Müəllim: Tili Rəhimova Fənn: İxtisasa giriş


Memar Əcəmi haqqında digər faktlar



Yüklə 207,69 Kb.
səhifə4/4
tarix13.04.2023
ölçüsü207,69 Kb.
#97168
1   2   3   4
Memar Əcəmi haqqında digər faktlar
"Əcəmi Naxçıvani memarlıq məktəbinin başlıca problemlərindən olan tektonikliyin (arxitektonika) dünya memarlığında az təsaduf edilən parlaq həllini tapmış mühəndis və sənətkar olmuşdur. Onun yüksək mühəndislik qabiliyyəti Qərbi Avropa memarlarından bir əsr əvvəl Mömünə xatın türbəsinin sərdabasında qurduğu nervürlü tağlar sistemində və onun oturacağındakı mürəkkəb ornamentlərin əvvəlcədən hazırlanmış tavalar şəklində tərtibində, Cümə məscidinin nəhəng günbəzində və qoşa minarələrdə özunu göstərir." (Azərbaycan Sovet Ensiklopediyası, IV cild, səh.260)
XIII əsr mənbələri Əcəmini "Şeyx-ül-mühəndis" (mühəndislərin başçısı) rütbəsi daşıdığından xəbər verir.
Yazılı mənbələr göstərir ki, Əcəmi dövrundə Naxçıvanda 250 min nəfər əhali yaşayırdı. Ehtimal olunur ki, Əcəmi Naxçıvaninin layihəsi əsasında möhtəşəm arxitektura kompleksi ucaldılmışdır. Nəhəng bir ərazidə Eldənizlərin sarayı, Cümə məscidi, xatirə abidələri, mədrəsə, karvansara və digər hökumət tikililəri də inşa edilmişdir. Həmin tikililərdən dövrümüzə yalnız iki məqbərə gəlib çatsa da, Naxçıvanda saray ansamblının mövcudluğu XIII əsrdə anonim bir müəllif tərəfindən farsca yazılmış "Əcaib əd-dünya" adlı əsərdə də müəyyən dərəcədə təsdiq edilir. Həmin əsərdə bu cümlələri oxumaq olar: "Naxçıvan Azərbaycanda yüksək bir yerdə salınmış və möhkəmləndirilmiş, əhalisi gur olan iri şəhərdir. Burada çoxlu saraylar, şəhərətrafı qalalar, malikanələr (köşk) və parad təyinatlı tikililər qurulmuşdur. Şəhərin yaxınlığında daşdan qalalar, qalanın içində isə mədrəsə və məscidlər tikilib. Qalanın içində həmçinin gözəl bir bulaq var. Deyilənə görə, dünyada bundan çox məskunlaşmış şəhər yoxdur. Bütün inşaat kirəcdən və bişmiş kərpicdən aparılırdı. Üc və dördmərtəbəli köşklərin əksər qismi əslində qalalardır. Şəhərin ətrafındakı kəndlər olduqca gözəldir və axar suları var. Çoxlu bağ-bağat salınıb, göz oxşayan çəmənliklər var. Araz çayı şəhərin içindən keçir… Eldənizin mübarək zamanında Naxçıvan tamamilə əzəmətli bir görkəm aldı. Burada şah iqamətgahı ("dar-ül-mülk") və hökumət binaları (dövlətxanalar) tikildi…"
Marağadakı Göy günbəzdə (1196-cı il), Naxçıvan yaxınlığındakı Gülüstan türbəsində (XIII əsr), Qarabağlar, Bərdə və Salmas türbələrində (XIV əsr), türk memarı Memar Sinanın (XVI əsr) və İstanbulda ucaltdığı türbələrdə Əcəmi sənətinin ənənələri yaşayır.
Bakıda Əcəmi Əbubəkr oğlu Naxçıvaninin şərəfinə Bakı metrostansiyalarından biri "Memar Əcəmi" adlandırılmışdır.
Təklif

  1. Əcəmi Naxçıvani haqqında monoqrafiya yazılmalıdır.

  2. “Memar Əcəmi” mistik tarixi dramı Azərbaycan teatr səhnəsində yer almalıdır.

  3. Orta məktəblərdə sənətkarın yaradacılıq günləri keçirilməli, şagirdlər onun yaradıcılığı ilə daha yaxından tanış edilməlidirlər.

  4. Memar Əcəmi yaradıcılığının təbliğatı daha geniş aparılmalı, inşa etdiyi abidələrlə əyani şəkildə tanış olunmalı və turlar təşkil edilməldir.

NƏTİCƏ
Əcəmi öz ömrünü İraq Sultanlığında — Azərbaycan Atabəylər dövlətinin ərazisində yaşamışdır. Bu dövlətin mərkəz şəhərlərindən biri də Naxçıvan idi. Atabəylər dövləti böyük atabəy Şəmsəddin Eldənizin dövründə yaranmış, onun oğlu Məhəmməd Cahan Pəhləvanın dövründə çiçəklənmişdi.
Tarix öz qoynunda Əcəminin həyatı haqda onun ölməz əsərlərindən başqa heç nə saxlamayıb. Görünür, dahi memar bunu qabaqcadan gördüyündən öz şah əsərinin-İl-Dənizin xanımı Mömünə Xatun türbəsi üzərində belə yazmışdı:
"Biz gedəriyik. Dünya əbədi qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik — bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə."
Bəli, xatirə qaldı. Müsəlman şərqində yalnız bir neçə memarlıq ansamblı məşhurdur. Bunların içərisində Səmərqəndin, İsfahanın memarlıq ansambllarını, eləcə də Tac-Mahalı göstərmək olar. Güman ki, həmin ansamblların yaranmasından çox-çox qabaqlar dünyanın ən qədim şəhərlərindən olan Naxçıvanda (Bibliyadakı rəvayətlərə görə, bu şəhərin əsası Nuh peyğəmbər tərəfindən qoyulub) orta əsrlərin dahi memarı Əcəmi Naxçıvaninin layihəsi əsasında möhtəşəmlikdə bunlardan heç də geri qalmayan arxitektura kompleksi tikilmişdir. Nəhəng bir ərazidə İl-Dənizlərin Sarayı, Cümə məscidi, Xatirə abidələri, çox güman ki, mədrəsə, karvansara və digər hökumət tikililəri qurulmuşdu. Bütün bu məlum və ehtimal olunan tikililərdən bizim dövrümüzə yalnız iki məqbərə gəlib çatsa da Naxçıvanda saray ansamblının mövcudluğu XIII əsrdə anonim bir müəllif tərəfindən farsca yazılmış "Əcaib əd-dünya" adlı əsərdə də müəyyən dərəcədə təsdiq edilir. Həmin əsərdə bu sətirləri oxumaq olar:
"Naxçıvan Azərbaycanda yüksək bir yerdə salınmış və möhkəmləndirilmiş, əhalisi gur olan iri şəhərdir. Burada çoxlu saraylar, şəhərətrafı qalalar, malikanələr (köşk) və parad təyinatlı tikililər qurulmuşdur. Şəhərin yaxınlığında daşdan qalalar, qalanın içində isə mədrəsə və məscidlər tikilib. Qalanın içində həmçinin gözəl bir bulaq var. Deyilənə görə, dünyada bundan çox məskunlaşmış şəhər yoxdur. Bütün inşaat kirəcdən və bişmiş kərpicdən aparılırdı. Üç və dördmərtəbəli köşklərin əksər qismi əslində qalalardır. Şəhərin ətrafındakı kəndlər (savad) olduqca gözəldir, axar suları var. Çoxlu bağ-bağat salınıb, göz oxşayan çəmənliklər var. Araz çayı şəhərin içindən keçir… İl-Dənizin mübarək zamanında (Naxçıvan) tamamilə əzəmətli bir görkəm aldı. Burada şah iqamətgahı (dar-əl-mülk) və hökumət binaları (dövlətxana) tikildi…"
O zamanın mənbələrinə əsaslansaq, Əcəmi dövründə Naxçıvanda 250 min nəfər əhali yaşayırdı. Xatırlanan meydandan dövrümüzə gəlib çıxmış tikililər arasında ən qədimi xalq arasında Atababa Günbəzi adlanan Yusif Küseyir oğlu türbəsidir. Türbənin məzar hissəsi yerin altındadır. Yerüstü qülləvari hissə piramida formalı səkkizguşəli çadır şəklində işlənmişdir. Məqbərənin çölə baxan tərəfi kərpic bloklarla hörülmüş naxışlarla bəzədilmişdir. Abidənin giriş hissəsində kufi xətti ilə yazılıb:
"Bu, şərəfli dinimizin məşhur rəisi, İslamın gözəlliyi, şeyxlər başçısı Hacı Yusif ibn Küseyrin məqbərəsidir. Şəvval ayı yeddinci, əllinci və beş yüzüncü il (557/1162-ci il)."Məqbərənin üzərində kufi xətti ilə Qurandan dekorativ ayələr yazılmışdır. Girişin sol tərəfində memarın adı həkk olunmuşdur: "Əcəmi ibn Əbubəkr Naxçıvani."

ƏDƏBİYYAT



  1. Azərbaycan Sovet Ensiklopediyası, IV cild

  2. http://anl.az/down/medeniyyet2007/dekabr/medeniyyet2007_dekabr_89.htm (05.02.2023, 21:23)

  3. https://sia.az/az/news/social/848904.html

(05.02.2023, 21:29)

  1. https://ederslik.edu.az/books/185/units/unit-1/page71.xhtml (05.02.2023, 21:32)

Yüklə 207,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin