Müasir fəlsəfə problemləri” şöbəsi MÜASİr fəLSƏFƏ, elm və MƏDƏNİYYƏT: postqeyri-klassik epistemologiYA



Yüklə 2,59 Mb.
səhifə30/38
tarix01.01.2017
ölçüsü2,59 Mb.
#3891
1   ...   26   27   28   29   30   31   32   33   ...   38

Ədəbiyyat:

  1. Abbasov Ə.F. Fəlsəfə və müasirlik // Müasir fəlsəfə və Azərbaycan: tarix, nəzəriyyə, tədris. Bakı, 2011, s. 62.

  2. Паин Э. О «крахе политики мультикультурализма» в Европе // интервью с корреспондентом «СП».11.02.2011.

  3. Multiculturalism: Mr. Cameron's crude caricature solves no problems. 06/02/2011.

  4. Малахов В.С.Зачем России мультикультурализм? // Мультикультурализм и трансформация постсоветских обществ / Под ред. В.С. Малахова и В.А. Тишкова. М., 2002 с. 48-60.

  5. Злобин Н.: Крах мультикультурализма и национальная доктрина России // интервью Николая Злобина с корреспондентом «Эхо Москва», 17.02.2011.

  6. Abasov Ə.S. Müasir Azərbaycana hansı fəlsəfə lazımdır // Müasir fəlsəfə və Azərbaycan: tarix, nəzəriyyə, tədris. Bakı, 2011. s.42


Mehdizadə O. N.
Kulturologiyada non-linear düşüncə
İdrakın Post qeyri-klassik tipi dövrümüzdə yeni generativ aparat funksiyasını daşıyır. Bu o deməkdir ki, həmin idrak elə paradiqmalar törədir ki, onlar başqa idrak tiplərinin «kodunda» elmə yaraşmaz, hətta dialektikaya yaraşmaz diskursları «savadlı» cümlələr kimi kvalifikasiya etməyə imkan verir. Deməli, bu paradiqmalar keçmişə baxanda «anormal» tekstlər törətməyin kodlarını düzəldir. Kodları düzəldirsə, terminlər və sintaksisi də düzəldir. Bu sintaksisdən biri non-linearlıqdır. Non-liniarlığı klassik idrakda Hegel və Marsayağı dialektik metod əvəz edirdi. Postmodernizm dövründə isə non-linearlıq, artıq ziddiyətlərin, eyniləşdirilməsi ilə kifayətlənmir. Non-linearlıq hər yerdə fərqlərin eklektik səpələnməsini düzənləyir. Dəfələrlə deyilib ki, Postmodernizmə qədərki dövrlərin fəlsəfəsi eyniliyin, bir ümuminin altına yığmağın fəlsəfəsi idi. Postmodernizmdən isə fərqlərin fəlsəfəsi başlayır. Bu mənada dialektik metodun non-linearlığı eyniliyə xidmət edirdi. Post qeyri-klassik idrakın non-linerlığı isə fərqlərin fəlsəfəsinə işləyir, ona materiallar və ideyalar verir. İndi isə bu giriş sözlərindən sonra non-linear düşüncənin və ya idrakın xüsusiyyətlərini mədəniyyət və insan haqları problemində sınaqdan keçirək.

İş burasındadır ki, mədəniyyəti biz modelləşdirəndə və bu modeldə insan haqlarının «yerini» görmək istəyəndə Evklid həndəsəsi, mexanikanın qaydaları, diaqram biçimində görüntülər həmin modelə öz biçimlərini verdiyi üçün nə qədər aydınlıq yaradırsa, o qədər də xeyli məqamı görükməz edir. Biz «mədəniyyət və onun alt sistemləri» deyəndə hissələrə bölünmüş tortu göz qabağına gətiririk – bir ümumi tortun içində onun dilimləri (alt qrupları). Mədəniyyətdə əgər ayrı-ayrı korpuslar varsa, bu görk, bu model adekvat sayılmalıdır. Ancaq, o biri yandan, əxlaqi, estetik, dini, elmi və hətta siyasi mədəniyyətlərdə olanların ekspansiya etmək, vurub başqa yerlərdən çıxmaq özəllikləri var (1).

Əxlaqın ekspansiya etmək meyllərini Etikada çox açıblar. Ancaq bu xüsusiyyət dində də var və göstərilən prosesdə hansının ilkin olmasını söyləmək «toyuq-yumurta» məsələsindəki dolaşıqlığı yaradır. Ona görə də problemi liniar deterministik modeldə düşünmək effekt vermir. İş burasındadır ki, mifologiyalardan fərqli olaraq gəlişmiş dinlərdə sırf kosmoloji məsələlər çox az yer tutur, tutanda da əxlaqi-mənəvi sonucları ilə böyük dəyər qazanır (mifoloji dinlərdə də kosmologiya mənəviyyat qanunvericiliyi ilə sıx bağlı olur). Ona görə də təsadüfi deyil ki, yəhudilər İsa məsihin vaxtında dinlərini Qanun adlandırırdılar. İslamda isə Şəriət nəsə ilahi oreolda qavranılır. Beləliklə, dinlər əxlaqı, mənəvi, gigenik və hətta istehsalat normalarını ilahi əsasla köklü edirlər. Bu, sanki əxlaqa baxanda dini prioritet mövqeyə qaldırır. Ancaq, o biri yandan, əgər dinlər insanlara əxlaqi buyruqlar, mənəvi qaynaqlar verməsəydilər, onlar üçün böyük rol oynayardılarmı?! Bax, bu durumda cavabı çətin sual yaranır: din əxlaq üçündür, yoxsa əxlaq din üçündür? Sual belə qoyulanda istisna deyil ki, din və əxlaqı mahiyyətcə eyniləşdirən nəzəriyyə də yaransın.

Götürək siyasətin əxlaqa sirayət etməsini. Bu istiqamətdə həm nəzəri planda, həm də praktiki planda çox aydın örnəkləri marksizm verir. Kommunistin əxlaq kodeksi tamamilə Kommunist Partiyasının və Sovet hökumətinin siyasətinə effektli xidmət üçün hazırlanmış və uyğunlaşdırılmışdı. Bu kodeksdə, məsələn, aydınca deyilirdi ki, kommunistlərin əxlaqı proletariatın sinfi mübarizəsindən doğur, onlar kommunizm işinə sadiq olmalı, sosialist vətənini sevməlidirlər (2). Göründüyü kimi, burada siyasət əxlaqa təsir edərək ona öz məzmununu vermişdi.

Əgər elm və əxlaq müstəvisinə keçsək, sözsüz, təbiətşünaslıq elmlərinin arqumentlər və nəzəriyyə qurmaq planında əxlaq normalarının işlədiyini görə bilmərik. Səbəb odur ki, bu elmlərin induktiv və deduktiv sistemində dəyərlərə heç cürə yer yoxdur. Bu səbəbdən də fiziklər «gözəldir, ona görə də doğrudur» formulası ilə iki nəzəriyyədən birini seçəndə, (3) bu hələ o demək deyil ki, nəzəriyyənin daxili arqumentlərini estetikləşdirirlər. Bu durumda estetik dəyərləndlirmə nəzəriyyənin içindən estetik dəyərləri üzə çıxarmır, sadəcə, nəzəriyyəni qavrayan kəsin şüuruna onun təsirini anladır.

Toxunduğumuz problemlə bağlı bir fikri də təhlil edək. Uilson Robert Antonun kitabında belə bir ideyaya rast gəlmək olar: qabaqlar alimlər inanırdı ki, bir gün gələcək, biz kainat haqqında hər nə varsa, bilib onları gözəl riyazi düsturlarda göstərə biləcəyik. Ancaq Eynşteyn fizikası və Plankın Kvant mexanikası bu inamı dağıtdı (4).

Göründüyü kimi, dünyanın mürəkkəbliyinin elə qatları var ki, onları riyazi dilə çevirib modelləşdirəndə, heç də həmişə bu modelləri gözəllik əlamətlərində yaşamaq olmur. Ancaq bütün hallarda bizim nəzəri formulaları gözəllik biçimində yaşamamız, bizim şüurumuzun faktıdır və formulaların strukturuna dəxli yoxdur. Necə ki, insanın öz çevrəsindəki təbiəti gözəllik kimi duyması onun şüurunda peyda olan təbiət görüntüsü ilə şüurunun bu görüntüyə münasibətinə aiddir, ancaq sırf təbiət faktı deyil. Sırf təbiət faktı olsaydı, gözəllik də, mexanikanın, fizikanın qanunları kimi təbiətdə işləyərdi. Halbuki Günəşin gözəllik kimi Daşa-torpağa təsirini heç bir ciddi elm tapıb sübut etməyib. Hətta heyvanlar aləmində də gözəlliyin, tutalım, cazibə qanunu kimi işləməsi böyük şübhələr doğurur. Biz nəzərdə tuturuq quşların lələklərini açmaqla qarşı tərəfdə seksual istək oyatması kimi faktları. İnsan şərti olaraq bunu «gözəlliklə cəlb etmək» saya bilər, ancaq bilməliyik ki, gözəllik qoxu, dadla qıcıqlandırmağa (şirnikdirməyə) yalnız müəyyən mənada oxşayır. Gözəllikdə fiziki aspekt (qıcıqlandırma və s.) yalnız insan mədəniyyətinin sistemində mümkün olan mənalarla semantikləşəndə estetik hadisə yaranır. Quşlarda isə lələklərin rəngləri, cikkildəmələr söylədiyimiz semantika ilə bağlanmadıqları üçün gözəllik də deyillər.

Elmi formulalarla bağlı da eyni fikrə gəlmək olar. Onların strukturunda gözəlliyə aid sayılan ritmik dəyişmə, harmoniya olsa da gözəlliyin semantikası yoxdur və işləmir, ona görə də biz yalnız, şərti olaraq, onların və ya şahmat partiyalarının gözəlliyindən danışa bilərik.

Təbiətşünaslıq elmlərində əxlaqın və estetikliyin nəzəriyyə faktı olmasını inkar edəndən sonra bildirməliyik ki, bu inkarı elmi mədəniyyətlə bağlı etmək olmaz. Elmi mədəniyyətə həm yaradıcılıq, həm nəzəriyyələri dəyərləndirmək, təbliğ etmək, həm də institual aspektlər daxildir. Əxlaq və estetiklik bu müstəvilərdə yetərincə fəal iştirak edir. Söylənilən məsələ üçün parlaq materialı bioetika verir. O, tibbi araşdırmaların və əməliyyatların əxlaqi yöndən dəyərləndirilməsini nəzərdə tutur. Yaxşı bəllidir ki, çağımızda eftanaziya (ölümcül xəstələrin könüllü həyatdan getməsinə yardım), abort, klonlaşdırma çox ciddi mənəvi diskussiyaların mərkəzində durur. Bir tərəf, onları əxlaqi baxımdan doğrultmağa çalışır, o biri tərəf isə, tərsinə, onları əxlaqi arqumentlərlə suçlayır. Bu diskussiyaların, sözsüz, tibbi nəzəriyyənin strukturuna dəxli yoxdur. Ancaq əxlaqi arqumentlər həmin nəzəriyyələri davam etdirməmək, həmin nəzəriyyələrə görə necə görünmək məsələlərində ciddi iştirak edir (5).

Göstərdiyimiz təsirləri, yəni dinin əxlaqa, əxlaqın dinə, əxlaqın siyasətə, sonra isə siyasətin əxlaqa, estetikliyin elmə və elmin estetikliyə non-linear təsirlərini diaqramda qrafikləşdirmək üçün «təsir/əks-təsir» oxlarını çəkirlər, ancaq bu oxlar abstrakt cızıqlardır. Gerçəkdə isə həmin təsirlərin çox mürəkkəb hörgüsü, «yanıb-sönməsi», düzümü var. Siyasətdən başlayan təsir əxlaqda elə ilk nəticələrini verən anda bu nəticələr siyasətdə dəyişmələr yarada bilər. Həmin dəyişmələr isə həməncə incəsənətə keçib orada olay törədə bilər. Beləliklə, biz mədəniyyətin bölmələri, sahələri arasında rəqs, turbulentlik, non-liniarlıq prinsipində çox dolaşıq prosesləri görürük.

Mədəniyyətin bölmələri arasında bu dinamik ilişgiləri, dedik ki, daha adekvat dialektika açır. Özü də marksist-leninçi dialektika yox, çünki onun toplumda bütün proseslərin qaynağını istehsal münasibətlərindən çıxarması nə qədər maraqlı olsa da hər-halda başlıca amil, baş səbəb prinsipinə söykənir. Biz isə göstərmək istəyirik ki, mədəniyyətin bölmələri, alt qrupları arasında determinist münasibətlər kökdən şaxələnmə prinsipinə yox (marksizmdə belədir) çevrə prinsipinə uyğun gəlir. Bir-birinə təsir məsələsində mədəniyyətin sahələri fırlana-fırlana bir-biri ilə «rəqs edirlər», öncəkilər və sonrakılar tez-tez yerlərini dəyişirlər. Bir fakt həm əxlaqi, həm siyasi, həm bədii ola bilir. Bu, beynin ayrı-ayrı sahələrinin hərəsinin öz funksiyalarının olmasına baxmayaraq, bəzən bir sahənin o biri sahənin işini öz üstünə götürməsinə bənzəyir (6). Ona görə də söyləmək olar ki, mədəniyyət beynin biçimində qurulub. Və ya belə deyək: mədəniyyət üçün ilkin model (proobraz) beyin olub.

Əski mədəniyyətlərin sinkretikliyi ideyası yetərincə bəlli faktdır (7). Ancaq bir xeyli araşdırıcılar mədəniyyətlərdə ixtisaslaşma getməsini, sahələrin differensiallaşmasını inkişaf parametrləri kimi götürəndə bu parametrlərə çox uyurlar və unudurlar ki, kültürdə hətta alt qrupların korpusu aydın sərhəd cizgilərini qazanandan sonra da ilkin sinkretizmin dərin izləri, qalıqları (reminissensiyaları) qalır. Bu o deməkdir ki, bir baxış bucağında mexanikanın prinsipində yan-yana düzülən mədəniyyət bölgələri, başqa baxım bucağında iç-içə görünürlər. Yəni müxtəlif vasitələr müxtəlif mənzərələr, modellər verirlər. Bu, bizim damcıya gözümüzlə, böyüdücü şüşə ilə və nəhayət mikroskopla baxanda aldığımız ayrı-ayrı mənzərələrə oxşayır. Marksizmin yox, Hegelin dialektikası mədəniyyətin sahələri arasında gedən qarşılıqlı təsir və qarşılıqlı transformasiya proseslərini nisbətən adekvat göstərir. Ancaq etiraf etməliyik ki, prosesin titrəntisi, qırpışma sürətində dəyişməsi, çevrimləri heç bir metodun hegemonluğuna imkan vermir. Ona görə də dialektikanın önəmini qəbul etsək də söyləməliyik ki, metodların monizmi yox, plyuralizmi mədəniyyətdaxili dinamikanı düşünmək üçün ən doğru yoldur.

İndi isə non-linear əlaqələri «mədəniyyət və insan haqları» məsələsində izləyək. Post qeyri klassik idrak mövqeyindən yanaşma aydın edər ki, onlar bir müstəvidə duran olaylar deyillər. Bundan sonra «şübhə» yarana bilər ki, insan haqları toplumun, sosial yaşamın faktı olduğu üçün bəlkə bu haqlar mədəniyyətin içində alt qrupu əmələ gətirir? Ancaq, axı, incəsənətdən, siyasətdən, əxlaqdan fərqli olaraq insan haqları öz korpusu olan sahə deyil. O biri tərəfnən, mədəniyyətin alt qruplarında olan və bu qrupları sementləşdirən əlaqələr müstəvisində gəzişəndə bizə aydın olur ki, hər qrup özəl, spesifik ilişgilər şəbəkəsində formalaşsa da, o əlaqələrin mənsub olduqları qruplardan «miqrasiya etmək» meyliləri var. Əxlaqi, siyasi, estetik əlaqələr kültürün hansısa sahələrində lokallaşıb qalmırlar. Onlar qrupdüzəltmək funksiyası daşımaqla yanaşı, başqa kültür sahələrinə keçərək oradakı olayları da zənginləşdirirlər. Beləcə, əxlaq siyasi faktları zənginləşdirir, siyasət isə öz növbəsində əxlaqa sirayət edir. Oxşar prosesləri əxlaqi, siyasi, estetik, dini ilişgilərlə bağlı əxlaqın bütün başqa sahələrində də görmək olar.

Bütün bu faktlar o fikrə gətirir ki, mədəniyyəti klassik həndəsəsinin biçimində mexanikaya uyğun şəkildə təsəvvür edəndə və bunu yeganə doğru model sayanda çoxlu yanlışlıqlara yol veririk. Mədəniyyətdə elə bir dinamika var ki, onun sahələri bir-birinin yanında durduqları qədər də bir-birinin içindədirlər, bir-birindən ayrıldıqları qədər də bir-biri ilə eyniləşirlər. Bütün bu prosessuallıq özündə ilkin kültür sinkretizmini daşıyır. «Sinkretizm» termini təkcə hansısa mədəniyyətdə ayrı-ayrı mədəniyyətlərin elementlərinin bir yerdə olmasını bildirmir. «Sinkretizm» həm də mədəniyyətin ayrı-ayrı sahələrinin, alt qruplarının elementlərinin bir-birində əriməsini, bir-birinin o biri üzü, o biri yanı olmasını aydın edir. İnsan haqları bu mənada əxlaq və estetiklik kimi toplumun hər bölgəsində, hər elementində iştirak edərək sinkretizm yarada bilər. Bu haqların elementlərinin tarixi, güman ki, insan qədər qədimdir. Hərçənd onların differensiallaşaraq aydın struktur qazanması İngiltərədə Maqna Kartanın tekstindən keçərək Fransada İnsan Haqları Bəyannaməsində mümkün olmuşdu. Ancaq hətta müxtəlif araşdırmalarda, sənədlərdə insan haqları aydın struktur qazansa da, dərindən refleksiya edəndə görmək olar ki, toplumun və kültürün gerçəkliyində onlar yayılaraq müxtəlif sinkretliklər əmələ gətirmişlər. Ona görə də insan haqlarının mədəniyyətdə bir bölgədə lokallaşıb qalmamasının, sinkretik olaraq müxtəlif kültür sahələrində və kültür elementlərində bulunmasından çıxış edərək söyləmək istəyirik ki, «mədəniyyət və insan haqları» probleminin qoyuluşu iki komponentin nə «ümumi və xüsusi» fərqlərinə söykənir, nə iki bir-birindən tam fərqlənən tərəfləri fiksə edir. İnsan haqları əxlaq, incəsənət kimi mədəniyyət içində bölgə, sahə əmələ gətirsə idi, o zaman «mədəniyyət və insan haqları» düsturunda birincini ümumi, ikincini isə xüsusi kimi qəbul etmək olardı.

Bu düstur «yuxarı/aşağı»nın radikal fərqində olan iki komponenti də bildirmir, çünki bildirsə idi, o zaman mədəniyyətlə insan haqlarını bərabər hüquqlu, bərabər statuslu, ancaq tam fərqli tərəflər kimi götürmək olardı. Vəziyyət belə olmadığı üçün də göstərdiyimiz düstura başqa açıqlama, izah axtarmaq gərəkdir. Özü də aydın məsələdir ki, bizim bu izahı axtarmağımız formal, şərti bir şey üçün gözə kül üfürən araşdırmaları imitasiyası etməməlidir. Biz çalışmalıyıq ki, məsələ üzrə axtarışlarımız hər iki anlayışın məzmunu ilə bağlı ciddi nəticələr versin. Necə ki yola çıxmaq təəssüratlar verir, eləcə də bizim «gəzintilərimiz», axtarışlarımız «mədəniyyət və insan haqları» ilə bağlı yeni təəssüratlar gətirməlidir.

İndi deyə bilərik: bu təəssüratlardan biri odur ki, «mədəniyyət və insan haqları» düsturunda birinci komponent proseslərin baş verdiyi məkanı, «meydanı» bildirir. Ancaq burada məkan heç nəsiz deyil, mənzərə tipindədir. Bu mənzərə həm mədəniyyətə aid olan olaylardan, nəsnələrdən cizgilənmiş landşaftdır, həm onların ortaq cəhətlərindən yaranmış anlayış, ideyadır. İnsan haqları isə bu meydanda, məkanda baş verən proseslərin bəzən mənası, bəzən səbəbi, bəzən məqsədidir.

Onu da deyək ki, mədəniyyətlə bağlı non-linear düşüncəni qaçılmaz edən paradoksal durum marksizmdə və teoloji nəzəriyyələrdə də qalır. Marksizm toplumun maddi münasibətlərini «materiyanın şüur üstündə həlledici təsiri» prinsipində başlıca sayır. Düzdür, xırdalayanda bu maddi münasibətlərdə xeyli nəsnələr, məsələn, istehsal vasitələri, istehsal ilişgiləri mədəniyyət faktı, kültür dəyəri kimi bəlli olur. Ancaq marksizmdə maddi ilişgiləri yeməklə, geyinməklə bağlayıb populyar izah verəndə aydın olur ki, onların insanın bioloji tərəfi ilə bağlı cəhətləri əsasdır. Deməli, bu modeldə də təbiət insanın biologiyası «kanalı» ilə mədəniyyətə sirayət etmiş olur.

Əgər teoloji modelə keçsək, söyləməliyik ki, həm müqəddəs tarix konsepsiyası, həm vəhy fəlsəfəsi mədəniyyətdə olan başlıca prosesləri İlahi iradə ilə bağlayır. Sözsüz, bu durumda İlahi iradə və ya İlahi səltənət təbiət funksiyasında olmur. Ancaq hər halda bu variantda da ciddi bir sual çıxır: mədəniyyət və onun dəyərlərində immanent səbəblərin, immanent amillərin rolu nə dərəcədə müstəqil, nə dərəcədə böyükdür? O biri yandan, belə bir sual da qalır: ilahi olanla mədəniyyətə xas olanın arasında sərhəd haradan keçir?

Sual belə qoyulanda bir məsələ də aydın olur. Mədəniyyət və İlahidən olanları Evklid həndəsəsi biçimində yan-yana qoymaq, onların arasındakı təsir ilişgilərini isə mexanikanın prinsipində açmaq korreksiya edilməsə, böyük yanlışlıqlara gətirib çıxara bilər. Onu da deyək ki, gətirdiyimiz teoloji model təkcə ilahiyyatçı filosofların, intellektualların üz tutduğu dünya və mədəniyyət mənzərəsi deyil. Bir xeyli sənətçi, xüsusi ilə məşhur musiqiçilər var ki, özlərini bəstələdikləri əsərlərin müəllifi saymırlar. Hesab edirlər ki, onların müəllifliyi yalnız kosmosda və ya İlahi səltənətdə olan musiqiyə qulaq tutub onu nota köçürməkdir.

Bu faktın fizioloji açımı heç də həmişə ateist xarakter daşımasa da hər halda peyğəmbərlərə, sənətçilərə İlahi informasiyanın gəlməsi məsələsini şübhə altına alır. Məsələn, C. Ceynizin fərziyyəsinə görə, neolitik devrimdən sonra IX-II minillərdə insan dəstələri tanrılardan birbaşa gələn buyuruq saydıqları əmrlərlə idarə olunurdular. Bu zaman müəyyən adamlar tanrıların səsini sol beyin yarımkürəsindəki danışıq mərkəzinə simmetrik olan sağ yarımkürə ilə eşidirdilər. Normal adamda danışıq mərkəzi sol yarımkürədə yerləşir. Sağ yarımkürədə bu sahəyə simmetrik danışıq mərkəzinin olması isə anormal psixo-fizioloji tiplərə xasdır. Ona görə də Ceyniz göstərirdi ki, əski toplumlar şizofrenik tipləri müqəddəs funksiyalar üçün seçirdilər, çünki şizofreniyada iki yarımkürənin danışıq mərkəzi kimi birlikdə işləməsi mümkün olur. Deməli, ola bilər ki, iki yarımkürə danışıq mərkəzi olaraq işləyəndə insanlar birini insanın səsinə, o birisini Tanrının səsinə aid edirdilər (8).

Bu açımın ateist təhlükəsini teoloji yanaşma belə dəf edə bilər ki, Tanrı özü sağ yarımkürənin danışıq mərkəzini Ondan informasiya almaq üçün ixtisaslaşdırır, ona görə də müəyyən anormalları şamanizmdə, buddizmdə və səmavi dinlərdə özü ilə insanlar arasında bilgiötürücü vasitə edir. Özü də bu anormallığın müqəddəs nəticələri əsas verir ki, o, psixi xəstəlik kimi yox, üstün psixofizioloji imkanlar kimi kvalifikasiya edilsin.

Biz nədən bütün bu problemə belə diqqət edirik? Səbəb mədəniyyətin strukturu və başqa sahələrlə əlaqəsi məsələsində mexanikanın və Evklid həndəsəsinin diktə etdiyi modeli nəzərə almaqla onun hegemonluğundan qurtulmaqdır. Biz bilməliyik ki, mədəniyyətin qeyri-mədəniyyət sahələri ilə sərhədi cızıq, xətt biçimində deyil. İşığın çəkilməsindən artan, işığın düşməsindən azalan kölgə dinamikası mədəniyyətlə qeyri-mədəniyyətin sərhədini dəyişgənlik planında anlamaq üçün nisbətən uğurlu metaforadır. Ancaq bu metafora sərhədin yalnız statik cızıq yox, dinamik olmasını anlatmaq üçün uğurludur.


Ədəbiyyat və şərhlər:
1. Ona görə də Azərbaycanda teatrın yaranışından başlayaraq milli mədəniyyətə necə təsir etməsi problemini qoymaq tamamilə məntiqi olur (Əfəndiyev Timuçin. Azərbaycan dramaturgiyasında metodlar. B., 2002, s. 450-451).

2. Моральный кодекс строителя коммунизма и мораль религиозного человека: http://pki.botik.ru/articles/c-moralcodex1961vas.pdf

3. Dirak deyirdi: - «Mən duyuram ki, nəzəriyyə düzdürsə, gözəl olmalıdır» (bax: Котина С.В. Принцип красоты в науке: http://www.enterks.ru/theory.html.

4. Уилсон Роберт Антон. Квантовая психология. Как работа Вашего мозга программирует Вас и Ваш мир. Москва, София, 1999, 66 с.

5. Тищенко П.Д. Биоэтика: вопросы и ответы. М.: ЮНЕСКО, 2005: http://ethicscenter.ru/biblio/tisch_2.htm.

6. Спиркин А. Г. Сознание и самосознание. М., 1972, с.35-41.

7. Угринович Д. М. Искусство и религия. М., 1982, с. 7-8.

8. Иванов. Вяч. Вс. Структура Гомеровских текстов, описывающих психические состояния //Структура текста. М.: Наука, 1980, c.82-83.




Tezislər

Rəsulov T.Ə.

Sosial-mədəni proseslərin idarə olunmasına sistemli yanaşma

(Azərbaycan Respublikası timsalında)


  1. Indi Azərbaycan Respublikası özünün demokratik inkişafında modernləşmə pilləsini yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında Azərbaycanda iqtisadi sahədə keçid dövrünün başa çatdığını və yeni mərhələnin başlandığını göstərir və bunu elmi cəhətdən əsaslandırır.

  2. Azərbaycan cəmiyyətinin bütövlükdə və onun hər bir sferasının transformasiya prosesi yeni ideyalar, müasir idarəçilik konsepsiyaları əsasında baş verir. Transformasiya olunan Azərbaycan cəmiyyətinin təkamülündə nizamlı istiqamət müəyyənləşmişdir. Getdikcə bu nizamlı müəyyənlik daha obyektiv səciyyə kəsb etməyə başlayır. Cəmiyyət həyatının mühüm sahələri arasında öz inkişaf səviyyəsinə, məzmununa görə uyğunluq yaranır. Cəmiyyətin təkamülünə sistemli yanaşarkən aydınlaşır ki, müasir Azərbaycan Avropaya inteqrasiya prosesində Avropanın hansı sistem keyfiyyətlərini mənimsəyir, özünün hansı milli-mənəvi xüsusiyyətlərini qoruyub saxlayır və daha da inkişaf etdirir.

  3. Cəmiyyətin müasir transformasiya mərhələsində, modernləşmə mərhələsində və modernləşməni strateji istiqamət seçdiyi mərhələdə cəmiyyətin əsas sferaları arasındakı nisbət yeni səciyyə daşımağa başlayır. Daha doğrusu maddi nemətlər istehsalı sferası, texnika və texnologiyanın inkişaf səviyyəsi ilə cəmiyyətin siyasi sferasının, birinci növbədə demokratikləşmə prosesi arasında uyğunluq olması ön plana keçir. Cəmiyyətin real durumunu rasional müəyyənləşdirmək üçün göstərilən keyfiyyətləri aydınlığı ilə ortaya çıxartmaq olduqca vacibdir. Bu keyfiyyətlər isə birdən-birə yaranmır, vətəndaş cəmiyyətinə doğru transformasiya prosesində tədricən formalaşır. Etiraf etmək lazımdır ki, Azərbaycan cəmiyyəti hələlik inkişaf etmiş Qərb cəmiyyətlərinə xas olan müasir sistem keyfiyyətlətinə malik deyil. Bununla yanaşı cəmiyyətimiz həmin keyfiyyətlərə yiyələnmək üçün zəruri olan əsas müqəddəm şərtlərə uyğun şəkildə yeniləşir. Həmin şərtlərin ən başlıcası Azərbaycan Respublikasının dövlət idarəçilk siyasətinə sistemli yanaşma və siyasətin davamlı həyata keçirilməsidir. Cəmiyyətdə sosial siyasət diqqət mərkəzindədir. Dövlətin sosial siyasəti sosial problemlərin, birinci növbədə işsizliyin, yoxsulluğun aradan qaldırılmasına, regionların davamlı inkişafına, iri infrasruktur layihələrinin reallaşdırılmasına, ən başlıcası isə insanlarn rifahının yaxşılaşdırılmasına yönəldilmişdir.

Azərbaycanın müasir səviyyəsinə uyğun yaradılmaqda olan sosial-mədəni modelin fəlsəfəsi cəmiyyətin sosial problemləri ilə tarixi-mədəni irsin üzvi şəkildə əlaqəsini nəzərdə tutmaqdan ibarətdir. Dövlət öz sosial siyasətində cəmiyyətin inteqrasiyasında təhsilin oynadığı mühüm rolu nəzərə alaraq, bu sahəyə qayğını artırır. Məlumdur ki, ali təhsil əhalinin peşəkarlıq səviyyəsinin yüksəlməsini təmin etməklə birlikdə əhalinin geniş təbəqələri arasında müasir mədəniyyətin dəyəri kimi rasionallığı fəal şəkildə yayır. Bu isə idarəetmə subyektləri və obyektlərinin mənəvi keyfiyyətlərini yüksəltməklə, onların ictimai fəallığını artırır.

  1. Ölkəmizdə demokratik proseslər dərinləşdikcə hamıya aydın olur ki, insanın azadlığı dəyərləri ilə və bu dəyərlərin təmin olunması arasındakı ziddiyyətlər Azərbaycanın transformasiyasına mane olur. Buna görə də idarəçilikdə Avropa Birliyi kimi makrososiumun dəyərlərinə yiyələnmək, eyni zamanda xalqımızın milli-mənəvi keyfiyyətlərini qoruyub saxlamaq istiqamətində səmərəli işlər görülür. Azərbaycanın regionlarında aparılan geniş miqyasda sosial tədbirlər (məktəb tikintisi, idman obyektlərinin qurulması və s.) bütövlükdə sosial-mədəni quruculuq rayonların sosial statusunun yüksəldilməsi cəmiyyəti insana yaxınlaşdırır, regionların idarəetmə subyektləri ilə şəxsiyyətin qarşılıqlı münasibətlərinə dərin məzmun gətirir və vətəndaşlarla idarəetmənin regional orqanlarında çalışan məmurlar arasındakı münasibətlərin bilavasitə vətəndaş müanasibətlərinə çevrilməsinə yönəlmişdir. Bu da əhalinin ictimai fəallığının artmasına səbəb olacaqdır.

  2. Müasir Azərbaycanda institutlaşma proseslərinin istiqamətinin demokratik səciyyə daşımasını anlamaq üçün ölkədə baş verən sosial-iqtisadi dəyişikliklərin nəticəsində qərarlaşan nizamın legitimliyini dərk etmək vacibdir. Yəni ölkənin əhalinin mədəniyyətinə, hər şeydən əvvəl, azərbaycanlıların dəyərləndirmə-normativ şüurunun dinamikasına uyğunluğu ilə sıx bağlı olduğunu aydın təsəvvür etmək lazımdır. Rəsmi sənədlər, prezidentin fərman və sərəncamları, Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyətlərinin qəbul etdiyi qanun və qərarlar, habelə siyasi partiyaların, ictimai təşkilatların sənədlərinin, KİV-in təhlili göstərir ki, Azərbaycanda demokratikləşmə prosesi dərinləşir, getdikcə xüsusi təşəbbüslər genişlənir, əhalinin əksəriyyətinin rifah halına qayğı güclənir, vətəndaş cəmiyyəti formalaşır, insanın hüquq və azadlıqları genişlənir, insanın inkişafı getdikcə ali məqsədə çevrilir. Bununla yanaşı ölkədə demokratik proseslərin dərinləşməsinə maneələr yaradan neqativ hadisələr də vardır. Bunlar arasında məmurlar arası korrupsiyaları, süründürməçiliyi və s. nöqsanların mövcudluğunu, yaşlı insanların əksəriyyətinin mülkiyyətin yeni formalarına aid müəssisələrdə işləməyə adaptasiya olmamalarıni göstərmək olar.

  3. Müasir Azərbaycan cəmiyyəti həyatının müxtəlif sahələrində ənənəvi cəmiyyətin də, liberal cəmiyyətin də, post-liberal cəmiyyətin də qaydalarının komponentlərinə rast gəlmək olar. Bu komponentlər özündə liberalizmin, konservatizmin, sosial ədalət prinsiplərini birləşdirən azərbaycançılıq ideologiyasında öz əksini tapmışdır.

  4. Ölkənin gələcək inkişafının, suveren Azərbaycan dövlətinin möhkəmləndirilməsinin ideologiyası Azərbaycan Respublikasının Konstitusiyasında ümummilli lider Heydər Əliyevin əsərlərində, nitqlərində irəli sürülmüş və əsaslandırılmışdır. Ümumdemokratik prinsiplərin milli-mənəvi dəyərlərlə düzgün əlaqələndirilməsi, milli hisslərin yüksək qiymətləndirilməsi, milli ənənələrə hörmətlə yanaşmaq milli identikliyi, Azərbaycan xalqının milli mənlik şüurunu inkişaf etdirib möhkəmləndirməyə çalışmaq, cəmiyyəti yeni təfəkkür əsasında modernləşdirmək və dünya təcrübəsini nəzərə almaq Azərbaycanın demokratiyaya, vətəndaş cəmiyyətinə doğru transformasiya olunmasının mənəvi-ideya əsasını təşkil edir. Heydər Əliyevin azərbaycançılıq dövlət ideologiyası konsepsiyası onun silahdaşları, 1-ci növbədə akademik R.Mehtiyevin əsərlərində modernləşən Azərbaycan reallıqları nəzərə alınaraq yaradıcılıqla inkişaf etdirilir.

Axundov A. M.

Azərbaycan milli mədəniyyəti və müasirlik
Qədim və zəngin Azərbaycan mədəniyyətinin müasirlik kontekstində durumunu təssəvvür etmək ücün kecid dövrü ölkələrinin, o cümlədən Azərbaycanin həmin dövrdə qarşilaşdigi problemlərlə taniş olmaq lazimdir.Çünki, hər bir ölkənin mədəniyyətinin müasir durumu həmin ölkənin sosial-iqtisadi və ictimai – siyasi vəziyyəti ilə bilavasitə baglidir.

İyirmi il əvvəl müstəqilliyinə yenidən qovuşmuş Azərbaycan respublikasi iki böyük yol ayrici astanasina düşdü. Bir tərəfdən Azərbaycan özünü dünya aləminə aciq elan etməklə Avropa sivilizasiyasinin əsaslarini və demokratiyanı mənimsəmək, dıgər öz daxili problemlərini (siyasi-igtisadi; sosial- mədəni və s.) həll etməli oldu. Bazar igtisadi münasibətlərinə kecməklə yanaşı globallaşan dünyada öz milli mədəniyyətini mühafizə və inkişaf etdirmək problemi aktuallaşdı.Yeni dövrə adaptasiyanin bir isti1amətində ideolologiya kontekstində gedirdi. Azərbaycanciliq ideologiyasi siyasi və mənəvi- mədəni inkişafin aparici istigaməti oldu.

Mədəniyyət siyasəti hər bir xalqin özünüdərkində və onun identikliyinin formalaşmasinda mühüm rol oynayir. Hələ ilk cagırış Milli Məclis Dövründə (1995-2000) mədəniyyət siyasətinin məqsədyönlü planlaşdırılması üzrə 19 qanun hazirlanib qəbul edilmişdir.2001-ci ildə isə mədəniyyət siyasətinin əsas prioritetli məqsədləri müəyyənləşdirilmiş oldu:

-Tarixi mədəni irsin qorunmasi

-Yaradiciliğin dəstəklənməsi

-Gənc nəslin hüquqi, elmi və informasiya sahələrində dəstəklənməsi.

-Milli kinomatoqrafiyanin bərpasi

-Mədəni turizm infrastrukturasının yaradilmasi

-Kitab nəşrinin inkişaf etdirilməsi.

2004-2008-ci illərdə mədəniyyətin inkişaf etdirilməsinə dair dövlət strategiyasi proqramı qəbul edildi. 2006-2016-ci illər ücün mədəniyyətin inkişaf etdirilməsinin dövlət konsepsiyasi qəbul olunmuşdur. Bu konsepsiyaya görə mədəniyət sahəsinin inkişaf etdirilməsi ücün ümumi məqsədlər - dövlət mədəniyyət siyasətini qaldırmaq, maddi-texniki vasitələri təkmilləşdirmək və beynəlxalq əməkdaşlığı möhkəmləndirmək, elecə də mədəniyyət siyasətini dünya səviyyəsinə yüksəltmək ücün reformalar həyata kecirmək nəzərdə tutulmuşdur.

Dövlət mədəniyyət quruculuğu strategiyasinin işlənib hazirlanmasını və milli tarixi mədəni irsin hifz olunmasi, milli mədəniyyət özünəməxsusluğunun və mədəni muxtariyyətin saxlanması,beynəlxalq mədəni əlaqələrin təşkili kimi vəzifələri öz üzərinə götürməyi və bu işlər ücün zəruri maddi vəsaitin ayrilmasını təmin etməlidir. Beləliklə, belə siyasət hər bir vətandaşın və butövlükdə xalqin yaradiciliq güvvələri və qabiliyyətinin inkişafi ücün zəruri olan əlverişli iqtisadı və mənəvi – psixoloji durumun mövcudluğunu təmin etməyə yönəlmişdir. Bu, öz növbəsində ölkə rəhbərliyindən cəmiyyətin sosial- mədəni və mənəvi həyatını duymağı, mədəni reallığın mürəkkəbliyini və onun sosial praktikaya effektli təsiri mexanizmini bilməyi tələb edir.

Mənəvi-mədəni mühütün sağlamlaşdirılması və təkmilləşdirilməsi qarşida duran mühüm vəzifələrdəndir.Bu baxımdan korrupsiya və rüşvətxorluqla aparılan davamlı mübarizə həmin vəzifənin yerinə yetirilməsinə kömək edən vasilərdəndir.

Avropa aləminə inteqrasiya etmək məsələsində ehtiyyatlı olmaq məsləhətdir.Cünki, Avropada XX əsrdə baş vermiş elmi texniki tərəqqinin mənəvi dəyərlərlə olan uzlaşması pozulmuş, Avropa sivilizasiyasinda böhran halı müşahidə olunmaqdadır. Avropa ölkələrində yayılmış bayağı musiqi, seks təbliği, abır-həyadan kənar moda və dəb – bütün bunlar şərəf, ləyaqət və namus anlayışının itirilməsi, ənənəvi ailə strukturunun dağılmasına səbəb olmaqdadır. Bizim üçün Avropadan elmi-texniki naliyyətlər, demokratiyanın əsaslarını və insan haqlarına dair qanunları və onların praktik ierası mexanizmini mənimsəmək prioritet təşkil edir.

Beləliklə, respublikamızın sosial-mədəni inkişafı bütövlükdə cəmiyyətin inkişafı qarşısında duran vəzifələrlə, ilk növbədə demokratikləşmə prosesinin uğurlu olması ilə üzvü surətdə baölıdır.


Hümmətova L.

Postneoklassik fəlsəfi düşüncənin evristik potensialı
Yaşadığımız postindustrial cəmiyyətin reallığı ondan ibarətdir ki, bu gün hər bir ölkənin və bəşəriyyətin mütərəqqi inkişafının əsasını insanın özü, onun mənəvi mövqeyi, mədəniyyəti, savadı, peşə səriştəliliyi təşkil edir. Elmi-texniki inqilab nəticəsində bilavasitə məhsuldar qüvvəyə çevrilən elm həm cəmiyyətin inkişafının, həm də onun sağ qalmasının əsas amilinə çevrilmişdir. Bütün bunlar elmin cəmiyyətin inkişafında roluna, elmi rasionallıq probleminə də yenidən baxmağı tələb etdi.

Qeyd etmək lazımdır ki, sözü gedən problem həmişə aktual olmuşdur. XX əsrin əvvəllərində bu problemlə A.Berqson, E.Qusserl, M.Veber, K.Yaspers məşğul olmuşdular.

XVII əsrdən başlayaraq elmin tarixi inkişafında elmi rasionallığın ardıcıl olaraq üç tipi yaranmışdır. Onların hər biri elmi fəaliyyətin özünə münasibətdə müxtəlif refleksiya dərəcəsi ilə xarakterizə olunurdu.

Elmi rasionallığın klassik tipi (XVII-XVIII əsrlər) təbiətin mütləq həqiqi mənzərəsini qurmağa cəhd edirdi. İdrak subyektinin göstəriciləri klassik elmdən kənarda qalırdı. Elmi rasionallığın klassik tipi bu mövqedən çıxış edirdi ki, dünya haqqında obyektiv bilikləri əldə etmək üçün obyektin nəzəri izahında və təsvirində subyektə (tədqiqatçıya), onun tətbiq etdiyi vasitə və həyata keçirdiyi əməliyyatlara aid olan hər şeydən mücərrədləşmək, eliminasiya etmək lazımdır. Bu, mümkün idi, çünki o dövrdə alimlərin diqqət mərkəzində bir tədqiqat obyekti olaraq əsasən sadə sistemlər dururdu.

Qeyri-klassik təbiətşünaslığın qərarlaşması (XIX əsrin sonu - XX əsrin ortaları) vəziyyəti əsaslı şəkildə dəyişir və bununla əlaqədar olaraq elmi rasionallığın qeyri-klassik tipi formalaşır. Rasionallığın qeyri-klassik tipi tədqiqatın nəticələrinin alimin tətbiq etdiyi vasitələrin xarakterindən və öyrənilən obyekt üzərində aparılan əməliyyatların xüsusiyyətlərindən asılı olduğunu, bu asılılığın nəzərə alınmasının vacibliyini vurğulayırdı. Qeyri-klassik elm idrak subyektinin aktivliyi haqqında təsəvvürləri ön plana çəkirdi. Aydın olurdu ki, bizim suallarımıza təbiətin cavabları bu sualların qoyuluşundan, qoyuluş üsulundan asılıdır. Burada bir məqam üzərində dayanmaq istərdik. Yaşadığımız dünya olduqca dinamik və dəyişkəndir. Bizim dünya haqqında bildiklərimiz çox sürətlə dəyişir, inkişaf edir. Necə ki, bu gün bizə qədim yunanların dünya haqqında təsəvvürləri cəfəngiyat kimi görünür, gələcək nəsillərə də bizim dünya haqqında fikirlərimiz bu cür görünə bilər. Qədim yunan filosofları özlərinin dünya haqqında bildiklərini təkzibolunmaz hesab edirdilər. Onlardan fərqli olaraq biz bilirik ki, gələcək nəsillər bizim biliklərimizi təkzib edəcəklər. Onda nəticələri çox uzaqlara gedib çıxan fəlsəfə yalnız təcrübədən və ya təbiətşünaslıqdan alınan, nəzəriyyə və praktikanın cəmisi bir-neçə onillikdən və ya yüzillikdən sonra təkzib edə biləcəyi məlumatlara əsaslana bilərmi? Qeyri-klassika haqlı olaraq buna “yox” cavabı verir.

XX əsrin ikinci yarısından qloballaşma proseslərinin genişlənməsi, informasiya texnologiyalarının, kütləvi kommunikasiya vasitələrinin inkişafi, habelə elmi tədqiqatlarda yeni metodoloji yanaşmaların – sinergetika, diskurs və s. kimi yanaşmaların yayılması ilə fəlsəfi-intellektual məkanda yeni təfəkkür tipi qərarlaşmağa başladı. Elmi rasionallığın tipi alimin fəaliyyətini daha geniş rakursda götürərək obyekt haqqında biliklərimizin təkcə tədqiqat vasitələrindən və əməliyyatlardan deyil, alimin həm elmdaxili, həm də sosial oriyentasiyasından da asılı olduğunu vurğulayır.

Bu gün postneoklassik elmin problemlərinə həsr olunmuş çoxlu sayda əsərlər işıq üzü görməkdədir. Postneoklassik elmin xüsusiyyətlərinə V.S.Styopin aşağıdakıları aid edir: a) təbiətin mexanizm yox, bütöv bir orqanizm kimi qavranılması, - bu, biosfer, ekosistem (ekologiya) kimi anlayışlarda öz əksini tapır; b) elmi və texnoloji mənimsənin obyektinə mürəkkəb, özinkişafda olan sistemlərin daxil olması və bunun nəticəsi olaraq qeyri-zorakılıq hərəkət strategiyalarının aktuallaşması; d) həqiqət və mənəviyyatın bir-biri ilə ayrılmaz bağlılığı ideyasının irəli sürülməsi (Степин B.C. Саморазвивающиеся системы и постнеклассическая рациональность// Вопросы философии. 2003. №8. 5-17.).

Rasionallığın postneoklassik tipinin meydana gəlməsi, təbii ki, fəlsəfi təfəkkür tərzinə yenidən baxılması məsələsini də aktuallaşdırdı. Bu, fəlsəfi diskussiyaların əsas mövzularından birinə çevrildi, bu diskussiyalardan elmi zəkanın əxlaqla birləşdirilməsinin mümkünlüyü, elmi-texniki tərəqqinin humanistləşdirilməsi, dünyanın yeni, qeyri-xətti mənzərəsinin olması haqqında fəlsəfi-dünyagörüşü nəticələr əldə edildi. Artıq danılmaz fakt olmuşdur ki, xətti modellərə arxalanmaqla müasirliyin bir çox problemlərini həll etmək mümkün deyil. Sosial və iqtisadi elmlərdə, siyasətdə və humanitar elmlərdə çalışan mütəxəssislər dərk edirlər ki, bəşəriyyətin əsas problemləri də qloballığı, mürəkkəbliyi, qeyri-xəttiliyi ilə seçilir.

Bəşəriyyət, insanlıq problemləri həmişə, bütün dövrlərdə mütəfəkkirlərin diqqət mərkəzində olmuşdur. Böyük türk filosofu Əbu Turxan isə fəlsəfənin insansızlaşmış dünya ilə insan dünyasının əlaqəsini öyrənmək ehtiyacından yarandığını qeyd edir, insanın yaddan çıxarıldığı yer­­də fəlsəfədən danışmağın sadəlövhlük olduğunu göstərirdi. Onun sözlərinə görə, fəlsəfə - insanın dünyalaşması, dünyanın insaniləşməsidir. Alman filosofu Kant fəlsəfəni dünyaya idraki, praktiki və dəyərlər əsasında münasibətin inikası kimi nəzərdən keçirirdi. Məlum olduğu kimi, onun triadası aşağıdakı kimi səslənir: “Mən nəyi bilə bilərəm? Mən nə etməliyəm? Mən nəyə ümid etməliyəm?

Postneoklassika fəlsəfi idrak tsiklinin sonu, sintezidir. Bu sintezdə insanın təbiətə yeni münasibəti – dialoq münasibəti qərarlaşır. Onun evristik potensialı ondadır ki, o, insanın yaradıcı varlıq olmasına vurğu edir. Postneoklassik fəlsəfə insan problemlərinin qeyri-klassik fəlsəfədə olduğu kimi, xəyali, aldadıcı yox, real və konstruktiv həllini axtaracaqdır. Hətta obyektiv şərait bu və ya digər problemlərin həllinə imkan verməsə belə. Beləliklə, postneoklassik fəlsəfə bu günün sosiomədəni və ekoloji reallıqlarına daha uyğun gəlir.


Ибрагимов Г.

Взгляд на этнические проблемы периода глобализации
Каждый из этнических конфликтов содержит в себе ряд специфических особенностей, а также такие положительные и отрицательные моменты, которые затрудняют процесс управления ими и их урегулирование. Поэтому пути и средства их решения необходимо всегда рассматривать на практике.

Следует отметить, что практическое использование принципов урегулирования реальных и потенциальных конфликтов имеет большое значение с точки зрения управления конфликтами. Вместе с тем, изучение опыта стран с полиэтническим национальным составом, а также опыта стран, столкнувшихся со схожими проблемами, играет важную роль в урегулировании существующих и потенциальных конфликтов. Наблюдения показывают, что этнические столкновения являются либо результатом, либо причиной возникновения различных сепаратистских идей.

Начало и конец конфликта, а также пути его решения нужно искать в идеях, выдвигаемых процессом исторического развития. Одной из основных таких идей, с которой столкнулся современный мир, является идея, связанная с процессами глобализации. Глобализация, активизировавшаяся после окончания «холодной войны», обрела исключительные возможности влияния на все сферы экономической, политической, культурной жизни стран мира. Если на первых порах мир осознавал лишь экономический аспект глобализации, то сегодня это касается всех сфер социальной, политической и культурной жизни. Соответственно, глобализация не может обойти стороной проблемы этносов, многочисленные вопросы, связанные с характером взаимоотношений народов и этносов. С этой точки зрения, продолжение сепаратизма на конфликтных территориях в условиях глобализации поднимает ряд противоречивых вопросов. Казалось бы, если глобализация является в целом позитивной тенденцией современного мирового развития, то этнический сепаратизм должен был прекратиться. Между тем, в мире наблюдается рост межэтнических конфликтов и столкновений.

В целом, реальные результаты межэтнической интеграции всегда зависят от содержания идей, выдвигаемых тем или другим государством или обществом.

За 70-ти летний период существования Советского Союза коммунистические идеи ускорили процессы интеграции различных этносов, а также сформировали материальные и моральные ценности, получившие статус «общесоветской культуры». Такие отношения являлись реальным примером сформировавшейся межэтнической интеграции. Однако следует учесть, что те интеграционные процессы были построены не на желании и идеалах существовавших в СССР этносов и субэтносов, а только в соответствии с основными требованиями коммунистической идеологии, стремящейся сформировать единый “советский народ,” лишенный этнических признаков. В результате многочисленные этнические интересы и проблемы были проигнорированы и забыты.

В период расширения масштабов глобализации формы этнического сепаратизма начинают действовать в самых различных контекстах. Глобализация может не только ускорить процесс стабилизации посредством экономического, политического и культурного влияния, но также нарушить и расчленить его. Это зависит в первую очередь от реального состояния специфики этнических отношений.

Изменение характера ценностей, усиление национального фактора, расширение возможностей насильственного внедрения в жизнь реалий глобализации создало новые условия для возникновения сепаратизма. Показательно, что с процессом усиления глобализации современные этно-сепаратистские процессы не уменьшились, а увеличились. Именно в такие переломные моменты этносы зачастую принимает стихийные, малоосмысленные решения, что повышает их подверженность различным влияниям. Именно поэтому в период глобализации развитие государственности должно быть сопряжено со стратегией национальной безопасности.

По своей сути, сепаратизм сопровождается негативными стереотипами, что приводит к замедлению социального-экономического развития и увеличению конфликтов. Для некоторых сил, между тем, это является приемлемым фактором, которым они пользуются в своих интересах. Создается впечатление, что инициирование внутреннего сепаратизма с целью подчинить малые государства является, как будто, каким-то непреодолимым результатом глобализации.

В связи с тем, что глобализация захватывает все больше и больше социальных сфер и областей, ее возможности влияния на общества и людей становятся почти неограниченными. В такие моменты потенциал влияния этно-социального фактора переходит в стадию подчинения индивидуальных желаний жестким требованиям глобального развтия, и на этом этапе можно наблюдать феномен молниеносного зарождения и развития этнического сепаратизма. Глобализация является также важным фактором формирования этно-социального сознания. В связи с тем, что компоненты, относящиеся к данному периоду, сформированы за счет влияния внешних факторов, разрешение этнических конфликтов затрудняется, и это направляет процесс поиска решения этно-социальных проблем во внешнюю среду.

Одной из основных задач современного национального государства является то, чтобы обеспечить стабильность за счет прагматического и позитивного управления обществом. Роль же гражданского общества заключается в том, чтобы сбалансировать конфликт интересов в обществе. Здесь миссия ведущего этноса заключается в том, чтобы он, как высшее проявление единства, сохранял и приумножал связи солидарности между всеми этносами, оказал поддержку развитию их культур, способствовал становлению единой нации, как символа политического и гражданского единства и равенства всех членов общества без всяких ограничений.

Проблема этнических меньшинств заключается в том, что их концепция самосознания отличается от концепции самосознания большинства. Однако это различие не должно достичь критической отметки. Многочисленные источники этнической напряженности, которые ведут к конфликту и военным операциям, появляются именно из-за этого (вспомним бывшую Югославию). В Европе немало многонациональных государств, однако примечательно, что этнические конфликты там случаются редко. Хотя Северная Ирландия, страна Басков являются горячими точками, большинство конфликтов там решаются политическими средствами. Это показывает, что если будут сформированы соответствующие механизмы, то политическое решение конфликтов возможно. Если не удается урегулировать конфликт, значит следует найти точки приложения влияния внешних сил.

По некоторым причинам этнополитические конфликты не имеют справедливого и быстрого решения. Это связано с рядом объективных и субъективных причин. Другая причина этнополитических конфликтов – их многоступенчатость. То есть, решение этно-политического конфликта на одном уровне, приводит в цепной форме к возникновению новых конфликтов на других уровнях.

.

Xulasə - Резюме – Summary



Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin