bu da termo EHQ adlanır.

Termoelektrik hadisəsi (Zeybek effekti) – toxunan (kontakt) hissələrində temperaturları fərqli olan müxtəlif tərkibli keçiricilərdən yaradılmış qapalı dövrədə cərəyanın yaranması hadisəsidir.


Termo – EHQ-in yaranmasının səbəbəblərindən biri – Fermi enerjisinin temperaturdan asılı olmasıdır.
İkinci səbəb – keçiricinin qeyri bərabər qızması ilə əlaqədar olaraq elektronların diffuziya etməsidir.

Keçirici daxilində yaran:elektrik cərəyanının gərginliyi birinci yaxınlaşmada temperatur qradiyentilə mütənasib olub, ona doğru istiqamətlənmişdir:





Zeybek əmsalı keçiricinin ucları müxtəlif temperaturda olarkən yaranan potensialın qradiyentini xarakterizə edir.


Peltye effekti
Peltye effekti – termoelektrik hadisəsinin əksidir.
İki müxtəlif cinsli keçiricilərin kontaktından cərəyan axarkən Coul-Lens istiliyindən savayı, cərəyan şiddəti ilə mütənasib olan əlavə istilik ayrılır ( ya da udulur – cərəyanın istiqamətindən asılı olaraq) :

Cərəyanın istiqaməti dəyişdikdə, Peltye istiliyi də işarəsini dəyişir.


Keçiricilərin birləşmə yerində kontakt potensiallar fərqi mövcud olduğundan, kontakt elektrik sahəsi yaranır.
Bu birləşmə yerində elektronların sürəti sahə tərəfindən azaldılır və ionlarla toqquşarkən onlardan enerji aldığından, bu birləşmə yeri soyuyur.

Əgər cərəyan axarkən elektron sahəninəksinə hərəkət edərsə, sahə onu sürətləndirdiyindən, elektron qazandığı əlavə enerjini kristal qəfəsə ötürür – birləşmə yeri qızır.




Yüklə 12,54 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin