Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə20/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   16   17   18   19   20   21   22   23   ...   174
Nizamidə  azərbaycançılıq

təyinatla  yerinə  yetirilirdi.  851-ci  ildə  isə  xəlifə  Azərbaycan, 

Arran  və  Ərminiyə  hakimi  olan  Məhəmməd  ibn  Xalid  ibn 

Yəzid  Əş-Şeybaniyə  həmin  ərazini  iqta  payı  kimi  bağışladı. 

Dərdənddə  yaradılmış  Əmirlik  qurumu  monqol  istilasına  qə- 

dərki  müddətdə  Xilafətin  tabeçiliyində  Xilafət  tərəfindən 

təyin olunan hakimlər tərəfindən idarə olunurdu.1

VIII  əsrin  əvvəllərində  Albaniyada  dövlətçiliyə  son 

qoyulsa  da  Mehranilər  sülaləsinə  mənsub  feodal  hakimlər 

Arsakda öz mülklərini  qoruyub  saxlamışdılar.  Beləliklə,  tarixi 

alban  vilayəti  olan  Arsakda  ərəblərə  cizyə,  vergi  və  xərac 

verməklə  knyazlıq  səviyyəsindəki  Sünik və  Arsak-Xaçm  adlı 

dövlətçilik  qurumu  formalaşdırıldı.  XII  əsrin  sonu,  XIII  əsrin 

əvvəllərində  Arsak ərazisində  təşəkkül  tapan Xaçın knyazlığı 

qədim  Albaniyanın  bir  hissəsi  idi.  1224-cü  ildə  Xarəzmşah 

Cəlaləddinin  hücumu  zamanı  Xaçına  hakimlik  edən  Həsən 

Cəlal  vergi  sayəsində  knyazlığı  dağılmaqdan  qurtarır.  Arsak- 

Xaçm knyazlığı  XV əsrə  qədər öz mövcudluğunu  saxlamaqda 

davam edir.2

Ərəblərin  Azərbaycanı  işğal  etməsi  ilə  yaranan 

dövlətçilik  qurumlarından  biri  də  Şəki  məlikliyi  olmuşdur. 

Xəlifə  I  Validin  dövründə  (705-715)  Albaniyanı  bir  dövlət 

kimi  ləğv  edən,  buranı  Xilafətin  canişinlikləridən  birinə 

çevirən  ərəblər  bölgədə  ağalığı  saxlamaq  üçün  Şəkini 

özlərinin  strateji  bazası  etdilər.  Şəki  məlikliyi  1207-ci  ildə 

Xarəzmşah Cəlaləddini ələ keçirdikdən sonra oraya Səfıəddin 

Məhəmməd  əl  Tuğranini  Şəki  və  Qəbələnin  vəsisi  (hakimi) 

təyin etdi.3

Azərbaycanın  siyasi  tarixində  qoyduqlan  ənənəyə 

müvafiq  olaraq  xırda  padişahlıqlar  mövcud  olmaqda  davam 

edirdi.  Bunlardan  biri  də  X  əsrdə  yaranmış  Sasanilər  dövləti 

idi.  Onlar özlərindən əvvəlki  Saciləri  əvəz  edirdilər.  Salarilər 

özləri  mənşəcə  Deyləmi  idilər.  Deyləm  İranda 

Qvilan

1 Azərbaycan tarixi.  III-VIII əsrin I rübü.  II cild.  Bakı, «Elm», 2007, s.  338-351.



2 Yenə orada,  s.  351-355.

3 Yenə orada, s.  355-363.

21




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin