MühaziRƏ 1 GİRİŞ. Kompüterlər haqqında ümumi məlumat. Kompüterlərin yaranma tarixi və inkişaf mərhələləri. Kompüterlərin Neyman arxitekturası və əsas qurğuları. İnformasiya anlayışı. İnformasiyanın növləri və xassələri



Yüklə 33,99 Kb.
səhifə1/5
tarix26.05.2022
ölçüsü33,99 Kb.
#59614
  1   2   3   4   5
1.Mühazirə


MÜHAZİRƏ 1


GİRİŞ. Kompüterlər haqqında ümumi məlumat. Kompüterlərin yaranma tarixi və inkişaf mərhələləri.Kompüterlərin Neyman arxitekturası və əsas qurğuları. İnformasiya anlayışı. İnformasiyanın növləri və xassələri. İnformasiyanın miqdarı. İnformasiyanın ölçü vahidləri.
Kompyuter - informasiya üzərində müxtəlif əməliyyatların avtomatlaşdırılmış yerinə yetirilməsi üçün nəzərdə tutulmuş universal hesablama maşınıdır. Başqa sözlə kompyuter, informasiyanı emal etmək üçün nəzərdə tutulmuş maşındır.
Aydındır ki, informatikanı kom­pyuter texnikasız təsəvvür etmək mümkün deyil­dir. De­məli, informatika geniş tətbiq olunma diapazonuna ma­lik olan kom­pleks elmi fəndir və onun prioritet is­ti­qa­mətləri aşağıda­kı­lardır:

  • Hesablama sistemlərinin və proqram təminatının iş­lənməsi;

  • Informasiya proseslərini öyrənən informasiya nəzə­riy­yəsi;

  • Süni intellek üsulları;

  • Müx­təlif xarakterli problemlər üzrə sistemli təh­lil;

  • Bioloji sistemlərdə informasiya prosesini öyrə­nən bioin­for­ma­tika;

  • Cəmiyyətin informalaçdırılması prosesini öyrə­nən sosiol in­for­matika;

  • Maşın qrafikası, animasiya, multimedia üsulları;

  • Telekomunikasiya sistemləri və şəbəkələri (lokal və qlobal);

  • Istehsalat, elm, təhsil, tibb, ticarət, kənd təsərüfatını və digər sahələr üçün tətbiqi priqramlarının işlən­məsi və s.

İnformatika bir-birilə əlaqəli olan 3 vasitələrdən iba­rət­dir:

a) Texniki vasitələr – (kompyuterlərin aparaturası) in­­gilis di­­lin­də sözü ilə göstərilir ki, onun da hərfi tər­cü­mə­si - bərk məlumatlar deməkdir.
b) Kompyuterlər tərəfindən istifadə olunan bütün proq­ram­­lar toplusu – sözü ilə göstərilir ki, onun da hərfi təcüməsi – yumşaq məlumatlar demək­dir.
c) Məsələni proqramlaşdırmazdan əvvəl onun ardıcıl şə­kil­­də həll olunma mərhələləri təmin olunmalıdır ki, bu da il­kin ve­rilənlərdən başlayıb axtarəlan nə­ti­cə­yə gətirub çıxarır, başqa söz­lə desək by həll olynan mə­sələnin alqoritminin işlənməsi de­məkdir. Alqoritmik vasitələr- alqoritmi­nin işlənil­məsi və onların qurulma üsulla­rı­nın öy­rə­nməsi ilə əlaqədər olan informasiyadır ki, onun da hərfi təcüməsi sö­zü ilə göstərilir – intellekt deməkdir. Kompyuterdə əsasən informasiya emal olunur. İnformasiya haqqında bəzi məlumatlarla tanış olaq.


    1. Yüklə 33,99 Kb.

      Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin