MühaziRƏ 1 GİRİŞ. Kompüterlər haqqında ümumi məlumat. Kompüterlərin yaranma tarixi və inkişaf mərhələləri. Kompüterlərin Neyman arxitekturası və əsas qurğuları. İnformasiya anlayışı. İnformasiyanın növləri və xassələri


Kоmpütеr tехnİkasının yaranma tarixi və inkişaf mərhələləri



Yüklə 33,99 Kb.
səhifə4/5
tarix26.05.2022
ölçüsü33,99 Kb.
#59614
1   2   3   4   5
1.Mühazirə

1.4. Kоmpütеr tехnİkasının yaranma tarixi və inkişaf mərhələləri


I nəsil (1950-1959-cu illdə) kompyuterlərin ele­ment bazası elektron lampa olmuşdur.
II nəsil (1960-1969-cu il­lərdə) kompyuterlərin element bazası rtanzistorlar (yarımkeçrici elementlər) olmuşdur. Bu maşınların funksional imkanları 1-ci nəslə nəzərən xeyli artmışdı onlara missal olaraq BESM-4, Minski-22, Urai-14 göstərmək olar.
III nəsil (1970-1985-ci illərdə) kompyuterlərin element baza­­sı inteqral sxemlərdən olmuşdu
IV nəsil 1985-ci ildən sonrakı yəni bu günə kimi olan dövrü əhatə edir. Bu dövrdəki kompyuterlərin element bazasını bö­yük və çox böyük inteqram sxemlər (BİS, SBİS) və mikroprosessorlar təşkil edir. Bu elementlər əsasında yaradılan kompyuterlər fərdi kompyuterlər (FK) sinfini təş­kil edir.
V-ci və sonrakı nəsil yeni və ən yeni elektron texno­logi­ya­la­rına (nana texnologiyaya) əsaslanaraq indi­ki (neyro) və gələ­cəyin (kvand) kompyuterləridir. Bu nə­sil kompyuterlər çox yüksək məhsuldarlıga və iş etiba­rlıga malik olmaqla keyfiyyətcə aşağıdakı funksional tələb­lərə cavab verməlidirlər: a) biliklər bazaları ilə işləməsini təmin etmək və onun əsa­sın­da süni intellekt sistemlərinin təşkilinə imkan yaratmaq; b) kompyuterin tətbiqini daha da asan­laş­dırmaq üçün istifa­də­çi ilə nitq və görmə vasitəsilə ünsiyyət təmin etmək; c) ən yeni proq­ram va­sitələrinin yaradılması prosesinin sadələş­dir­mə­yə imkan ver­­­məlidir və s.

NEYMANIN ARXITEKTURASI


Fər­di kompyuterlərin yaranma tarixi 1981-cü il hesab edi­lir. Fərdi kompyuterlər digər EHM-lərdən ilk növ­bədə asan istifadə olunması və kiçik hən­­dəsi ölçülərə malik ol­­ma­sı ilə fərqlənir. Hazır­da çox sayda müx­təlif kompyuterlər mövcuddur və müx­­təlif məqsədlər üçün is­ti­fadə olu­­nur. Bu müxtəlifliyə bax­ma­ya­raq bü­tün kompyuterlər hələlik fon Neymanın təklif etdiyi ar­xi­tek­tu­ra əsa­sında qurulur. 1940-45-ci ildə məşhur riyaziyyatçı Con fon Ne­y­man bu işə cəlb edilmiş və elə həmin ildə hesablama maşının qu­ruluşunun ümumi prinsiplərini işləyib hazırlamışdır.Neymanın təklif etdiyi arxitekturaya görə hər bir kompyuter iki hissədən-birinci mərkəzi hissədən, ikinci periferiya (xa­ri­ci) hissəsindən ibarətdir.
Kom­pyuterin arxitektura və struktura anlayışlarını bir-birindən fırqləndirmək lazı­m­dır. Struktura müəyyən səviyyədə kompyuterin konkret tərkibini (qurğuları, blokları, qovşaqları və s. ) və onlar arasındakı əlaqələrit təyin edir. Arxitektura isə kompyuterin tərkib hissələrinin hansı qaydalarla qarşılıqlı əlaqə­lən­­dirilməsini təyi­n edir. Arxitekturada kompyuterin bu və ya digər xüsusiyyətləri istifadəçiyə verilən imkanlarla necə əlaqəlidir, kompyuterin tərkibinə daxil olan qurğuların xarakteris­tikaları kompyuterun ümumi xaraxteristikasına necə təsir edir və sə. Başqa səzlə arxitektura kompyuterin layihələndirilməsinin, qurulmasının və pro­qram təmina­tının ümumi prinsiplərini əks etdiir. Kompyuterin arxitekturası aparat və proqramlarla əlaqədər bir çox amilləri nə­zə­­­­rə alan mə­sələləri əhatə edir. Bu amil­lərə əsasən kompyuterin tətbiq sahəsi, funksional imkanları və istisma­rının asan­­­lığı, qiyməti və s. daxildir.
Demək olar ki, bu günkü günədə kompyu­terlərin əksəriyyəti Neyman tərəfindən təklif olunan arxitekturaya əsasən qurulduğundan, Neyman arxitekturasının əsas prinsipləri aşağıdalılardır:
1) Kompyuter proqramla idarə olunan avtomatdır, yə­ni kompterin işləməsi üçün proqram lazımdır. Proqram bir tə­rəf­­­dən kompyuterin işini idarə edir, digər tərəfdən kompyuterə verilmiş, daxil olmuş məsələləri həll edir.
2) Kompyuter ardıcıl ünvanlanan vahid yaddaşa malikdir. Yaddaş birölçülü və xəttidir, Həmin yaddaşda müəyyən üsulla kodlaşdırılan həm proq­­ram, həm də verilənlər saxlanılır.
3) Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur, yəni əmrlərə verilənlər kimi baxmaq olar və onlar üzə­rin­də əməliyyatlar aparıla bilər.
4) Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır.
Kompyuter texnikasının inkişaf mərhələlərində Ney­man ar­xitekturası xeyli təkmilləşdirilmiş və kompyuterə qo­­yu­­­lan tə­ləb­lərin böyük hissəsi proq­ram vasitələrinə istiqamətlən­di­ril­miş­dir. Kompyuterin aparat vasitələri ilə proqram vasitələri ara­sın­da qarşılıqlı əlaqələrin müasir səviy­yə­də təşkili şəkil 2.1- də gös­tərilən arxitekturaya uygun ola­raq aparılır



Yüklə 33,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin