Laboratoaiya işi №3 SÜRTÜNMƏ Əmsalinin təYİNİ İşin nəzəri hissəsi



Yüklə 18,46 Kb.
tarix02.12.2016
ölçüsü18,46 Kb.
#638
Laboratoaiya işi №3

SÜRTÜNMƏ ƏMSALININ TƏYİNİ

İşin nəzəri hissəsi:Bir cisim digər cisim üzərində hərəkət edərkən ,yaxud sükunətdə olarkən onlar araasında

əmələ gələn qüvvə sürtünmə qüvvəsi adlanır.Bu cür qüvvənin 3 növü vardır :

1)sürüşmə sürtünməsi

2)sükunət sürtünməsi

3)diyirlənmə sürtünməsi

Bir cisim digər cisim üzərində sürüşərsə ,meydana çıxan belə sürtünmə sürüşmə sürtünməsi adlanır.Səth

üzərindəki cisim sükunətdə isə buna səbəb olan sürtünməyə sükunət sürtünməsi deyilir.Bir cisim digər cisim

üzərində sürüşməyərək diyirlənnnirsə , belə hərəkətdə meydana çıxan sürtünməyə diyirlənmə sürtünməsi



deyilir.Sürüşmə sürtünməsini şəkil:1-də göstərilən qurğunun köməyi ilə təyin etmək olar.

B . . C . . D

A şəkil:1

Stol üzərinə qoyulmuş B cismi hərəkət edərkən cisimlə müstəvinin toxunan səthi arasında sürtünmə qüvvəsi

əmələ gətirir.B cisminin C səthi üzərində bərabərsürətli hərəkətini təmin etmək üçün tərəzi gözünə (A) tədricən

çəki daşları qoymaq lazımdır.B cismiin bərabərsürətli hərəkəti alındıqda A tərəzisi və ona qoyulan çəki daşları-

nın çəkisi elə səthlər arasında meydana çıxan sürtünmə qüvvəsinə bərabər olar.Təcrübə göstərir ki,B cisminin

çəkisi böyük olduqda sürtünmə qüvvəsi də artır.Yəni, sürüşən cismin çəkisi və ya təzyiq qüvvəsi artdıqca

sürtünmə qüvvəsi də onunla mütənasib olaraq artır.Sürüşmə sürtünməsi həmçinin sürtünən cisimlərin

növündən və onların səthlərinin hamarlıq dərəcəsindən asılıdır.

Sürtünmə qüvvəsi sürtünmə əmsalı ilə xarakterizə olunur.Sürtünmə qüvvəsinn təzyiq qüvəsinə olan

nisbəti sürtünmə əmsalı adanır və “µ” ilə işarə olunur:



µ= (1)

Burada F-sürtünmə qüvvəsi (Yəni,tərəzi gözü və ona qoyulmuş çəki daşlarının birlikdə çəkisi deməkdir.P-isə

təzyiq qüvvəsi olub sürüşdürülən cismin çəkisinə bərabərdir.

Cihaz və ləvazimatlar: Tribometr,tərəzi gözü,çəki daşları və sürtünmə əmsalı təyin olunacaq düzbucaqlı

formasında müxtəlif cisimlər.



İşin ardıcıllığı:

1)Sürtünmə əmsalı təyin olunacaq cismin çəkisini təyin edib ,onu l müstəvi səthi üzərinə qoymalı .

2)Tərəzi gözünün yüksüz çəkisini təyin edib ,onu ip vasitəsilə B cisminə birləşdirməli.

3)Tərəzi gözünə çəki daşları qoyaraq B cisminin bərabərsürətli hərəkətinə nail olmaq.

4)Sürtünmə qüvvəsinin tapılması üçün tərəzi gözünə qoyulmuş çəkidaşlarının (f1) çəkisini tapmalı :F=f1+f2

5)Alınmış qiymətləri (1) ifadəsində yerinə yazaraq sürtünmə əmsalını hesablamalı.

6)B cismini dəyişərək müxtəlif cisimlər üçün sürtünmə əmsalınıın orta qiymətini ,nisbi və mütləq xətaları

Hesablamalı.



İstifadə olunmuş ədəbiyyat:

1)Əmiraslanov: “Fizikadan laboratoriya işləri”.



2)Nurullayev: “Fizikadan laboratoriya işlərinə rəhbərlik”.
Yüklə 18,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin