Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat



Yüklə 0,79 Mb.
səhifə18/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Müh.4. Elmi işlərin tərtibinə dair ümumi anlayışlar.

Elmi işin mərhələləri


Elmi işin mərhələləri və onların, konkret olaraq mövzu seçildikdən sonra, tələbə və ya elmi işçi tərəfindən hansı ardıcıllıqla yerinə yetirilməsinin məqsədəuyğunluğu aşağıdakı kimi təsvir etmək olar:.
Qoyulmuş elmi tapşırığın həllində görüləcək işlər aşağıdakı mərhələlərə bölünür]:
İlkin (məqsəd) mərhələ: Tələbə və ya elmi işçi seçilmiş mövzunun elmi araşdırılmasına başlayır. İlk növbədə məqsədin axtarılması və formulə edilməsinə cəhd edilir.

İcra mərhələsi: Bu mərhələnin əsas tərkib hissəsi iş planının tərtibi, materialların toplanması, verilənlərin qeyd olunması, toplanmış verilən- lərin (məlumatların) məqsədyönlü meyarlar əsasında strukturlaş- dırılması və qiymətləndirilməsindən ibarətdir.


Nəticə mərhələsi: Qiymətləndirilmiş verilənlər (ədəbiyyatlar, seçilmiş məlumatlar) nəticə şəklində təsvir və ya prezentasiya olunur. Bu mərhələdə diplom və ya layihə işinin yazılı şəkildə hazırlanması baş verir.
İcra mərhələsinə “Ədəbiyyatla işləmə”, “Materialın oxunması” , nəticə mərhələsinə isə “Əlyazmanın hazırlanması” və “Elmi işin nəticələrinin prezentasiyası” aiddirlər.
şəkil 1-də elmi işin yerinə yetirilməsi prosesi təsvir edilmişdir.



Şəkil. Elmi işin yerinə yetirilmə mərhələləri.

Mövzunun seçilməsi


Tədqiqat mövzusunun seçilməsi kurs, buraxılış işlərinin və ya layihələrin icrasına hazırlığın əsas mərhələsi sayılır. Onların uğurlu tərtibi işin ümumiyyətlə müvəffəqiyyəti üçün çox vacibdir. Mövzu düzgün seçilmədikdə verilmiş vaxt çərçivəsində tələbə və ya elmi işçinin qarşıya qoyulan məqsədə çatması mürəkkəbləşir. Bu onunla bağlıdır ki, bəzi mövzularda yaxın gələcəkdə tədqiqat nəticəsində müsbət nəticələr almaq mümkündür, amma elə sahələr də var ki, bunu etmək çətindir. Başqa sözlə elmdə heç də həmişə maraqlı görünən bütün problemləri məhsuldar öyrənmək
olmur. Çox vaxt tələbələrə mövzuların siyahısı təqdim olunur. Bundan əlavə tələbə özü maraqlandığı tədqiqat mövzusunu da təklif edə bilər və bu elmi rəhbərin razılığı ilə təsdiq oluna bilər. Elmi mövzuların təsdiqedilmə proseduru yalnız məhsuldar olmayan işlərin qarşısının alınmasına yönəlir.
Nəzəri və praktiki cəhətdən işlənməsini gözləyən çoxlu sayda mövzular mövcuddur. Burada bəzi ümumi vəziyyətin və tövsiyyələrin tələbələrəçatdırılması onlara mövzu seçimində yardım etmiş olar. Tövsiyyələrə aşağıdakılar aiddir:

        • İşin mövzusunu tədqiqat predmeti təyin etdiyindən ilk növbədə tələbə tədqiqatın obyektini və onun predmetini müəyyənləşdirməlidir.

        • Mövzunun seçilməsinin ən vacib meyarı onun aktuallığı sayılır. Mövzunun aktuallığı dedikdə onun xalq təsərrüfatı, cəmiyyət üçün qiyməti başa düşülür, yəni qeyd olunan sahələrin tələbatını ödəmək üçün qarşıda duran məsələlərin həllində bu mövzunun vacibliyi nəzərdə tutulur. Məsələn, “Müəssisənin administrativ prinsiplər əsa- sında idarə sisteminin təkmilləşdirilməsi” mövzusu aktual deyil. Bunun əksinə “Bazar iqtisadiyyatı şəraitində müəssisənin fəaliyyətinin idarə mexanizmləri” aktual mövzu sayılır.

        • Mövzunun yeniliyi yeni, tədqiq olunmamış obyektlərin araşdırılması və ya məlum obyektlərin qeyriənənəvi nöqteyinəzərdən, qeyriənənəvi metodlarla tədqiqi ilə təmin olunur.

        • Mövzunun perspektivliyi onun gələcəkdə daha geniş şəkildə araşdırılması imkanlarını əhatə edir. Məsələn, kurs işində yerinə yetirilən perspektiv mövzu tələbəyə gələcəkdə onu buraxılış və hətta dissertasiya işində də araşdırmaq şansı verir.

        • Tələbənin seçdiyi mövzu onun təhsil aldığı sahənin əsas inkişaf istiqamətinə, eyni zamanda ali məktəbin məşğul olduğu elmi istiqa- mətə uyğun gəlməlidir. Elmi istiqamət deyəndə vaxtaşarı bu və ya digər elmi problemlərin həllinə çalışan ali məktəb kollektivinin məşğul olduqları elmitədqiqatlar sahəsi başa düşülür. Elmi istiqamət müxtəlif elmi problemlərə bölünür. Bir neçə kollektiv onların həlli ilə iki il və ya daha artıq müddətdə məşğul olur. Hər bir elmi problem bir çox mövzulardan ibarətdir. Mövzu elmitədqiqatın müəyyən sahəsini əhatə edən elmi tapşırıqdır. O, bir çox elmi suallara əsaslanır. Elmi sual dedikdə nisbətən kiçik elmi məsələlər nəzərdə tutulur. Verilmiş mövzu üzrə araşdırma fərdi və ya kollektiv şəkildə, elmi işçilər qrupu tərəfindən icra olunur.

Tələbə tərəfindən seçilmiş mövzu onların gələcək praktiki işlərindəixtisaslaşmış şəkildə tətbiqinə imkan verən metodlar arsenalına və təhsilin profilinə uyğun gəlməlidir. Ancaq bu o demək deyil ki, tədqiqat prosesində mövzu əsas ixtisas fənninin sərhəddindən kənara çıxa bilməz. Əksinə, tələbə mövzunun seçilməsində tədqiqatın aparıl- masındakı sualları həmçinin qarışıq fənlərdən quraşdıra bilər. Seçilmiş mövzunun tədris olunan fənnə uyğun olması tələbi, tələbənin tədqiqat nəticəsində əldə etdiyi nəticələri kurs və buraxılış işlərində, hesabat- larda istifadə edəbilmə şərtindən irəli gəlir.

        • Mövzunun seçilməsi zamanı onun həmçinin birbaşa təhsil məktəbində icra olunma imkanı da araşdırılmalıdır. İlk növədə seçilmiş mövzunun işlənməsi üçün tədris prosesində tələbəyə verilən zaman kəsiyi nəzərə alınır. Bundan əlavə mövzunun işlənməsinin material və malliyə baxımından mümkünlüyü hərtərəfli öyrənilməlidir. Təcrübələr göstərir ki, tələbə tərəfindən mövzunun seçilməsində onun kafedranın elmitədqiqat işlərinin istiqamətinə uyğunluğu böyük rol oynayır. Məsələn, tələbə buraxılış işini elmi rəhbərin, müəllimin rəhbərliyi altında icra edir. O, yalnız rəhbərindən tövsiyyə və göstərişləri o zaman ala bilər ki, mövzu rəhbərin məşğul olduğu elmi istiqamətə uyğun gəlsin. Digər tərəfdən elmi rəhbər ilə tələbənin maraqlarının üstüstə düşməsi tələbənin işinə marağı artırır, onun yerinə yetirilmə prosesini sürətləndirir, iş metodlarının axtarılmasını asanlaşdırır. Onu da qeyd etmək lazımdır ki, tələbə mövzunu seçməkdən öncə bu sahədə mövcud olan ədəbiyyat mənbələri ilə yaxından tanış olmalıdır.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin