Mühazirə-1 Plan Giriş. Sürtünmə və yeyilmə Əsas anlayışlar və istiqamətlər s ü rt ü nm ə V



Yüklə 0,94 Mb.
səhifə1/20
tarix07.01.2024
ölçüsü0,94 Mb.
#211615
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   20
C fakepathtribomex-22(1)


1-HİSSƏ
Mühazirə-1
Plan
1.Giriş.Sürtünmə və yeyilmə
2.Əsas anlayışlar və istiqamətlər
Sürtünmə və yeyimə dedikdə, detalların təmas səthlərində, müqvimət hərəkətin əksinə yönələrək mexaniki təsirdən mikrko-makro hissəciklərin qopması nəzərdə tutulur. Bu proses layihələndirmədə maşınların hazırlanması üçün istifadə olunan materialların keyfiyyətindən, hazırlanma texnologiyasından, maşınların istismar şəraitindən, maşının normal işləməsinə nəzarətdən, idarə olunmasının səviyyəsindən, ətraf mühitin təsirindən, işləmə müddəti materialların keyfiyyətinin dəyişməsindən və sair amillərdən asılıdır. Bir çox hallarda bu amillərin bəziləri bir-birindən asılı olaraq dəyişir.
İlk dövrlərdə maşınların layihələndirilməsi statik yükə görə aparılırdı. Bu halda xarici təsirdən yaranan ekvivalent yükün bu və ya digər möhkəmlik nəzəriyyəsi ilə müəyyən olunan həddi yükdən kiçik olması şərti ödənilirdi. Maşınların məhsuldarlığı və sürəti artdıqca xarici təsirdən hissələrdə yaranan sürtünmə və yeyilmə dəyişmə xarakterini də nəzərə almaq lazım gəlir. Ilk başlanğıcda dinamik düvvələrdən yaranan yeyilmə də nəzərə alınmaqla, maksimum yeyilmə həddi kiçik olması şərti ödənilirdi. Sonrakı tədqiqatlar nəticəsində maşın hissələrinin dağılmasına bir çox əlavə amillərin də təsir etdiyi aydın oldu.
Bu amillərə maşın hissələri hazırlanarkən yol verilən deffektlər; səthin təmizliyinin növü; təsir edən xarici qüvvələrin dəyişmə xarakteri; miqyas faktoru; yeyilmənin konsentrasiyası, materialların dözümlüyu və sair faktorlar daxildir. Layihələndirmə işində bu amillərin təsirini nəzərə almaq üçün dünya miqyasında tədqiqat işləri aparılır və sorğu materialları hazırlanır.Müəyyən temperatur şəraitində materiallar öz mexaniki xassələrini dəyişir. Bu səbəbdən onlarda plastiklik, axıcılıq və digər xassələr yaranır. Bu halda Huk qanununa tabe olan elastik modeldən Maksvell, Foxt, Kelvin və sair fiziki modellərə keçmək lazım gəlir. Bu modellərdə elastik xassə ilə yanaşı axıcılıq, plastiklik, qocalaraq köhnəlmə xassələri də nəzərə alınır.
Ilk dövrlərdə layihələndirmə işində maşın hissələrinin yalnız iki vəziyyətdə olduğu qəbul edilirdi: sürtünmə vəziyyəti və yeyilmə vəziyyəti. Sonradan iş prosesində
zədələnmələrin meydana çıxması və zədələnmiş vəziyyətdə maşın hissələrinin işləyə bilməsi problemi meydana çıxdı. Keçən əsrin 20-ci illərində Qriffits tərəfindən, deformasiya olunan cisimlərin mexanikası əsasında, materialların kövrək dağılması nəzəriyyəsi yaradıldı. O, təklif etdi ki, yeyilmə prosesini energetik konsepsiya əsasında izah etmək lazımdır.
Bu nəziryyəyə əsasən səthdə yığılmış sərbəst enerji çatların əmələ gəlməsi üçün lazım olan enerjidən çox olduqda dağılma baş verir. 1926-ci ildə Rits möhkəmliyi öyrənmək üçün ehtimal üsulları tətbiq etməyə başladı. 1939-cu ildə Veybula kövrək dağılmanı tədqiq etmək üçün statistik metoddan istifadə etməyi təklif etdi. Sonradan Irvin göstərdi ki, plastik zonanın yaranıb qeyri-stabil dağılma deffektinin əmələ gəlməsi üçün bu zonanın ölçüsü lövhənin qalınlığından 2 dəfə çox olmalıdır.
Yeyilmə mürəkkəb proses olub öz xarakterinə görə mexaniki, molekulyar- mexaniki və korroziya olunmaqla mexaniki kimi qruplara ayrılır.
Mexaniki yeyilməyə abraziv, yorulmaqla və plastik deformasiya olunmaqla yeyilmə növləri aiddir.
Molekulyar-mexaniki yeyilməyə yapışaraq qopmaqla, qat-qat olub qopmaqla yeyilmə növləri aidir

Qovşaq səthlərinin hərəkət xarakterindən asılı olaraq sürtünmənin aşağıdakı növləri mövcuddur:


a) I növ (sürüşmə) sürtünmə;
b) II növ (diyirlənmə) sürtünmə.
I növ sürtünmə öz növbəsində aşağıdakı kimi təsnif olunur:
1) quru sürtünmə;
2) yağlı sürtünmə;
) sərhəd sürtünməsi (10-20mk yağ layı);
4) yarımquru sürtünmə (yağ layı arabir yarılır);
5) yarımyağlı sürtünmə.
Sürtünmə əmsalı t=const və birləşmədəki təzyiq dəyişən olduqda yeyilmə miqdarı görülən mexaniki işə proporsional, yeyilmənin dəyişmə sürəti isə sürtünmə gücünə proporsionaldır. Birləşmədəki yük sabit olduqda yeyilmə sürəti sabit qalır. Sürtünmə əmsalı dəyişdikdə yeyilmə həmin istiqamətdə qeyri-proporsional halda dəyişilir.
İki eynicinsli metalların sürtünməsi zamanı yeyilmə təqribən sürtünmə əmsalının kvadratına mütənasibdir. Hal-hazırda maşınlarda sürtünmə düyünlərinin yeyilməyə qarşı davamiyyətini artırmaq üçün müxtəlif tipli yağlardan çox geniş istifadə olunur. Lakin istehsalatda quru sürtünmə rejimində işləyən düyünlərə də rast gəlmək olur. Bundan əlavə yarımyağlanma rejimində işləyən düyünlərdə maşının dayandırıb və işə buraxıldığı zaman və eləcə də revers hərəkətlərində quru sürtünmə halları müşahidə olunur, buna səbəb ayrı-ayrı nöqtələrdə yağ layının yarılması və metalların birbaşa bir-birinə toxunmasıdır.
Quru sürtünmə zamanı yeyilmə iki prosesdən ibarət olur: yonulma və əzilmə. Yonulma zamanı metal hissəcikləri sürtünmə səthindən qoparaq hissənin çəkisinin azalmasına və ölçülərinin dəyişməsinə səbəb olur. Əzilmə zamanı materialın plastikliyindən hissədə qalıq deformasiya yaranır və bu da onun həndəsi ölçülərini dəyişdirir.
Quru sürtünmədə yeyilmə aşağıdakı amillərdən asılıdır: xüsusi təzyiqdən; sürtünmə əmsalından; hissənin nisbi hərəkət və s.





Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin