Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat



Yüklə 0,79 Mb.
səhifə19/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Mövzunun refleksiyası


Tələbə mövzunu götürdükdən sonra onun köklü refleksiyası ilə məşğul olmalıdır. Bu iki istiqamətdə aparılır. Bir tərəfdən tələbə “qoyulmuş möv- zunun işlənməsi prosesində mən hansı töhfəni verə bilərəm?” sualına cavab axtarmalıdır. Elmi işin nəzəriyyə, empiriya və ya metodun işlənməsi ilə bağlı olduğu aydınlaşdırılmalıdır. İş prosesində mütləq bu və ya digər məsələlərlə bağlı dəyişmələr baş verəcək, belə ki, müəyyən bölmə əvvəldə nəzərdə tutulduğundan daha ətraflı, digəri isə nisbətən yığcam işlənməli olur. Əksər hallarda verilənlərin toplanması (ədəbiyyatlarla işləmə) vəqiymətləndirilməsi o biri bəndlərə nisbətən daha çox resurs tələb edir: məsələn, sənədlərin surətinin çıxarılması xərci, müsahibələrin planlanması, aparılması və qiymətləndirilməsinə sərf olunan vaxt.
Digər tərəfdən qarşıya qoyulmuş məqsəddən asılı olaraq seçilmiş möv- zunun nə dərəcədə ətraflı işlənməsinin zəruri olması analiz edilməlidir. Bu faza növbəti mərhələ olan ideyaların işlənməsi üçün baza rolunu oynayan tövsiyyələrin tərtibi üçün ideal sayılır.

Müh.5. İdeyaların işlənməsi. İlkin iş planının tərtibi

İdeyaların işlənməsi


İdeya yunanca. idea – anlayış, təsəvvür, fikir mənasını verir və aşağıdakı mənalarda işlənilir:.

  • insan şüurunda reallığı əks etdirən təsəvvür və anlayışların məcmusu; insanın reallığa onun dünyaya baxışının əsasını təşkil edən münasibəti;

  • hər hansı bir şeyin məzmununu müəyyənləşdirən fikir, mahiyyət;

  • istək, fikir, plan; “məna”, “mahiyyət” bildirən, həmçinin şüur və təfəkkürün kateqoriyaları ilə sıx bağlı olan fəlsəfi termin;

  • insan şüurunda varlığı (həqiqi və ya yanlış şəkildə) əks etdirən və onun bizi əhatə edən mühitə münasibətini ifadə edən anlayış, təsəvvür;

  • dünyagörüşünün əsas və ən mühüm prinsipi; məfkurə, məslək, əqidə. Məsələn, ideya mübarizəsi, ideya silahı;

  • fikir, qayə, məqsəd. Məsələn, sülhü qorumaq və möhkəmləndirmək ideyası.

Əgər diplom işinin mövzusu tələbə tərəfindən təklif olunubsa, onda demək olar ki, artıq mövzunun refleksiyası prosesinin, həmçinin ideyaların toplanmasının ilk mərhələsi tamamlanıb. Əksər hallarda bu məsələlərin baxışına kifayət qədər vaxt planlanmalıdır. İdeyaların işlənməsi üçün tələbəyə ağ kağız, qələm və sakit guşə lazımdır. Bu mərhələnin məqsədi ilkin ədəbiyyat mənbələrindən məlum olan ideyalar, tövsiyyələr və empirik tədqiqatlar üçün iş alətləri haqqında məlumatları struktursuz qeyd etməkdən ibarətdir. Belə ideya cizgiləri işin ilkin planını işləməyə şərait yaradır.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin