Mühazirə-1 İctimai iaşə müəssisələrinin tipləri və onların xarakteristikası



Yüklə 93,97 Kb.
səhifə6/20
tarix04.12.2022
ölçüsü93,97 Kb.
#72282
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
Mühazirə

İstehsal anbar taralarına istehsal yerlərində və anbar sahələrində məh­sulların qablaşdırılması və ya müvəqqəti saxlanılması üçün istifadə olunan taralar aid edilir. Daha doğrusu, bu növ taralara məhsulları çirkdən, korro­ziyadan və temperatur dəyişmələrindən qoruyan bükmə materiallar, məhsulları bir-birindən ayıran arakəsmə materiallar, məhsulların altına döşənən mate­riallar (ağac kəpəyi, pambıq və bərkidici materiallar: (mıx, lent, məftil, ip və s.) aiddir.
İxtisaslaşma dərəcəsinə görə isə taralar iki:
a) ixtisaslaşmış tara;
b) universal tara növünə ayrılır.
Müxtəlif xalq istehlakı mallarının və istehsal-texniki təyinatlı məhsulların qablaşdırılması üçün istifadə edilən taralar universal, yalnız ayrıca bir məhsul qrupunun və ya çeşidinin yığılması üçün nəzərdə tutulan taralar isə ixtisaslaşdırılmış və ya fərdi tara adlanır. Universal taralardan bir məhsul və ya məhsul çeşidi boşaldıldıqdan sonra digər məhsul və ya məhsul çeşidi yığılır.
Taraların standartlaşdırılması və eyniləşdirilməsi (unifikasiya edilməsi) tara təsərrüfatını və taralarla aparılan logistik əməliyyatları səmərəli təşkil etməyə, ticarət-texnoloji prosesləri təkmilləşdirməyə, logistik dövrənin ayrı– ayrı mərhələlərində icra edilən proseslərin (daşınma, saxlanma, fiziki bölüşdürmə və satış) yaxşılaşdırılmasına, tara itkilərinin və bununla bağlı xərclərin aşağı salınmasına, lo-gistik sistemin iştirakçıları arasında işgüzar iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə əlverişli şərait yaradır.
Sadalanan bu və ya digər tara növünün seçilməsi üçün Fibre Box Assosiation firması tərəfindən geniş yayılmış anketlərdən istifadə olunur. Bu anketlər taranın seçilməsi zamanı nəzərə alınması mütləq hesab edilən bir sıra amilləri, o cümlədən məhsul, qablaşdırma prosesinin özü, anbar, nəqletmə və müştərilərin haqqında informasiyaları özündə birləşdirir.
Mühazirə-5 Bufet, kassa aparatları, tərəzilərin növləri və təyinatı.
Azərbaycanda  yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə 2019-cu ildən başlanılıb. Bu proses mərhələli olaraq icra edilir. İlk 2 mərhələ 2019-cu ildə 91 faiz icra edilib. . Bu aparatlar ilkin mərhələdə yanacaqdoldurma məntəqələrində və şəbəkə sistemli marketlərdə quraşdırılıb. Vergilər nazirliyinin verdiyi məlumata əsasən tam olaraq bütün vergi ödəyicilərinin əhatə edilməsi isə 2022-ci il dekabrın 31-də başa çatacaq. Bu dövrədək vergi orqanları nağd əməliyyatları həyata keçirən bütün obyektləri, əsasən də pərakəndə ticarət və ictimai iaşə obyektlərini yeni nəsil NKA-lar ilə təmin etməlidirlər.
"Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki"nin birinci mərhələsində “Bravo Supermarket”, “Bazarstore Supermarket”, “Al Market” və digər bir sıra mağazalar şəbəkələrinin inteqrasiyası həyata keçirilib.
İndi kassalarınıza nəzarət etmək çox asandır. Maliapp-in kassa funksiyası ilə kassalarınıza istənilən yerdən, anında nəzarət edə bilərsiniz. 

Yüklə 93,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin