Mühazirə-1 İctimai iaşə müəssisələrinin tipləri və onların xarakteristikası


Mühazirə-4 Taralar və onların növləri



Yüklə 93,97 Kb.
səhifə4/20
tarix04.12.2022
ölçüsü93,97 Kb.
#72282
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
Mühazirə

Mühazirə-4 Taralar və onların növləri.

Taralar çox müxtəlif əlamətlərinə görə ayrı-ayrı növlərə bölünür. Hər bir tara növü texniki, iqtisadi və təşkilati göstəricilərinə görə tiplərə və çeşidlərə ayrılır. Bu tiplər və növlər Respublika Sertifikasiya və Standartlaşma Komitəsinin müəyyən etdiyi RST və Texniki şərtlərlə təsdiq edilir. Respublika standartlarının tələbləri, texniki şərtləri və müvafiq təlimatlarında nəzərdə tutulan göstərişlərə görə hər bir tara növünün özü müxtəlif göstəricilərə və parametrlərə görə qiymətləndirilir və növlərə ayrılır. Tara növlərinin müxtəlif olması qablaşdırılan məhsulun fiziki-kimyəvi xassələrinin müxtəlifliyindən, tara materiallarının növündən, məhsulların nəql edilə-cəyi məsafədən və şəraitdən, habelə digər amillərdən asılıdır.


Taralar bir çox əlamətlər üzrə, o cümlədən hazırlandığı materialın növünə, qabaritinə, fiziki-kimyəvi xassələrinə və konstruksiyasına, funksional təyinatına, mənsubiyyətinə və istifadə şərtlərinə görə təsnif edilir.
Hazırlandığı materialın növünə görə ağacdan (yeşik, boçka, tabaq və s.), metaldan (bidon, flyaqa, dəmir kanis­trlər, malaltlıqları, müxtəlif konteynerlər), şüşədən (butulka, banka, balon, flakon, və s.) karton-kağızdan (yeşik, kisə, stəkan, qutu, paket və s.) sintetik materiallardan (kisə, polimer banka, butulka flakon, tuba və s.), kombinələşdirilmişdən (kiçik qabaritli konteynerlər), parçadan (kisələr, müxtəlif ölçülü torbalardan və s.) hazırlanmış tara növlərinə bölünür.
Tara növləri arasında taxta tara (yeşiklər) üstün yer tutur və çoxdövriyyəli tara adlanır. Onlar sökülməyən, quraşdırma və yığma konstruksiyalı olur. Taxta taralar bu xüsusiyyətlərinə görə iqtisadi cəhətdən səmərəli (məhsullar boşaldıldıqdan sonra onların sökülüb yığılması və daşınma zamanı az yer tutması) hesab olunurlar.
Taxtadan hazırlanmış digər tara növü ağac boçkalar və ştamplanmış faner boçkalar, ağac çəlləklərdir. Bu tara növlərilə ərzaq məhsulları, kimya və neft kimya sənayesinə aid məmulatlar qablaşdırılır. Boçka hazırlamaq üçün iynə­yarpaq və qaraşam ağac cinslərindən istifadə olunur. Şam ağacının spesifik xassələrinə görə (tünd qoxu verməsi, qatranlı olması və s.) ondan hazırlanan boçkalarda ərinmiş yağ, yeyinti yağları, süd məhsulları, konservləşdirilmiş meyvə-tərəvəz məhsullarının saxlanılması yol verilməzdir. Lakin mütərəqqi və ucuz tara növləri geniş tətbiq sahəsi tapdıqca bu tara növündən son zamanlar o qədər də intensiv istifadə olunmur.
Taxta taralarla müqayisədə karton-kağız taranın istehsalı bir o qədər də maddi və maliyyə vəsaiti tələb etmir. Bu tara növündə məhsullar yaxşı qalır və məhsulların boşaldılması zamanı səliqə - səhman gözlənildikdə (logistik menecmentin əsas funksiyalarından biri məhz bundan ibarətdir) onlardan bir neçə də istifadə etmək mümkün olur.
Karton və kağız taralarda müxtəlif ərzaq və qeyri-ərzaq məhsulları daşınır və saxlanılır. Bu tara növünün istehsalı ağac taradan ucuz başa gəlir və nisbətən yüngül olur. Ona görə də müvafiq məhsullar üçün ağac tarası kağız və karton tarası ilə əvəz edilir.
Məhsulların əksəriyyəti karton və kağız taralarda öz keyfiyyətini yaxşı saxlayır.
Karton yeşiklərdə qablaşdırılmış məhsulların daşınmasına ən yaxşı şərait yaratmaq üçün onların içərisində yanlıq, içlik, aralıq və yuva şəklində əlavə bərki-dicilər qoyulur.
Parça taralara praktikada çox hallarda toxuma taralar da deyilir. Bunlardan intensiv və aktiv istifadə olunan kisələrdir. Kisələr əsasən kətandan, yarım kətandan, kətan - cut-kənafdan, kətan - cutdan, kəndir - cutdan hazırlanır.
Toxuma kisələr-davamlılığına görə adi, kənarları sıx və qalın kisələrdir. Kənar-ları sıx və qalın toxuma kisələrdə əlavə iplik sarıması olur. Əlvan iplik sarımanın sayı, bunların eni, keçirilmə yerləri kisə tarasının növündən asılıdır.

Yüklə 93,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin