Mühazirə 3 Kafedra: Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrası



Yüklə 284,79 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix19.04.2023
ölçüsü284,79 Kb.
#100830
növüMühazirə
  1   2   3   4   5
COĞR. TEDR METOD 1.3 2017 (1) (1)



COĞRAFIYANIN TƏDRISI METODIKASI 1.
MÜHAZIRƏ 3 
 
Kafedra: Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrası 
Mövzu: COĞRFİYA TƏDRİSİNİN İNKİŞAF TARİXİ
Müəllim : Dos. Nərminə Seyfullayeva  
 Bakı 2017
Mühazrənin əsas məqamları
Dünyada və Azərbaycanda məktəb coğrafiyasının inkişaf tarixi. 
Məktəb coğrafiyasının inkişafında mərhələlər. 
Məktəb coğrafiyasınn strukturunda və məzmununda aparılan dəyişikliklər. Məktəb 
coğrafiyası proqramın konsentrik strukturu.
CTM-in inkişaf tarixinin öyrənilməsinin məqsədi
1. Tarixi biliklər elmin gələcək inkişaf xüsusiyyətlərini başa düşməyə imkan 
verir. 
2. Müəllimə coğrafiyanın tədris fənni kimi rolunu başa düşməyə, onun
məktəbdə yaranma səbəblərini və gələcək tendensiyasını təyin etməyə imkan 
verir.
3. Coğrafiya müəlliminə fənnin nəzəriyyə və qanunauyğunluqlarını izah 
etməyə imkan verir.
Cəmiyyətin inkişaf tarixində öyrənmə problemi heç vaxt öz aktuallığını itirməmiş, 
eləcə də coğrafiya fənni üzrə «nəyi» və «necə» öyrənmək daima tədqiqatçıların 
maraq dairəsində olmuşdur. Bu motiv isə fənnlərin inkişaf etməsinə səbəb 
olmuşdur. Coğrafiya tədrisi metodikasının inkişafı da bilavasitə məktəbdə 
coğrafiyanın tədrisi ilə əlaqədardır. 
Cəmiyyətin coğrafiya fənnin tədrisində tələb etdiyi – tərbiyə və təhsilin mahiyyəti 
tarixən müxtəlif məzmuna malik olmuşdur və coğrafiyanın tədrisi metodikası da 
ona uyğun istiqamətdə inkişaf etmişdir. 
Coğrafiya tədrisi metodikasının banisi dünya miqyaslı Çex pedaqoqu Yan Amos 
Komenski (1592-1670) qəbul edilir. Ənənəvi təlimin banisi hesab olunan 
Y.A.Komenskinin məqsədi tədris prosesində sistem yaratmaq, savadsızlığı ləğv 
etmək olmuşdur. Sinif dərs sisteminin yaranmasının da səbəbi bu olmuşdur.
Komenskinin tədris ilnin bölgüsü, fənlərin proqramlaşdırılması, dərsdə vaxt 
bölgüsü, qiymətləndirmə anlayılarının inkişaf etdirilməsində böyük xidmətləri 
olmuşdur. Didaktikanın yaradıcısı hesab olunan Y. Komenski ilk dəfə olaraq 
coğrafiya fənninin tədrisində ətraf aləm və təbiətdə baş verən hadisə və proseslərin 
müşahidə etməklə fənnin öyrənilməsinə üstünlük verilməsini diqqət mərkəzinə 
gətirmişdir. Əksər fənlərin o cümlədən coğrafiyanın tədris metodikasının inkişafı 
ənənəvi təhsilin inkişafı ilə əlaqədardır. (“Pansofiya” əsəri) 


Azərbaycanda coğrafiyanın tədrisi metodikasının sistemli inkişaf Qərbi Avropa 
ölkələrində o cümlədən Rusiyada gedən proseslərin davamı hesab etmək olar. 
Rusiyada coğrafiya fənninin tədris tarixi XVIII əsrin əvvəlində Rusiya 
məktəblərində coğrafiya fənninin sərbəst şəkildə tədris olunması ilə diqqəti cəlb 
edir. Bu I Pyoturun təşəbbüsü ilə həyata keçirilmişdir. Rusiyada yeni ərazilərin 
zəbt edilməsi, təsərrüfatın müxtəlif istiqamətlərdə inkişafı, ticarətin rolunun 
artması, sənayenin inkişafı nəticəsində yeni təbii sərvətlərin kəşf olunmasına olan 
tələblər coğrafiya fənninin tədris olunmasına tələbin artmasına səbəb olmuş, ilk 
dəfə olaraq naviqasiya məktəblərində tətbiq edilmişdir. Coğrafiya fənninin tədrisi 
ilə əlaqədar – tədris planı, dərslik, əyani vəsaitlər (qlobus, kompas, xəritə və s.) 
İngiltərə və Hollandiyadan gətirilmiş və müəllimlər üçün xüsusi kurslar təşkil 
edilmişdir. İlk illərdə coğrafiya tədrisində əsas istiqamət coğrafi nomenklaturanı və 
digər coğrafi bilikləri əzbərləməklə – «Yer kürəsinin qısa təsviri»-ni verməyə 
istiqamətlənirdi. Rusiya məktəblərində ilk milli coğrafiya dərsliyi də məhz 1710-
cu ildən (müəllifi məlum deyil) tədris olunmağa başlanılmışdır. Dərslikdə dərəcə 
toru, təbii hadisələrin təsviri, dünya və Rusiyaya dair statistik rəqəmlər və s. qısa 
şəkildə qeyd olunur. Bu dövr üçün ən mühüm coğrafi tədqiqatlar V.N. Tatişevə 
məxsus olmuşdur.
Coğrafiya tədrisində vətənpərvərlik tərbiyəsi, diyarşünaslıq materiallarından 
istifadə, ətraf mühitə insanın təsiri, tədrisdə «məlumdan məchula «yaxından 
uzağa» doğru» prinsipi K.D.Uşinskinin fəaliyyəti ilə bağlıdır. K.D. Uşinskinin 
«Müəllimlər üçün pedoqoji qeydlər», «Coğrafiya dərsi» adlı metodik vəsaitləri 
uzun illər Rusiyada, o cümlədən Azərbaycan məktəblərində müəllimlər üçün 
başlıca informasiya mənbəyi olmuşdur.
Azərbaycanda təhsil sistemi uzun illər Rusiya təhsilinin tərkib hissəsi olduğu üçün, 
coğrafiya fənninin də məzmunu, strukturu, metodikası adı çəkilən ölkədəki 
sistemdən fərqlənməmişdir. 
Coğrafiya tədrisi metodikasının inkişafında İohan Henrix Pestalotsinin (1746-
1827) xidmətləri böyük olmuşdur. İ.H. Pestalotsi inkişafetdirici təlim ideyasını 
əsaslandırmış, tədris müəssisəsinin əsas işinin mənəvi qüvvələri və qabiliyyətləri 
oyatmaq, düşünmək bacarığını inkişaf etdirmək olduğunu bi ldirirdi.

Yüklə 284,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin