Mühazirə 1 Giriş Əsas anlayışlar. "Məlumat"



Yüklə 0,95 Mb.
səhifə34/44
tarix29.04.2023
ölçüsü0,95 Mb.
#104595
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   44
C fakepathmu hazir struktur

6.2. Axtarış Metodları

Verilmiş şərtlərə görə yazılar çoxluğundan müəyyən altçoxluğun tapılması prosesinə axtarış deyilir. Axtarış şərtləri belə qoyula bilər. Verilmiş əlamətlərin tam uyğunluğu, intervala görə, hesabi şərtlərə görə, semantik şərtlərə görə və ya bir neçə şərtə görə. Verilmiş axtarış əlamətinə görə strukturun elementləri içərisindən axtarış əlamətinə uyğun gələn bir və ya bir neçə element seçilir. Axtarış əlaməti kimi yazının nömrəsi və ya açarın qiyməti verilə bilər. Axtarış bir yazının tapılmasına qədər və ya strukturun bütün ele- mentlərinə baxıldıqdan sonra qurtarır.


Müxtəlif axtarış metodları axtarış sürətinə görə qiymətləndirilir. Axtarış sürəti isə müqayisələrin sayından asılıdır. Adətən müqayisələrin orta və maksimal sayı təyin edilir və bunun da əsasında bu və ya digər metodun səmərələliyi müəyyənləşdirilir.


Ardıcıl axtarış metodu

Ardıcıl axtarış metodu həm nizamlanmış, həm də nizamlanmış verilənlərə tətbiq edilə bilən ən sadə universal metoddur. Metodun mahiyyəti ondan ibarətdir ki, yazılar xronoloji ardıcıllıqla bir-bir baxılır və açarı tələb olunan açara uyğun gələn yazı tapılır. Əgər açarlar təkrarlanmırsa, onda axtarış 1-ci yazı tapıla nadək aparılır, əks halda strukturun bütün elementlərinə baxılır. Əgər elementlər nizamlıdırsa, axtarış ki olana qədər davam etdirilir. Axtarış uğursuzluqla nəticələndikdə bu haqda məlumat verilir. Bu metodda axtarışda müqayisələrin orta sayı


MS = ( n+1 ) / 2
n-strukturdakı elementlərin sayıdır.
Nizamlanmış cədvəldə R1,R2,....,Rn yazıların içərisində verilmiş k açarına malik olan yazının axtarış alqoritminə baxaq. Güman edilir ki, n>=1
Alqoritmə AXTAR adı verək. Axtar alqoritminin təsviri.

  1. Başlanğıc təyinat. i:=1;

  2. Müqayisə. Əgər k=ki olsa, Ri yazısını çıxarmalı və 5-ci mərhələyə keçməli.

  3. İrəli hərəkət. i:=i+1;

  4. Cədvəlin sonudurmu? Əgər i<=n 2-ci mərhəlyə keçməli. Əks halda Axtarılan yazı yoxdur deməli.

  5. Son. Alqoritmi bitirməli.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin