Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azorbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə32/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   28   29   30   31   32   33   34   35   ...   174
Nizamidə  azorbaycançılıq

olduğu  üçün  türk  haqqında  danışanda  onlan  qazağa,  tatara, 

türkmənə  bölmür,  hətta,  Azərbaycanlılara  da  türk  adını  şamil 

edir.  Onun  milli  təəssübkeşliyi,  əsərlərindən  də  göründüyü 

kimi  o  qədər  güclüdür  ki,  hətta,  başqa  türk  xalqlanna  aid 

hadisələrdən  bəhs  etdiyi  məqamlarda  onlara  Azərbaycanlı 

etnik  təbiəti  baxımından  yanaşır.  Eyni  zamanda,  mənşəyinə 

görə türk  etnosuna  daxil  olmayan  insanlardakı  yaxşı  cəhətləri 

təsvir  etdikdə  onlarda  Azərbaycanlı  xarakterinə  uyğun 

əlamətlər  müşahidə  edərək  həmin  obrazlan  da  Azərbaycanlı 

təsəvvüründə türkiləşdirir.

Nizaminin  Azərbaycanlı  olması  barədə  mübahisə 

açmaq  əlbəttə  ki,  artıq  bir  iş  kimi  nəzərə  alınmalıdır.  Çünki 

Nizami  barədə  aparılan  tədqiqatların  çox  böyük  əksəriyyəti 

onun  Azərbaycanlı  olduğunu  quru  sözlə  yox,  faktlarla  təsdiq 

edirlər.  Elə  İranın  tədqiqatçılarının  özləri  də  Nizamidən  türk 

(Azərbaycanlı)  iyi  gəldiyini  təsdiq  edirlər.  Nizaminin  İran 

şairi  adlandırılması,  əslində,  Avropa  şərqşünaslarının  yanlış 

ideyasından  doğmuşdur.  Sonra  isə  bəzi  rus  müəllifləri  də  bu 

ideyanı  təsdiq  etməyə  cəhd  göstərmişlər.  Ancaq  Y.N.Mamn 

1927-ci 


ildə  şərqşünasların  Leninqrad  kollegiyasındakı 

çıxışında  göstərilir  ki,  iranlıların  özləri  Nizaminin  Azərbay­

canlı  şair olduğunu təsdiq edirlər.  Burada qeyd olunur ki, Teh­

ran  ədəbiyyatçılarının  gözündə  Nizami  həyatın  sevinclərini 

təsvir etməyi  bacaran  şair kimi  tanınır.  Ancaq  o  Firdovsi,  Fər- 

ruhi  və  Ünsüridən  geri  qalır.  Ümumi  nəticə  isə  budur  ki, 

Nizami  fars  şairi  deyil,  o,  Azərbaycan  mühitində  yaşayıb 

yaratmışdır.  Onun  şeirləri  iranlıya  aydın  deyil,  ola  bilsin  ki, 

Qafqaz üçün o dahidir, ancaq İran üçün Nizami dahi  deyil.1

İranlı  tədqiqatçı  Səid  Nəfisi  isə  Nizami  haqqında  bəhs 

edərkən  tarixi  məqamın  özünü  saxtalaşdıraraq göstərir  ki,  Ni­

zami  dövründə  Gəncədə  türkcə  (Azərbaycanca)  danışanlar  az




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin