Mühazirə-1 Plan Giriş. Sürtünmə və yeyilmə Əsas anlayışlar və istiqamətlər s ü rt ü nm ə V


Mühazirə-2 Sürtünmə və yeilmənin növləri



Yüklə 0,94 Mb.
səhifə2/20
tarix07.01.2024
ölçüsü0,94 Mb.
#211615
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
C fakepathtribomex-22(1)

Mühazirə-2
Sürtünmə və yeilmənin növləri
Plan
1. Sürtünmənin növləri və yaranması
2.Quru sürtünmənin mahiyyəti
Qovşaq səthlərinin hərəkət xarakterindən asılı olaraq sürtünmənin aşağıdakı növləri mövcuddur:
a) I növ (sürüşmə) sürtünmə;
b) II növ (diyirlənmə) sürtünmə.
I növ sürtünmə öz növbəsində aşağıdakı kimi təsnif olunur:
1) quru sürtünmə;
2) yağlı sürtünmə;
) sərhəd sürtünməsi (10-20mk yağ layı);
4) yarımquru sürtünmə (yağ layı arabir yarılır);
5) yarımyağlı sürtünmə.
Sürtünmə əmsalı t=const və birləşmədəki təzyiq dəyişən olduqda yeyilmə miqdarı görülən mexaniki işə proporsional, yeyilmənin dəyişmə sürəti isə sürtünmə gücünə proporsionaldır. Birləşmədəki yük sabit olduqda yeyilmə sürəti sabit qalır. Sürtünmə əmsalı dəyişdikdə yeyilmə həmin istiqamətdə qeyri-proporsional halda dəyişilir.
İki eynicinsli metalların sürtünməsi zamanı yeyilmə təqribən sürtünmə əmsalının kvadratına mütənasibdir. Hal-hazırda maşınlarda sürtünmə düyünlərinin yeyilməyə qarşı davamiyyətini artırmaq üçün müxtəlif tipli yağlardan çox geniş istifadə olunur. Lakin istehsalatda quru sürtünmə rejimində işləyən düyünlərə də rast gəlmək olur. Bundan əlavə yarımyağlanma rejimində işləyən düyünlərdə maşının dayandırıb və işə buraxıldığı zaman və eləcə də revers hərəkətlərində quru sürtünmə halları müşahidə olunur, buna səbəb ayrı-ayrı nöqtələrdə yağ layının yarılması və metalların birbaşa bir-birinə toxunmasıdır.
Quru sürtünmə zamanı yeyilmə iki prosesdən ibarət olur: yonulma və əzilmə. Yonulma zamanı metal hissəcikləri sürtünmə səthindən qoparaq hissənin çəkisinin azalmasına və ölçülərinin dəyişməsinə səbəb olur. Əzilmə zamanı materialın plastikliyindən hissədə qalıq deformasiya yaranır və bu da onun həndəsi ölçülərini dəyişdirir.
Quru sürtünmədə yeyilmə aşağıdakı amillərdən asılıdır: xüsusi təzyiqdən; sürtünmə əmsalından; hissənin nisbi hərəkət sürətindən; sürtünən səthlərin bərkliyindən və kələ-kötürlüyündən və s.
Xüsusi təzyiq artdıqca ona mütənasib olaraq yeyilmə də artır:

burada G - yük; d - sapfanın diametri, mm; - sapfanın uzunluğu, mm; P - xüsusi təzyiqdir.
Sürtünmə əmsalı materialın sürtünən səthinin vəziyyətindən, temperaturundan
və s. asılıdır.
Hissənin nisbi hərəkət sürətləri nəzərdə tutulduğundan artıq olduqda bu birləşmənin qızmasına, materialların keyfiyyətinin dəyişilməsinə və yeyilmə sürətinin artmasına səbəb ola bilər.
Sürtünən səthlərin bərklikləri 250 HB qədər olduqda bərkliyin yeyilməyə qarşı davamiyyətliyinə o qədər də təsiri olmur. Bərklik 250HB-dan böyük olduqda isə bu təsir nəzərə çarpan olur . Yeyilməyə davamiyyətliyin ölçü vahidi 1/mm3-dur .



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin